Məhkəmə qərarları › İş №3(3-8)-605/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-605/2026

24.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-605/2026 24.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, “SİKA” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs “SİKA” MMC-nin (VÖEN: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, EP *****-*****/** nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə “SİKA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı Baş Gömrük İdarəsi apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarının ləğv edilməsini və “SİKA” MMC barəsində tərtib edilmiş protokola baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin sanksiya hissəsində nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş raporta əsasən “SİKA” MMC-nin ünvanına daxil olmuş yüklər 01261000219515 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. 01261000219515 sorğu nömrəli gömrük bəyannaməsi ilə 11265000146264 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafaları arasında uyğunsuzluq təşkil edir. Gömrük Xidmətinin “İntellektual Gömrük İnformasiya Sistemi”nə baxış keçirilərək müəyyən edilmişdir ki, “SİKA” MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində ##.##.2026-cı il tarixli 01261000219515 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar YY611MG/YY611M nömrə nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş 11265000146264 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmişdir. “SİKA” MMC tərəfindən həmin mallara dair tərtib edilmiş ##.##.2026-cı il tarixli 01261000219515 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 20399.32 avro qeyd edilmişdir, lakin ##.##.2026cı il tarixli 11265000146264 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 17014.32 avro qeyd edilmişdir. Beləliklə, “SİKA" MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “SİKA" MMC və Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin ## ###### 2026-cı il tarixli, EP *****- *****/** nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, İş üzrə Gömrük Xidmətinin “İntellektual Gömrük İnformasiya Sistemi”nə baxış keçirilərək müəyyən edilmişdir ki, “SİKA” MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində ##.##.2026-cı il tarixli 01261000219515 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar YY611MG/YY611M nömrə nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş 11265000146264 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmişdir. “SİKA” MMC tərəfindən həmin mallara dair tərtib edilmiş ##.##.2026-cı il tarixli 01261000219515 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 20399.32 avro qeyd edilmişdir, lakin ##.##.2026cı il tarixli 11265000146264 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 17014.32 avro qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş raporta əsasən “SİKA" MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. ************** nömrəli qısa idxal bəyannaməsi ilə ##.##.2026-cı il tarixli 01261000219515 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafaları arasında uyğunsuzluğun olmasına səbəb ixracatçı şirkət tərəfindən invoys sənədindən daşıma xərcinin qeyd olunmaması olmuşdur. Belə ki, ixracatçı şirkət ilə “SİKA” MMC arasında həyata keçirilən bütün ticarət əməliyyatlarında incoterms şərti həmişə “CİP Baku”-dır, sonradan həmin invoysda daşıma xərcinin olmamasını onlara mail vasitəsilə bildirilmiş, onlar da MMC-yə daşıma xərci qeyd olunmuş invoysu yenidən göndərmişdir. Qısa idxal bəyannaməsində olan yanlışlıq malı göndərən şirkətin təqsiri üzündən olmuş və bu halı mal göndərən şirkətlə olan yazışmalar da təsdiq edir. Həmçinin o da qeyd edilməlidir ki, vergi və rüsumların tutulması üçün əsas olan sonradan verilən gömrük bəyannaməsidir ki, bu zaman MMC doğru məlumatlar yerləşdirməklə dövlətə hər hansı ziyan vurmamış və bu da “SİKA” MMC təqsirinin olmamasını təsdiq edir. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar