Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-608/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Azərbaycan Respublikası X4 X1 Idarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası X4 X10 Idarəsinin rəisi X7 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ M: Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Ə.İ.Cəlilov) vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası X4 X10 Idarəsi tərəfindən Azərbaycan Respublikası IXM-nin 428.7.1ci maddəsi ilə başlanılmış icraata Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən (hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda) xitam verilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Inzibati materialdan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası X4 X10 Idarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tərtib edilmiş protokol məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası X4 X10 Idarəsinin rəisi X7 şikayət verərək Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI : Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının X4 X1 Idarəsi tərəfindən ünvan 2 saylı ünvanda yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “Atrium” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və onun barəsində ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 43.1-ci və 103.1-ci maddələrinə əsasən baxılması üçün ##.##.2026-cı il tarixdə ünvan 1 saylı ünvanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “ATRIUM” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı ##.##.2026-cı il tarixdə, saat 11:30-da Qusar rayonu, Müqtədir küçəsi *** saylı ünvanda “ATRIUM” (VÖEN: **********) adlı obyektin üzərində (və ya qarşısında) müvafiq icazə olmadan və ya müvafiq haqq vaxtında ödənilmədən, qanunla qadağan edilməsinə baxmayaraq yayımlanmış 4 ədəd reklam (reklam daşıyıcısı) aşkar edilməsinə dair ##.##.2026-cı il tarixli açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair “Akt” və fotoşəkil, ##.##.2026-cı il tarixli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan “Göstəriş”, ##.##.2026-cı il tarixli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan “Göstəriş”in ## ### 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qəbul edilməsi barədə Xəbərnamənin surəti və vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası X4 X1 Idarəsinin X12 şöbəsinin böyük müfəttişi nümayəndə2 tərəfindən ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla öz təsdiqini tapmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası IXM-in 53.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXMnin 428.7.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında özünü müdafiə xarakterli izahat verməklə inzibati məsuliyyətdən yayınmağa çalışmışdır. Qeyd edirlər ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünə məxsus ünvan 3 ünvanda yerləşən “Atrium” adlı obyektin üzərində reklam yayımı ilə əlaqədar olaraq əvvəllər də, yəni ##.##.2025ci il tarixdə 12 ay müddətində reklam yayımına icazə üçün X1 Idarəsinə müraciət etmiş və ona M************** nömrəli müraciət üzrə ##.##.2025-ci il tarixli, I25051014210001, I25051014210002, I25051014210003, I25051014210004 icazə sənədləri, eləcə də 11.02.205ci il tarixli, “Dövlət rüsumunun ödənişi üçün” M25051014210001 Bildiriş, ##.##.2025-ci il tarixli “Yayım haqqının ödənişi üçün” Hesab-faktura təqdim edilmişdir. Həmin müraciət üzrə isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2025-ci il tarixdə 52,12 manat dövlət rüsumu, daha sonra isə ##.##.2025-ci il tarixli “Yayım haqqının ödənişi üçün” Hesabfaktura üzrə ##.##.2025-ci il tarixdə 92,26 manat, ##.##.2025-ci il tarixdə isə 92,26 manat olmaqla yayım haqqı ödənilmişdir. Bununla da, iş materiallarında ünvan 3 ünvanda yerləşən “Atrium” adlı təsərrüfat obyektinin ##.##.2025-ci il tarixdən fiziki şəxs X6 istifadəsində olması, həmin obyektə quraşdırılmış nəzarət kassa aparatının ##.##.2026-cı il tarixdə X6 adına olması göstərilsə də, faktiki olaraq həmin obyekt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsusdur və ##.##.2026-cı il tarixdən sonra da, reklam yayımına dair 2025-ci ildə obyektə dair ödənişlər Elvin Quluyev tərəfindən icra edilmişdir. Hazırda isə Elvin Quluyev məsuliyyətdən yayınmaq üçün obyektlə əlaqəsi olmamasını əsassız olaraq iddia etməkdədir. Bundan başqa hesab olunsa belə, ünvan 3 ünvanda yerləşən “Atrium” adlı təsərrüfat obyektinin ##.##.2025-ci il tarixdən fiziki şəxs X6 istifadəsində, həmin obyektə quraşdırılmış nəzarət kassa aparatının ##.##.2026-cı il tarixdə X6 adına olmuşdursa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs obyektə aid reklamların yayımlanmasına dair icazələri, həmin tarixdən dayandırılması və ya obyektin başqa şəxsə təhvil verilməsi ilə bağlı sənədləşdirilməsi üçün X1 Idarəsinə nə həmin vaxt nə də, ##.##.2026-cı il tarixli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan “Göstəriş”i və ona əlavə edilmiş Akt və fotoşəkilləri ## ### 2026-cı il tarixdə şəxsən qəbul etməsinə baxmayaraq, bununla bağlı X1 Idarəsinə heç bir müraciət etməmiş və irad bildirməmişdir. Bütün bunlar, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhz məsuliyyətdən yayındığını göstərməkdədir. Azərbaycan Respublikasının “Inzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsinə əsaən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli onun adından və imzası ilə X1 Idarəsinə daxil olmuş ərizəsi Azərbaycan Respublikasının “Inzibati icraat haqqında” Qanununun tələblərinə əsasən qəbul edilmiş və müvafiq olaraq qeydiyyata alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.7-ci bəndinə əsasən təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam yayıcısına icazə üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə bildiriş göndərilmişdir. Qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tuttulmuş inzibati xətanı törətməsi ##.##.2026-cı il tarixdə, saat 11:30-da Qusar rayonu, Müqtədir küçəsi *** saylı ünvanda “ATRIUM” (VÖEN: **********) adlı obyektin üzərində (və ya qarşısında) müvafiq icazə olmadan və ya müvafiq haqq vaxtında ödənilmədən, qanunla qadağan edilməsinə baxmayaraq yayımlanmış 4 ədəd reklam (reklam daşıyıcısı) aşkar edilməsinə dair ##.##.2026cı il tarixli açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair “Akt” və fotoşəkil, ##.##.2026-cı il tarixli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan “Göstəriş”, ##.##.2026-cı il tarixli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan “Göstəriş”in ## ### 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qəbul edilməsi barədə Xəbərnamənin surəti və vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası X4 X1 Idarəsinin X12 şöbəsinin böyük müfəttişi nümayəndə2 tərəfindən ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla öz təsdiqini tapır. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən Azərbaycan Respublikası X4 X1 Idarəsinin nümayəndəsi nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Qusar Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilərkən əsasən iş üzrə təyin edilmiş ekspertiza rəyinə istinad edilmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adından təqdim edilmiş ərizədəki imzanın ona məxsus olmamasını nəzərə alaraq həmin nəticəyə gəlmişdir. Halbuki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərin məcmusu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməsini təsdiq edir. Birinci instansiya məhkəməsinin qərarında obyektin ## ### 2025-ci il tarixdən başqa şəxsin adına olması göstərilsə də, 2025-ci ildə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən X4 müvafiq regional idarəsinə müraciət edilmiş, əvvəlki dövrlərdə də həmin reklamla bağlı onun adına müvafiq icazə rəsmiləşdirilmişdir. Bu halları təsdiq edən sənədlər, o cümlədən ərizələr, dövlət rüsumunun ödənilməsi ilə bağlı sənədlər, reklamın yayım haqqının ödənilməsinə dair qəbzlər və digər sənədlər mövcuddur və həmin sənədləri apellyasiya instansiyası məhkəməsinə təqdim edibdir. Sənədlərin bir qisminin birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbi birinci instansiya məhkəməsində Agentliyin digər əməkdaşı iştirak etməsi və iş üzrə bəzi halların lazımi səviyyədə aydınlaşdırılmaması olmuşdur. Məhkəmənin suallarına cavab olaraq nümayəndə qeyd etdi ki, birinci instansiya məhkəməsində ekspertizanın təyin edilməsinin səbəbi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs obyekti işlətmədiyini, onun adından ərizə təqdim edilmədiyini və ərizədəki imzanın ona məxsus olmaması olmuş, ekspertiza rəyi ilə mübahisələndirilən ərizədəki imzanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus olmadığı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə, yəni müvafiq icazə olmadan və ya verilmiş icazənin tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi ilə əlaqədar tərtib edilmişdir. Apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmiş, Azərbaycan Respublikası X4 X1 Idarəsinin nümayəndəsi isə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını, apellyasiya şikayətinin dəlillərini, apellyasiya baxışı zamanı təqdim edilmiş əlavə sənədləri, X4 X1 Idarəsinin nümayəndəsinin izahatını və iş üzrə digər sübutları ayrı-ayrılıqda və məcmu halında araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməklə iş üzrə yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, ## ### 2026-cı il tarixdə Qusar şəhərində yerləşən “Atrium” adlı obyektin üzərində açıq məkanda müvafiq icazə olmadan reklamların yerləşdirilməsi X4 X1 Idarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş, həmin faktla bağlı akt tərtib edilmiş, reklam daşıyıcılarının fotoşəkilləri çəkilmiş, sonradan ## ### 2026-cı il tarixdə qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi göstəriş verilmiş və ## #### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında da reklamların ##.##.2026-cı il tarixdə aşkar edilməsi və protokolun ##.##.2026-cı il tarixdə tərtib edilməsi təsbit olunmuşdur. Inzibati xəta haqqında protokola əlavə edilmiş ilkin sənədlərdən görünür ki, ##.##.2026-cı il tarixli aktda “Atrium” adlı obyektin üzərində yerləşdirilmiş reklam daşıyıcılarının mövcudluğu qeydə alınmış, həmin reklamların fotoşəkilləri materiallara əlavə edilmişdir. Iş materiallarında olan fotoşəkillərdə də obyektin fasadında “Atrium” və digər reklam yazılarının yerləşdirildiyi əyani şəkildə görünür. Bundan başqa, ## ### 2026-cı il tarixli icrası məcburi göstərişdə məhz həmin reklam qanunvericiliyinin pozulmasının aradan qaldırılması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələb edilmiş, ona pozuntunun müəyyən müddət ərzində aradan qaldırılmadığı halda inzibati məsuliyyət məsələsinə baxılacağı bildirilmişdir. Həmin sənədlərin Quluyevə ünvanlanması və onların göndərilməsi ilə əlaqədar poçt sənədləri də inzibati xəta materiallarına əlavə edilmişdir. Eyni zamanda iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nömrəli VÖEN-i ilə X4rşısında reklam yerləşdirilməsinə icazə alınması prosesinə dair sənədlərin mövcud olduğu görünür. Belə ki, sənədlər sırasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına dövlət rüsumunun ödənilməsi üçün bildiriş, eləcə də açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə əlaqədar ərizə və reklam daşıyıcılarının ölçülərinin müəyyən edilməsinə dair akt vardır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanın törədilməsinə aidiyyəti olmadığı qənaətinə gələrkən əsas etibarilə ##.##.2026-cı il tarixli “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə ərizə”dəki əlyazmaların və imzanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs deyil, başqa şəxsə məxsus olması barədə ekspert rəyinə, “Atrium” adlı təsərrüfat obyektinin ##.##.2025-ci il tarixdən X6 istifadəsində görünməsinə, nəzarət-kassa aparatının həmin şəxsin adına olmasına və Quluyevə məxsus VÖEN-in passiv statusda olmasına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin sübutlara verdiyi hüquqi qiymətlə razılaşmır. Belə ki, ##.##.2026-cı il tarixli ekspert rəyi öz məzmununa və tədqiqat predmetinə görə yalnız ##.##.2026-cı il tarixli konkret ərizədəki əlyazma və imzanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra edilib-edilmədiyi məsələsini həll edir. Ekspert rəyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Atrium” obyektinin üzərində yerləşdirilmiş reklamlarla ümumiyyətlə əlaqəsinin olub-olmaması, reklamların onun tərəfindən və ya onun maraqları çərçivəsində yayımlanıb-yayılmaması, yaxud ##.##.2026-cı il tarixdə aşkar edilmiş reklam yayımına onun hər hansı aidiyyətinin olub-olmaması barədə nəticə müəyyən etmir. Bu səbəbdən həmin ərizədəki imzanın Quluyevə məxsus olmaması faktı mühüm sübut olsa da, bu hal özlüyündə onun ##.##.2026-cı il tarixdə aşkar edilmiş reklam yayımına aidiyyətini avtomatik olaraq istisna edən və iş üzrə digər sübutların hamısını qüvvədən salan hal kimi qiymətləndirilə bilməz. Əksinə, inzibati xəta haqqında iş üzrə bütün sübutlar qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Bu baxımdan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adı və VÖEN-i ilə reklam yayımı üzrə əvvəlki inzibati münasibətlərin mövcud olması, onun adına rüsum və reklam yayımına dair sənədlərin rəsmiləşdirilməsi, ##.##.2026-cı il tarixdə həmin obyektin üzərində reklamların faktiki olaraq mövcudluğunun akt və fotoşəkillərlə qeydə alınması, qanun pozuntusunun aradan qaldırılması barədə göstərişin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmaqla sonuncu tərəfindən qəbul edilməsi və həmin prosesin sonradan onun barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə davam etməsi birbiri ilə əlaqəli sübutlar kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinə əlavə olunmuş və apellyasiya baxışı zamanı təqdim edilmiş materiallar da bu nəticəni gücləndirir. Həmin sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Atrium” adlı obyektin üzərində reklam yayımı ilə bağlı daha əvvəl, ##.##.2025-ci il tarixdə X4 müvafiq regional idarəsinə müraciət etmiş, həmin müraciət əsasında ##.##.2025-ci il tarixli reklam icazələri rəsmiləşdirilmiş, onun tərəfindən dövlət rüsumu və sonrakı dövrdə reklam yayım haqqı ödənilmişdir. Apellyasiya şikayətində ##.##.2025-ci il tarixdə 52,12 manat dövlət rüsumunun, ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə isə reklam yayım haqlarının ödənilməsi barədə konkret məlumatlar göstərilmişdir. Məhkəmə qeyd edir ki, həmin əvvəlki müraciət və ödənişlər ayrıca götürüldükdə ##.##.2026-cı il tarixli inzibati xətanı təsdiq edən müstəqil və kifayət edən sübut sayıla bilməz. Bununla belə, onlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sözügedən obyekt üzərində yerləşdirilən reklamlarla əvvəlki dövrdən mövcud olmuş faktiki və hüquqi əlaqəsini təsdiq edən və digər sübutlarla birlikdə qiymətləndirilməli olan hallardır. Birinci instansiya məhkəməsinin obyektin ##.##.2025-ci il tarixdən X6 istifadəsində olması və ##.##.2026-cı il tarixdə nəzarət-kassa aparatının onun adına rəsmiləşdirilməsini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs reklam yayımına aidiyyətini istisna edən əsas kimi qəbul etməsi də iş üzrə bütün halları tam əhatə etmir. Təsərrüfat obyektinin vergi uçotu məqsədilə müəyyən şəxsin istifadəsində olması və nəzarət-kassa aparatının həmin şəxsin adına rəsmiləşdirilməsi həmin obyektin üzərində yerləşdirilən reklam daşıyıcıları ilə bağlı hüquq və öhdəliklərin mütləq və istisnasız olaraq həmin şəxsə aid olduğunu təsdiqləmir. Başqa sözlə desək obyektin ##.##.2025-ci il tarixdən X6 adına rəsmiləşdirilməsi, inzibati xəta haqqında akt, protokol tərtib edilməsi zaman baxımından həmin sənədləşmə edilənədək baş vermiş, yəni inzibati xəta pozuntusu halı müəyyən edilmişdir. Bu baxımdan obyektin gündəlik kommersiya fəaliyyəti ilə onu tanıdan fasad reklamının yerləşdirilməsi, reklam icazəsinin alınması və reklam yayım haqqının ödənilməsi fərqli hüquqi münasibətlərdir. Buna görə də kassa aparatının və vergi uçotunun sonradan başqa şəxsin adına olması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs reklam yayımı ilə bağlı əvvəllər formalaşmış münasibətlərini və işdə olan digər sübutları avtomatik olaraq aradan qaldırmır. Xüsusilə nəzərə alınmalıdır ki, ##.##.2026-cı il tarixdə qeydə alınmış reklamlar həmin “Atrium” obyektinin fasadında yerləşdirilmiş, həmin reklamların mövcudluğu akt və fotoşəkillərlə təsbit olunmuş, bundan sonra qanun pozuntusunun aradan qaldırılması haqqında göstəriş məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış və inzibati xəta üzrə icraat da onun barəsində aparılmışdır. Ilkin materiallarda həmçinin onun şəxsiyyətini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nömrəli VÖEN-lə qeydiyyatda olan fiziki şəxs olmasını göstərən sənədlər də əlavə edilmişdir. Bununla yanaşı, apellyasiya şikayətində göstərildiyi kimi, ##.##.2026-cı il tarixli göstəriş və ona əlavə edilmiş materiallar ## ### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilmiş, lakin həmin mərhələdə onun tərəfindən Regional Reklam Idarəsinə obyektin və reklamlardakı hüquqi münasibətin artıq ona aid olmadığı, reklamların başqa şəxsin fəaliyyətinə aid olduğu və ya əvvəlki reklam icazələri üzrə hüquqi münasibətlərə xitam verildiyi barədə etiraz təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati orqana dərhal etiraz etməməsi ayrıca götürüldükdə onun təqsirinin sübutu sayıla bilməz. Lakin bu hal digər obyektiv sübutlarla — reklamların faktiki mövcudluğu, əvvəlki reklam icazələri və ödənişləri, göstərişin ona ünvanlanması və qəbul edilməsi, inzibati protokol və fotoşəkillərlə birlikdə qiymətləndirildikdə sübutlar sisteminin tərkib hissəsini təşkil edir. Beləliklə, ekspert rəyi ilə konkret ərizədəki imzanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aid olmadığının müəyyən edilməsi onun bütün reklam münasibətlərinə və ##.##.2026-cı il tarixdə aşkar edilmiş pozuntuya aidiyyətini təkzib edən nəticə kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi ekspert rəyini iş üzrə digər sübutlardan faktiki olaraq üstün mövqedə qiymətləndirməklə, sübutların məcmu qiymətləndirilməsi prinsipinə tam əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi ##.##.2026-cı il tarixli aktı, reklamların fotoşəkillərini, ##.##.2026-cı il tarixli icrası məcburi göstərişi, həmin göstərişin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çatdırılması ilə bağlı sənədləri, inzibati xəta haqqında protokolu, onun adı və VÖEN-i ilə reklam fəaliyyəti üzrə əvvəlki müraciət və ödənişlərə dair sənədləri, eləcə də apellyasiya baxışı zamanı təqdim edilmiş əlavə materialları qarşılıqlı əlaqədə qiymətləndirərək belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti iş üzrə sübutların məcmusu ilə təsdiq olunur. Bu baxımdan birinci instansiya məhkəməsinin IXM-in 53.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanın törədilməsinə aidiyyəti olmadığı nəticəsinə gəlməsi və həmin əsasla iş üzrə icraata xitam verməsi işin faktiki hallarına və sübutların məcmusuna uyğun hesab edilə bilməz. Bununla belə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilsə də, onun barəsində inzibati tənbeh tətbiq olunmasının mümkünlüyü inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından ayrıca qiymətləndirilməlidir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, inzibati xəta ## ### 2026-cı il tarixdə aşkar edilmişdir. Inzibati xəta haqqında protokol ## #### 2026-cı il tarixdə tərtib edilmiş, birinci instansiya məhkəməsi tərəfindən işə baxılması zamanı ekspertiza təyin edilmiş və ## ###### 2026-cı il tarixdə iş üzrə qərar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinə şikayət isə ##.##.2026-cı il tarixdə daxil olmuş və artıq işə baxılması zamanı inzibati tənbeh vermə üçün qanunla müəyyən edilmiş 4 aylıq müddət keçmişdir. X4 nümayəndəsi də apellyasiya baxışında inzibati xətanın 2026-cı ilin may ayında müəyyən edildiyini, iş üzrə inzibati tənbeh vermə müddətinin dörd ay olduğunu, şəxslə əlaqə saxlanılması, ona müəyyən vaxt verilməsi, ekspertiza təyin edilməsi və digər prosessual hərəkətlərin aparılması nəticəsində həmin müddətin keçdiyini təsdiq etmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati orqana dəvət edilməsi, onunla əlaqə saxlanılması, qanun pozuntusunun aradan qaldırılması üçün əlavə müddət verilməsi, ekspertizanın təyin edilməsi və digər prosessual hərəkətlərin aparılması qanunla müəyyən edilmiş inzibati tənbeh vermə müddətinin axımını özlüyündə dayandıran hal hesab edilə bilməz. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi və onun həmin xətanı törətməsi sübut edilmiş olsa da, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi onun barəsində inzibati tənbeh tətbiq edilməsinə hüquqi maneə yaradır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcudluğunu müəyyən etsə də, onun barəsində inzibati tənbeh tətbiq edilməsinin mümkünlüyünü həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər baxımından ayrıca qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, həmin maddədə xüsusi olaraq daha uzun müddət nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin maddədə birillik müddətin tətbiq olunduğu inzibati xətaların dairəsi ayrıca müəyyən edilmiş, IXMin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin istisnalar sırasına daxil edilməmişdir. IXM-in 38.2-ci maddəsinə əsasən isə 38.1-ci maddədə nəzərdə tutulmuş müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Iş materiallarından görünür ki, “ATRIUM” adlı obyektin üzərində müvafiq icazə olmadan reklamların yerləşdirilməsi faktı X4 əməkdaşları tərəfindən ## ### 2026-cı il tarixdə aşkar edilmiş, həmin tarixdə müvafiq akt tərtib edilmiş və reklam daşıyıcıları fotoşəkillərlə qeydə alınmışdır. Sonradan ## ### 2026-cı il tarixdə qanun pozuntusunun aradan qaldırılması barədə göstəriş verilmiş, ## #### 2026-cı il tarixdə isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, hazırkı inzibati xətanın törədilmə anından hesablanan xəta kimi və ya uzanan inzibati xəta kimi qiymətləndirilməsindən asılı olmayaraq, iş üzrə müəyyən edilmiş faktiki hallar baxımından inzibati tənbeh vermənin son müddəti ## ######## 2026-cı il tarixdə başa çatmışdır. Belə ki, uzanan inzibati xəta kimi qiymətləndirildiyi halda da IXM-in 38.2-ci maddəsinə uyğun olaraq dörd aylıq müddət xətanın aşkar edildiyi ##.##.2026-cı il tarixdən hesablanmalıdır. Apellyasiya instansiyası məhkəməsində işə baxıldığı tarixədək həmin müddət artıq keçmişdir. Iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qaçıb gizlənməsi və bununla əlaqədar IXM-in 38.5-ci maddəsinə əsasən müddətin axımının dayanmasına səbəb ola biləcək hal müəyyən edilməmişdir. Onun inzibati orqana gəlməsinin gözlənilməsi, onunla telefon əlaqəsi saxlanılması, ona əlavə vaxt verilməsi, iş üzrə ekspertizanın təyin edilməsi və digər prosessual hərəkətlərin həyata keçirilməsi IXM-in 38-ci maddəsində inzibati tənbeh vermə müddətinin axımını dayandıran hal kimi nəzərdə tutulmamışdır. Buna görə də inzibati orqan nümayəndəsinin şəxslə bir neçə dəfə əlaqə saxlanılması, onun gələcəyini bildirməsi, eləcə də sonradan ekspertiza təyin edilməsi nəticəsində işə baxılmanın uzanmasına dair izahatı inzibati tənbeh vermə müddətinin uzadılması və ya yenidən hesablanması üçün hüquqi əsas yaratmır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə sübutların məcmusu ilə təsdiq edilsə də, qanunla müəyyən edilmiş dörd aylıq inzibati tənbeh vermə müddəti başa çatdığından onun barəsində inzibati tənbeh tətbiq edilməsi mümkün deyildir və bu əsasla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə olan halda Azərbaycan Respublikası X4 X1 Idarəsinin apellyasiya şikayəti Qusar Rayon Məhkəməsinin qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs hesab edilməsi hissəsində əsaslı, onun barəsində inzibati tənbeh tətbiq edilməsi tələbi hissəsində isə təmin edilə bilməyən hesab olunmalıdır. Nəticə etibarilə, Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası X4 X1 Idarəsinin apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası IXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. IXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12.1, 53.1.6, 105.1, 134-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilsin. Apellyasiya şikayəti qismən təmin edisin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-608/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-608/2026
28.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver