Məhkəmə qərarları › İş №3(3-8)-606/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-606/2026

25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-606/2026 25.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, qәrarından şikayәt verilәn orqan1 nümayәndәsi Əliyev Elçin İsmayıl oğlunun vә barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının İXM-nin 192.6-cı maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi X5 Xidmәtinin Hüquq İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyiqәrarından şikayәt verilәn orqan2 tәrәfindәn qәbul edilmiş MN seriyalı, ******* saylı, ## #### 2026-cı il tarixli inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 192.6-cı maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә 1500 manat mәblәğindә inzibati cәrimә şәrti olaraq tәtbiq edilmiş vә törәdilmiş hüquq pozuntusunun aradan qaldırlması üçün 20 gün müddәt tәyin olunmuşdur. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsi ilә Sumqayıt Şәhәr Mәhkәmәsinә müraciәt edәrәk, inzibati tәnbeh vermә haqqına qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki,qәrarından şikayәt verilәn orqan2 tәrәfindәn tәrtib edilmiş inzibati xәta haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrәli protokola әsasәn iddia edilir ki, X3 ilә bağlanılmış әmәk müqavilәsinә ##.##.2025-ci il tarixdә Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 76-cı maddәsinin tәlәblәri pozularaq xitam verilmişdir. Nәticәdә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 192.6-cı maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәta törәdildiyi qәnaәtinә gәlinmişdir. Hәmin protokola әsasәn qәbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrәli qәrarla işәgötürәn 1500 (min beş yüz) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Hәmin qәrarqәrarından şikayәt verilәn orqan2 ##.##.2026-cı il tarixli, *-**-*/*-B-*****/**** nömrәli mәktubu ilә myGov elektron kabinetindә yerlәşdirilmişdir.qәrarından şikayәt verilәn orqan2 ##.##.2026-ci il tarixli, ******* nömrәli qәrarı aşağıda göstәrilәn әsaslara görә qanunsuz vә әsassızdır. Belә ki, Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 76-cı maddәsinә әsasәn әmәk müqavilәsinә eyni zamanda iki vә daha artıq әsasla, habelә qanunvericilikdә nәzәrdә tutulmayan әsasla vә ya әmәk müqavilәsinә xitam verilmәsi qaydalarına әmәl olunmadan xitam verilә bilmәz. Hazırki iş üzrә isә әmәk müqavilәsinә yalnız Əmәk Mәcәllәsinin 70-ci maddәsinin “ç” bәndinә әsasında xitam verilmiş vә xitam verilmәsi zamanı әmәk qanunvericiliyindә müәyyәn edilmiş prosedur qaydalarına tam şәkildә riayәt edilmişdir. Buna görә dә işәgötürәnin hәrәkәtlәrindә Əmәk Mәcәllәsinin 76cı maddәsinin tәlәblәrinin pozulması mövcud deyildir. Belәliklә, işәgötürәn tәrәfindәn әmәk müqavilәsinә xitam verilmәsi zamanı Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 76-cı maddәsinin tәlәblәrinә tam riayәt edilmiş, әmәk qanunvericiliyinin hәr hansı normasının pozulmasına yol verilmәmişdir. Bu sәbәbdәn X5 Xidmәtinin AbşeronX4 işәgötürәn tәrәfindәn qeyd olunan әmәk qanunvericiliyi normalarının pozulması barәdә gәldiyi nәticә faktiki hallara vә qüvvәdә olan qanunvericiliyin tәlәblәrinә uyğun deyildir vә әsassızdır. Göstәrilәnlәrә әsasәn, inzibati tәnbeh vermә haqqında ##.##.2026-ci il tarixli MN ******* nömrәli qәrar qәbul edilәrkәn yuxarıda qeyd edilәn çoxsaylı kobud prosessual pozuntulara yol verilmәsi Azәrbaycan Respublikası İXM-nin tәlәblәri üzrә işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneçilik törәdәcәk dәrәcәdә pozulması kimi qiymәtlәndirilmәlidir. Eyni zamanda Azәrbaycan Respublikası Dövlәt Neft Şirkәtinin “Azәriqaz” İstehsalat Birliyinin Sumqayıt Regional Qaz istismar idarәsinin Abşeron rayonu üzrә Müayinә vә istismara qәbul xidmәtinin böyük mühәndisi X3 ilә bağlanmış әmәk müqavilәsi Əmәk Mәcәllәsinin 70-ci maddәsinin “ç” bәndinә әsasәn ##.##.2025-ci il tarixli 14-2-2-6/3-1 k-1364/2025 sayli әmrlә xitam verilmiş vә X3 әmrlә tanış olmuşdur. X3 “Azәriqaz” İstehsalat Birliyinә qarşı ##.##.2025-ci il tarixli 14-2-2-6/3-1 K****/**** saylı әmrin lәğvi, işә bәrpa olunma vә mәcburi iş buraxma müddәti üçün әmәk haqqının ödәnilmәsi tәlәbi ilә mәhkәmәyә müraciәt etmişdir. İddiaçı ##.##.2025-ci il tarixli vә ##.##.2025ci il tarixli “әmәk vә icra intizamının pozulması haqqında” әmrlәrlә barәsindә tәtbiq edilmiş “töhmәt" vә “sonuncu xәbәrdarlıqla şiddәtli töhmәt” intizam tәnbehlәrinin qәrәzli şәkildә verildiyini qeyd etmiş, Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinin 70, 72, 80, 300-cü maddәlәrinә istinad edәrәk әmәk funksiyasını vә әmәk müqavilәsi üzrә öhdәliklәrinin yerinә yetirmәmiş olmasını, Əmәk Mәcәllәsinin 72-ci maddәsindә sadalanan pozuntulara yol vermәsi, üzәrinә düşәn vәzifәlәrin layiqincә yerinә yetirilmәmәsinin sübuta yetirilmәmәsini bildirәrәk “Azәriqaz” İB-nin Sumqayıt Regional Qaz İstismarı İdarәsinin ##.##.2025-ci il tarixli 14-2-2-6/3- 1 K-****/**** saylı әmrinin lәğv edilmәsini, işә bәrpa olunması vә mәcburi iş buraxma müddәti üçün әmәk haqqının ödәnilmәsini mәhkәmәdәn xahiş etmişdir. X3 ilә bağlanmış әmәk müqavilәsinә xitam verilmәsi tәk bir epizodik vә ya tәsadüfi xarakterli pozuntuya görә deyil, onun tәrәfindәn әmәk funksiyalarının icrası zamanı yol verilmiş çoxsaylı, tәkrarlanan vә sistemli xarakter daşıyan pozuntuların mәcmusu әsasında hәyata keçirilmişdir. Belә ki, iddiaçı öz xidmәti fәaliyyәtindә yol verdiyi nöqsanlara görә bundan әvvәl dә qüvvәdә olan әmәk qanunvericiliyinә uyğun qaydada intizam mәsuliyyәtinә cәlb edilmiş, barәsindә “töhmәt" vә “sonuncu xәbәrdarlıqla şiddәtli töhmәt” intizam tәnbehlәri tәtbiq olunmuşdur. Buna baxmayaraq, o, öz davranışından nәticә çıxarmamış, әmәk funksiyalarının icrasında nöqsanlara yol vermәkdә davam etmişdir. X3 barәsindә әmәk müqavilәsinә xitam verilmәmişdәn әvvәl onun tәrәfindәn yol verilmiş pozuntularla bağlı Sumqayıt Regional Qaz İstismarı İdarәsinin 14-2-2-6/3-1İ-268/2025 saylı әmri ilә Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 186-cı maddәsinin 2-ci hissәsinin “a” bәndinә әsasәn “töhmәt”, 14-2-2-6/3- 1İ- 281/2025 saylı әmri ilә isә hәmin maddәnin 2-ci hissәsinin “b" bәndinә әsasәn “sonuncu xәbәrdarlıqla şiddәtli töhmәt” intizam tәnbehlәri tәtbiq edilmişdir. İddiaçı qüvvәdә olan әmәk qanunvericiliyinin tәlәblәrinә uyğun qaydada qeyd olunan әmrlәrlә tanış edilmiş vә tanış olma faktını şәxsi imzası ilә tәsdiq etmişdir. Bununla belә, iddiaçı hәmin intizam tәnbehlәrinin guya әsassız vә ya qәrәzli olması barәdә nә inzibati qaydada, nә dә mәhkәmә qaydasında mübahisәlәndirmәmişdir. Halbuki, qüvvәdә olan әmәk qanunvericiliyi işçiyә tәtbiq edilmiş intizam tәnbehinin qanunsuz vә ya әsassız hesab edildiyi hallarda fәrdi әmәk mübahisәsi qaydasında onun mübahisәlәndirilmәsi hüququnu birbaşa tәmin edir. R.Ağakişiyevin ona tәtbiq edilmiş intizam tәnbehlәrini vaxtında mübahisәlәndirmәmәsi, hәmin tәnbehlәrlә razılaşdığını vә yol verilmiş pozuntuları faktiki olaraq qәbul etdiyini göstәrәn mühüm hüquqi hal kimi qiymәtlәndirilmәlidir. Bu isә öz növbәsindә R.Ağakişiyevin sonradan irәli sürdüyü qәrәzlilik vә әsassızlıq iddialarının inandırıcılığını vә hüquqi әsaslılığını aradan qaldırır. Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinin 70-ci maddәsinin “ç” bәndinә әsasәn işçi özünün әmәk funksiyasını vә ya әmәk müqavilәsi üzrә öhdәliklәrini yerinә yetirmәdikdә, yaxud bu Mәcәllәnin 72-ci maddәsindә sadalanan hallarda әmәk vәzifәlәrini kobud şәkildә pozduqda işәgötürәn tәrәfindәn әmәk müqavilәsi lәğv edilә bilәr. Hәmin Mәcәllәnin 72-ci maddәsinә әsasәn işçinin әmәk funksiyasını pozduğuna görә әvvәllәr işәgötürәn tәrәfindәn verilmiş intizam tәnbehindәn nәticә çıxarmayaraq altı ay әrzindә tәkrarәn әmәk funksiyasını pozması işçi tәrәfindәn әmәk vәzifәlәrinin kobud şәkildә pozulması hesab edilir. Əmәk funksiyalarının icrası zamanı yol verdiyi texniki pozuntuların xarakteri vә mahiyyәti dә xüsusi önәm daşıyır. Belә ki, aparılmış monitorinqlәr zamanı müәyyәn edilmişdir ki, X3 tәrәfindәn istismara qәbul edilmiş bir sıra fәrdi yaşayış evlәrindә Layihә-Smeta sәnәdlәrindә göstәrilmiş ev sxemlәri faktiki qazlaşdırılmış evlәrin sxemlәrinә uyğun olmamış, hәmçinin faktiki quraşdırılmış qaz cihazları ilә layihәdә nәzәrdә tutulmuş qaz cihazları arasında uyğunsuzluqlar mövcud olmuşdur. Bundan әlavә mәhkәmәnin diqqәtinә çatdırmaq istәrdik ki, X3 tәrәfindәn istismara qәbul edilmiş qeyd olunan fәrdi yaşayış evlәrinin koordinat mәlumatlarının sistemdә qeyd edilmәmәsi dә müәyyәn edilmişdir ki, bu hal qaz tәsәrrüfatı obyektlәrinin uçotu vә sonrakı texniki nәzarәt mexanizmi baxımından kobud pozuntu hesab olunur. Digәr mühüm vә kobud pozuntu isә ondan ibarәtdir ki, “Azәriqaz” İB İdarәetmә Aparatının Biznes proseslәrinә nәzarәt şöbәsinin mütәxәssislәri tәrәfindәn seçmә üsulu ilә monitorinq aparılmış 30 fәrdi yaşayış evinin istismara qәbulu “DARKCAD” proqramında mәhz X3 istifadәçi identifikasiyası ilә tәsdiqlәnmiş olsa da, hәmin obyektlәr üzrә tәrtib edilmiş “Qaz sayğaclarının çıxarılması, quraşdırılması vә istismara qәbulu haqqında” aktların 15 әdәdinin faktiki olaraq müayinә vә istismara qәbul xidmәtinin digәr mühәndislәri tәrәfindәn imzalandığı müәyyәn edilmişdir. Bu ziddiyyәt R.Ağakişiyevin özünә mәxsus istifadәçi adı vә şifrә mәlumatlarını digәr әmәkdaşlara ötürdüyünü vә bununla da informasiya tәhlükәsizliyi tәlәblәrini, elektron sistemlәrdәn istifadә qaydalarını vә müәssisәdaxili intizam normalarını kobud şәkildә pozduğunu göstәrir. Belә davranış isә yalnız texniki intizam pozuntusu deyil, hәm dә xidmәt sәlahiyyәtlәrindәn mәsuliyyәtsiz istifadә halı kimi qiymәtlәndirilmәlidir. Belәliklә, iş materiallarında mövcud olan çoxsaylı sәnәdlәr, monitorinq nәticәlәri, mütәxәssis izahatları vә elektron sistem mәlumatları R.Ağakişiyev tәrәfindәn әmәk funksiyalarının kobud vә tәkrar pozulduğunu, әvvәl tәtbiq edilmiş intizam tәnbehlәrindәn nәticә çıxarılmadığını vә әmәk münasibәtlәrinin davam etdirilmәsinin işәgötürәn üçün obyektiv olaraq mümkünsüz hala gәldiyini tam şәkildә sübut edir. Bu sәbәbdәn X3 әmәk müqavilәsinә xitam verilmәsi qanuni vә әsaslı olmaqla yanaşı, işәgötürәnin hüquq vә qanunla qorunan mәnafelәrinin müdafiәsi baxımından zәruri tәdbir olmuşdur. Göründüyü kimi, X3 ilә bağlanmış әmәk müqavilәsinә xitam Azәrbaycan Respublikası Əmәk Mәcәllәsindә nәzәrdә tutulmuş qanuni әsaslara uyğun şәkildә verilmişdir. İşәgötürәnin tәqsirini sübut edәn hәr hansı hüquqi vә ya faktiki әsas müәyyәn edilmәmişdir. X3 “Azәriqaz” İstehsalat Birliyinә qarşı ##.##.2025-ci il tarixli **-*-*-*/*-*K-****/**** saylı әmrinin lәğvi, işә bәrpa olunma vә mәcburi iş buraxma müddәti üçün әmәk haqqının ödәnilmәsi tәlәbi ilә mәhkәmәyә müraciәt etmiş, Xәtai rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qәtnamәsi ilә X3 iddiası rәdd edilmişdir. Bu da onu göstәrir ki, bu iş üzrә araşdırma aparılmış vә aidiyyәti mәhkәmә tәrәfindәn qanuni qәrar qәbul edilmişdir. X2 müraciәti X5 Xidmәti tәrәfindәn sübutlar qiymәtlәndirilәrkәn qanunilik vә әsaslandırma prinsiplәrinә әmәl olunmamış, işin hallarının tam, hәrtәrәfli vә obyektiv araşdırılması tәmin edilmәmişdir. Bu isә İnzibati icraatın mahiyyәtinә, mәqsәd vә prinsiplәrinә ziddir. Hesab edir ki, hazırkı inzibati iş üzrә sәlahiyyәtli orqanın gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki hallar araşdırılmamış vә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsi ilә müәyyәn edilmiş tәlәblәr işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulmuşdur. Tәәssüf hissi ilә bildirir ki, әmәk müfәttişliyi müvafiq protokol әsasında qәrarı qәbul edәrkәn işin faktiki hallarını araşdırmadan, mövcud qanunvericiliyin tәlәblәrinә mәhәl qoymadan öz mülahizәlәrinә әsaslanaraq sәhv nәticәyә gәlmişdir. Hәmçinin, X5 Xidmәti tәrәfindәn әmәldә inzibati xәta tәrkibinin mövcud olub-olmaması araşdırılmamışdır. Belә ki, inzibati xәtanın tәrkibi hüquqla müәyyәn edilmiş elementlәr mәcmusudur vә hәmin elementlәrin mövcudluğu halında törәdilmiş әmәl inzibati xәta hesab olunur. İnzibati xәtanın tәrkibi aşağıdakı elementlәrdәn ibarәtdir: subyekt, obyekt, obyektiv tәrәf vә subyektiv tәrәf. İnzibati xәtanın subyektiv tәrәfi şәxsin törәtdiyi hüquqazidd әmәlә vә onun zәrәrli nәticәlәrinә olan daxili psixi münasibәtini ifadә edir. Subyektiv tәrәfin әsas elementi tәqsirdir vә bu tәqsir qәsd vә ya ehtiyatsızlıq formasında tәzahür edir. İnzibati xәta törәtmiş şәxs öz әmәlinin hüquqazidd xarakterini dәrk etmiş, onun zәrәrli nәticәlәrini qabaqcadan görmüş vә bu nәticәlәri arzu etmişdirsә vә ya belә nәticәlәrin baş vermәsinә şüurlu surәtdә yol vermişdirsә, bu xәta qәsdәn törәdilmiş xәta hesab olunur. Eyni zamanda, inzibati xәta törәtmiş şәxs öz әmәlinin zәrәrli nәticәlәr verә bilәcәyi imkanını qabaqcadan görmüş, lakin kifayәt qәdәr әsas olmadan onların qarşısını alacağını güman etmişdirsә vә ya bu nәticәlәrin baş verәcәyini lazımi diqqәt vә ehtiyatlılıq göstәrәrәk qabaqcadan görmәli olduğu vә görә bilәcәyi halda onları görmәmişdirsә, bu xәta ehtiyatsızlıqdan törәdilmiş xәta hesab olunur. Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb edilә bilәr. İnzibati xәtalar qanunvericiliyinin mәnasına görә inzibati xәtanın tәrkibini inzibati xәtalar qanunvericiliyi ilә müәyyәn edilmiş әlamәtlәr mәcmusu tәşkil edir vә yalnız hәmin әlamәtlәrin mövcudluğu halında әmәl inzibati xәta hesab olunur. Hәr bir inzibati xәtanın әsasını hüquqazidd әmәl tәşkil edir. Əgәr belә әmәl mövcud deyilsә vә ya hәmin әmәl inzibati xәta tәrkibinin bütün elementlәrini daşımırsa, bu halda inzibati mәsuliyyәtdәn vә inzibati tәnbeh tәtbiq edilmәsindәn söhbәt gedә bilmәz. Hazırki iş üzrә isә inzibati mәsuliyyәtә cәlb edilmәyi üçün әsas kimi göstәrilәn hallarla bağlı işәgötürәnin tәqsirinin mövcudluğu inzibati orqan tәrәfindәn lazımi qaydada araşdırılmamış vә sübuta yetirilmәmişdir. Yuxarıda göstәrilәn hüquqi әsaslardan göründüyü kimi әmәk müqavilәsinә xitam verilmәsi zamanı Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin tәlәblәri pozulmamışdır. Bu sәbәbdәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 192.6-cı maddәsindә nәzәrdә tutulan inzibati xәta tәrkibi mövcud deyildir. Hüquqazidd әmәl mövcud olmamış vә buna görә dә inzibati xәta tәrkibinin obyektiv tәrәfi formalaşmamışdır. Bundan әlavә, İnzibati Xәtalar Mәcәllәsinin 8.3~cü maddәsinә әsasәn, şәxsin tәqsirliliyi barәdә yaranan şübhәlәr onun xeyrinә hәll olunmalıdır. İnzibati orqan tәrәfindәn bu prinsipә әmәl edilmәmişdir. Belә olan halda inzibati xәta hadisәsi vә tәrkibi mövcud olmadığından iş üzrә icraata xitam verilmәlidir. Göründüyü kimi X5 Xidmәtinin AbşeronXızı regional şöbәsi tәrәfindәn işin hallarını hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmadan, heç bir әtraflı araşdırma aparılmadan qәrәzli olaraq Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 192.6-cı maddәlәrindә nәzәrdә tutulmuş intizam xәta törәtdiyini nәzәrә alaraq İnzibati xәta haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrәli protokol tәrtib edilmişdir. Hesab edir ki, hazırkı inzibati iş üzrә sәlahiyyәtli orqanın gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halları araşdırılmamış vә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsi ilә müәyyәn edilmiş tәlәblәr işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulmuşdur. Sәlahiyyәtli orqan tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrar qәbul edәrkәn işәgötürәn barәsindә toplanmış material üzrә zәruri araşdırma aparılmaması onun inzibati mәsuliyyәtә cәlb edilmәsinә sәbәb olmuşdur. Göstәrilәnlәrә әsasәn, inzibati tәnbeh vermә haqqında ##.##.2026-cı il tarixli MN ******* nömrәli qәrar qәbul edilәrkәn yuxarıda qeyd edilәn çoxsaylı kobud prosessual pozuntulara yol verilmәsi Azәrbaycan Respublikası İXM-nin tәlәblәri üzrә işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneçilik törәdәcәk dәrәcәdә pozulması kimi qiymәtlәndirilmәlidir. Belәliklә, hesab edir ki, İXM-nin 53.1.2-ci bәndinә әsasәn isә inzibati xәta tәrkibi olmadıqda, inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. İnzibati Xәtalar Mәcәllәsinin 53.1.7-ci maddәsinә әsasәn, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsә aid eyni fakt üzrә inzibati tәnbeh etmәk haqqında hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qәrarı olduqda, yaxud inzibati xәta haqqında işә xitam verilmәsi barәsindә lәğv edilmәmiş qәrar olduqda, habelә hәmin fakt üzrә cinayәt işi başlamaq haqqında qәrar olduqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. İnzibati Xәtalar Mәcәllәsinin 53.2-ci maddәsinә әsasәn hәr hansı şәxs barәsindә başlanılmış inzibati xәtalar haqqında işlәr üzrә icraata, hәmçinin onun inzibati xәta törәdilmәsinә aidiyyәti olmadıqda vә ya tәqsirliliyi sübuta yetirilmәdikdә, o cümlәdәn tәqsirliliyin sübuta yetirilmәsindә qanuna zidd olaraq әldә edilmiş sübutlardan istifadә edildikdә xitam verilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 114.2.1-ci maddәsinә görә bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulan hallardan biri mövcud olduqda inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxarılır. Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 134.1 vә 134.1.3-cü maddәlәrinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarı lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. Bu Mәcәllәnin 126.1ci maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, qәrarın surәti bu Mәcәllәnin 57.157.5-ci maddәlәrindә nәzәrdә tutulmuş rәsmi qaydada verildiyi vaxtdan on gün müddәtindә inzibati xәta haqqında iş üzrә qәrardan şikayәt vә ya protest verilә bilәr.qәrarından şikayәt verilәn orqan2 tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli qәrar Xidmәt tәrfindәn ##.##.2026-cı il tarixli, 3- **-*/*-B-*****/**** nömrәli mәktubu ilә myGov elektron kabinetindә yerlәşdirilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı (hakim G.ismayılova) ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin qismәn tәmin olunması,qәrarından şikayәt verilәn orqan2 tәrәfindәn tәrtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә qeyd olunan inzibati xәta haqqında işә yenidәn baxılması üçünqәrarından şikayәt verilәn orqan2 göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi X5 Xidmәtinin Hüquq İdarәsi qәrardan apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 3(5-155)-2051 /**** nömrәli qәrarının lәğv edilmәsini vә Xidmәt tәrәfindәn vәzifәli şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәrtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında qәrar әsasında Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, X3 ilә bağlanılmış әmәk müqavilәsinә ##.##.2025-ci il tarixdә Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 76-cı maddәsinin tәlәblәri pozularaq xitam verilmişdir. İXM-nin 192.6-cı maddәsi üzrә yaranan inzibati mәsuliyyәt işçinin әmәk müqavilәsinә әmәk qanunvericiliyinin tәlәblәri pozularaq xitam verilmәsinә görә yaranır. Bu maddә üzrә mәsuliyyәtin yaranması hәr hansı formada istisna edilmәmişdir. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin (bundan sonra - Xidmәt) Abşeron-X4 ##.##.2026-cı il tarixli, MN ******* nömrәli qәrarı tam qanuni vә әsaslıdır. Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Əmәk Mәcәllәsinin tәlәblәrinә әmәl edilmәmәsi nәticәsindә işçi qanunsuz olaraq işdәn azad edilmiş vә onun әmәk hüquqları pozulmuşdur. Qәrardan şikayәt verәn orqan (şәxs) әmәlindә İXM-in 192.6-cı maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin bütün әlamәtlәri mövcuddur vә sübuta yetirilmişdir. Eyni zamanda, Əmәk Mәcәllәsinin 3-cü maddәsinin 3-cü hissәsi ilә müәyyәn edilmiş işәgötürәn (tam fәaliyyәt qabiliyyәtli olub işçilәrlә әmәk müqavilәsi (kontrakt) bağlamaq, ona xitam vermәk, yaxud onun şәrtlәrini dәyişdirmәk hüququna malik mülkiyyәtçi vә ya onun tәyin (müvәkkil) etdiyi müәssisәnin rәhbәri, sәlahiyyәtli orqanı, habelә hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti ilә mәşğul olan fiziki şәxs) anlayışına uyğun әmәk müqavilәsi bağlamaq sәlahiyyәtinә malik şәxs olduğundan, İnzibati Xәtalar Mәcәllәsinin 192.6-cı maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin subyekti (işәgötürәn) olması sübut edilir. Onun tәqsiri yuxarıda qeyd olunmuş mötәbәr, qanuni vә etibarlı sәnәd vә dәlillәrlә tam sübuta yetirilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq, proses iştirakçılarının izahatını dinlәyәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Birinci instansiya mәhkәmәsinin qeyd edilәn inzibati xәta üzrә qәrarın lәğv edilәrkәn yenidәn әlavә araşdırma aparılmasındn ötrü inzibati orqana göndәrilmәyә dair yekun nәticәyә gәlәrkәn sübutlara düzgün istinad etdilmәklә, onlara hüquqi qiymәt verilmәsi barәdә gәldiyi nәticә ilә razılaşdığından, apellyasiya instansiya mәhkәmәsi hәmin sübutların mәzmununu hazırkı qәrarda tәkrarlamağa zәrurәt görmür. İnzibati xәta haqqında protokola görә, ##.##.2025-ci il tarixdә X3 әmәk müqavilәsinә Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 76-cı maddәsinin tәlәblәri pozulmaqla xitam verilmişdir. Əmәk Mәcәllәsinin 76-cı maddәsinin 1-ci bәndinә görә İşәgötürәn tәrәfindәn әmәk müqavilәsinә bu Mәcәllәnin 68, 69, 70, 73, 74 vә 75-ci maddәlәrindә nәzәrdә tutulan әsaslardan yalnız biri ilә xitam verilә bilәr. Əmәk Mәcәllәsinin 76-cı maddәsinin 2-ci bәndinә görә Əmәk müqavilәsinә eyni zamanda iki vә daha artıq әsasla, hәmçinin qanunvericilikdә nәzәrdә tutulmayan әsasla, habelә bu Mәcәllә ilә müәyyәn edilmiş әmәk müqavilәsinә xitam verilmәsi qaydalarına әmәl olunmadan xitam verilә bilmәz. İnzibati Xәtalar Mәcәllәsinin 192.6-cı maddәsinә görә işçinin әmәk müqavilәsinә әmәk qanunvericiliyinin tәlәblәri pozularaq xitam verilmәsi inzibati mәsuliyyәt yaradır. İnzibati Xәtalar Mәcәllәsinin 2-ci maddәsinә görә Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinin vәzifәlәri insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını, onların sağlamlığını, әhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mәnәviyyatı, mülkiyyәti, şәxslәrin iqtisadi maraqlarını, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, idarәçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkәmlәndirmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). “Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135.1.5 vә 135.2-ci maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli qәrarında göstәrilmişdir ki, inzibati xәta haqqında protokol qәbul edilәcәk qәrar üçün әsas olmaqla, hәmin iş üzrә ittiham yönümlü prosessual sәnәd qismindә çıxış edir. Lakin inzibati xәtaya dair qәrarın qәbul edilmәsi sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) sәlahiyyәtinә aid olduğu hallarda, belә qәrardan verilmiş şikayәt üzrә hәyata keçirilәn mәhkәmә araşdırmasının predmetini mәhz hәmin qәrar tәşkil edir. Belә olan tәqdirdә işә baxan mәhkәmә üçün sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qәrarı hәmin iş üzrә ittiham yönümlü prosessual sәnәd qismindә çıxış edir. Hәmin qәrarın qәbul edilmәsinә әsas olmuş protokol isә artıq sübutedici әhәmiyyәt daşıyır. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә işәgötürәn şәxs qismindә işçi barәsindә әmәk münasibәtlәri üzrә intizam tәnbeh tәtbiq edilәrkәn ƏM-nin 76-cı maddәsinin tәlәblәrinin pozduğu әsası ilә barәsindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. İnzibati tәnnbeh tәdbirinin tәtbiq edilmәsi barәdә qәrar mәhkәmә qaydasında mübahisәlәndirilmiş, mәhkәmә hәmin qәrarın qәbul edilәrkәn natamam araşdırılmanın aparıldığına, qәbul edilmiş şәrti inzibati tәnbeh vermә haqqında qәrarda barәsindә qәrar qәbul edilmiş şәxsin konkret olaraq hansı bәndin tәlәblәrinin pozulması, nәyi etmәli olduğu halda etmәmәsi, xәtanın mahiyyәtinin konkret nәdәn ibarәt olmasının göstәrilmәdiyinә istinad edәrәk gәlinәn nәticәni lәğv edәrәk, yenidәn araşdırılma aparılması üçün inzibati orqana qaytarmışdır. Hәmin qәrar üzrә şikayәtin dәlillәri üzrә araşdırılma aparılarkәn qeyd edilәn xüsusatların aydınlaşdırılmadan şәxsin әmәlindә inzibati xәta tәrkibinin olması barәdә qәnaәtә gәlinmәsi mümkünsüzdür. İnzibati xәta haqqında protokol qәbul edilәcәk qәrar üçün әsas olmaqla, hәmin sәnәddә sübutedici әhәmiyyәt tәşkil edәn hallar tam, hәrtәrәfli şәrh edilmәlidir. Lakin nәinki inzibati xәta haqqında protokolda, hәmçinin qәbul edilmiş şәrti inzibati tәnbeh vermә haqqında qәrarda barәsindә qәrar qәbul edilmiş şәxsin konkret olaraq hansı bәndin tәlәblәrinin pozulması, nәyi etmәli olduğu halda etmәmәsi, xәtanın mahiyyәtinin konkret nәdәn ibarәt olmasının göstәrilmәmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. İnzibati Xәtalar Mәcәllәsinin 84.1-cü maddәsinә görә inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Azәrbaycan Respublikası Konstitusiyasının 70-ci maddәsinin İ hissәsinә görә Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn inzibati xәta haqqında işә әlavә araşdırılma aparılmasından ötrü inzibati orqana qaytarılma barәdә gәlinәn nәticә qanuni vә әsaslı hesab edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar