Məhkəmə qərarları › İş №3(3-8)-598/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-8)-598/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 3(3-8)-598/2026 18.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, inzibati tәnbeh vermә haqqında qәrardan şikayәt verәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası DIN-nin Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş ## ###### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrardan şikayәt verilmәsi üçün ötürülmüş prosessual müddәtin bәrpa edilmәsi barәdә әrizәsinin tәmin edilmәmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin 27 avqust 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio vә video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsinә görә Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tәnbeh vermә haqqında qәrardan mәhkәmәyә şikayәtlә müraciәt edәrәk, onun lәğv edilmәsini xahiş etmiş, eyni zamanda hәmin qәrardan şikayәt edilmәsi üçün ötürülmüş müddәtin bәrpasına dair vәsatәtlә müraciәt edәrәk, qәrardan qanunvericiliklә nәzәrdә tutulmuş müddәtdә şikayәt verә bilmәdiyini göstәrmişdir. Mәhkәmә iclasında şikayәt vermiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn buraxılmış müddәtin bәrpası barәdә vәsatәt ilә bağlı izahatında bildirmişdir ki, elektron formada qәrar qәbul edilmiş vә qәrardan bir gün sonra elektron formada qәrardan mәlumatı olmuşdur. Daha sonra müvafiq olaraq Daxili Işlәr Nazirliyinә şikayәt etsә dә heç bir nәticә әldә edilmәmişdir. Bu sәbәbdәn dә qәrardan şikayәt vermә müddәtini ötürmüşdür. Daha sonra ona DIN-dәn bildirmişlәr ki, qәrardan şikayәti varsa mәhәmәyә müraciәt etmәlidir. O da şikayәt әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. Odur ki, buraxılmış müddәtin bәrpa edilmәsi haqqında qәrar qәbul edilmәsini xahiş etmişdir. Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı ilә (F.Ş.Kәrimova) Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tәnbeh tәtbiq etmә haqqında qәrardan şikayәt verilmәsi üçün müddәtin bәrpasına dair vәsatәtinin rәdd edilmәsi, şikayәtin ona әlavә edilmiş sәnәdlәrlә birlikdә geri qaytarılması qәrara alınmışdır. ŞIKAYƏTIN DƏLILLƏRI : Qәrardadla razılaşmayan barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadını lәğv edәrәk, barәsindә IXM-in 327.2-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә әmәlindә inzibati xәta hadisәsi olmadığına görә icraata xitam verilmәsini xahiş etmәklә şikayәtini onunla әsaslandırmışdır ki, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsinin Mәrkәzi Mәlumat Xidmәti tәrәfindәn qәbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** nömrәli elektron qәrarla onun Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi әsassız olmuşdur. Inzibati xәtanın törәdildiyi göstәrilәn vaxtda Lexus RX *** markalı, **-UJ-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsini o deyil, avtomobilin mülkiyyәtçisi X1 idarә etmişdir. Şikayәtdә hәmçinin göstәrilmişdir ki, foto vә video qeydiyyat materialları da nәqliyyat vasitәsinin X1 tәrәfindәn idarә edildiyini tәsdiq edir. Bundan әlavә, şikayәtçinin qәnaәtinә görә, nәqliyyat vasitәsi ilә edilmiş geriyә dönüş manevri 3.1 “Giriş qadağandır” yol nişanının quraşdırıldığı yerdәn әvvәl hәyata keçirildiyindәn hәmin yol nişanının tәsir dairәsinә düşmәmiş vә buna görә nә onun, nә dә avtomobilin mülkiyyәtçisinin әmәlindә Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta hadisәsi olmuşdur. ## ###### 2026-cı il tarixli, EQ ******** nömrәli elektron qәrar qәbul edildiyi tarixdә ona Inzibati Xәtalar Mәcәllәsinin 57-ci maddәsindә nәzәrdә tutulmuş rәsmi qaydada tәqdim edilmәmiş, hәmin qәrar yalnız çoxsaylı müraciәtlәrindәn sonra ## ###### 2026-cı il tarixdә rәsmi qaydada ona verilmişdir. Bu sәbәbdәn o, Inzibati Xәtalar Mәcәllәsinin 126.1-ci maddәsindә nәzәrdә tutulmuş 20 günlük şikayәt vermә müddәtinin qәrarın rәsmi tәqdim edildiyi tarixdәn hesablanmalı olduğunu vә hәmin müddәt keçmәdәn Abşeron Rayon Mәhkәmәsinә müraciәt etmişdir. Buna görә dә birinci instansiya mәhkәmәsinin şikayәt vermә müddәtinin buraxılması barәdә nәticәsini әsassızdır. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edib, әlavә olaraq qeyd etdi ki, ## ###### 2026-cı il tarixdә inzibati xәta ilә bağlı qәrar qәbul edilmişdir. Hәmin qәrarla bağlı avtomobili idarә edәn şәxs tәrәfindәn Daxili Işlәr Nazirliyinin “102” xidmәtinә vә Baş Dövlәt Yol Polisi Idarәsinin “902” qaynar xәtt xidmәtinә dәfәlәrlә müraciәtlәr edilmiş, özü dә hәmin müraciәtlәr zamanı hәmin şәxsin yanında olmuşdur. Bir müddәt sonra “SMS Radar” sistemindә inzibati cәrimәnin lәğv edildiyi, lakin müәyyәn vaxt keçdikdәn sonra eyni cәrimәnin yenidәn sistemә daxil edildiyi mәlum olmuşdur. Bundan sonra da mәsәlә ilә bağlı müraciәtlәr davam etdirilmişdir. Hәmçinin cәrimәnin ödәnilmәsi ilә bağlı bir neçә dәfә mesaj daxil olmuş, bununla әlaqәdar “102” xidmәtinә müraciәt edildikdә hәmin ödәniş portalının dövlәt qurumuna aid olduğu bildirilmişdir. Daha sonra, ## ###### 2026-cı il tarixdә Bakı şәhәri Baş Dövlәt Yol Polisi Idarәsinә gedәrәk müvafiq aktı әldә etmiş, bundan sonra mәhkәmәyә müraciәt etmişdir. Mәhkәmәyә şikayәt ## ###### 2026-cı il tarixdә verilmişdir. Inzibati xәta haqqında qәrarla bağlı mәlumat onun telefonuna elektron qaydada daxil olmuşdur. Bununla belә, cәrimәnin әvvәlcә sistemdәn silinmәsi, sonradan yenidәn sistemә daxil edilmәsi vә bu mәsәlә ilә bağlı aidiyyәti qurumlara davamlı müraciәtlәrin edilmәsi sәbәbindәn şikayәt vermә müddәti keçmişdir. Inzibati xәta avtomobilin yol nişanının tәlәbinin pozulması ilә bağlı olmuşdur. Avtomobili idarә edәn şәxs hәmin yol sahәsindә geriyә dönmә hәrәkәti etmәdiyini, mәhәllәyә daxil olaraq avtomobili geriyә verib oradan çıxdığını tәsdiq edә bilәcәk şәxsin şahid qismindә dindirılması barәdә vәsatәti dә var. Hakim tәrәfindәn hazırkı baxışın inzibati xәta haqqında qәrarın mahiyyәtinә deyil, hәmin qәrardan şikayәt vermә müddәtinin bәrpa olunması mәsәlәsinә aid olduğu izah edildikdәn sonra şikayәtçi şikayәt vermә müddәtinin bәrpa olunmasını vә bununla da inzibati xәta haqqında qәrardan verdiyi şikayәtә mahiyyәti üzrә baxılmasını xahiş etdi. Apellyasiya baxışı ilә әlaqәdar işә baxılmanın vaxtı vә yeri barәdә lazımi qaydada xәbәrdar edilmәsinә baxmayaraq, inzibati tәnbeh vermә haqqında qәrar qәbul etmiş orqanın nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, gәlmәmәsinin üzürlü sәbәbdәn olması vә ya mәhkәmә iclasının tәxirә salınması barәdә vәsatәt vermәmiş, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs isә sәlahiyyәtli orqanın nümayәndәsinin iştirakı olmadan işә baxılmasına etiraz etmәmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati tәnbeh vermә haqqında qәrarı qәbul etmiş orqanın nümayәndәsinin iştirakı olmadan keçirilmәsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Verilmiş şikayәtin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edirәm ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә әsaslı hesab edildiyindәn Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026cı il tarixli, *(*-***)-****/**** nömrәli buraxılmış prosessual müddәtin bәrpa edilmәsi barәdә әrizәnin rәdd olunmasına dair qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarından göründüyü kimi, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn ## ###### 2026-cı il tarixli, EQ ******** nömrәli elektron qәrarla Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi üzrә inzibati tәnbeh tәtbiq edilmişdir. Birinci instansiya mәhkәmәsindә Qәrardan şikayәt verәn orqan (şәxs) hәmin elektron qәrardan qәrarın qәbul edilmәsindәn bir gün sonra mәlumatlı olduğunu, bundan sonra Daxili Işlәr Nazirliyinә müraciәtlәr etdiyini, lakin mәhkәmәyә daha sonra müraciәt etdiyini bildirmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 126.1-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs yol hәrәkәti qaydaları, yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi vә avtomobil yollarından istifadә qaydaları әleyhinә olan inzibati xәtaların törәdilmәsinә görә inzibati tәnbeh tәtbiq etmә haqqında qәrar ona bu Mәcәllәnin 57-ci maddәsindә nәzәrdә tutulmuş rәsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddәtindә yuxarı sәlahiyyәtli orqana (vәzifәli şәxsә) vә mәhkәmәyә şikayәt edә bilәr. Şikayәt şәxsәn verilә vә ya poçt, yaxud internet vasitәsilә göndәrilә bilәr. Hәmin Mәcәllәnin 57.5-1.1 vә 57.6-cı maddәlәrinin mәzmunundan görünür ki, elektron qәrarlar yalnız kağız daşıyıcıda şәxsәn tәqdim edilmәklә deyil, qanunla müәyyәn edilmiş elektron mәlumatlandırma qaydasında da rәsmi qaydada verilmiş hesab oluna bilәr. Belә ki, şәxsin elektron kabinetindә olan mobil telefon nömrәsinә Mәcәllәnin 57- 1.1.2-ci maddәsindә nәzәrdә tutulan SMS mәlumatın çatdırıldığı vaxt elektron qәrarın rәsmi qaydada verilmәsi anı kimi qәbul edilir. Hazırkı işdә şikayәtçinin öz izahatları xüsusi әhәmiyyәt kәsb edir. Belә ki, Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya instansiyası mәhkәmәsindә dә inzibati xәta haqqında qәrarla bağlı mәlumatın onun telefonuna elektron qaydada daxil olduğunu tәsdiq etmiş, hәmçinin ## ###### 2026-cı il tarixli qәrarla әlaqәdar “102” vә “902” xidmәtlәrinә dәfәlәrlә müraciәt edildiyini, “SMS Radar” sistemindә cәrimәnin әvvәlcә silindiyini, sonra yenidәn sistemә daxil edildiyini vә cәrimәnin ödәnilmәsinә dair ona mesajların daxil olduğunu bildirmişdir. O, yalnız ## ###### 2026-cı ildә Baş Dövlәt Yol Polisi Idarәsinә gedәrәk müvafiq aktı aldıqdan sonra, ## ###### 2026-cı ildә mәhkәmәyә şikayәt etdiyini göstәrmişdir. Mәhkәmә hesab edir ki, qeyd olunan izahatlar şikayәtçinin ## ###### 2026-cı il tarixli elektron qәrarın mövcudluğundan vә onun barәsindә inzibati tәnbeh tәtbiq edilmәsindәn uzun müddәt әvvәl mәlumatlı olduğunu tәsdiq edir. Bu baxımdan apellyasiya şikayәtindә irәli sürülәn, qәrarın yalnız ## ###### 2026-cı ildә ona rәsmi qaydada tәqdim edilmәsi vә bu sәbәbdәn ## ###### 2026-cı ildә verilmiş şikayәtin müddәtindә olması barәdә dәlil onun hәm birinci instansiya, hәm dә apellyasiya instansiyası mәhkәmәsindә verdiyi izahatlarla uzlaşmır. Bundan başqa, şikayәtçi qәrar barәdә mәlumat әldә etdikdәn sonra aidiyyәti dövlәt orqanlarının “102” vә “902” xidmәtlәrinә müraciәt etdiyini bildirsә dә, hәmin müraciәtlәrin onun qanunla müәyyәn edilmiş müddәtdә mәhkәmәyә vә ya IXM-in 126.1-ci maddәsindә nәzәrdә tutulan qaydada yuxarı sәlahiyyәtli orqana şikayәt vermәsinә obyektiv surәtdә mane olan hal tәşkil etmәsi müәyyәn edilmir. Şәxsin mübahisәli qәrarla razılaşmaması ilә әlaqәdar müxtәlif xidmәtlәrә mәlumat vermәsi vә ya mәsәlәnin hәmin xidmәtlәr vasitәsilә hәll olunacağını gözlәmәsi özlüyündә qanunla müәyyәn edilmiş prosessual müddәtin axımını dayandırmır vә hәmin müddәtә riayәt etmәk vәzifәsini aradan qaldırmır. Iş materiallarında Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan qanunla müәyyәn edilmiş müddәtdә şikayәt vermәsinә mane olan xәstәlik, fors-major hal, qәrardan xәbәr tutmasının obyektiv mümkünsüzlüyü vә ya onun iradәsindәn asılı olmayan digәr maneәnin mövcudluğunu tәsdiq edәn sübut müәyyәn edilmir. Əksinә, onun öz izahatlarından müәyyәn olunur ki, şikayәtçi qәrarın mövcudluğundan mәlumatlı olmuş, qәrarla razılaşmamış vә bununla bağlı uzun müddәt әrzindә müxtәlif müraciәtlәr etmişdir. Bu isә onun öz hüquqlarını müdafiә etmәk imkanından mәhrum olması deyil, hәmin müdafiә üsullarından birini seçәrәk qanunla müәyyәn edilmiş müddәtdә mәhkәmәyә şikayәt vermәmәsi ilә bağlı olmuşdur. Bu sәbәbdәn mәhkәmә birinci instansiya mәhkәmәsinin, şikayәtçi tәrәfindәn göstәrilәn halların buraxılmış prosessual müddәtin bәrpası üçün üzrlü sәbәb tәşkil etmәdiyi barәdә nәticәsini әsaslı hesab edir. Birinci instansiya mәhkәmәsi dә mәhz şikayәtçinin qәrardan bir gün sonra mәlumatının olduğunu bildirmәsinә baxmayaraq, uzun müddәt әrzindә mәhkәmәyә müraciәt etmәmәsinin sәbәbini әsaslandıra bilmәmәsinә istinad etmiş vә onun göstәrdiyi halların vaxtında şikayәt vermәsinә maneә olmadığını müәyyәn etmişdir. Mәhkәmә şikayәtin Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati xәtanı törәtmәmәsi, hadisә zamanı Lexus RX *** markalı, **-UJ-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsini onun deyil, nәqliyyat vasitәsinin mülkiyyәtçisi X1 idarә etmәsi, habelә 3.1 “Giriş qadağandır” yol nişanının tәlәblәrinin faktiki olaraq pozulmaması barәdә dәlillәrini dә әsaslı hesab etmir. Belә ki, hazırkı apellyasiya baxışının predmeti ## ###### 2026-cı il tarixli EQ ******** nömrәli inzibati tәnbeh vermә haqqında elektron qәrarın mahiyyәti üzrә qanuniliyinin yoxlanılması deyil, hәmin qәrardan şikayәt verilmәsi üçün buraxılmış müddәtin bәrpasından imtina olunması barәdә ## ###### 2026-cı il tarixli qәrardadın qanuniliyinin yoxlanılmasıdır. Birinci instansiya mәhkәmәsi dә işә mahiyyәti üzrә baxaraq Qәrardan şikayәt verәn orqan (şәxs) IXM-in 327.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәdibtörәtmәdiyini müәyyәn etmәmiş, yalnız müddәtin bәrpası barәdә vәsatәti hәll etmiş vә nәticәdә müddәtin bәrpasından imtina edәrәk şikayәtin әlavә olunmuş sәnәdlәrlә birlikdә geri qaytarılması barәdә qәrardad qәbul etmişdir. Bu sәbәbdәn nәqliyyat vasitәsini faktiki olaraq kimin idarә etmәsi, yol nişanının yerlәşdiyi yer vә tәsir dairәsi, foto vә video materialların inzibati xәta hadisәsini tәsdiq edibetmәmәsi, elәcә dә şikayәtçinin әmәlindә IXM-in 327.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin olub-olmaması yalnız ilkin şikayәtә mahiyyәti üzrә baxılması mümkün olduğu halda araşdırıla bilәcәk mәsәlәlәrdir. Müddәtin bәrpası mәsәlәsi hәll edilәrkәn hәmin halların mahiyyәti üzrә qiymәtlәndirilmәsi yolverilmәzdir. Eyni әsaslarla mәhkәmә X1 birinci instansiya mәhkәmәsindә şahid qismindә dindirilmәmәsinin şikayәtçinin mәhkәmә müdafiәsi hüququnun pozulmasına sәbәb olması barәdә şikayәtin dәlilini dә qәbul etmir. Şikayәtdәn görünür ki, şikayәtçi hәmin şәxsin hadisә günü avtomobili mәhz onun idarә etdiyini vә yol nişanının tәlәblәrinin pozulmadığını tәsdiq etmәsi mәqsәdilә şahid qismindә dindirilmәsini istәmişdir. Lakin hәmin şahidin verә bilәcәyi mәlumatlar şikayәt müddәtinin hansı sәbәbdәn ötürülmәsi vә hәmin sәbәbin üzrlü olub-olmaması ilә deyil, inzibati xәta hadisәsinin mahiyyәti ilә әlaqәdardır. Buna görә dә belә şahidin dindirilmәsi müddәtin bәrpası barәdә vәsatәtin hәlli üçün zәruri sübut hesab edilә bilmәz. Şahidin dindirilmәmәsi, hazırkı prosessual mәsәlәnin nәticәsinә tәsir göstәrә bilәcәk hal olmadığından, birinci instansiya mәhkәmәsinin qәrardadının lәğvi üçün әsas yaratmır. Şikayәtçinin hәmin vәsatәtlә әlaqәdar Mәhkәmә-Hüquq Şurasına müraciәt etmәsi dә özlüyündә qәrardadın qanunsuzluğunu tәsdiq edәn sübut sayıla bilmәz. Mәhkәmә qәrarının qanuniliyi Mәhkәmә-Hüquq Şurasına müraciәtin mövcudluğuna görә deyil, iş materialları vә tәtbiq edilmәli olan prosessual normalar әsasında qiymәtlәndirilmәlidir. Belәliklә, mәhkәmә hesab edir ki, şikayәtdә birinci instansiya mәhkәmәsinin qәrardadının lәğv edilmәsini şәrtlәndirәn hәr hansı әsaslı dәlil irәli sürülmәmişdir. Şikayәtçinin öz izahatları onun inzibati tәnbeh vermә haqqında elektron qәrardan vaxtında mәlumatlı olduğunu tәsdiq edir, qanunla müәyyәn edilmiş müddәtdә müvafiq qaydada şikayәt vermәsinә mane olan obyektiv vә ondan asılı olmayan hal isә iş materialları ilә müәyyәn edilmir. Şikayәtdә göstәrilәn inzibati xәta hadisәsinin vә tәrkibinin olmaması, nәqliyyat vasitәsinin başqa şәxs tәrәfindәn idarә edilmәsi, yol nişanının tәlәblәrinin pozulmaması vә hәmin şәxsin şahid qismindә dindirilmәmәsi barәdә dәlillәr isә hazırkı baxışın predmetinә aid olmadığından, müddәtin bәrpasından imtina barәdә qәrardadın lәğvinә әsas vermir. Birinci instansiya mәhkәmәsi iş üzrә sübutları düzgün qiymәtlәndirmiş, IXM-in 126 vә 130-cu maddәlәrinin tәlәblәrini düzgün tәtbiq etmiş vә müddәtin ötürülmәsinin üzrlü sәbәblәrlә bağlı olmasını tәsdiq edәn hәr hansı obyektiv sübutun tәqdim edilmәmәsi barәdә әsaslı nәticәyә gәlmişdir. IXM-nin 130.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 130.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәt üzrlü sәbәbdәn buraxıldıqda, şikayәt vә ya protest verәn şәxsin vәsatәti ilә bu müddәt hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn bәrpa edilir. IXM-nin 130.3-cü maddәsinә әsasәn buraxılmış müddәtin bәrpası qeyri-mümkün hesab edildikdә, bu halda vәsatәti rәdd etmә haqqında qәrardad qәbul edilir. Belәliklә, yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, şikayәtdә göstәrilәn dәlillәr әsasında Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026cı il tarixli, *(*-***)-****/**** nömrәli buraxılmış prosessual müddәtin bәrpa edilmәsi barәdә әrizәnin rәdd olunması barәdә qәrardadının lәğv edilmәsi üçün әsaslar yoxdur. Ona görә dә şikayәt tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Qeyd olunanlara әsasәn vә IXM-in 126, 130, 133, 134, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı şikayәtә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmәsin. Qәrar qәbul edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar