Məhkəmə qərarları › İş №3(3-8)-614/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-614/2026

29.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-614/2026 29.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin nümayәndәsi X1 iştirakı ilә, “xxxx” MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından “xxxx” MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokolu tәrtib edәn orqan tәrәfindәn “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsi ilә EP № ******* nömrәli, ## ###### 2026-cı il tarixli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә “xxxx” MMC Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk barәsindә inzibati xәtanın obyekti olmuş 68000.00 ABŞ dolları valyuta vәsaiti mәblәğinin 20% mәblәğindә, 13600.00 (on üç min altı yüz dollar) ABŞ dolları mәblәğindә (ödәniş gününә olan Azәrbaycan manatının mәzәnnәsi nәzәrә alınmaqla) cәrimә olunmuşdur (hakim Firuzә Kәrimova). Qәrardan “xxxx” MMC tәrәfindәn apellyasiya şikayәti verilәrәk, qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar qanunsuz vә әsassız olduğundan lәğv olunmalıdır. Belә ki, “xxxx” MMC tәrәfindәn 68000 ABŞ dolları mәblәğindә xarici valyuta olan vәsaiti ödәniş tapşırıqlarına әsasәn bankda olan hesabından Azәrbaycan Respublikasından kәnara qabaqcadan ödәniş etmәklә köçürülmüşdür. Mәhkәmә yalnız Protokolu tәrtib edәn orqan tәrtib etdiyi inzibati xәta haqqında protokola istinad etmişdir. Mәhkәmә qәrarında gәldiyi nәticәni bir cümlә ilә dә olsa әsaslandırmamışdır, yalnız Mәrkәzi Bankın әmәkdaşının әrizә ilә bildirdiyi mövqeni mütlәq hәqiqәt kimi qәbul etmiş vә ona uyğun yekun qәrar qәbul etmişdir. Işin mahiyyәti ondan ibarәtdir ki, ##.##.2024-cü il tarixdә “xxxx” MMC ilә “xxxx” ASC arasında malların alınması ilә bağlı müqavilә bağlanılmışdır. ##.##.2024cü il tarixdә hәmin müqavilә üzrә *** nömrәli invoysla 68000 ABŞ dolları mәblәğindә öncәdәn ödәniş olunmuşdur. ##.##.2024-cü il tarixli, ************** saylı bәyannamәdәn görünür ki, ##.##.2024-cü il tarixli müqavilә üzrә 68000 ABŞ dolları dәyәrindә mallar ölkәyә daxil olmuşdur (ödәnişin mәhz hәmin bәyannamә ilә daxil olan mallara aid olması üzәrindәki qeydlәrdәn aşkar görünür). Hәmçinin, “xxxx” MMC-nin nümayәndәsi ##.##.2026-cı il tarixli iclasda iştirak edәrkәn xxxx-nın әmәkdaşının ödәnişlәri düzgün bәyannamәlәrә bağlamaması hazırkı anlaşılmazlığa da sәbәb olmuşdur. Hәmçinin, Mәrkәzi Bankın nümayәndәsi dә sonradan edilmiş düzәlişlәrdәn güman ki, xәbәrsiz olaraq belә әrizә ünvanlamışdır. Lakin bildirir ki, “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli arayışından görünür ki, 324OCTU241840001 ref-li ##.##.2024-cü il tarixli 68.000 USD mәblәğli avans ödәnişi ************** saylı YGB, 324OCT4241971001 ref-li ##.##.2024-cü il tarixli 68.000 USD mәblәğli avans ödәnişi ************** saylı YGB ilә xxxx bank tәrәfindәn bağlanılmışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” MMC-nin nümayәndәsi X1 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, ##.##.2024-cü il tarixdә MMC tәrәfindәn 68000 ABŞ dolları mәblәğindә avans ödәmә olmuş, sonra isә hәmin ay әrzindә mallar daxil olmuşdur. Yük gömrük bәyannamәsi bağlanmalı olsa da, xxxx-nin işçisi tәrәfindәn vaxtında bağlanmamışdır. Belә ki, hәm 02 iyul, hәm dә 16 iyul tarixlәrindә eyni mәblәğlәrdә ödәnişlәr olduğundan texniki sәhvә yol verilmişdir. Köçürülmüş hәr iki mәblәğ üzrә mallar eyni ayda daxil olmuş vә yük gömrük bәyannamәlәri dә bağlanılmışdır. Hazırda bәyannamәnin bağlanmasını tәsdiq edәn bank arayışı da mövcuddur. Qeyd olunanlara әsasәn apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Inzibati xәta haqqında protokolu tәrtib edәn orqanın nümayәndәsi mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә nümayәndәnin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilәrәk iş üzrә icraata xitam verilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Iş materiallarında olan inzibati xәta haqqında protokoldan vә sәnәdlәrdәn görünür ki, “xxxx” MMC 68000.00 ABŞ dolları mәblәğindә vәsaiti ## #### 2024-cü il tarixdә xaricә köçürmüş vә 2 il müddәt keçsә dә 68000.00 ABŞ dolları mәblәğindә vәsait hesabına alınan malları (xidmәti) ölkәyә idxal etmәmiş, valyuta vәsaitini geri qaytarmamışdır. Xәta ## ###### 2026-cı il tarixdә, hüquqi şәxsin qeyd olunan ünvanında törәdilmişdir. Bununla da “xxxx” MMC Azәrbaycan Respublikasının IXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. ## #### 2024-cü il “debit haqqında bildiriş”dәn görünür ki, hüquqi şәxs “xxxx” MMC tәrәfindәn 68000.00 ABŞ dolları mәblәğindә xarici valyutada olan pul vәsaiti “xxxx” ASC-dә olan hesabından, Azәrbaycan Respublikasından kәnara köçürülmüşdür. Iş materiallarına әlavә edilmiş “xxxx” ASC-nin xxxx” MMC-yә ünvanladığı ## ###### 2026-cı il tarixli, *-*-**/*-***/**** nömrәli cavab mәktubundan görünür ki, 324OCTU241840001 ref-li ##.##.2024-cü il tarixli 68.000 USD mәblәğli avans ödәnişi ************** saylı YGB vә 324OCT42419710001 ref-li ##.##.2024-cü tarixli 68.000 USD mәblәğli avans ödәnişi ************** saylı YGB ilә xxxx bank tәrәfindәn bağlanılmışdır. Iş materiallarına әlavә edilmiş Azәrbaycan Respublikası Mәrkәzi Bankının nümayәndәsi Nümayәndә apellyasiya mәhkәmәsinә ünvanladığı ## ######## 2026-cı il tarixli әrizәsindәn görünür ki, apellyasiya şikayәtinә әlavә edilmiş ************** saylı bәyannamә DGK-portalında müvafiq düzәlişlәr edilmiş vә icraatınızda olan iş üzrә avans ödәnişinә bağlanma tәmin edilmişdir. Bu sәbәbdәn apellyasiya şikayәtinin tәmin edilmәsinә etiraz edilmir. “Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nda dәyişikliklәr edilmәsi barәdә Azәrbaycan Respublikası Mәrkәzi X2 ## ###### 2020-ci il tarixli **/* nömrәli Qәrarı ilә “Azәrbaycan Respublikasnın rezident vә qeyri - rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәnddә dәyişikliklәr edilәrәk, müvafiq sәnәdlәrin ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10.000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir kimi qeyd edilmişdir. Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsinә görә avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә mәsuliyyәt nәzәrdә tutulur. Apellyasiya mәhkәmәsi qeyd edir ki, iş materiallarından göründüyü kimi “xxxx” MMC tәrәfindәn ## #### 2024-cü il tarixindә ölkә xaricinә köçürülmüş 68 000 ABŞ dolları mәblәğindә avans ödәnişi müvafiq idxal gömrük bәyannamәsi (01241000268933) ilә vaxtında bağlanılmış, mallar ölkәyә idxal olunmuşdur. Mәrkәzi Bank nümayәndәsinin dә gömrük-bәyannamә portalında müvafiq düzәlişlәrin edildiyini vә avans ödәnişinin bağlandığını tәsdiq edәrәk şikayәtә etiraz etmәmәsi, hәmçinin iş materiallarında hüquqi şәxsin әmәlindә IXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulan inzibati xәtanın tәrkibinin mövcud olmadığını sübuta yetirir. Əlavә olaraq qeyd edilmәlidir ki, “xxxx” MMC tәrәfindәn ## #### 2024-cü il tarixli vә ## #### 2024-cü il tarixlәrdә hәr biri 68 000 ABŞ dolları olmaqla eyni mәblәğdә iki fәrqli vaxtda avans ödәnişlәrinin hәyata keçirilmәsi, hәmçinin “xxxx” ASC-nin әmәkdaşı tәrәfindәn ödәnişlәrin müvafiq yük gömrük bәyannamәlәrinә bağlanılmasında texniki sәhvlәrә yol verilmәsi ilkin mәrhәlәdә anlaşılmazlığa sәbәb olmuşdur. Lakin sonradan aparılmış dәqiqlәşdirmәlәr vә bankın arayışı ilә hәr iki ödәnişin (o cümlәdәn ##.##.2024-cü il tarixli 68 000 USD mәblәğli köçürmәnin) müvafiq idxal gömrük bәyannamәlәri (************** saylı YGB) әsasında tam olaraq bağlandığı vә malların ölkәyә idxal edildiyi sübuta yetirilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 53.1.2-ci maddәsinә әsasәn inzibati xәta tәrkibinin olmadığı halda inzibati xәta haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Qeyd olunanlara әsasәn, apellyasiya instansiya mәhkәmәsi belә nәticәyә gәlir ki, “xxxx” MMC-nin Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata IXM-nin 53.1.2-ci maddәsinә әsasәn xitam verilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 105-105.1-ci maddәlәrindә göstәrilir ki, bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxarır. Azәrbaycan Respublikası IXM-nin 134.1.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılan zaman bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarın lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 12.1, 53.1.2, 134.1.3, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilsin. “xxxx” MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilsin. “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata әmәlindә inzibati xәta tәrkibi olmadığından xitam verilsin. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar