Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-617/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə protokol tərtib orqanın nümayəndələri - Protokolu tərtib edən orqan-nin ITB-nin polis sahə rəisi X2 və Protokolu tərtib edən orqan-nin ITB-nin bölməsinin rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının IXM-nin 510.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Siyəzən Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından Protokolu tərtib edən orqan-nin ITB-nin polis sahə rəisi, R Ramin Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim G.C.Quluzadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyi üçün xitam verilməsi qərara alınmışdır. Siyəzən Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim G.C.Quluzadə) Siyəzən Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının müəyyən etdi və qərara aldı hissələrində olan anlaşılmazlıq (yanlışlıq) aradan qaldırılaraq, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tutmanın ləğv edilməsi və qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməlidir” sözləri həmin hissələrə əlavə edilməsi qərara alınmışdır. IŞIN HALLARI : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2026-cı il tarixdə, saat 17:15 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində “Bənövşə” kafesinin yaxınlığında ucadan nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmamış və barəsində Siyəzən rayon Polis Şöbəsinin ITB-nin sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası IXM-nin 535.1-ci maddəsi ilə ## ######## 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, o, ## ######## 2026-cı il tarixdə, saat 17:15 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində “Bənövşə” kafesinin yaxınlığında ucadan nalayiq söyüşlər söymüş və barəsində Siyəzən rayon Polis Şöbəsinin ITB-nin sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası IXM-nin 510.1-ci maddəsi ilə ## ######## 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində məhkəməyə daxil olmuş 3(5-154)562/2026 və *(*-***)-***/**** saylı materiallar Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-562/2026 nömrə altında baxışa təyin edilmişdir. Inzibati xəta haqqında protokollara baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan inzibati xəta haqqında iş üzrə icraatı aparan şəxs Protokolu tərtib edən orqan-nin ITB-nin polis sahə rəisi, R Ramin Məmmədov apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı yalnız şəxsin özünü təqsirli bilmədiyi, şahidlərin hər birinin polis əməkdaşı olmaqla ifadələrinin bir-birini təsdiqləməyə yönəldiyi, ifadələrdə mötəbər sübut kimi qəbul ediləcək hən hansı xüsusatın əks etdirilmədiyi, şahidlərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nalayiq ifadələr işlətdiyini bildirsə də, nalayiq ifadələrin nədən ibarət olduğunu tam demədiyi, şəxsin polisin qanuni tələbinə hansı formada tabesizlik göstərməsi ilə bağlı suallara əsaslı bir cavab verilmədiyi, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn, polis işçisi və hərbi qulluqçu tərəfindən ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələbinə qəsdən tabe olmama hərəkətlər etməsinin hər hansı bir mötəbər sübutla təsdiq olunmadığı barədə yanlış qərara gəlmişdir. Məhkəmə yalnız baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə baxışı zamanı yalan izahatı ilə kifayətlənmiş, onun yalandan “Vətənə xidmətə görə“ medalı ilə təltif olunması, şəxsin şahidlərin hər birinin polis əməkdaşı olmasını deməsi, məhkəmə baxışı zamanı məhkəməyə dəvət etdiyi şahidlərin qarşısının kəsilərək polis şöbəsinə aparılması barədə yalan iddialarını əsas tutaraq, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində öz vəzifələrini yerinə yetirən polis əməkdaşlarının izahatlarında və məhkəmə baxışı zamanı bildirdiklərinə tənqidi yanaşmış, izahatlarda və məhkəmə baxışı zamanı şəxsin cəmiyyətdə qəbul edilməyən (sözlə deyilməyən və cəmiyyətdə düzgün qəbul edilmədiyi üçün izah edə bilmədikləri) nalayiq ifadələr işlətməsi və insanların narahatlığını pozması, səs-küy salması barədə hərəkətlərini nalayiq ifadələrin nədən ibarət olmasının tam bildirilməməsi kimi qəbul etmiş, şahidlər izahatlarında və məhkəmə baxışı zamanı hadisənin necə baş verməsi və sonrakı davamı ilə bağlı bildirdiklərini polisin qanuni tələbinə hansı formada tabesizlik göstərməsi ilə bağlı suallara əsaslı bir cavab verilməməsi hesab etmişdir. Eyni zamanda məhkəmə barəsində inzibati icraat aparılan şəxsin ictimai iaşə obyektinin qarşısında, yol kənarında polis əməkdaşı ilə mübahisə etməsi, ucadan nalayiq ifadələr işlətməsi, daha sonra özünü cəmiyyətdə hamıdan üstün tutub öz hərəkətlərinin ora toplaşan insanların gözündə haqlı olmasını bəyan edən tərzdə davam etdirməsi, davamında isə ora çağırılan digər polis əməkdaşlarinin ictimai qaydalara raiyət etməsi və səs-küy salmaması, nalayiq ifadələr işlətməməsi, bütövlükdə hamılıqla qəbul edilmiş yaşayış qaydalarına əməl etməsi ilə bağlı qanuni tələblərə məhəl qoymaması səbəbindən polis şöbəsinə aparılmaq istənməsi ilə bağlı xəbərdarlığına əməl etməməsi, əksinə müqavimət göstərməsi, öz nalayiq hərəkətlərini davam etdirərək polis əməkdaşlarının dəfələrlə xəbərdaredici tələblərinə məhəl qoymaması, nəticədə isə məcburi qaydada çağırış əsasında gəlmiş polis avtomobilinə əyləşdirilərək məcburi qaydada polis şöbəsinə gətilirməsi ilə bağlı göstərilənləri xırda xuliqanlıq və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirməmişdir. Nəticədə məhkəmə qanun normasını düzgün tətbiq etməmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən Protokolu tərtib edən orqan-nin ITB-nin bölməsinin rəisi X3 apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, X5 ilə bağlı onun icraatına raport daxil olmuş, həmin raport əsasında araşdırma aparılmış və müvafiq şəxslərdən izahatlar alınmışdır. Hadisə ilə bağlı şəxslər birinci instansiya məhkəməsinə dəvət edilmişlər. X5 isə məhkəmə iclasında hadisə ilə bağlı öz şahidinin olduğunu bildirmiş, məhkəmə tərəfindən həmin şahidin məhkəməyə gəlməsi üçün vaxt verilmiş, təxminən bir saat yarım gözlənilməsinə baxmayaraq həmin şahid məhkəməyə gəlməmişdir. Bundan sonra birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən həmin qərardan apellyasiya şikayəti verilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, polis əməkdaşları birinci instansiya məhkəməsinin iclasında iştirak etmişlər. X5 məhkəməyə gətirəcəyini bildirdiyi şahidin polis əməkdaşları tərəfindən aparılması barədə söylədikləri həqiqətə uyğun deyildir. Polis əməkdaşları həmin vaxt məhkəmə zalında olmuş və belə bir hadisə baş verməmişdir. Onu da qeyd etmək istəyir ki, Roman Sədrəddinovun şikayəti əsasında bir neçə dəfə polis şöbəsinə çağırılsa da, hər dəfə bir bəhanə ilə, ya xəstədir, ya da ki, başqa bir halı qeyd etməklə gəlməkdən yayınır, sonra da yuxarı rəhbərliyə şikayət edərək şikayətinə baxılmamasını bildirir. Məhz bu gün də məhkəməyə gəlməyərək guya xəstə olmasını bildirməsi dediklərini təsdiq edir. Hadisə günü onun şəxən Sədrəddinovun işlədiyi kafeyə getməsinin səbəbi Roman Sədrəddinovun IXM-nin 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta pozuntusu ilə əlaqədar barəsində başlanılmış inzibati icraatla bağlı dəfələrlə polis şöbəsinə telefon vasitəsilə çağırılmasına baxmayaraq şöbəyə gəlməkdən qəsdən boyun qaçırmış, bu səbəbdən o, Sədrəddinovun işlədiyi kafeyə gedib kafeyə daxil olaraq kafedə yemək yeyən şəxslərə mane olmamaq üçün onu sakitcə kafenin içindən kənara dəvət etmiş və onlar küçəyə çıxarkən o, Roman Sədrəddinova barəsindəki inzibati icraatla bağlı şöbəyə getməsini təklif edərkən sonuncu ucadan qışqıraraq nəlayiq ifadələr işlətməklə onu heç kim şöbəyə apara bilməyəcəyini və bilərəkdən hay-küy salmaqla ətrafdakı insanların onlara yaxınlaşmasını və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq əməllərini davam etdirməklə ünvansız söyüşlər etməklə ictimai qaydanı pozmuş, bu zaman yaxınlıqda xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq vətəndaşı intizama dəvət etsələr də, Roman Sədrəddinov hərəkətlərini nəinki dayandırmamış, daha da aqressiv şəkildə təhqirmiz nəlayiq ifadələr işlətmiş, bu səbəbdən də polis əməkdaşları onu məcburi şəkildə avtomaşına əyləşdirərək payon polis şöbəsinə aparmışlar. Məhkəmənin suallarına cavab olaraq Səbuhi Zeynallı bildirdi ki, Sədrəddinov Roman Nadir oğlunun sənədlərdə müxtəlif ünvanlarının göstərilməsi onun bir ünvanda qeydiyyatda olması, digər ünvanda isə faktiki yaşaması ilə əlaqədardır. Həmçinin onun fikrincə, şəxsin polis əməkdaşı tərəfindən telefon vasitəsilə polis şöbəsinə dəvət edilməsi də rəsmi çağırış xarakteri daşıyır, xüsusilə həmin şəxs polis əməkdaşını əvvəldən tanıyırsa və çağırışın səbəbi ona bildirilirsə imtina etməsi əsassızdır. X5 barəsində əvvəllər də müxtəlif araşdırmalar aparılmış, onunla bağlı başqa materiallar mövcud olmuşdur. Həmin materialların bir qismini məhkəməyə təqdim etmək istəyir. O, X5 hazırkı məhkəmə iclasına gəlməməsinin səbəbi kimi göstərdiyi xəstəlik halına da şübhə ilə yanaşır, belə ki, sonuncunun əvvəllər də müxtəlif çağırışlardan yayınmaq üçün oxşar səbəblər göstərdiyini bildirir. Apellyasiya şikayətilə bağlı xahişləri ondan ibarətdir ki, X5 barəsində inzibati tənbeh tətbiq edilməklə müvafiq qərar qəbul olunsun. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş şəxs - Protokolu tərtib edən orqan-nin ITB-nin polis sahə rəisi X2 apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, X5 polis orqanlarına çoxsaylı müraciətləri olmuş, həmin müraciətlərlə əlaqədar o, dəfələrlə polis şöbəsinə dəvət edilmişdir. X5 bir sıra hallarda polis şöbəsinə çağırılmasına baxmayaraq gəlməmiş, sonradan isə müraciətlərinə baxılmadığı barədə yuxarı orqanlara şikayətlər etmişdir. Hadisə günü X5 istifadə etdiyi kafenin yerləşdiyi ünvana R Səbuhi Zeynalov getmiş, kafedə onunla qarşılaşaraq özünü təqdim etmiş və polis şöbəsinə gəlməsinin zəruri olduğunu bildirmiş, Roman Sədrəddinov R Səbuhi Zeynalov əvvəldən tanımış, çünki əvvəllər də onun müxtəlif müraciətləri və şikayətləri ilə əlaqədar polis şöbəsində görüşmüşlər. Kafedə digər şəxslərin də olması nəzərə alınaraq mübahisə yaranmaması üçün X5 kafedən kənarda davam etdirmək təklif edilmiş, kafedən çölə çıxdıqdan sonra ona polis şöbəsinə getməli olduğu bildirildikdə X5 buna etiraz etmiş, əl hərəkətləri ilə müşayiət olunan hay küy salmaqla nalayiq ifadələr işlətmişdir. Ona sakit olması və söyüş söyməməsi bildirilsə də, X5 mübahisəni davam etdirmiş, polis əməkdaşlarına qarşı hörmətsiz davranmış və “gedin işiniz məşğul ol” məzmunlu ifadələr işlətmişdir. Hadisənin baş verdiyi ərazidə kafe, çayxana, təkər təmiri sexi və digər obyektlər yerləşdiyindən ətrafda başqa şəxslər də olmuş və onlar baş verənləri görmüşlər. Lakin sonradan həmin şəxslər şahid qismində polis orqanına gəlmək istəmədiklərini bildirmişlər. Bütün bu hallar rayon məhkəməsində şahidlər tərəfindən bildirilsə də, məhkəmə tərəfindən iş üzrə icraata xitam qərarı verilmişdir ki, bununla razı deyillər və X5 barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin e-poçtuna müraciət edərək səhhətilə bağlı məhkəmə iclasına gələ bilməməsinin üzürlü hesab edilməsini və iclasın təxirə salınaraq başqa vaxta təyin olunmasını, həmçinin apellyasiya şikayətinə etirazını e-poçt ilə məhkəməyə ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş qurumun nümayəndələri isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan işə baxılmasına etiraz etməmişlər. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan keçirilməsi mümkündür ona görə ki, sonuncu müraciətində göstərdiyi səhhətilə bağlı zəruri sübutunu təqdim etməmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını, apellyasiya şikayətinin dəlillərini, məhkəmə iclasında proses iştirakçılarının izahatlarını, habelə apellyasiya baxışı zamanı təqdim edilmiş əlavə sənədləri araşdıraraq hesab edirəm ki, apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ######## 2026-cı il tarixdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, həmin Məcəllənin 510.1-ci maddəsi ilə isə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Siyəzən Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərardadı ilə hər iki material bir icraatda birləşdirilərək baxışa təyin edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən əsasən belə nəticəyə gəlmişdir ki, inzibati xəta haqqında protokollar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən imzalanmamış, o, məhkəmədə özünü təqsirli bilməmiş, polis əməkdaşına tabesizlik göstərmədiyini və nalayiq ifadələr işlətmədiyini bildirmiş, şahid qismində dindirilmiş polis əməkdaşları isə nalayiq ifadələrin konkret nədən ibarət olduğunu və polisin qanuni tələbinə hansı formada tabesizlik göstərildiyini əsaslı şəkildə izah edə bilməmişlər. Məhkəmə həmçinin şahidlərin hamısının polis əməkdaşı olmasını nəzərə alaraq onların ifadələrinin bir-birini təsdiqləməyə və müdafiə etməyə yönəldiyini, həmin ifadələrdə mötəbər sübut kimi qəbul edilə biləcək xüsusatların olmadığını göstərmişdir. Nəticədə məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu nəticəsini işin bütün faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının nəticəsi kimi qəbul etmir. Belə ki, IXM-nin 48-ci maddəsinin tələblərinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84-cü maddəsinin tələblərinə müvafiq olaraq inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi özü həmin hüquqi müddəalara istinad etsə də, iş üzrə şahidlərin ifadələrini qiymətləndirərkən onların məzmununu hər bir şahid üzrə ayrıca təhlil etməmiş, ifadələrin hansı hissələrinin bir-birini təsdiqlədiyini, hansı hissələrində ziddiyyət olduğunu, şahidlərin hadisəni şəxsən hansı mərhələdən müşahidə etdiklərini və onların verdikləri məlumatların digər sübutlarla uyğunluğunu müəyyən etməmişdir. Xüsusilə, iş üzrə şahid X3 ifadəsindən görünür ki, o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinə dəvət edilməsinə etiraz etdiyini, əl-qol hərəkətləri etdiyini, yüksək səslə danışdığını, “sən məni heç yerə apara bilməzsən”, “gör sənin başına nə oyun gətirəcəm” məzmunlu ifadələr işlətdiyini, digər polis əməkdaşları yaxınlaşdıqdan sonra da davranışını davam etdirdiyini və sonradan PPX əməkdaşlarının köməkliyi ilə polis şöbəsinə aparıldığını bildirmişdir. X1 isə hadisə yerinə yaxınlaşarkən obyektin qarşısında insanların toplandığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yüksək səslə danışdığını və əl-qol hərəkətləri etdiyini, digər polis əməkdaşlarının onu sakitləşdirməyə çalışdıqlarını, bundan sonra bir neçə polis əməkdaşının köməyi ilə onun nəqliyyat vasitəsinə mindirildiyini göstərmişdir. Digər şahidlər X6 və X8 da hadisə yerində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla polis əməkdaşları arasında mübahisənin olduğunu, onun polis şöbəsinə getmək təklifinə yüksək səslə etiraz etdiyini bildirmişlər. Bu ifadələr birinci instansiya məhkəməsinin qərarında əks olunsa da, onların IXM-in 510.1 və 535.1-ci maddələrinin dispozisiyaları baxımından hüquqi əhəmiyyəti ayrıca qiymətləndirilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin şahidlərin polis əməkdaşı olmalarını onların ifadələrinə ümumi şəkildə tənqidi yanaşılması üçün əsas kimi götürməsi də yetərli əsaslandırma hesab edilə bilməz. Şahidin polis əməkdaşı olması onun ifadəsini özlüyündə nə mötəbər, nə də qeyri-mötəbər edir. Hər bir ifadə onun mənbəyi, şahidin hadisəni şəxsən görüb-görməməsi, ifadənin konkretliyi, digər ifadə və sənədlərlə uzlaşıbuzlaşmaması, habelə iş üzrə mövcud olan digər sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir. Eyni zamanda, inzibati xəta haqqında protokolların Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən imzalanmaması və onun özünü təqsirli bilməməsi həmin protokollarda göstərilən halların avtomatik olaraq mötəbərsiz hesab edilməsinə səbəb olmur. Bu hallar digər sübutlarla birlikdə yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəfdən, şəxsin özünü təqsirli bilməməsi də onun əleyhinə nəticə çıxarılması üçün əsas ola bilməz. Məhkəmənin vəzifəsi bir-birinə zidd sübut və izahatları qarşılaşdırmaq, ziddiyyətlərin səbəblərini müəyyənləşdirmək və bundan sonra hüquqi nəticəyə gəlməkdən ibarətdir. Işin həlli üçün mühüm olan digər məsələ polis əməkdaşının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanladığı tələbin mahiyyətinin və qanuniliyinin müəyyən edilməsidir. IXM-in 535.1-ci maddəsinin tətbiqi üçün yalnız şəxsin polis əməkdaşının dediyinə əməl etməməsi kifayət etmir; polis işçisinin ictimai qaydanın mühafizəsi üzrə vəzifələrini icra etdiyi, konkret hansı qanuni tələbi irəli sürdüyü, həmin tələbin şəxs tərəfindən anlaşıldığı və həmin tələbə qəsdən tabe olunmadığı müəyyən edilməlidir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinə hansı hüquqi və faktiki əsasla dəvət edildiyi, ona konkret hansı tələblərin irəli sürüldüyü, həmin tələblərin hansı mərhələdə və hansı formada təkrarlandığı, onun davranışının məhz həmin tələblərə qəsdən tabe olmama kimi qiymətləndirilib-qiymətləndirilməməsi tam araşdırılmalıdır. Apellyasiya baxışı zamanı təqdim olunmuş sənədlərdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə bağlı əvvəlki materialların, onun polis orqanına dəvət edilməsinə səbəb olmuş araşdırmaların və müvafiq qərarların mövcud olduğu görünür. Həmin sənədlər hazırkı inzibati xətaların törədilməsinin öz-özlüyündə sübutu kimi qəbul edilə bilməz. Lakin onlar polis əməkdaşlarının ## ######## 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla əlaqə saxlamalarının və onu polis şöbəsinə dəvət etmələrinin faktiki və hüquqi əsasının müəyyən edilməsi baxımından araşdırılmalı olan materiallardır. Apellyasiya icraatı zamanı təqdim edilmiş sənədlərdə əvvəlki müraciət üzrə araşdırma, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və müvafiq materialların aidiyyəti üzrə göndərilməsi barədə sənədlər mövcuddur. Bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində özünün hadisəni görmüş şahidinin olduğunu, həmin şəxsin məhkəməyə gəlməsi üçün şərait yaradılsa da polis əməkdaşları tərəfindən qarşısının kəsilərək polis şöbəsinə aparıldığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qərarından bu iddianın mahiyyəti üzrə araşdırıldığı, həmin şahidin şəxsiyyətinin dəqiqləşdirildiyi, onun məhkəməyə gəlməməsinin səbəbinin yoxlanıldığı və ya polis əməkdaşlarının bu iddiaya münasibətinin aydınlaşdırıldığı görünmür. Halbuki həmin iddia doğru olduğu halda iş üzrə sübutların toplanmasına və şəxsin müdafiə imkanlarına birbaşa aid ola bilər, doğru olmadığı halda isə bu xüsusatın da müvafiq sübutlarla müəyyən edilməsi zəruridir. Apellyasiya instansiyası məhkəməsinin iclasında Protokolu tərtib edən orqan-nin ITB-nin bölməsinin rəisi X3 həmin iddianın həqiqətə uyğun olmadığını, polis əməkdaşlarının həmin vaxt məhkəmə zalında olduqlarını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şahidinin polis şöbəsinə aparılması barədə hər hansı hadisənin baş vermədiyini bildirmişdir. Həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi həmin şahidin gəlməsi üçün müəyyən müddət gözləmiş, lakin şahid gəlməmişdir. Bu iki bir-birinə zidd məlumatın da ayrıca yoxlanılması, zərurət olduqda həmin şəxsin müəyyən edilərək məhkəməyə çağırılması işin tam və obyektiv araşdırılması baxımından əhəmiyyətlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə alır ki, IXM-in 510.1-ci maddəsi üzrə araşdırılmalı məsələ yalnız konkret söyüş sözünün müəyyən edilməsi ilə məhdudlaşmır. Həmin normanın tətbiqi üçün şəxsin davranışının bütövlükdə ictimai qaydanı pozan xarakter daşıyıb-daşımadığı, hadisənin ictimai yerdə baş verib-vermədiyi, ətrafdakı şəxslərin diqqətini cəlb edən səs-küy və digər davranışların olub-olmadığı, hadisənin gedişində şəxsin konkret hansı hərəkətlərə yol verdiyi və bunların xırda xuliqanlıq anlayışına uyğun olub-olmadığı araşdırılmalıdır. Eyni zamanda, təkcə yüksək səslə danışmağın və ya polis əməkdaşı ilə mübahisə etməyin avtomatik olaraq IXM-in 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı yaratdığı nəticəsinə də gəlinə bilməz. Bu məsələ hadisənin bütün konkret halları və sübutların məcmusu əsasında müəyyən edilməlidir. Beləliklə, hazırkı mərhələdə apellyasiya instansiyası məhkəməsinin qənaəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin sübuta yetirilməməsi nəticəsinə gəlinməsi iş materiallarında mövcud olan sübutlarla təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları tam araşdırmadan, şahid ifadələrini onların konkret məzmunu üzrə kifayət qədər təhlil etmədən, bir-birinə zidd məlumatları aradan qaldırmadan və iş üzrə əlavə araşdırılması mümkün olan halları yoxlamadan yekun nəticəyə gəlmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə yol verilmiş natamamlıqlar və aradan qaldırılmalı ziddiyyətlər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı hesab edilməsinə imkan vermir. Işə yenidən baxılarkən inzibati xəta haqqında protokollarda göstərilmiş hallara, hadisəni müşahidə etmiş şəxslərin ifadələrinə, polis əməkdaşlarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanladıqları konkret tələblərin məzmununa və qanuniliyinə, həmin tələblərə münasibətdə onun konkret davranışına, apellyasiya baxışı zamanı təqdim edilmiş sənədlərə, habelə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərdiyi şahidlə bağlı xüsusatlara qarşılıqlı əlaqədə hüquqi qiymət verilməli, zəruri şəxslər dindirilməli, sübutlar ayrı-ayrılıqda və məcmu halda yoxlanılmalı və bundan sonra onun əməllərində IXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibinin olub-olmaması barədə əsaslandırılmış nəticəyə gəlinməlidir. Hesab edirəm ki, yuxarıda qeyd edilən hallar araşdırılmadan hazırkı inzibati xəta haqqında iş üzrə qanunamüvafiq qərar qəbul edilməsi mümkün deyil. Belə ki, qeyd edilən xüsusatların apellyasiya instansiya məhkəməsində müəyyənləşdirilməsi sonradan gəlinən nəticənin yuxarı instansiya məhkəməsində mübahisələndirilməsini mümkünsüz edəcəyindən ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü iş üzrə qəbul edilmiş məhkəmə qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilməli, verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. IXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana göndərilməsi haqında qərar qəbul edilir. IXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyəti orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və inzibati xətalar haqqında qanunla müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Eyni zamanda barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya instansiyası məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Azərbaycan Respublikası inzibati qanunvericiliyin tələblərinə əsasən müdafiəçinin məhkəmə prosesində iştirakı IXM-nin 66-cı maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, məhkəmə prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən (## ##### 2025-ci il tarixli dəyişikliklərə görə) təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, vəkil X4 apellyasiya icraatı zamanı göstərdiyi hüquqi xidmətə görə 3 (üç) iş saatı üçün hesablanmış 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının IXM-nin 66.3, 48, 76, 84,134.1.4 və 135-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D IM : Siyəzən Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv olunsun. Iş üzrə yeni qərar qəbul edilsin. Protokolu tərtib edən orqan-nin ITB-nin polis sahə rəisi X2 tərəfindən Inzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri tərtib olunmuş inzibati xəta haqqında ##.##.2026-c; il tarixli, MN seriyalı 2275321 və ******* nömrəli protokollara yenidən baxılması üçün material Siyəzən Rayon Məhkəməsinə göndərilsin. Protokolu tərtib edən orqan-nin ITB-nin polis sahə rəisi, R Ramin Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Apellyasiya instansiyası məhkəməsində göstərilmiş hüquqi yardımla bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-617/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-617/2026
28.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver