Məhkəmə qərarları › İş №3(3-9)-191/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-191/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-191/2026 22.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Qərardan şikayət verən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) Nümayəndə İbrahim oğlunun iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə ##.##.2026cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokola və iş üzrə toplanmış materiala görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə saat 18:45-də Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və xəta nəticəsində Masallı rayonu, Yeni Zuvand kənd sakini ##.##.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs 885 manat məbləğində ziyan dəymişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş (maddə 338.5.2 mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi) inzibati xətanı törətmişdir. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunan qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təsərrüfatında olan mal-qaranı saxlamaq üçün Masallı rayonu, Təzə Alvadı kəndində özünə məxsus tövlə avtomobil yolunun yaxınlığında yerləşir, heyvanların otarılması üçün nəzərdə tutulan otlaq sahələri isə avtomobil yolunun digər tərəfində yerləşir. Digər kənd sakinləri kimi o da hər gün təsərrüfatında olan malqaranı avtomobil yolundan ötürməklə otlaq sahəsinə aparır, günün sonunda isə geri qaytarır. Mal-qaranı isə bir neçə nəfər şəxsin iştirakı ilə avtomobil yolundan ötürülməsini təmin edir. Malqaranın ötürülməsi üçün Masallı rayonu Təzə Alvadı kəndinin hər iki tərəfində keçid nişanları quraşdırılmış, hansı ki, mal-qaranı həmin nişanın təsir dairəsinə daxil olan yoldan ötürürlər. Həmin yolda avtomobillərin hərəkəti üçün müəyyən edilmiş sürət həddi isə 60 km/saat-dır. ##.##.2025-ci il tarixdə saat 17-18 radələrində həmkəndliləri ilə birlikdə müvafiq keçid olan ərazidən təsərrüfatındakı mal-qaranı asfalt yolun kənarı ilə ötürərkən həmin vaxt sonradan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi “xxxx” markalı avtomobili ilə yüksək sürətlə gələrək qoyunlardan 12 başını vurmuş, nəticədə qoyunlar tələf olmuşdur. Mal-qaranı asfalt yoldan ötürərkən hava qaralmamış, işıqlı olmuş və yol nişanını həmin vaxt sərbəst surətdə görmək mümkün olmuşdur. Hadisənin hansı şəraitdə baş verməsini digər şəxslər də görmüşlər. Həmin gün də qoyunlarını yoldan tək ötürməmiş, həmkəndliləri ona kömək etmişlər. Lakin Masallı rayon Polis şöbəsinin vəzifəli şəxsi Kərimov Şəmşir Dadaş oğlu tərəfindən barəsində qərəzli olaraq protokol tərtib edilərkən müvafiq araşdırma aparılmamış, heç bir mötəbər sübuta istinad edilməmişdir. Zərərçəkmiş şəxs özü də hadisə zamanı təqsirkar olduğunu etiraf etmiş, ona dəymiş ziyanın ödəniləcəyinə söz vermiş, hətta yaxın qohumları (əmisi) da hadisə yerinə gəldikdən sonra dəymiş maddi ziyanla bağlı aralalarında müvafiq razılaşma olmuşdur. “xxxx” markalı avtomobil sığortalı olduğundan sığorta şirkətinin əməkdaşı hadisə yerinə dəvət edilmiş, əməkdaş özü də hadisənin necə baş verdiyinin, qoyunların yolun hansı hissəsində vurulduğunun şahidi olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında dəymiş ziyanın ödənilməsi ilə bağlı razılaşma olduğundan sığorta əməkdaşına videokamera vasitəsi ilə izahat verərək hadisənin baş vermə şəraitini və səbəbini razılaşdırılmış formada, yəni hadisənin təxminən 18:10 və 18:20 radələrində baş verməsini bildirmişlər. Sığorta əməkdaşından sonra YPX-nin əməkdaşı da hadisə yerinə gəlmişdir. Kərimov Şəmşir Dadaş oğlu isə ümumiyyətlə hadisə yerində olmamışdır. Hadisə yerinə gələn YPX əməkdaşı qarşı tərəfi, yəni avtomobilin sürücüsünü günahkar hesab etmişdir. Hadisə baş verən vaxt əks istiqamətdə hərəkətdə olan şəhid qardaşı dedikləri Təzə Alvadı kənd sakini Əfqan adlı şəxsin idarə ediyi avtomobil qəza işıqlarını yandırmaqla avtomobili saxlamış, dərhal hadisə yerində can verməkdə olan qoyunların başını bıçaqla kəsmişdir. “xxxx” markalı avtomobilin sürəti olduqca yüksək olduğundan zərbənin təsirindən vurulan qoyunlar təxminən 20-30 metr yolun kənarına səpələnmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də açıq aydın görünür. Zərərçəkmiş şəxs vurulmuş qoyunlara görə ona dəymiş ziyanın məbləğini tam ödəyəcəyinə söz verdiyindən onun yaxınları tərəfindən həmin qoyunlar götürülərək hadisə yerindən aparılmışdır. Kənddə mal-qaranın asfalt yoldan ötürülməsi üçün xüsusi keçid nəzərdə tutulmuş, yol nişanları quraşdırılmışdır. Məhkəməyə təqdim etdiyi CD diskdə olan görüntülərdən aydın olur ki, Zərərçəkmiş şəxs avtomaşını yüksək sürətlə idarə etdiyindən əyləcdən istifadə etməyə imkan tapmamış, gəldiyi kimi qoyunları vurmuşdur. Əgər onun sürət həddi yolda nəzərdə tutulmuş sürət həddini aşmamış olsa idi, həmin vaxtı yoldan ötənin digər avtomobillər kimi o da qoyunları vaxtında görər və keçidin başa çatması üçün mümkün tədbirlər görərdi. Hadisə baş verən günün səhəri Protokol tərtib edən orqanlar-nin DYPB-yə dəvət olunmuş, baş vermiş yol nəqliyyat hadisəsində əvvəlcə sürücü günahkar hesab edilsə də, sonda Kərimov Şəmşir Dadaş oğlu sığorta əməkdaşına videoçəkiliş vasitəsilə verdiyi izahatını əsas tutaraq onu günahkar hesab etmiş, hansı ki, həmin izahatda 18:45 radələri ifadəsi yalandır. Hadisə baş verən vaxt təxminən 17:45-17:50 radələri ola bilərdi. Barəsində tərtib edilmiş protokolda da hadisənin baş vermə saatı qaralama edilməklə düzəliş edilmiş, bu barədə tərəflərin heç birinin də imzası icra edilməmiş, onun surəti də tərəflərə təqdim edilməmişdir. Həmçinin avtomobillər vurulmuş 12 baş qoyunun cəmi 5 başı ona məxsus olmuşdur, tələf olmuş digər 7 baş qoyunun dayısına məxsus olmasını bildirsə də, bu barədə yenidən heç bir araşdırma aparılmamışdır. Zərərçəkmiş şəxs əvvəlcə baş vermiş hadisədə özünü günahkar bilərək ona dəymiş ziyanı ödəyəcəyinə söz verdiyindən, sığorta əməkdaşına 12 baş qoyunun hamısının özünə məxsus olmasını demiş, hadisənin də gecə saatlarında baş verdiyini qeyd etmişdilər. Əslində isə hadisə günün işıqlı vaxtında saat 17 radələrindən sonra baş vermişdir. Ona görə ki, kənddə yalnız bir nəfər örüş sahəsində qoyunların otarılmasına nəzərət edir. Digər şəxslər isə saat 16-17 radələrində həmin qoyunları örüş sahəsindən aparmaq üçün mütləq gəlib mal-qaranı ayırmalıdırlar. Qoyunlar ayrıldıqdan sonra nəzarət altında yoldan keçirilir. Hadisə də məhz elə həmin vaxtlar baş vermişdir. Hadisə baş verən gündən hazırkı vaxta kimi mütəmadi olaraq polis əməkdaşı ilə əlaqə saxlamaqla aparılan araşdırmanın nəticəsinin nə olacağı, sənədlərin sığorta şirkətinə təqdim edilib-edilməməsi barədə soruşmuş, hadisənin ##.##.2025-ci il tarixdə baş verməsinə baxmayaraq, ##.##.2026-cı il tarixdə barəsində protokol tərtib edilmuş, indiyədək ona düzgün olmayan məlumat verilmişdir. ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək ona sığorta şirkəti tərəfindən müvafiq ziyanın ödəniləcəyini gözləmiş, lakin sonda baş vermiş hadisədə təqsirkar olması ona bildirilmiş, barəsində protokol tərtib edilmişdir. Hətta hadisə yerinin müayinəsi də yerində aparılmamış, onun iştirakı təmin edilməmiş, materiallarla ümumiyyətlə tanış edilməmiş, inzibati xəta haqıqnda material məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra Protokol tərtib edən orqanlar-nin DYPB-də əlavə heç bir araşdırma aparılmamış, əgər hər-hansı araşdırma aparılmışdırsa da, iştirakı təmin edilməmiş, yenidən hadisə yerinə iştirakları ilə baxış keçirilməli, müəyyən şahidlər dindirilməli, avtomobilin sürət həddi müəyyən edilməli və sürücünün sərxoş olub-olmaması yoxlanılmalı idi. Lakin sadalanan bütün bu halların heç biri baş vermədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Formal olaraq otlaq sahəsindən qaytarıb gətirdiyi qoyunlarını asfalt örtüklü yoldan keçirərkən vurulmasını əsas tutulmaqla əməlinin İXMin 338.7-ci maddəsinin təsiri altına düşməsi kimi qiymətləndirilmişdir. Həmin ərazidə “heyvan keçidi” nişanının və sürət həddinin 60 km/saat olması, bu barədə yol nişanlarının quraşdırılması nəzərə alınmamış, eləcə də asfalt yolunun sağ kənarında isə yaşayış evlərinin olması diqqətdən kənarda qalmışdır. Əhalinin mal-qarasını yalnız asfalt yoldan ötürməklə otlaq sahəsinə aparılıbgətirilməsi mümkün olduğuna əhəmiyyət verilməmişdir. Eləcə də, 19 baş qoyunu digər şəxslərin köməkliyi ilə asfalt yoldan keçirməsi, hansı ki, həmin şəxslərin qoyunlarını asfalt yoldan keçirərkən ona kömək etmələri və həmin şəxslərin hadisəni birbaşa görmələri araşdırma aparan YPX əməkdaşları üçün əhəmiyyətsiz olmuş, həmin faktlar araşdırılmamış, qeyd olunan şəxslər dindirilməmişdir. Baş vermiş hadisə zamanı sürücü heç bir tibbi müayinəyə cəlb edilməmiş, hadisə yerində qəza törətmiş avtomobilin əyləcdən istifadə edib-etməməsi aydınlaşdırılmamışdır. Barəsində toplanmış sənədlərin məzmunu qapalı saxlanılmaqla tanış edilməmişdir. Hətta iş materiallarına əlavə edilmiş CD disklərdə videoçəkiliş özü tərəfindən hadisənin səhəri günü saat 18:10 radələrində qeydə alınmış, həmin videoçəkilişə baxdıqda havanın aydın olduğunu, qaranlıq olmadığını və kəndin yolundakı işıqların yandığı görünür. Hadisə isə həmin saatdan əvvəl baş vermişdir. Lakin Masallı rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən İXM-in 338.7-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərimiş və Masallı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə 100 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Hesab edir ki, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin protokol və sənədlər əvvəllər də baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və Masallı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə əlavə araşdırma aparılmasından ötrü Protokol tərtib edən orqanlar-yə qaytarılmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, məhkəmə inzibati xəta haqqında toplanmış materialları, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəməyə təqdim edilmiş vəsatəti nəzərdən keçirməklə hesab edir ki, vəsatət qismən təmin edilməli, inzibati xəta haqqında iş üzrə materiallar natamam olduğundan material geri qaytarılmalıdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş protokol və əlavə sənədlərlə onun İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya (mal- qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsi) yol verdiyi göstərilsə də, həmin əməlin obyektiv cəhətinin əsas elementini təşkil edən hadisənin baş vermə saatı (hansı ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına verdiyi izahatında mal-qaranı asfalt yolla ötürərkən havanın qaranlıq vaxtı olmadığını qeyd etmişdir) mötəbər sübutlarla dəqiqləşdirilməmişdir. Eyni zamanda hadisənin baş verdiyi ərazidə heyvan keçidi ilə bağlı yol nişanının quraşdırılıbquraşdırılmaması, həmin yol nişanının təsir dairəsi müəyyənləşdirilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, hadisənin baş vermə saatına münasibətdə inzibati xəta haqqında protokol ilə iş materiallarında olan digər sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, inzibati xəta haqqında protokolda hadisənin baş vermə saatı 18:45, digər sənəddə isə 17:50 qeyd edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs polis şöbəsində verdiyi izahatında və digər sənədlərdə inzibati xəta hadisəsinin baş vermə saatında sonradan düzəliş edildiyi vizual olaraq müşahidə olunur. İş materiallarından və izahatlardan inzibati xəta hadisəsinin ##.##.2025-ci il tarixdə baş verməsi aydın olsa da, inzibati xəta haqqında protokol ##.##.2026-cı ildə tərtib edilmişdir. Həmçinin inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin protokolla tanış olması və onun surətini alması ilə bağlı təsdiqedici qeydləri və imzası mövcud deyildir. İş materiallarına əlavə edilmiş hadisə yerinin sxemi tədqiq edilərkən müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin sxemlə tanış edilməsi ilə bağlı qeyd aparılmamışdır. Nəzərə alınmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə verdiyi izahatında hadisə yerinin müayinəsinin hadisə yerində aparılmadığını, proseslərdə onun iştirakının təmin edilmədiyini, materiallarla tanış olmadığını bildirmişdir. Bu halda onun hadisə yerinin ilkin müayinəsində iştirak etməsi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə tanış olması məsələsi aydınlaşdırılmamış qalır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Təqdim edilmiş videogörüntüləri əks etdirən CD disklərdən görünür ki, baş vermiş hadisə ilə bağlı ilkin izahatlar müvafiq sığorta şirkətinin əməkdaşı tərəfindən alınmış və iş materialları ilə izahatı alan şəxsin səlahiyyəti və şəxsiyyəti müəyyən edilməmişdir. inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs isə məhkəmə iclasında verdiyi izahatında həmin görüntülərdəki izahatı əsas tutmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qənaətinə gəlməsini və onun inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib etməsini bildirmişdir. Qeyd olunmalıdır ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, İXM ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Inzibati xəta hadisə baş verən ərazidə şahidlərin olubolmaması müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hadisə yerində digər şəxslərin olduğunu məhkəməyə verdiyi izahatında bildirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hadisənin baş verdiyi yer və şərait nəzərə alındıqda yüksək ehtimalla hadisə şahidlərinin olması mümkündür. Həmçinin, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsə dair məlumat qeyd edilməmişdir. Bundan əlavə, “xxxx” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət həddi, habelə sürücü Zərərçəkmiş şəxs hadisə baş verən zaman avtomaşını alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin və ya digər güclü təsir edən maddələrin təsiri altında idarə edib-etməməsinə aydınlıq gətirilməmiş, Zərərçəkmiş şəxs hadisənin törədilməsində təqsirinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə təqdim etdiyi vəsatətinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, təqdim edilmiş materialların natamamlığı və araşdırmanın tam aparılmamasına dair məhkəmənin yuxarıda qeyd etdiyi xüsusatları nəzərə alaraq vəsatət həmin xüsusatlarla bağlı hissədə təmin edilməli, inzibati xəta haqqında sözügedən protokolun ləğv edilməsi hissəsində isə inzibati xətalar haqqında qanunvericiliyə əsasən məhkəmənin belə bir səlahiyyətinin olmaması səbəbindən rədd edilməlidir. Bu baxımdan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinə dəqiq hüquqi qiymət verilməsi üçün yenidən araşdırma aparılmaqla, lazimi qaydada zəruri sübutlar toplanılmalı, xüsusən hadisənin baş verdiyi saat, həmin saatın sutqanın qaranlıq vaxtına düşməsi, mal-qaranın heyvanların keçidi üçün nəzərdə tutulmayan ərazidən asfalt yola ötürülüb- ötürülməməsi dəqiqləşdirilməli, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları ilə hadisə baş verən əraziyə baxış keçirilməli, eləcə də hadisə zamanı “xxxx” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs təqsirinin müəyyən edilməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir.Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəsatəti qismən təmin edilməli, onun barəsində İXM-in 338.7-ci maddəsi ilə Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin natamam olmasına görə onlara baxılması mümkün olmadığından materialar məhkəmə baxışından çıxarılaraq geri qaytarılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş nöqsanların (Masallı Rayon Məhkəməsinin № *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadında qeyd edilənlər) aradan qaldırılmadan yenidən eyni materiallar təkrar olaraq məhkəməyə göndərilmiş və məhkəmə tərəfindən də araşdırılmamaqla qeyd olunan şübhələrin aradan qaldırılması üçün məhkəmə tərəfindən heç bir tədbir görülməmişdir. Qeyd olunanlara əsasən Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) Nümayəndə İbrahim oğlu apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə apellyasiya şikayətinə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Masallı rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəsatəti əsasında şahid qismində dindirilən şahid1 izahatında bildirmişdir ki, Masallı rayonu, Təzə Alvadı kəndində yaşayış massivi avtomobil yolunun yaxınlığında yerləşir. Heyvanların otarılması üçün nəzərdə tutulan otlaq sahələri isə avtomobil yolunun digər tərəfində yerləşir. Kənd sakinləri təsərrüfatında olan mal-qaranı avtomobil yolundan ötürməklə otlaq sahəsinə aparır, günün sonunda isə geri qaytarırlar. Mal-qaranı isə bir neçə nəfər şəxsin iştirakı ilə avtomobil yolundan ötürülməsini təmin edirlər. Mal-qaranın ötürülməsi üçün Masallı rayonu Təzə Alvadı kəndinin hər iki tərəfində keçid nişanları quraşdırılmışdır. Mal-qaranı həmin nişanın təsir dairəsina daxil olan yoldan ötürürlər. Mal-qara saat 17:30-dan gec örüşdə qalmır. Həmin gün heyvanları yoldan keçirərkən o, hər iki istiqamətdə olan yola baxmış və maşınların gəlib-gəlməməyini müəyyənləşdirmişdir. Bu zaman əks istiqamətdə maşın gəlmiş, saxlamış və heyvanların keçməsini gözləmişdir. Heyvanların yarısı yolu keçmişdi ki, Zərərçəkmiş şəxs məxsus avtomaşın yüksək sürətlə gələrək heyvanları vurmuşdur. Bu zaman o, huşunu itirmiş, ayılanda heyvanlardan 12 başı tələf olduğunu görmüşdür. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəsatəti əsasında şahid qismində dindirilən şahid2 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs Şahmirzə oğlu ona zəng edərək hadisə törətdiyini demişdir. O, hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda orada çoxsaylı adamın və hardasa 20-yə yaxın maşının olduğunu görmüşdür. Qoyunların sahibləri ilə dəymiş ziyanın ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Hadisə zamanı Vüsalın sürəti çox olmuşdur. Belə ki, o, illərdir “Mercedes” sürür və əyləc sisteminə bələddir. Vüsalın sürəti çox olmuşdur ki, həmin qoyunları vurmuşdur. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəsatəti əsasında şahid qismində dindirilən şahid3 izahatında bildirmişdir ki, o, hadisə yerinə çatdıqda görmüşdür ki, qoyunlardan 12 başı tələf olmuş, həmin qoyunların başı kəsilmişdir. Zərərçəkmiş şəxs onun Bakıdan gəlib-gəlməməyini soruşmuşdur. O isə qonşu kənddən, maşın ustasından gəldiyini bildirmişdir. Belə ki, daha sonra Vüsalın qohumları gəlmiş, Azadgillə dəymiş zərərlə bağlı razılaşmışlar. İşin materiallarında olan “xxxx” ASC-nin ## ### 2026-cı il tarixli, O-A-****-**** saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən törədilmiş hadisə ilə bağlı sığorta şirkətinin qaynar xəttinə ##.##.2025-ci il tarixdə, saat 18:29-da məlumat verilmişdir. İşin materiallarında olan fotoşəkillərdən görünür ki, ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus 12 baş xırdabuynuzlu qoyunun vurulduğu avtomobil yolunun kənarında hər iki istiqamətdə mal-qaranın keçidi üçün nəzərdə tutulan yol nişanı quraşdırılmışdır. İşin materiallarında olan Masallı rayon Polis şöbəsinin Masallı rayon X1 ünvanladığı sorğundan görünür ki, hadisənin baş vermə tarixi və vaxtı kimi polis şöbəsi ##.##.2025-ci il, saat 17:50 olaraq göstərmişdir. İşin materiallarında olan Masallı rayonu Təzə Alvadı bələdiyyəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünə məxsus xırda buynuzlu malını faktiki yaşayış yerinə yaxın olan otlaq sahəsində otarır. Həmin örüş sahəsi yerləşdiyi coğrafi ərazisinə görə Bakı-Astara magistral yolu ilə, kəndin içərisindən keçən asfalt döşəməli yolun arasında yerləşir. Həmin yolun üzərində sürət məhdudiyyəti 50 km/saat olan lövhələr və mal-qaranın yoldan keçmə nişanları quraşdırılmışdır. Mal-qaranın asfalt yoldan təhlükəsiz keçidi üçün xüsusi ayrılmış keçidlər nəzərdə tutulmamışdır. Bu səbəbdən kənd sakinlərinə məxsus mal-qaranı səhərlər otlaq sahəsinə və axşamlar otlaq sahəsindən evə qayıtması yalnız kənddən keçən asfalt yolu adlamaqla mümkündür. İşin materiallarında olan apellyasiya baxışı zamanı sorğu verilərək əldə edilmiş N.Tusi adına X2 ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Masallı rayonunda ##.##.2025-ci il tarixində Günəş yerli vaxtla saat 07:56-da doğmuş, 17:23-də batmışdır, günün uzunluğu 9 saat 27 dəqiqə təşkil etmişdir. Bununla bərabər, Günəş batandan sonra hava nisbətən işıqlı olmuş, vətəndaş alaqaranlığı vaxtı 17:53-də yaranmışdır. Belə şəraitdə hava tam qaralmasa da hətta yaxın məsafədən belə insanların sifəti seçilmir. Tam astronomik qaranlıq 18:59-da baş vermişdir, belə şəraitdə hava tam qaranlıq olmuşdur. İşin materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus səs yazısının məzmunu ilə müəyyən edilir ki, o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Protokol tərtib edən orqanlardə verdiyi izahatının mətnini səsləndirir və hadisənin saat 17:40-17:50 radələrində baş verdiyini qeyd edir. İşin materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz C230” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsinə əsasən malqaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalnız mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsində deyil, həm də onun bu hərəkətinin zərərçəkmiş şəxsə maddi zərər vurmasında təqsirləndirilir. Lakin birinci instansiya məhkəməsi qəzanın baş verməsinin səbəbinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunsuz hərəkətləri, yoxsa Zərərçəkmiş şəxs yol hərəkəti qaydalarına düzgün əməl etməməsi barədə araşdırma aparmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu yol hərəkəti iştirakçısı anlayışını izah etmişdir. Həmin Qanunun 1-ci maddəsinin 33-cü bəndinə əsasən yol hərəkəti iştirakçısı – hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir. Həmçinin, qeyd olunan Qanunda yol hərəkətinin iştirakçılarının üzərinə vəzifə qoyulmuşdur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar (36-cı maddənin İ hissəsinin 3-cü bəndi). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda sürücünün üzərinə aşağıdakı vəzifələr qoyulmuşdur: - mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir (37-ci maddənin İ hissəsinin 4-cü bəndi). - sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir (50-ci maddənin İ hissəsi). - nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər (50-ci maddənin II hissəsinin 1-ci bəndi). Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma məsuliyyət yaradır. Qeyd edilənlərlə yanaşı, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu malqaranı ötürənlərə dair vəzifə olaraq müəyyən etmişdir ki, at arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa) qadağandır (47-ci maddənin VI hissəsinin 2ci bəndi). “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun ## ###### 2013-cü il tarixli * №-li qərarının 12-ci bəndində məhkəmələrə həmçinin izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olubolmaması müəyyənləşdirilməlidir. Hazırkı işin materiallarından görünür ki, hadisə baş verdiyi ##.##.2025-ci il tarixdə günəşin batma vaxtı saat 17:23 olsa da, vətəndaş alaqaranlığının saat 17:53-də, tam qaralmanın isə saat 18:59-da baş verdiyi müəyyən edilmişdir. Polis şöbəsinin sorğusunda hadisənin saat 17:50-də baş verdiyi qeyd edilmişdir. Hətta zərərçəkmiş şəxsin özünün səs yazısında hadisənin saat 17:40-17:50 radələrində baş verdiyi qeyd olunmuşdur. Qanunvericilikdə isə mal-qaranı sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək qadağan edilmişdir. İnzibati xəta haqqında protokolda hadisənin saat 18:45-də baş verdiyi qeyd olunsa da, bu tərəflərin izahatları ilə tam təkzib olunur. O cümlədən sığorta şirkətinə hadisə barədə saat 18:29-da məlumat verilmişdir. Bu da onu təsdiq edir ki, hadisə artıq 18:29-a qədər baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Masallı rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Masallı rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar