Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-607/2026 22.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Elbəyli Vüsalə Rasim qızının katibliyi ilə, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. (hakim Fərid Nəsimiyev) İşin halları : Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Natiq Şəfiyev tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 9564 manat borcun üzrsüz səbəbdən ödəməməsi və nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədilməsi müəyyən edilmişdir. Həmin qərardan zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək qərarın dəyişdirilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1- ci maddəsinin ən son həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində seçilmiş inzibati tənbeh tədbiri xəta törədən şəxsin şəxsiyyətinə, onun təqsirinin dərəcəsinə, əmlak vəziyyətinə uyğun deyildir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında çıxış edərkən guya maddi imkansız olmasını əsas gətirmiş, faktiki olaraq 400 manat əmək haqqı almasını qeyd etməklə o, həqiqətə uyğun olmayan izahat vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvan 1 ünvanında yerləşən mənzilini 115000 (yüz on beş min) manata satsa da, borcu qərəzli olaraq ödəməmişir. Həmçinin odan borc alarkən bildirmişdir ki, mülkiyyətçisi olduğu avtomobili sataraq 10 gün müddətində borcunu qaytaracaqdır. Hesab edir ki, borclunun maddi imkanı olduğu halda qərəzli olaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsini 10 aydan artıq müddətdir icra etmir. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində icra məmuru apellyasiya şikayətinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmasını bildirdi. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasından ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsində hazırkı mübahisə olunan qərar qəbul edilərkən məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ağdam rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs xeyrinə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs -114.50 (bir yüz on dörd manat əlli qəpik) manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ alınıb dövlət nəfinə verilməlidir. İş üzrə ##.##.2026-cı il tarixli icraata başlama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclunun yaşadığı ünvana göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə indiyədək hər hansı ödəniş etməməsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Birinci instansiya məhkəməsi hal-hazırda mübahisə olunan qərarı qəbul edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara görə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi iş materialları ilə sübuta yetirildiyindən birinci instansiya məhkəməsinin onu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər və iş üzrə müəyyən olunmuş faktiki hallar birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinin ləğv edilərək ona həbs növündə tənbehin verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə şərh olunan işin hallarına əsasən törədilmiş inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, onun himayəsində iki azyaşlı uşağının olmasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, icra sənədində göstərilən tələb üzrlü səbəb olmadan ödənilmədiyini nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Qanunun tələbinə əsasən məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən İXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunmasın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)- ****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərar qətidir, ondan şikayət və ya protest verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-607/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-607/2026
22.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver