Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-613/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, X15 katibliyilә, Protokolu tәrtib edәn orqan Mәhkәmә mübahisәlәri ilә iş sektorunun müdiri X4, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin nümayәndәsi vә vәkili X13 iştirakları ilә, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә vәzifәli şәxsi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 Azәrbaycan Respublikasının IXM-nin 469-1-ci maddәsi ilә tәqsirli bilinmәlәrinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxsin nümayәndәsi vә vәkili X13 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә audio-video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim Günel Ismayılova) barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC (VÖEN: barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2) vә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 IXM-nin 469-1-ci maddәsi ilә tәqsirli bilinәrәk barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC barәsindә 5000 (beş min) manat mәblәğindә inzibati cәrimә, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә 1500 (bir min beş yüz) manat mәblәğindә inzibati cәrimә tәnbeh tәdbiri tәtbiq edilmişdir. Işin halları: X17 Xidmәtinin RIEEA şöbәsinin müdiri X5 tәrәfindәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC barәsindә IXM-nin 469-1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli, DMX 1000063 №li vә hәmin cәmiyyәtin vәzifәli şәxsi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә IXM-nin 469-1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli, DMX 1000062 №li inzibati xәta haqqında protokollar tәrtib edilәrәk baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Inzibati xәta haqqında ##.##.2026-cı il tarixli DMX ******* nömrәli protokola әsasәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәti, X9, X10, X6, X7, X18, X1, X2, X11, X14, X3, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 Cәfәr oğlu, X12, X16, X19, X8 arasında işçilәrin istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığortalanmamasına görә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәti barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 469-1-ci maddәsi ilә inzibati xәta haqqında protokol tәrtib olunmuşdur. Inzibati xәta haqqında ##.##.2026-cı il tarixli DMX ******* nömrәli protokola әsasәn, X9, X10, X6, X7, X18, X1, X2, X11, X14, X3, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 Cәfәr oğlu, X12, X16, X19, X8 arasında işçilәrin istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığortalanmamasına görә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 469-1-ci maddәsi ilә inzibati xәta haqqında protokol tәrtib olunmuşdur. Protokola baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Hәmin qәrardan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxsin nümayәndәsi vә vәkili X13 apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini vә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә onun vәzifәli şәxsi barәsindә aparılan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayәtinin dәlillәri әsasәn ondan ibarәt olmuşdur ki, birinci instansiya mәhkәmәsi işin faktiki hallarını tam, hәrtәrәfli vә obyektiv araşdırmadan, baş vermiş xәtanın obyektiv sәbәblәrini nәzәrә almadan nәticәyә gәlmişdir. Belә ki, “ xxxx” MMC tәrәfindәn icbari sığortanın tәmin edilmәmәsi qәsdәn vә ya qanunvericiliyin tәlәblәrinә etinasız yanaşılması nәticәsindә baş vermәmişdir. Əksinә cavabdeh tәrәfindәn sığorta münasibәtlәrinin davam etdirilmәsi vә sığorta müqavilәsinin uzadılması istiqamәtindә müvafiq tәdbirlәr görülmüş, sığorta şirkәti ilә әlaqәlәr saxlanılmışdır. Lakin cavabdehin bank hesabına tәtbiq edilmiş sanksiya sәbәbindәn sığorta haqqının ödәnilmәsi faktiki olaraq mümkün olmamışdır. Bu hal cavabdehin iradәsindәn vә istәyindәn asılı olmayan obyektiv sәbәbdәn yaranmışdır. Xüsusilә qeyd edilmәlidir ki, “Istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığorta haqqında” Azәrbaycan Respublikası Qanunun 14.3-1-ci maddәsinә әsasәn, sığorta haqqının ödәnilmәsi yalnız nağdsız qaydada hәyata keçirilir. Bundan әlavә tәrәflәr arasından imzalanmış ##.##.2024-cü il tarixli vә ************** nömrәli “Istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirlmәsi hallarında icbari sığorta müqavilәsi vә qoşmasında” sığorta haqqının ödәnilmәsi qaydalarını hәyata keçirimәsinә dair açıq bәnd qeyd edilmәmiş, fors-major hallarında ödәnilmәnin hәyata keçirilmәsi qaydası açıq şәkildә göstәrilmәmişdir. Belә olan halda hesab edir ki, cavabdehin bank hesabına tәtbiq edilmiş sanksiya mövcud olduğu şәraitdә sığorta haqqının nağd qaydada vә ya qanunvericilikdә nәzәrdә tutulmayan digәr üsulla ödәnilmәsi mümkün olmamışdır. Başqa sözlә, cavabdeh sığorta haqqını ödәmәk niyyәtindә olsa da, qanunvericiliyin müәyyәn etdiyi yeganә ödәniş formasının – nağdsız ödәnişin hәyata keçirilmәsi obyektiv sәbәblәrdәn mümkün olmamışdır. barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC hesabına tәtbiq edilmiş sanksiya nәticәsindә cavabdehin hesabındakı pul vәsaitlәrindәn sәrbәst istifadә etmәk vә müvafiq ödәnişlәri hәyata keçirmәk mümkün olmamışdır. Bu sәbәbdәn sığorta haqqının vaxtında ödәnilmәsi cavabdehin iradәsindәn asılı olmayan hallara görә mümkünsüz olmuşdur. Mәhkәmә baxışı zamanı hәm hüquqi şәxs, hәm dә barәsindә inzibati xәta haqqında icraat aparılan vәzifәli şәxs tәrәfindәn iş üçün әhәmiyyәt kәsb edәn sәnәdlәrin tәqdim olunması mәqsәdilә vaxt verilmәsi xahiş edilmişdir. Lakin hәmin sәnәdlәrin tәqdim edilmәsi vә işin bütün әhәmiyyәtli hallarının tam araşdırılması üçün әlavә imkan yaradılmadan iş üzrә qәrar qәbul edilmişdir. Prosessual məsələlər : Apellyasiya instansiyası mәhkәmәsinin iclasında iştirak etmiş nümayәndә Iftixar Əhmәdov apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk, şikayәtinin tәmin edilmәsi vә iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsinin iclasında çıxış edәn X17 Xidmәtinin nümayәndәsi apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk, şikayәtin tәmin edilmәmәsini birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә mәlumat verilmiş barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә onun iştirakı olmadan şikayәtә baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib qeyd edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati xәtaya dair iş üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Apellyasiya mәhkәmәsi aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәni qanuni vә әsaslı sayır. Iş materiallarında olan sәnәdin elektron kabinetә yerlәşdirilmәsi haqqında arayışdan görünür ki, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәti elektron kabinetinә ##.##.2026-cı il tarixdә, saat 20:05-dә ##.##.2026-cı il tarixli ************** nömrәli sәnәd yerlәşdirilmişdir. Iş materiallarında olan bәdbәxt hadisәlәrdәn sığorta üzrә işәgötürәnin reyetrindәn çıxarışdan görünür ki, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin işçilәrin istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığortalanmasına dair PH0000058975/2, PH0000058975/1, PH********** nömrәli müqavilәlәrin müddәti bitmişdir. Apellyasiya mәhkәmәsi iş materiallarında olan sәnәdlәri araşdıraraq hesab edir ki, birinci instansiya mәhkәmәsinin inzibati xәta haqqında iş üzrә gәldiyi nәticә düzgündür. Belә ki, “Istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığorta haqqında” Azәrbaycan Respublikasının Qanununun 2.0.1-ci maddәsinә әsasәn, istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığorta dedikdә istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından sığorta olunanların hәyatına vә sağlamlığına dәyәn zәrәr nәticәsindә onların peşә әmәk qabiliyyәtinin itirilmәsi vә ya ölümü ilә bağlı sığorta ödәnişinin verilmәsini nәzәrdә tutan sığorta sinfi; Hәmin Qanunun 2.0.2-ci maddәsinә әsasәn, istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığorta müqavilәsi– bu Qanunun 2-1.2-ci maddәsindә nәzәrdә tutulmuş sığorta olunanlar barәsindә icbari sığortanın tәmin edilmәsi üçün sığortalının müvafiq sığorta haqqı ödәmәsi müqabilindә sığorta hadisәsi nәticәsindә sığortaçının sığorta ödәnişini hәyata keçirmәk öhdәliyini nәzәrdә tutan yazılı razılaşma nәzәrdә tutulur. Hәmin Qanunun 7.2.1-ci maddәsinә әsasәn, sığortalının sığorta olunanları icbari sığorta etdirmәk vәzifәsidir. Iş materiallarından göründüyü kimi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәti vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 hәrәkәtsizliyi ilә inzibati xәta haqqında protokolda göstәrilmiş hәr bir işçinin “Istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığorta haqqında” Azәrbaycan Respublikasının Qanunda nәzәrdә tutulmuş icbari sığortalanması tәmin edilmәmiş vә onların әmәlindә IXM-in 469-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi yaranmışdır. Apellyasiya mәhkәmәsi qeyd edir ki, apellyasiya qaydasında verilmiş şikayәtin dәlillәri mülahizә xarakterli olmaqla işin halları ilә tәkzib edildiyindәn әsassızdır vә bu dәlillәrә istinad etmәklә inzibati xәta törәtmiş hüquqi şәxsin vә vәzifәli şәxsinin mәsuliyyәtdәn yayındırmaq mәqsәdi daşıyır, ona görә dә barәsindә inzibati xәta haqqında icraat aparılan hüquqi şәxsә vә onun vәzifәli şәxsinә törәtmiş olduqları inzibati xәtaya görә inzibati xәtalar qanunvericiliyinin müvafiq maddәsinin sanksiyasında nәzәrdә tutulmuş inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsi әsaslı olmuşdur. Mәhkәmә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs vә onun vәzifәli şәxsi barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edәrәk aşağıdakıları nәzәrә alır. IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. IXM-nin 18.3-cü maddәsinә әsasәn hüquqi şәxsin inzibati mәsuliyyәtә cәlb edilmәsi hәmin әmәli törәtmiş vә ya onun törәdilmәsindә hәr hansı şәkildә iştirak etmiş vәzifәli şәxsin inzibati mәsuliyyәtini istisna etmir. IXM-nin 18.5-ci maddәsinә әsasәn bu mәcәllәnin 127-4.5-ci maddәsindә nәzәrdә tutulmuş hal istisna olmaqla hüquqi şәxs barәsindә inzibati tәnbeh yalnız hakim tәrәfindәn tәtbiq edilir. IXM-nin 31.2-ci maddәsinә әsasәn, fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. IXM-nin 31.3-cü maddәsinә әsasәn, hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyirin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakretizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Hüquqi şәxsin xeyrinә vә ya onun maraqlarının qorunması üçün hüquqi şәxsi tәmsil etmәk, hüquqi şәxsin adından qәrarlar qәbul etmәk; hüquqi şәxsin fәaliyyәtinә nәzarәt etmәk sәlahiyyәtinә malik olan vәzifәli şәxs, o cümlәdәn hәmin vәzifәli şәxslәr tәrәfindәn nәzarәtin hәyata keçirilmәmәsi nәticәsindә hüquqi şәxsin işçisi tәrәfindәn törәdilәn inzibati xәtalara görә hüquqi şәxs inzibati mәsuliyyәtә cәlb edilir. Hüquqi şәxsin inzibati xәta üzrә mәsuliyyәtinin yaranması hәr bir halda onun vәzifәli şәxslәrinin vә ya işçilәrinin hüquqazidd davranışı nәticәsindә baş verir, tәqsiri isә IXM-nin 18.2ci maddәsindә sadalanan şәxslәrin tәqsirindәn törәyir. Mәhkәmә yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edir ki, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan hüquqi şәxsin nümayәndәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri formal xarakter daşımaqla Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn IXM-nin 128-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ : Apellyasiya şikayәt tәmin edilmәsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası IXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrardan kassasiya şikayәti vә ya protesti verilmәsi hüququ Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-613/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-613/2026
28.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver