Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-596/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə 2000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti üzrə Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə audio-video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* saylı, ## ###### 2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Qusar Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməyərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. (hakim Günel Səfərli) Qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək barəsindəki inzibati tənbehvermə haqqıbda qərarın və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin onun tərəfindən törədilməsinin sübuta yetirilməməsi əsası ilə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı işin faktiki hallarının tam və obyektiv araşdırılmaması, təqdim edilmiş sübutlara lazımı hüquqi qiymət verilməməsi, inzibati xəta tərkibinin və onun təqsirinin mötəbər sübutlarla müəyyən edilməməsi, habelə İXM-in madddi və prosessual normaların düzgün tətbiq edilməməsi səbəbindən qanunsuz və əsassızdır. Belə ki, torpaq sahəsinin mülkiyyətçisi həyat yoldaşı X2 olmasına baxmayaraq inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar onun adına rəsmiləşdirilmişdir. Hesab edir ki, onun həmin ağac və kolları kəsməsi, götürməsi və ya məhv etməsi barədə iş materiallarında birbaşa, mötəbər və qanuni yolla əldə edilmiş sübut mövcud deyildir. Onun məlumatı və iştirakı olmadan polis əməkdaşlarının həyat yoldaşına məxsus torpar dashəsinə getməsi, orada baxış və ya digər prosessual hərəkətlər aparması ilə bağlı hallar tam və obyektiv araşdırılmamışdır. Sonradan Qusar Rayon Polis Şöbəsnini əməkdaşları tərəfindən ona telefonla həmin əraziyə gəlməsi bildirilmiş, əraziyə gəldikdən sonra ona əvvəlcədən məzmunu izah edilməyən və faktiki olaraq boş, təmiz kağız olduğu bildirilən sənədə imza etdirilmiş, həmin sənədə iki polis əməkdaşının şahid qismində imza etməsi tələb olunmuşdur. Həmin sənədin hansı hüquqi əsasla tərtib edilməsi, məzmunun ona izah edilib-edilməmsi və imzanın hansı şəraitdə alınması məhkəmə tərəfindən lazımı qaydada araşdırılmamışdır. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, inzibati tənbehvermə haqqında qərarın və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində nümayəndə Əkrəm Hüseyinov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, inzibati tənbehvermə haqqında qərarın və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək, proses iştirakçılarının izahatlarını dinləyib, hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır ona görə ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında icraat üzrə qərar qəbul edərkən iş materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin və inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı ilə baxmaqla, iş materiallarında olan sübutları tədqiq edərək inzibati xətanın törədilməsində Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyi sübuta yetirildiyindən və inzibati xəta haqqında protokol səlahiyyətli orqan tərəfindən tərtib edilməklə səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh tədbirinə dair qərar qəbul edildiyindən, şikayətin təmin olunmamasına dair yekun nəticəyə gəlmişdir. Aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli *** №-li arayışdan müəyyən olunur ki, X2 həqiqətən hal-hazırda Samur bələdiyyəsi qarşısında heç bir vergi borcu yoxdur; ##.##.2026-ci il tarixli *** №-li arayışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) həqiqətən hal-hazırda Samur bələdiyyəsi qarşısında heç bir vergi borcu yoxdur. İş materiallarında olan ##.##.2026-cı II tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan ##.##.2026-cı ii tarixli MN ******* nömrəli qərardan görünür ki, Qusar rayonu, Qullar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1 (bir) ədəd qovaq cinsinə aid köküstə yaş ağacı və 7 (yeddi) ədəd yemişan cinsinə aid kollar qanunsuz kəsilmişdir. Nəticədə İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növü tətbiq edilmişdir. Törədilmiş inzibati xəta nəticəsində vurulan əmlak zərəri qanunsuz olaraq 1 (bir) ədəd qovaq ağacını və 7 (yeddi) ədəd yemişan kolunun kəsilməsi nəticəsində təbiətə 680 (altı yüz səksən) manat ziyan dəymişdir. İş materiallarında olan ##.##.2026-cı i! tarixli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 010/İX №-li qərarından görünür ki, təbiətə dəymiş ziyanın məbləği Qərardan şikayət verən orqan (şəxs) düzgün tələb edilməmiş və bu səbəbdən * saylı Regiona! Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək yenidən baxılması üçün * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərardan görünür ki, törədilmiş inzibati xəta nəticəsində vurulan əmlak zərəri qanunsuz olaraq 1 (bir) ədəd qovaq ağacını və 7 (yeddi) ədəd yemişan kolunun kəsilməsi nəticəsində təbiətə 560 (beş yüz altmış) manat ziyan dəymişdir. İş materiallarında olan Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə Qusar RPŞ-nin TB-nə verdiyi izahatından görünür ki, həmin torpaq sahəsində olan 2-3 illik gövdəsi 20 sm olan meşə cinsli qovaq ağacını və gövdələri 0.10 sm-dən 17 sm qədər olan təxminən 1 ilə aid 8 ədəd meşə cinsli yemişan kollarını 2026-cı ilin əvvəlində, təxminən yanvar ayında həmin ərazini təmizləmək məqsədi ilə kəsib və yandırıb. İş materiallarında olan DT və XK-nin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qusar rayonu, Qullar kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün təyinatlı 10000 (on min) kvadrat metr torpaq sahəsi şikayətçi Qərardan şikayət verən orqan (şəxs) həyat yoldaşı X3 məxsusdur. Apellyasiya məhkəməsi iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə şikayətin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgündür. Apellyasiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən meşə fonduna daxil olmayan xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2026-cı ilin əvvəlində, təxminən yanvar ayında ağac və kolların kəsilməsinin şikayətçinin özü tərəfindən də etiraf olunmasına və bu faktın iş materialları ilə tam təsdiqini tapmasına istinad edərək qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) həmin qovaq cinsinə aid köküstə yaş ağacın və yemişan cinsinə aid kolların götürülməsi üçün heç bir dövlət orqanına rəsmi müraciət etməmiş, bələdiyyədən bununla bağlı hər hansı bir qərar almamış və nəticədə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanununun tələblələrini pozub qanunsuz olaraq meşə fonduna daxil olmayan 1 (bir) ədəd qovaq cinsinə aid köküstə yaş ağacı və 7 (yeddi) ədəd köküstə yaş yemişan cinsinə aid kolları kəsərək İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş, onun barəsində müvafiq protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilərək şəxs inzibati qaydada 2000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın törədilməsində təqsirinin sübuta yetirilməməsi əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair dəlilləri əsassızdır. Apellyasiya şikayətində göstərilən dəlillər Qərardan şikayət verən orqan (şəxs) müdafiəsi üçün qeyd edilmiş dəlillərdir. Həmin dəlillər onu məsuliyyətdən yayındırmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Apellyasiya instansiya məhkəməsi göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN seriyalı, ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə qərarının ləğv edilməsi barədə şikayəti təmin etməyərək, qərarın dəyişdirilmədən saxlanılmasına dair düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin dəlilləri formal xarakter daşımaqla Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1, 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-596/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-596/2026
15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver