Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-611/2026 19.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlu, mәhkәmә iclas katibi Yusifova Ayşәn Hafiz qızının katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi – Sumqayıt Regional Vәkil Bürosunun vәkili vәkil1 iştirakları ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 227-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, barәsindә inzibati hәbs tәnbeh tәdbiri tәtbiq edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati hәbs tәtbiq edilmiş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim Günel Ismayılova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (##.##.1994-cü il tarixdə, Ağstafa rayonu, A.Kəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə taksi sürücüsü işləyən, Ağstafa rayonu, Poylu qəsəbə ərazi dairəsi, Poylu qəsəbəsi ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, nömrəsiz fərdi ev ünvanında yaşayan) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 227-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, 25 (iyirmi beş) gün müddәtinә inzibati qaydada hәbs edilmişdir. Işin halları: Sumqayıt şәhәr Polis Idarәsinin 1-ci polis bölmәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 227-ci maddәsi ilә ## ######## 2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur, ona görә ki, ##.##.2026-cı il tarixdә saat 00:12-dә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs “Tik-Tok” sosial şәbәkәsindә Novxanıda yaşayan Zәrәrçәkmiş şәxs qarşı ona 2 әdәd quzu satacağını vәd verәrәk 200 (iki yüz) manat mәblәğindә dәlәduzluq etmişdir. Protokol baxılmaq üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, inzibati xәta haqqında iş üzrә icraata IXM-nin 53.0.2-ci maddәsinә әsasәn inzibati xәta tәrkibi olmadığından xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, sәhfini başa düşüb, etdiyi әmәldәn peşmandır. Hazırda Zәrәrçәkmiş şәxs pulunu tam ödәyib vә ondan şikayәtçi deyil. Prosessual məsələlər: Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi vәkil1 apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin edilmәsini xahiş etdilәr. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan “Cinayәt işinin başlanmasının rәdd edilmәsi barәdә” ##.##.2026-cı il tarixli qәrardan görünür ki, material üzrә cinayәt işinin başlanması rәdd edilmiş, hәmin fakt üzrә Azәrbaycan Respublikası IXM-nin 227-ci maddәsinin tәrkibi olduğundan, inzibati xәta törәtmiş Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati tәnbeh tәtbiq edilmәsindәn ötrü materialın Sumqayıt Şәhәr Polis Idarәsinin 1-ci Polis Bölmәsinә göndәrilmәsi qәrara alınmışdır. Iş materiallarında olan Sumqayıt Şәhәr Polis Idarәsinin 1-ci Polis Bölmәsinin sahә rәisi, R X1 tәrәfindәn tәrtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrәli protokoldan görünür ki, ##.##.2026-cı il tarixdә saat 00:12-dә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs “Tik- Tok” sosial şәbәkәsindә Novxanıda yaşayan Zәrәrçәkmiş şәxs qarşı ona 2 әdәd quzu satacağını vәd verәrәk 200 (iki yüz) manat mәblәğindә dәlәduzluq etmişdir. Iş materiallarında olan Sumqayıt Şәhәr Polis Idarәsinin 1-ci Polis Bölmәsi tәrәfindәn tәrtib olunan raportdan görünür ki, ##.##.2026-cı il tarixdә Sumqayıt şәhәri, Novxanı bağlar massivi, fәrdi evdә yaşayan Zәrәrçәkmiş şәxs Azәrbaycan Respublikası DIN-nin 102 Xidmәtinә vә Sumqayıt ŞPI-nin 1-ci PB-yә әrizә ilә müraciәt edәrәk “Tik tok” sosial şәbәkәsindә quzu satışı ilә bağlı elan gördüyünü, bununla bağlı sәhifәdә yerlәşdirilmiş 077-365-70-83 mobil nömrәsi ilә Whatsapp platformasında әlaqә saxladığını, 2 әdәd quzu üçün ondan 200 manat beh istәdiyini, hәmin şәxsin ona göndәrmiş olduğu 5239 1517 6222 **** saylı Kapital bank kartına özünә mәxsus olan 4098 5844 9928 **** saylı Leo bank kartından ##.##.2026-cı il tarixdә saat 00:12-dә 200 manat pul göndәrdiyini, pulu göndәrdikdәn sonra hәmin şәxsin saat 18 radәlәrindә quzunu çatdıracağını bildirsә dә, dediyi vaxtdan sonra mobil nömrә ilә әlaqә saxlamaq mümkün olmadığını bildirmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli notarial әrizәdәn görünür ki, zәrәçәkmiş şәxs Zәrәrçәkmiş şәxs inzibati xәta törәdәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs heç bir şikayәt vә tәlәbi yoxdur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 227-ci maddәsinә әsasәn xırda talama, yәni oğurlama, mәnimsәmә, israfçılıq, qulluq mövqeyindәn sui-istifadә vә ya dәlәduzluq yolu ilә özgәsinin әmlakını talamağa görә - yüz altmış saatdan iki yüz qırx saatadәk ictimai işlәr vә ya işin hallarına görә, xәtanı törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt sayılmadıqda isә üç ayadәk müddәtә inzibati hәbs tәtbiq edilir. Mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә saat 00:12-dә “Tik-Tok” sosial şәbәkәsindә Novxanıda yaşayan Zәrәrçәkmiş şәxs qarşı ona 2 әdәd quzu satacağını vәd verәrәk 200 (iki yüz) manat mәblәğindә dәlәduzluq etmәsi iş materialları ilә sübuta yetirildiyindәn birinci instansiya mәhkәmәsinin onu IXM-nin 227-ci maddәsi ilә tәqsirli bilәrәk, barәsindә 25 gün müddәtindә inzibati hәbs tәnbeh tәdbirini tәtbiq etmәsi qanuni vә әsaslı olmuşdur. Apellyasiya Mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә razılaşmayaraq, hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi vә onun mәsuliyyәtdәn azad edilmәsi üçün әsaslar yoxdur. Belә ki, iş materiallarında zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ilә barәsindә inzibati hәbs tәtbiq edilmiş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs arasında maddi ziyanın ödәnilmәsi vә barışıq әldә olunmasını tәsdiq edәn sübut iş materiallarına әlavә edilmәmişdir. Azәrbaycan Respublikası IXM-nin 39.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 227, 232-1-ci vә 351-1-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәta haqqında iş üzrә icraat zamanı inzibati xәta törәtmiş şәxs vurulmuş ziyanı tamamilә ödәdikdә vә zәrәr çәkmiş şәxslә barışdıqda inzibati iş üzrә icraata xitam verilir. Qeyd edilәn normanın mәzmunundan göründüyü kimi IXM-nin 227, 232-1-ci vә 351-1-ci maddәlәri üzrә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün zәruri şәrtlәr inzibati xәta törәtmiş şәxsin vurulmuş ziyanı tamamilә ödәmәsi vә zәrәr çәkmiş şәxslә barış әldә etmәsidir. Lakin hazırki inzibati xәta haqqında iş üzrә icraat materialında tәrәflәr arasında barışıq әldә olunmasını tәsdiq edәn sübut yoxdur. Zәrәrçәkmiş şәxs iş materiallarında olan ##.##.2026-cı il tarixli әrizәsindә yalnız Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şikayәt vә tәlәbinin olmadığını göstәrmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә 25 gün müddәtindә inzibati hәbs tәnbeh tәdbirini tәtbiq etmәsi inzibati tәnbeh tәdbirinin inzibati xәta törәtmiş şәxsin islah olunmasına, onun qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirilmәsi, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısının alınması baxımından qanuni vә әdalәtli olmuşdur, şikayәtin dәlillәri iş üzrә icraata xitam verilmәsi üçün qanuni әsas kimi qәbul oluna bilmәz. Azərbaycan Respublikası IXM-nin: 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. 22-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәti, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, şikayәtin dәlillәri iş üzrә müәyyәn olunmuş faktiki hallarla tәkzib olunan dәlillәr olmaqla, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilәrәk, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә olan inzibati xәta haqqında iş üzrә icraata xitam üçün qanuni әsas kimi qәbul oluna bilmәz. Ona görә dә, mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 227-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Hәmçinin mәhkәmә kollegiyası hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili vәkil1 dövlәt büdcәsi hesabına vәsait ödәnilmәlidir. Belә ki, “Müdafiәçilәrә, tәrcümәçilәrә, mütәxәssislәrә vә ekspertlәrә ödәnilmәli olan mәblәğlәrin miqdarı haqqında” Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrәli qәrarının 1-ci, 4-cü vә 5-ci hissәlәrinә әsasәn hüquqi yardım göstәrilmәsinә görә müdafiәçiyә ödәnilәn haqq hәr iş saatı üçün 11 manat mәblәğindә müәyyәn edilmişdir. Odur ki, apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs göstәrilmiş hüquqi xidmәtә görә Sumqayıt Regional Vәkil Bürosunun vәkili vәkil1 3 (üç) iş saatına görә 33 (otuz üç) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsinin vәsaiti hesabından Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilmәlidir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati hәbs tәtbiq edilmiş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin olunmasın. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmәsi iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili vәkil1 sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 3 (üç) iş saatına görә 33 (otuz üç) manat mәblәğindә vәsait Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-611/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-611/2026
19.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver