Məhkəmə qərarları › İş №3(3-9)-192/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-192/2026

08.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-192/2026 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin hakimi Xasməmmədov Elçin İsgəndər oğlu Səmədov Alim Nadir oğlunun katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından səlahiyyətli orqan tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ilə (hakim M.Ə.Qasımov) hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 (min beş yüz) manat məbləğində şərti olaraq cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin qərarına görə işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsindəki tələbləri pozaraq X4 Xidmətinin Lənkəran-X6 ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli göstərişini icra etməmişdir. Məhkəmə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC qeyd olunan hərəkətləri ilə İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından X4 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qərarın dəyişdirilməsini və hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə tətbiq olunmuş tənbehin həddinin düzgün müəyyən edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı inzibati xətanın mövcudluğu təsdiq olunmuş, təqsir sübuta yetirilmiş, lakin qərar qəbul edilərkən qanun norması düzgün tətbiq edilməmişdir. Belə ki, inzibati xəta haqqında icraat hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə aparılmasına baxmayaraq, qərar qəbul edilərkən 1500 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Göründüyü kimi, İXM-in 539.1-1-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün 2000 manat məbləğində inzibati cərimə nəzərdə tutulsa da, məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsindəi 1500 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Prosessual məsələlər Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı X4 Xidmətinin Lənkəran-X6 nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Mübahisə olunan qərardan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, icrası məcburi olan göstəriş, poçt göndərişlərinin izlənməsi, bildiriş, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, işdə olan inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsindəki tələbləri pozaraq X4 Xidmətinin Lənkəran-X6 ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli göstərişini icra etməmişdir. İşdə olan DƏMX-nin Lənkəran-X6 ## ###### 2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli icrası məcburi olan göstəriş məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən 10 iş günü müddətində əmək müqaviləsi qüvvədə olan Əhədov İdris Paşa oğlunun əmək haqqısının qanunvericiliyə əsasən ölkə üzrə minimum əmək haqqı məbləğində təyin edilməsi tələb olunmuşdur. İşdə olan poçt göndərişlərinin izlənməsindən görünür ki, icrası məcburi olan göstəriş ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatdırılmışdır. İşdə olan DƏMX-nin Lənkəran-X6 ## ###### 2026-cı il tarixli bildirişindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə icrası məcburi olan göstərişi icra etmədiyinə görə barəsində inzibati xəta işin başlanmasına əsas olduğu bildirilmiş və işə baxılması yeri və vaxtı barədə hüquqi şəxsə məlumat verilmişdir. Göründüyü kimi, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. Bununla belə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirliliyi ilə bağlı hissədə düzgün nəticəyə gəlsə də, onun barəsində İXM-in 539.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan şərti olaraq tətbiq etdiyi inzibati cərimənin miqdarını düzgün müəyyən etməmişdir. Belə ki, qeyd olunan normanın sanksiyasından görünür ki, hüquqi şəxslər üçün 2000 manat məbləğində inzibati cərimə tənbehi nəzərdə tutulmuşdur. Lakin birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə 1500 manat məbləğində cəriməni şərti olaraq tətbiq etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İXM-in 135.1 və 135.1.4-cü maddələrinə görə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı inzibati tənbehə aid hissədə dəyişdirilməli və hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə 2000 manat məbləğində inzibati cərimə təyin edilməli və həmin cərimə İXM-in 116.1-ci maddəsinə əsasən şərti hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı dəyişdirilsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində inzibati cərimə təyin edilsin. Azərbaycan Respublikası İXM-in 116.1-ci maddəsinə əsasən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə təyin edilmiş 2000 (iki min) manat məbləğində inzibati cərimə şərti hesab edilsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-X6 ## ###### 2025-ci il tarixli *-**-*/*- ******/**** nömrəli icrası məcburi olan göstərişini 1 ay müddətində yerinə yetirmək vəzifəsi qoyulsun. Hazırkı qərarın surəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən əldə edildiyi vaxtdan 1 ay müddətində qeyd olunan icrası məcburi olan göstəriş yerinə yetirilmədiyi halda inzibati cərimə real icraya yönəldilsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar