Məhkəmə qərarları › İş №3(3-8)-601/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-8)-601/2026

24.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 3(3-8)-601/2026 24.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan ötürülmüş müddətin bərpasına dair Qərardan şikayət verən orqan (şəxs) ərizəsi təmin edilməmiş və qərardan şikayət geri qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş, iş № *(5- ***)-***/**** saylı qərardadı maddi hüquq normalarının kobud şəkildə pozulması nəticəsində qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərardan şikayət vermək üçün on günlük müddət yalnız qərarın surətinin bu Məcəllənin 57- ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan hesablanır. Qərardadda isə məhkəmə "məlumatlı olma" ilə "rəsmi qaydada təqdim edilmə" anlayışlarını qarışdıraraq, sadəcə mübahisələndirilən şəxsin qərardan hansısa tarixdə xəbərdar olduğunu əsas götürərək müddətin başlanğıc anınımüəyyən etmişdir. Halbuki bu iki hüquqi kateqoriya eyni məzmuna malik deyil və qanunverici məhz rəsmi təqdimetmə anını əsas götürməyi tələb edir; rəsmi təqdimetmənin baş verdiyini təsdiqləyən heç bir sənəd iş materialları arasında yoxdur və Qərardadda buna istinad edilməmişdir. Bununla əlaqədar, məhkəmə maddə 130.1-i düzgün tətbiq etməmiş, əslində mövcud olmayan "rəsmi təqdimetmə" faktını sübut olunmuş hesab etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən qərardan şikayət vermək müddətinin hesablanması üçün əhəmiyyət kəsb edən sıra hallar tam aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə mübahisələndirilən qərarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni rəsmi qaydada mənə təqdim edilibedilmədiyini araşdırmamış, bu barədə cavabdeh idarədən hər hansı sənəd tələb etməmişdir. Eyni zamanda, "##.##.2025-ci il tarixdə məlumatlı olma" faktının konkret hansı formada (poçtla, əl-ələ, elektron qaydada) baş verdiyi, kim tərəfindən və hansı sənədlə təsdiqləndiyi araşdırılmamışdır. Bu hallar, məhz müddətin başlama anının düzgün müəyyənləşdirilməsi üçün həlledici əhəmiyyət daşıdığından, onların aydınlaşdırılmamasıQərardadın əsassız olmasına gətirib çıxarmışdır. Məhkəmə Qərardadda "müəyyən edilmiş" hesab etdiyi ##.##.2025-ci il tarixində məlumatlı olma faktını heç bir yazılı sübutla təsdiqləməmişdir. İş materialları arasında bu tarixi əks etdirən bildiriş, arayış, imza vərəqi və ya digər sənəd yoxdur; bu fakt yalnız cavabdeh idarənin nümayəndəsinin şifahi bəyanatına əsaslanmışdır. Mülki Prosessual Məcəllənin sübutların toplanması və qiymətləndirilməsinə dair tələblərinə görə, tərəfin öz mənafeyinə uyğun verdiyi təsdiqlənməmiş bəyanat müstəqil sübut qüvvəsinə malik ola bilməz. Beləliklə, qərardadın əsasını təşkil edən əsas fakt - ##.##.2025-ci il tarixi - mahiyyətcə sübut edilməmiş fakt olaraq qalır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və X1 Bakı şəhər idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli dövlət qurumunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan ötürülmüş müddətin bərpasına dair Qərardan şikayət verən orqan (şəxs) ərizəsi təmin edilməli, inzibati xəta haqqında material baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır (bu Məcəllənin 57.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla), yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı vaxtdan rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, faktiki hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının hansı tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilməsi qeyri-müəyyəndir. Bu qeyrimüəyyənlik şəxsin əleyhinə təfsir edilə bilməz. Digər tərəfdən səlahiyyətli qurumun və yaxud vəzifəli şəxsin vəzifə borcudur ki, şəxsə barəsində qəbul edilmiş inzibati tənbeh vermə barədə qərar bütün mümkün üsullardan istifadə edilərək rəsmi qaydada təqdim edilsin. Bununla yanaşı, rəsmi qaydada təqdim edilmə tarixi məlum olmadığı halda, o cümlədən səlahiyyətli dövlət qurumu tərəfindən bu barədə sübutlar nə birinci instansiya məhkəməsinə, nə də ki apellysiya instansiya məhkəməsinə təqdim edilmədiyi halda, Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından ##.##.2026-cı il tarixdə, təxminən bir ildən sonra müraciət etməsinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Apellyasiya şikayətinin digər dəlilləri birinci instansiya məhkəməsinin araşdırma predmeti olduğundan apellyasiya instansiya məhkəməsi bu dəlillərə hüquqi qiymət verməyi zəruri hesab etmir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarından biridir. 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və iş üzrə yeni qərardad qəbul edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan ötürülmüş müddətin bərpasına dair Qərardan şikayət verən orqan (şəxs) ərizəsi təmin edilsin. İnzibati xəta haqqında material baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilsin. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar