Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-602/2026 24.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiә Nazirliyi yanında X1 Xidmәtinin hüquq idarәsinin baş mәslәhәtçisi X2 iştirakı ilә, “xxxx” MMC-nin direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) X1 Xidmәtinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbehvermә haqqında qәrarından şikayәt verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpasından imtina edilmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Inzibati işin materiallarından müәyyәn olunur ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X1 Xidmәti Bakı şәhәr idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan şikayәt vә şikayәt verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpasına dair әrizә ilә mәhkәmәyә müraciәt edәrәk qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә X1 Xidmәti Bakı şәhәr idarәsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından ötürülmüş müddәtin bәrpasına dair Qәrardan şikayәt verәn orqan (şәxs) әrizәsi tәmin edilmәmiş vә şikayәt geri qaytarılmışdır (Hakim Samir Mәmmәdov). Qәrardaddan Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, qәrardadın lәğv edilmәsini vә X1 Xidmәtinin ##.##.2025-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, X1 Xidmәti tәrәfindәn IXm-nin 192.4-cü maddәsi ilә ##.##.2025-cı il tarixli, MN ******* nömrәli Inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilmişdir. Qәrardan uzun müddәt sonra mәlumatı olmuş, elә hәmin tarixdә dә qәrarlar tәrәfindәn әldә edilmişdir. Inzibati tәnbeh vermә haqqında qәrar maddi vә prosessual hüquq normalarının tәlәblәri pozulmaqla tәrtib edildiyi üçün lәğv edilmәli vә inzibati xәtaya dair iş üzrә icraata xitam verilmәlidir. Tәnbeh tәtbiqi haqqında qәrarda "xxxx" ММС-nin direktoru vәzifәsindә işәgötürәn qismindә mәsuliyyәtә cәlb edilmiş, o, ümumiyyәtlә, "X3" MMC-yә faktiki rәhbәrlik etmәmişdir. Cәmiyyәtin fәaliyyәti vә işinin tәşkilindә hәr hansı vәzifә vә sәlahiyyәti olmadığı kimi müvafiq qәrarlardan da mәlumatı olmamışdır. Inzibati tәnbeh vermә haqqında qәrarda nәzәrdә tutulan maddәnin dispozisiyasına әsasәn müvafiq sanksiya hüquqi şәxsin vәzifәli şәxsinә - direktoruna münasibәtdә nәzәrdә tutulur. Vәzifәli şәxs qanunvericiliklә üzәrinә müvafiq öhdәlik qoyulmuş subyekt, o cümlәdәn, hüquqi şәxsin öhdәliklәrini faktiki yerinә yetirәn şәxs dә ola bilәr. Halbuki, inzibati xәta haqqında protokolun tәrtib edildiyi vә xәtanın törәdildiyi iddia olunan "xxxx" MMC-yә rәhbәrlik edilmәmiş, müvafiq vәzifә sәlahiyyәtlәrindәn vә hüquqlardan istifadә olunmamışdır. Hesab edir ki, qәrardad әsassız olduğundan lәğv edilmәlidir. Quba Rayon Mәhkәmәsi tәrәfindәn ##.##.2026-cı il tarixdә qәbul edilmiş, *(*-***)- ***/**** saylı qәrardad maddi hüquq normalarının kobud şәkildә pozulması nәticәsindә qәbul edildiyindәn qanunsuz vә әsassızdır. Belә ki, IXM-nin 130.1-ci maddәsinә әsasәn, qәrardan şikayәt vermәk üçün on günlük müddәt yalnız qәrarın surәtinin bu Mәcәllәnin 57-ci maddәsindә nәzәrdә tutulmuş rәsmi qaydada verildiyi vaxtdan hesablanır. Qәrardadda isә mәhkәmә "mәlumatlı olma" ilә "rәsmi qaydada tәqdim edilmә" anlayışlarını qarışdıraraq, sadәcә mübahisәlәndirilәn şәxsin qәrardan hansısa tarixdә xәbәrdar olduğunu әsas götürәrәk müddәtin başlanğıc anını müәyyәn etmişdir. Halbuki bu iki hüquqi kateqoriya eyni mәzmuna malik deyil vә qanunverici mәhz rәsmi tәqdimetmә anını әsas götürmәyi tәlәb edir; rәsmi tәqdim etmәnin baş verdiyini tәsdiqlәyәn heç bir sәnәd iş materiallarında yoxdur vә qәrardadda buna istinad edilmәmişdir. Bundan әlavә, qәrardadda mübahisәli olan "mәlumatlı olma tarixi" mәsәlәsindә mövcud olan şübhә onun xeyrinә deyil, әleyhinә hәll edilmişdir. Hәmçinin rәsmi tәqdimetmә faktı sübuta yetirilmәdiyi halda, hüquqi mәnada on günlük müddәt heç başlanmamış sayılmalı idi vә bu zaman söhbәt "müddәtin bәrpasından" deyil, şikayәtin ümumiyyәtlә müddәt pozulmadan verildiyindәn getmәli idi. Belәliklә, mәhkәmә әslindә yanlış hüquqi institut tәtbiq edәrәk, mahiyyәtcә fәrqli olan iki halı - müddәtin başlanmaması ilә müddәtin buraxılmasını -eynilәşdirmişdir. Qәrardadda isә sadәcә "müәyyәn edilmişdir ki... mәlumatı olmuş" ifadәsi işlәdilmiş, bu nәticәnin hansı sәnәd vә ya sübuta әsaslandığı heç yerdә göstәrilmәmişdir. Eyni zamanda, "##.##.2025-ci il tarixdә mәlumatlı olma" faktının konkret hansı formada (poçtla, әl-әlә, elektron qaydada) baş verdiyi, kim tәrәfindәn vә hansı sәnәdlә tәsdiqlәndiyi araşdırılmamışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiә Nazirliyi yanında X1 Xidmәtinin nümayәndәsi X2 bildirdi ki, hesab edir ki, porsessual müddәt ötürülmüş, ötürülmüş müddәt mәhkәmә tәrәfindәn üzrlü hesab edilmәmişdir. Odur ki, verilmiş sikayәtin tәmin edilmәmәsini vә Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazimi qaydada mәlumat verilmәsinә baxmayaraq Qәrardan şikayәt verәn orqan (şәxs) mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә onun iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi proses iştirakçısını dinlәyib, inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, mәhkәmәnin mübahisә olunan qәrarı dәyişdirilmәdәn saxlanılmalı vә apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 130.1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 126.1-ci vә 127-4.1-ci maddәlәrindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, qәrarın surәti bu Mәcәllәnin 57-ci maddәsindә nәzәrdә tutulmuş rәsmi qaydada verildiyi vaxtdan on gün müddәtindә inzibati xәta haqqında iş üzrә qәrardan şikayәt vә ya protest verilә bilәr. Hәmin Mәcәllәnin 57.5-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә sәnәd hәmin Mәcәllәnin 57.2-ci maddәsindә nәzәrdә tutulmuş hallarda ünvan sahibinә şәxsәn verildiyi vaxtdan; hәmin Mәcәllәnin 57.3-cü maddәsindә nәzәrdә tutulmuş hallarda ünvan sahibi ilә birlikdә yaşayan yetkinlik yaşına çatmış ailә üzvlәrindәn birinә şәxsәn verildiyi vaxtdan; sәnәdin çatdırılması tapşırılmış digәr şәxslәr sәnәdin çatdırılması barәdә müvafiq hakimә vә ya sәlahiyyәtli orqana (vәzifәli şәxsә) xәbәr verdiyi vaxtdan rәsmi qaydada verilmiş hesab edilir. Azәrbaycan Respublikası IXM-nin 130.2-ci maddәsinә әsasәn hәmin Mәcәllәnin 130.1ci maddәsindә nәzәrdә tutulmuş müddәt üzrlü sәbәbdәn buraxıldıqda, şikayәt vә ya protest verәn şәxsin vәsatәti ilә bu müddәt hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn bәrpa edilir. Hәmin Mәcәllәnin 130.3-cü maddәsinә әsasәn buraxılmış müddәtin bәrpası qeyrimümkün hesab edildikdә, bu halda vәsatәti rәdd etmә haqqında qәrardad qәbul edilir. Iş materiallarına әlavә edilmiş SS********AZ nömrәli poçt göndәrişlәrinin izlәnmәsinә dair çıxarışdan görünür ki, inzibati tәnbeh vermә haqqında qәrar ##.##.2025-ci il tarixdә alıcı Qәrardan şikayәt verәn orqan (şәxs) çatdırılmışdır. Bu baxımdan, qanunvericiliyin tәlәblәrinә uyğun olaraq şikayәt vermәk üçün 10 günlük prosessual müddәt mәhz hәmin tarixdәn etibarәn hesablanmalı idi. Apellyasiya şikayәtinin isә bu müddәt bitdikdәn xeyli sonra (tәxminәn 1 ilә yaxın) verildiyi, lakin buraxılmış prosessual müddәtin bәrpası üçün qanunvericiliklә nәzәrdә tutulmuş hәr hansı üzrlü sәbәbin mövcudluğunun mәhkәmәyә tәqdim edilәn materiallarla sübuta yetirilmәdiyi nәzәrә alınaraq, birinci instansiya mәhkәmәsi tәrәfindәn müddәtin bәrpasından imtina edilmәsi vә şikayәtin geri qaytarılması qanunauyğun vә әsaslı olmuşdur. Belәliklә, apellyasiya instansiya mәhkәmәsi qәrardaddan verilmiş şikayәtin dәlillәrini araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәmәli, Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, Q Ə R A RA A L D İ : Apellyasiya şikayәti tәmin edilmәsin. Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-602/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-602/2026
24.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver