Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-616/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi 6 X2 vә Tәbii Sәrvәtlәr İdarәsinin nümayәndәsi X1 vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “xxxx” MMC-nin direktoru Vәzifәli şәxs iştirakı ilә, “xxxx” MMC vә onun qanuni tәmsilçisi Vәzifәli şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrardadından Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi 6 X2 vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn “xxxx” MMC-nin vә “xxxx” MMC-nin direktoru Vәzifәli şәxs barәsindә ## #### 2026-cı il tarixdә tarixdә İXM-nin 253.2-ci maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokollar baxılması üçün Şamaxı Rayon Mәhkәmәsinә göndәrilmişdir. Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı (hakim S.Əliyev) ilә “xxxx” MMC-nin direktoru Vәzifәli şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253.2-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata inzibati xәta tәrkibi olmadığına görә xitam verilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, iş materiallarında olan sübutlara tam vә düzgün hüquqi qiymәt verilmәklә “xxxx” MMC-nin vә onun direktoru Vәzifәli şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253.2-ci maddәsi üzrә inzibati mәsuliyyәti mәsәlәsinin hәll edilmәsini, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yeni qәrarın qәbul edilmәsi mümkün hesab edilmәdiyi halda, iş hәrtәrәfli, tam vә obyektiv araşdırılması üçün birinci instansiya mәhkәmәsinә yeni baxışa göndәrilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmәnin qәrarı maddi hüquq normasının yanlış tәfsirinә, iş üzrә sübutların natamam vә ziddiyyәtli qiymәtlәndirilmәsinә, habelә iş üçün mühüm әhәmiyyәt daşıyan halların tam araşdırılmamasına әsaslandığından qanuni vә әsaslı hesab edilә bilmәz. 6 X2 vә Tәbii Sәrvәtlәr İdarәsinin әmәkdaşları tәrәfindәn Şamaxı şәhәri, Heydәr Əliyev prospektindә qeyri-yaşayış obyektinin söküntüsü zamanı әrazidә mövcud olan yaşıllıqların mәhv edilmәsi faktı aşkar edilmişdir. ## #### 2026-cı il tarixdә keçirilmiş baxış vә çәkilmiş fotoşәkillәrlә әrazidә tut vә әncir cinsli, diametrlәri 12 sm, 14 sm vә 25 sm olan ümumilikdә 7 әdәd ağacın kötüküstә yaş halda mәhv edildiyi müәyyәnlәşdirilmişdir. İş materiallarında hәmin әrazidә tikinti vә söküntü işlәrinin “xxxx” MMC tәrәfindәn aparıldığına dair mәlumatlar, inzibati xәta haqqında protokollar, baxış aktı, fotoşәkillәr, yaşıllıqlara dәymiş ziyanın hesablanması cәdvәli vә әrazinin yerlәşmә xәritәsi mövcuddur. Mәhkәmә dә qәrarında kәsilmiş 7 әdәd ağacın yerlәşdiyi әrazinin meşә fondu sahәsi olmadığını qeyd etmiş, lakin mәhz hәmin fakta әsaslanaraq İXM-in 253.2-ci maddәsi üzrә inzibati xәta tәrkibinin mövcud olmadığı nәticәsinә gәlmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253.2-ci maddәsi meşә fonduna daxil olmayan ağac vә kol әkinlәrinin qanunsuz kәsilmәsinә, götürülmәsinә vә ya mәhv edilmәsinә görә inzibati mәsuliyyәt müәyyәn edir. Buna görә ağacların yerlәşdiyi torpaq sahәsinin meşә fonduna aid olmaması inzibati mәsuliyyәti istisna edәn hal deyil. Əksinә, bu hal İXM-in 253.2-ci maddәsinin tәtbiq dairәsini müәyyәnlәşdirәn әsas әlamәtlәrdәn biridir. Mәhkәmәnin “ağaclar meşә fondunda yerlәşmir” qәnaәtindәn “İXM-in 253.2-ci maddәsi tәtbiq edilә bilmәz” nәticәsi çıxarması hәmin maddәnin mәtninә, mahiyyәtinә vә hüquqi mәqsәdinә açıq şәkildә ziddir. Başqa sözlә, mәhkәmәnin mәsuliyyәti istisna edәn hal kimi qiymәtlәndirdiyi fakt әslindә İXM-in 253.2-ci maddәsinin tәtbiqi üçün zәruri olan obyektiv әlamәtdir. İnzibati xәtanın predmeti torpaq sahәsinin hüquqi statusu ilә qarışdırılmışdır. İXM-in 253.2-ci maddәsi üzrә inzibati xәtanın qorunan predmeti meşә fonduna daxil olmayan ağac vә kol әkinlәridir. Ərazinin dövlәt meşә fondu torpağı, yaşayış mәntәqәsi torpağı, xüsusi mülkiyyәtdә olan torpaq vә ya digәr kateqoriyaya aid olması hәmin әrazidәki ağacların qanunsuz mәhv edilmәsini özlüyündә hüquqauyğun etmir. Mәhkәmә ağacların kәsilmәsi vә ya mәhv edilmәsi üçün qanunla tәlәb olunan müvafiq icazәnin, razılaşdırmanın vә yaxud başqa hüquqi әsasın olubolmamasını araşdırmalı idi. Qәrarda ağacların mәhv edilmәsinә icazә verәn hәr hansı sәnәdin mövcudluğu müәyyәn edilmәmişdir. Bu baxımdan әrazinin meşә fonduna aid olmaması ağacların mühafizә rejimini aradan qaldıran vә onların sәrbәst şәkildә kәsilmәsinә hüquq verәn hal kimi qiymәtlәndirilә bilmәz. İş üzrә sübutlar әlaqәli vә mәcmu şәkildә qiymәtlәndirilmәmişdir. İş materiallarında olan baxış aktı vә fotoşәkillәr ağacların mәhv edilmәsi faktını, onların sayını, cinsini vә diametrini tәsdiq edir. Ərazinin yerlәşmә xәritәsi ağacların meşә fonduna daxil olmayan sahәdә yerlәşdiyini, tikinti-söküntü işlәrinә dair materiallar isә hәmin әrazidә fәaliyyәt göstәrәn subyekti müәyyәnlәşdirmәyә imkan verir. İnzibati xәta haqqında protokollarda aşkar edilmiş faktların hüquqi tövsifi verilmiş, yaşıllıqlara dәymiş ziyanın hesablanması cәdvәlindә isә 7 әdәd ağacın mәhv edilmәsi nәticәsindә ümumilikdә 2520 manat mәblәğindә ziyan hesablanmışdır. Mәhkәmә hәmin sübutlardan hәr hansı birinin mötәbәrliyini konkret vә әsaslandırılmış sәbәblәrlә rәdd etmәmişdir. Eyni zamanda, sübutların qarşılıqlı әlaqәsi vә mәcmusu tәhlil olunmamış, yalnız әrazinin meşә fonduna aid olmamasına istinad edilmәklә iş üzrә icraata xitam verilmişdir. Belә yanaşma işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılması tәlәbinә uyğun deyildir. Qәrarın әsaslandırıcı hissәsi daxilәn ziddiyyәtlidir. Mәhkәmәnin qәrarında bir tәrәfdәn kәsildiyi iddia olunan ağacların yerlәşdiyi әrazinin meşә fondu sahәsinә aid olmadığının iş materiallarındakı xәritә ilә tәsdiq edildiyi göstәrilmişdir. Digәr tәrәfdәn isә inzibati xәta haqqında protokolu tәrtib etmiş orqan tәrәfindәn hәmin torpaq sahәsinin meşә fonduna aid olub-olmamasının mötәbәr sübutlarla tәsdiq edilmәdiyi qeyd olunmuşdur. Eyni fakt üzrә bir-birini istisna edәn bu mülahizәlәr mәhkәmәnin gәldiyi nәticәnin aydın, ardıcıl vә iş materiallarında olan sübutlara әsaslanan olmadığını göstәrir. Bundan әlavә, әrazinin meşә fonduna aid olmadığı qәbul edildiyi halda, bu fakt İXM-in 253.2-ci maddәsinin tәtbiqini istisna etmir, әksinә, hәmin maddәnin tәtbiqinin әsas şәrtlәrindәn birini tәşkil edir. İş üçün mühüm hüquqi vә faktiki hallar tam araşdırılmamışdır. Mәhkәmә ağacların kimin göstәrişi vә ya hәrәkәti nәticәsindә mәhv edildiyini, tikintisöküntü işlәrini faktiki olaraq tәşkil vә idarә edәn şәxsi, hüquqi şәxsin mәsuliyyәtinin әsaslarını, habelә ağacların kәsilmәsinә dair hәr hansı icazә vә ya razılaşdırıcı sәnәdin olubolmadığını tam araşdırmamışdır. İnzibati xәta haqqında protokollarda göstәrilәn faktların işdә olan digәr sәnәdlәrlә uyğunluğu da tam şәkildә yoxlanılmamışdır. Əgәr mәhkәmә tәqdim edilmiş sәnәdlәri hәr hansı halın müәyyәnlәşdirilmәsi üçün yetәrli hesab etmirdisә, müvafiq sübutların tәlәb olunması vә mövcud ziddiyyәtlәrin aradan qaldırılması üçün qanunvericiliklә nәzәrdә tutulmuş prosessual imkanlardan istifadә etmәli idi. İş üçün mühüm halların araşdırılmadığı bir şәraitdә inzibati xәta tәrkibinin qәti şәkildә mövcud olmadığı nәticәsinә gәlinmәsi vaxtından әvvәl olmuşdur. İXM-in 53.1.2-ci maddәsinin tәtbiqi üçün yetәrli hüquqi әsas müәyyәn edilmәmişdir. İnzibati xәta tәrkibinin olmaması әsası yalnız әmәlin obyektiv vә ya subyektiv әlamәtlәrindәn hәr hansı birinin mövcud olmadığının sübutlarla müәyyәn edildiyi halda tәtbiq edilә bilәr. Hazırkı işdә 7 әdәd yaş ağacın mәhv edilmәsi, hәmin ağacların meşә fonduna daxil olmayan әrazidә yerlәşmәsi vә sözügedәn әrazidә “xxxx” MMC tәrәfindәn tikinti-söküntü işlәrinin aparılması barәdә sübutlar mövcuddur. Mәhkәmә inzibati xәta tәrkibinin konkret hansı zәruri әlamәtinin vә hansı sübuta әsasәn mövcud olmadığını qәrarında әsaslandırmamışdır. Əksinә, İXM-in 253.2-ci maddәsinin tәtbiqi üçün әhәmiyyәtli olan “meşә fonduna daxil olmayan ağac vә kol әkinlәri” әlamәti mәhkәmә qәrarının özündә tәsdiq edilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarına әlavә edilmiş Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin 6 X2 vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn tәrtib edilmiş ## #### 2026-cı il tarixli, baxış aktından görünür ki, Şamaxı şәhәri Heydәr Əliyev prospektindә tikinti işlәrinin aparılması üçün ayrılmış ümumi sahә 1.37 ha ölçüyә malikdir әrazinin bir hissәsindә “Dövlәt Ekoloji Ekspertiza Agentliyinin rәyi olmadan tikinti işlәrinin aparıldığı mәlum olmuşdur. Faktla bağlı “xxxx” MMC–nin direktoru Vәzifәli şәxs barәsindә 044749 Akt №******* saylı protokol tәrtib olunmuşdur. Qeyd edilәn yaşayış binalarının tikintisi üçün ayrılmış 1,37 ha torpaq sahәsinin daxilindә 13 xüsusi mülkiyyәt mövcuddur. İş materiallarına әlavә edilmiş ## ####### 2016-cı il tarixli ****** saylı Yaşıllıq әrazilәrdә ağacların kәsilmәsi vә ya mәhv edilmәsi nәticәsindә dәymiş ziyanın hesablanması cәdvәlindәn görünür ki, 7 әdәd ağacın kәsilmәsi ilә bağlı ümumi mәblәği 2520 manat tәşkil edәn akt tәrtib edilmişdir. İş materiallarına әlavә edilmiş tikinti sahәsindә aparılan yoxlama zamanı Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin 6 X2 vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn tәrtib edilmiş ## #### 2026-cı il tarixli, ****** nömrәli aktdan görünür ki, Şamaxı şәhәri Heydәr Əliyev prospektindә qeyri yaşayış obyektinin söküntüsü zamanı әrazidә mövcud olan yaşıllığın mәhv edildiyi faktı aşkar edilmişdir. Yerindә keçirilәn baxış zamanı peyk görüntüsünün tәhlili elәcәdә daha әvvәlki tarixdә çәkilmiş fotoşәkillәrә әsasәn әrazidә tut, әncir cinsinә aid, diametri 12 sm 1 әdәd, diametri 14 sm 1әdәd, diametri 25 sm olmaqla ümumilikdә 7 әdәd ağacın kök üstә yaş halda mәhv edildiyi mәlum olmuşdur.qeyd olunan әrazidә “xxxx” MMC tәrәfindәn tikinti işlәri hәyata keçirilir. İş materiallarına әlavә edilmiş “xxxx” MMC–yә mәxsus yerlәşmә әrazisinin xәritәsindәn görünür ki, kәsildiyi iddia olunan 7 әdәd meşә fonduna aid olmayan ağacların meşә fondu sahәsindә yerlәşmәsi әks olunmuşdur. İnzibati Xәtalar Mәcәllәsinin 192.6-cı maddәsinә görә meşә fonduna daxil olmayan ağac vә ya kolların qanunsuz kәsilmәsinә (götürülmәsinә) vә ya mәhv edilmәsi inzibati mәsuliyyәt yaradır. İnzibati Xәtalar Mәcәllәsinin 2-ci maddәsinә görә Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinin vәzifәlәri insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını, onların sağlamlığını, әhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mәnәviyyatı, mülkiyyәti, şәxslәrin iqtisadi maraqlarını, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, idarәçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkәmlәndirmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). “Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135.1.5 vә 135.2-ci maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli qәrarında göstәrilmişdir ki, inzibati xәta haqqında protokol qәbul edilәcәk qәrar üçün әsas olmaqla, hәmin iş üzrә ittiham yönümlü prosessual sәnәd qismindә çıxış edir. Lakin inzibati xәtaya dair qәrarın qәbul edilmәsi sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) sәlahiyyәtinә aid olduğu hallarda, belә qәrardan verilmiş şikayәt üzrә hәyata keçirilәn mәhkәmә araşdırmasının predmetini mәhz hәmin qәrar tәşkil edir. Belә olan tәqdirdә işә baxan mәhkәmә üçün sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qәrarı hәmin iş üzrә ittiham yönümlü prosessual sәnәd qismindә çıxış edir. Hәmin qәrarın qәbul edilmәsinә әsas olmuş protokol isә artıq sübutedici әhәmiyyәt daşıyır. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, Şamaxı şәhәri, H.Əliyev prospektindә 7 әdәd köküstә yaş halda ağacların mәhv edilmәsinә görә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. İnzibati xәta haqqında mәsuliyyәtin yaranmasından ötrü meşә fonduna daxil olmayan ağac vә ya kolların qanunsuz kәsilmәsi (götürülmәsi) vә ya mәhv edilmәsi müәyyәn edilmәlidir. İnzibati xәta haqqında icraata xitam verilәrkәn iddia olunan ağacların yerlәşdiyi torpaq sahәsinin meşә fonduna aid olub-olmamasına dair sübut tәqdim edilmәmәsinә istinad edilmişdir. İnzibati xәta haqqında protokol tәrtib edilәrkәn istinad edilәn sübutlardan müәyyәn edilir ki, yaşayış binalarının tikintisi üçün ayrılmış 1,37 ha torpaq sahәsinin daxilindә 13 xüsusi mülkiyyәt mövcuddur. Kәsilmәsi iddia edilәn ağacların mübahisәlәndirilәn torpaq sahәsinin hüdudları daxilindә yerlәşәn xüsusi mülkiyyәtdә olan hәyatyanı vә bağ sahәlәrinin yaşıllıqlarının, hәmçinin kәnd tәsәrrüfatı tәyinatlı torpaqlardakı әkinlәrin (mәsәlәn, şәxsi meyvә bağları) hüdudları daxilindә yerlәşib-yerlәşmәmәsi müәyyәn edilmәmişdir. “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 259-cu maddәsinin "Qeyd” hissәsinin 1-ci bәndinin vә hәmin Mәcәllәnin 314-cü maddәsinin “Yaşıllıqların mühafizәsi haqqında” Azәrbaycan Respublikası Qanununun 8 vә 9-cu maddәlәri baxımından şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2022-ci il tarixli qәrarında göstәrilmişdir ki, kәnd tәsәrrüfatı mәqsәdi ilә vәtәndaşlara verilmiş pay torpaqlarında mәhz kәnd tәsәrrüfatı mәhsulları istehsalı üçün istifadә edilәn bitkilәrdәn ibarәt yaşıllıqlar Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 259-cu maddәsinin “Qeyd” hissәsinin 1-ci bәndinin tәsiri altına düşür vә hәmin torpaqlarda yalnız kәnd tәsәrrüfatı mәhsulları istehsalı üçün istifadә edilәn bitkilәrdәn ibarәt yaşıllıqların (әkinlәrin) kәsilmәsi (götürülmәsi) cinayәt mәsuliyyәti üçün әsas hesab edilә bilmәz. Fiziki vә hüquqi şәxslәrin xüsusi mülkiyyәtindә olan sәnaye, nәqliyyat, rabitә vә digәr tәyinatlı torpaq sahәlәrindәki, habelә yaşayış mәntәqәlәrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyәtdә olan hәyәtyanı vә bağ sahәlәrindәki yaşıllıqlar vә kәnd tәsәrrüfatı mәhsulları istehsalı üçün istifadә olunan bitkilәrdәn ibarәt olan yaşıllıqlar istisna olmaqla) götürülmәsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq sәlahiyyәtli dövlәt orqanlarının (bәlәdiyyәlәrin) qәrarı ilә hәyata keçirilә bilәr. Göründüyü kimi şәxs barәsindә inzibati xәta haqqında protokol tәrtib edilsә dә, protokolda ağacların xüsusi mülkiyyәtdә olan yaşıllıqlara aid edilib-edilmәmәsi aydınlaşdırılmamış, hәmin kәsilmәsi iddia edilәn ağacların meşә fonduna daxil olmayan ağac olmasına istinad edilәrәk inzibati xәta haqqında protokol tәrtib edilmişdir. İnzibati xәta haqqında protokol qәbul edilәcәk qәrar üçün әsas olmaqla, hәmin sәnәddә sübutedici әhәmiyyәt tәşkil edәn hallar tam, hәrtәrәfli şәrh edilmәlidir. Lakin nәinki inzibati xәta haqqında protokolda ehtimal әsasında tәrtib edilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 84.1-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Sübutları qiymәtlәndirәn zaman mәhkәmә “әsaslı şübhәlәr yaratmayan” sübut standartını qәbul edir. Belә sübut kifayәt qәdәr inandırıcı, aydın vә bir-birinә uyğun gәlәn mәntiqi nәticәlәrin vә ya faktlarla bağlı oxşar, tәkzib edilmәyәn ehtimalların mövcudluğundan irәli gәlә bilәr (“Avşar Türkiyәyә qarşı” AİHM-nin qәrarı №*****/**, §282). İnzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. İnzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. İnzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә şübhәlәr onun xeyrinә hәll edilir (Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 8.1, 8.2, 8.3-cü maddәlәri). Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, “xxxx” MMC vә onun qanuni tәmsilçisi Vәzifәli şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253.2-ci maddәsi ilә inzibati xәta haqqında protokol tәrtib edilsә dә, istinad edilәn hallar ehtimala әsaslanmaqla әsaslı şübhә yaratmayan mötәbәr sübutlarla tәsdiq edilmәdiyindәn birinci instansiya mәhkәmәsi haqlı olaraq әmәldә xәta tәrkibinin olması qәnaәtinә gәlinmәsinin mümkünsüz olduğu qәnaәtinә gәlmәklә inzibati xәta haqqında icraata xitam vermişdir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-616/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-616/2026
28.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver