Məhkəmə qərarları › İş №3(3-8)-618/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-618/2026

28.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-618/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayəti ilə bağlı qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə Sumqayıt şəhər DYPŞ-nin YPX İnspektoru, R X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmişdir. (hakim Elşad Əliyev) Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-155)- ****/**** saylı qərarı ləğv edilməsini, TP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, alternativ olaraq, iş yeni məhkəmə baxışına qaytarılması, onu saxlayan Rnın məhkəməyə çağırılaraq dindirilməsini, X3 hadisəni şəxsən müşahidə edib-etməməsinin müəyyən edilməsi və zərurət olduqda dindirilməsini, birinci instansiya məhkəməsinin iclasının audio-video yazısı və protokolu tələb edilərək araşdırılmasını, telefonla nümayiş etdirilən videogörüntünün ilkin elektron faylının tələb edilməsini, sonradan təqdim edilən diskin və onun daxilindəki görüntünün telefonla nümayiş etdirilən görüntü ilə eyniliyi yoxlanılmasını, videogörüntünün mənbəyi, yaradılma tarixi, texniki məlumatları, orijinallığı və bütövlüyünün müəyyən edilməsini, xidməti kamera və ya videoregistrator görüntüsünün olub-olmamasının araşdırılmasını və mövcud olduğu halda orijinal görüntünün tələb edilməsini, videogörüntü əsasında avtomobilin və piyadanın piyada keçidinə daxil olma anları, habelə digər avtomobillərin görünüşə təsirinin müəyyən edilməsini, iş üzrə bütün sübutların məcmu halında, qarşılıqlı əlaqədə və obyektiv şəkildə qiymətləndirilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutların mənbəyinə və əldə edilmə qaydasına lazımi hüquqi qiymət verməmişdir. Lakin hadisənin faktiki vəziyyəti tam və obyektiv müəyyən edilməmişdir. Hadisə zamanı piyada keçidinin sağ tərəfində Mercedes və Toyota Prado markalı avtomobillər dayanmış, onların yerləşməsi keçidin müəyyən hissəsinə və yol şəraitinə görünüşü məhdudlaşdırmışdır. Onun avtomobili piyada keçidinə daxil olduğu zaman piyada keçidin üzərində hərəkətdə olmamış, sonradan keçidə daxil olmuşdur. Hadisə yerində videogörüntü ona polis əməkdaşının şəxsi mobil telefonu vasitəsilə nümayiş etdirilmişdir. Lakin həmin görüntünün mənbəyi, orijinallığı və iş materiallarına daxil edilmə qaydası lazımi səviyyədə araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətinin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan - Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, R X3 məhkəmə iclasına gəlməmiş və məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, R X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Qərardan şikayət verən orqan (şəxs) nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, piyada keçidin 3-cü zolağına daxil olmasına baxmayaraq Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Mersedes markalı, “X1” minik markalı, **TN*** dövlət qeydiyyat nişanlı avtomobili piayda keçidində saxlamayaraq öz hərəkətini davam etdirmişdir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmasını və bu səbəbdən Sumqayıt ŞPİ-nin X2 Şöbəsinin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanuni və əsas hesab edərək, həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmaması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən piyadaya yol verilməməsi, yəni: nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsi öz təsdiqini tapmışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş X3 tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş DVD diskdən görünür ki, piyada keçidin 3-cü zolağına daxil olmasına baxmayaraq “Mersedes” markalı, “X1” minik markalı, **TN*** dövlət qeydiyyat nişanlı avtomobili piayda keçidində saxlamayaraq öz hərəkətini davam etdirmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etmədiyindən, işdə olan sübutlar isə onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmadığından məhkəmə hesab edir ki, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur və şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. İş materiallarında olan video görüntüdən görünür ki, “**TN***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nizamlanmayan piyada keçidinə daxil olmuş, sürücü piyadaya yol verməyərək nəqliyyat vasitəsini dayandırmamışdır ki, həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Qərardan şikayət vermiş şəxsin şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilir. Qərardan verilmiş apellyasiya şikayətinin dəlillərini, həmçinin iş materiallarını araşdıraraq apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur və birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etməkdə haqlı olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXMnin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, R X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar