Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 3(3-8)-600/2026 24.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Elbəyli Vüsalə Rasim qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə edilməsinə dair X1 Xidmətinın Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi və şikayətin geri qaytarılmasına dair Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X1 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə X1 Xidməti Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan ötürülmüş müddətin bərpasına dair Qərardan şikayət verən orqan (şəxs) ərizəsinin təmin edilməməsi və qərardan verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. (Hakim Nigar Xəlilova) Həmin qərardaddan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən qərardan şikayət vermək müddətinin hesablanması üçün əhəmiyyət kəsb edən halları tam aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə mübahisələndirilən qərarın IXM-in 57ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni rəsmi qaydada ona təqdim edilibedilmədiyini araşdırmamış, bu barədə cavabdeh idarədən hər hansı sənəd tələb etməmişdir. Eyni zamanda, "##.##.2025-ci il tarixdə məlumatlı olma" faktının konkret hansı formada (poçtla, əl-ələ, elektron qaydada) baş verdiyi, kim tərəfindən və hansı sənədlə təsdiqləndiyi araşdırılmamışdır. Hesab edir ki, bu hallar məhz müddətin başlama anının düzgün müəyyənləşdirilməsi üçün həlledici əhəmiyyət daşıdığından, onların aydınlaşdırılmaması qərardadın əsassız olması ilə nəticələnmişdir. Məhkəmə qərardadda "müəyyən edilmiş" hesab etdiyi ##.##.2025-ci il tarixində məlumatlı olma faktını heç bir yazılı sübutla təsdiqləməmişdir. Iş materialları arasında bu tarixi əks etdirən bildiriş, arayış, imza vərəqi və ya digər sənəd yoxdur; bu fakt yalnız cavabdeh idarənin nümayəndəsinin şifahi bəyanatına əsaslanmışdır. Mülki Prosessual Məcəllənin sübutların toplanması və qiymətləndirilməsinə dair tələblərinə görə, tərəfin öz mənafeyinə uyğun verdiyi təsdiqlənməmiş bəyanat müstəqil sübut qüvvəsinə malik ola bilməz. Apellyasiya məhkəməsinin məhkəmə iclasında nümayəndə Həzrətqulu Quliyev apellyasiya şikayətinə etiraz edərək, Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə Qərardan şikayət verən orqan (şəxs) məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Apellyasiya məhkəməsi apellyasiya şikayəti üzrə məhkəmə baxışının Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar ##.##.2025-ci il tarixdə qəbul edilmiş və qərarda Inzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Iş materiallarında olan Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsindən görünür ki, mübahisələndirilən qərarı ##.##.2025-ci il tarixdə əldə etmiş, lakin şikayətlə birinci instansiya məhkəməsinə təxminən bir il sonra müraciət etmişdir. Halbuki qərardan şikayət üçün 10 gün müddət nəzərdə tutulmuşdur. Həmçinin Qərardan şikayət verən orqan (şəxs) iş materiallarına X1 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin ötürülməsini üzrlü hesab edəcək hər hansı sübut əlavə etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin etməməklə iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar barəsində qərar qəbul edilmiş şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir, həmin dəlillər işin faktiki hallarını əks etdirmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı : Apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında material üzrə Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası IXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-600/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-8)-600/2026
24.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver