Məhkəmə qərarları › İş №3(3-9)-194/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-194/2026

10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-194/2026 10.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Zeynalov Musa Həsən oğlunun katibliyi ilə, qərardan şikayət verən orqan (şəxs)2 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqında iş üzrə icraata xitam verilməsi barədə Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi) ilə qərardan şikayət verən orqan (şəxs)2 şikayətinin təmin olunması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X4nin ## ###### 2025-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, qərardan şikayət verən orqan (şəxs)2 MMC-nin direktoru Aqil Hümmətovun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yekun qərar qəbul edilmişdir. IŞIN HALLARI Inzibati xəta haqqında işin materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X4nin ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə qərardan şikayət verən orqan (şəxs)2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçiləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi əsası ilə IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. qərardan şikayət verən orqan (şəxs)2 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X4nin ## ###### 2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından DƏMX-nin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə apellyasiya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, DƏMX-nin X4 tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını onunla əsaslandırmışdır ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs qərardan şikayət verən orqan (şəxs)2 əməlində IXM- in 192.1-ci maddəsinin tərkibi sübuta yetirilməmişdir. Hümmətov Aqil Habil oğlu tərəfindən IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mötəbər sübutlarla təsdiq olunsa da, məhkəmə bu sübutları diqqətə almamışdır. Xocalı rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli, *-*-***/*-******/**** nömrəli məktubundan məlum olur ki, ##.##.2025-ci il tarixdə qərardan şikayət verən orqan (şəxs)2 MMC-də işlərə cəlb edilmiş X1 rayon ərazisində zəruri işləri icra edərkən yıxılaraq xəsarət almışdır. Həmçinin X1 X5 Xidmətinə verdiyi ##.##.2025-ci il tarixli izahatdan məlum olur ki, onunla əmək müqaviləsi bağlamadan qərardan şikayət verən orqan (şəxs)2 MMC-də günəmuzd olaraq işlərin görülməsinə cəlb edilmiş və həmin işləri icra edərkən yıxılaraq xəsarət almışdır. Lakin işə baxan hakim iş materiallarını tələb etmədən və prokurorluq tərəfindən toplanmış sübutlara qiymət vermədən yuxarıda qeyd edilən məsələlərə və qanunun normasına əhəmiyyət verməyərək öz qərarında Hümmətov Aqil Habil oğlu X1 işçi kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsinin müəyyən edilməməsini qeyd etmişdir. Icraat aparılan zaman qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinə əsasən Əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəlləsinin 44-cü maddəsində göstərilir ki, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm nzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsində deyilir ki, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, eyni zamanda həmin Məcəllənin 135.1.2-ci maddəsində hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Iş materiallarında olan sənədlərə əsasən Hümmətov Aqil Habil oğlu tərəfindən IXM-nin 192.1-ci maddəsinin tələbinin pozulması və X5 Xidmətinin X4 tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Hazırkı inzibati xəta haqqında işin materiallarından görünür ki, X5 Xidmətinin X4nin inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsinin qərarı ilə qərardan şikayət verən orqan (şəxs)2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozaraq Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçiləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən olunmuş və o, IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Hümmətov Aqil Habil oğlu səlahiyyətli orqanın qərarından Biləsuvar Rayon Məhkəməsinə şikayət verib qərarın ləğv edilməsini xahiş etmiş, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X4 tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri əsasında yoxlayan apellyasiya məhkəməsi aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası IXM-nin 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-nin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-nin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. IXM-nin 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, IXM-nin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarını həm ayrı-ayrılıqda, həm də məcmu halında əlaqəli şəkildə təhlil edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi ilə razılaşır və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, işdən görünür ki, Hümmətov Aqil Habil oğlu işəgötürən kimi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçini işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməkdə ittiham olunur. IXM-nin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, qərardan şikayət verən orqan (şəxs)2 MMC-də X1 əmək müqaviləsi bağlanmadan işlərin – xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hümmətov Aqil Habil oğlu Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə iş üzrə icraata xitam verərkən ona əsaslanmışdır ki, protokolda inzibati xətanın harada törədilməsi, yəni həmin fiziki şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hansı yerdə (iş yerində) və hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilməmiş, belə bir vəziyyətdə inzibati xətanın harada törədilməsini və mahiyyətini müəyyən etmək olmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticə qanuni və əsaslıdır. Belə ki, inzibati məsuliyyətə cəlbetmənin əsasını təşkil edən ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, qərardan şikayət verən orqan (şəxs)2 MMC-də X1 əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi qeyd edilsə də, həmin protokolda inzibati xətanın törədildiyi konkret yer, eləcə də şəxsin hansı konkret işlərin yerinə yetirilməsinə cəlb olunması kimi mühüm hallar öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və mahiyyəti mütləq göstərilməlidir. Bu norma imperativ xarakter daşıyır və inzibati xəta haqqında iş üzrə icraatın qanuniliyinin təmin edilməsinə yönəlmişdir. Inzibati xəta haqqında protokol inzibati icraatın başlanması üçün əsas prosessual sənəd olmaqla yanaşı, eyni zamanda şəxsin hansı konkret əmələ görə məsuliyyətə cəlb olunduğunu müəyyən edən əsas sübut vasitəsidir. Bu baxımdan, protokolda inzibati xətanın obyektiv tərəfini təşkil edən halların – o cümlədən xətanın törədildiyi yerin və konkret ifadə olunmuş mahiyyətinin göstərilməməsi həmin sənədin hüquqi qüvvəsini şübhə altına alır və şəxsin müdafiə hüququnun effektiv həyata keçirilməsini qeyri-mümkün edir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, inzibati xətanın törədildiyi yerin göstərilməməsi təkcə formal çatışmazlıq deyil, iş üzrə mühüm əhəmiyyət kəsb edən haldır. Belə ki, məhz həmin məlumatlar əsasında inzibati xətanın baş vermə şəraiti, onun real olubolmaması, eləcə də məsuliyyətə cəlb edilən şəxsin əməli ilə inzibati xəta arasında səbəbli əlaqə müəyyən edilir. Bundan başqa, protokolda şəxsin hansı konkret işlərin yerinə yetirilməsinə cəlb edildiyinin göstərilməməsi də inzibati xətanın mahiyyətinin müəyyən edilməsinə imkan vermir. Bu isə öz növbəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin mövcud olub-olmamasını qiymətləndirməyi mümkünsüz edir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol qanunun tələblərinə uyğun tərtib edilmədiyindən və inzibati xətanın baş verməsi kifayət qədər sübut olunmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyinin əsası kimi qəbul edilə bilməz. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, həmçinin birinci instansiya məhkəməsinin sübutların yetərliliyi və toplanması qaydasına dair gəldiyi nəticələri də əsaslı hesab edir. Belə ki, inzibati xəta haqqında işin materiallarından görünür ki, inzibati orqan tərəfindən qərardan şikayət verən orqan (şəxs)2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına əsas verən hallar konkret və mötəbər sübutlarla təsdiq edilməmişdir. Inzibati tənbeh vermə haqqında qərarda və inzibati xəta haqqında protokolda yalnız ümumi formada şəxsin inzibati xətanı törətməsi göstərilmiş, lakin bu nəticəyə gəlməyə imkan verən sübutlar açıqlanmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, inzibati icraat zamanı sübutların toplanması və qiymətləndirilməsi qanunun tələblərinə ciddi şəkildə riayət edilməklə həyata keçirilməlidir. Inzibati məsuliyyətə cəlbetmə yalnız o halda mümkündür ki, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada toplanmış və yoxlanılmış kifayət qədər sübutlarla təsdiq olunsun. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati icraata cəlb edilməsi məqsədilə ona müvafiq qaydada bildiriş göndərilməsi, həmin bildirişin ünvanına çatdırılması kimi halları təsdiq edən hər hansı sübut, o cümlədən poçt qəbzi və ya digər təsdiqedici sənədlər iş materiallarında mövcud deyildir. Göstərilən hallar onu deməyə əsas verir ki, inzibati orqan tərəfindən iş üzrə sübutlar nə kifayət qədər toplanmış, nə də Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun şəkildə rəsmiləşdirilmişdir. Bu isə öz növbəsində iş üzrə obyektiv, hərtərəfli və tam araşdırmanın aparılmadığını göstərir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, inzibati xətanın törədilib-törədilməməsi, eləcə də şəxsin həmin xətada təqsirli olub-olmaması yalnız qanuni qaydada əldə edilmiş və kifayət qədər sübutların məcmusu əsasında müəyyən edilə bilər. Belə sübutlar mövcud olmadıqda isə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin inzibati xətanın sübuta yetirilməsi ilə bağlı dəlillərini də yoxlayaraq hesab edir ki, həmin dəlillər əsassızdır və iş materialları ilə təkzib olunur. Belə ki, apellyasiya baxışı zamanı qərardan şikayət verən orqan (şəxs)2 MMC ilə bağlı aparılmış araşdırmanın nəticələrinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən Xocalı rayon prokurorluğuna ## ##### 2026-cı il tarixli sorğu ilə müraciət edilmişdir. Məhkəməyə təqdim edilmiş ## ####### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 xəsarət alması ilə bağlı rayon prokurorluğuna daxil olmuş məlumat əsasında toplanmış **C-** saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, materialda AR IXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün toplanmış materialların prokurora təqdim edilməsi qərara alınmışdır. Eyni zamanda, ## ####### 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmunundan görünür ki, həmin araşdırma çərçivəsində alınmış izahata əsasən, X1 görülən işlərin ona Tural Ismayılov tərəfindən tapşırıldığını və aralarında heç bir əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Həmin qərarla X2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Bununla yanaşı, iş materiallarında olan ## ###### 2025-ci il tarixli MN 1871558 inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 X1 ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə Xocalı rayonunda Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən təmizlik işlərinin görülməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, eyni faktiki hallar üzrə ilkin araşdırma zamanı konkret olaraq X2 hərəkətlərinə hüquqi qiymət verilmiş və inzibati icraat məhz onun barəsində başlanılmışdır. Bununla belə, sonradan həmin eyni əməl üzrə əlavə əsaslandırma və yeni sübutlar təqdim edilmədən qərardan şikayət verən orqan (şəxs)2 barəsində də inzibati xəta haqqında protokol tərtib olunması və onun məsuliyyətə cəlb edilməsi inzibati icraatın prinsipləri ilə uzlaşmır. Inzibati məsuliyyət fərdi xarakter daşıyır və hər bir şəxs yalnız öz təqsirli əməl və ya hərəkətsizliyinə görə məsuliyyət daşıya bilər. Bu baxımdan, eyni inzibati xətaya görə bir neçə şəxsin məsuliyyətə cəlb edilməsi yalnız o halda mümkündür ki, onların hər birinin əməlində inzibati xətanın bütün tərkib əlamətləri ayrı-ayrılıqda, konkret və mötəbər sübutlarla təsdiq edilmiş olsun. Hazırkı iş üzrə isə Hümmətov Aqil Habil oğlunun konkret olaraq hansı hərəkəti ilə əmək müqaviləsi bağlanmadan şəxsin işə cəlb edilməsi sübuta yetirilməmiş, bu xüsusda hər hansı yeni və ya əvvəlki araşdırmanı təkzib edən sübutlar təqdim olunmamışdır. Əksinə, mövcud materiallardan görünür ki, işlərin tapşırılması ilə bağlı göstərişlərin digər şəxs – Tural Ismayılov tərəfindən verildiyi bildirilmiş və inzibati icraat da məhz onun barəsində başlanılmışdır. Belə olan halda, eyni faktiki hallar üzrə bir şəxsin məsuliyyəti məsələsi artıq qaldırıldığı və həmin istiqamətdə icraat aparıldığı halda, digər şəxsin əlavə sübutlar olmadan eyni əmələ görə məsuliyyətə cəlb edilməsi hüquqi müəyyənlik və ədalət prinsiplərinə zidd olmaqla yanaşı, inzibati məsuliyyətin fərdiliyi prinsipinin pozulmasına gətirib çıxarır. Göstərilənlər apellyasiya şikayətinin inzibati xətanın sübuta yetirildiyi barədə dəlillərinin formal xarakter daşımaqla əsassız olduğunu bir daha təsdiq edir. Belə ki, səlahiyyətli orqan apellyasiya şikayətində Hümmətov Aqil Habil oğlunun ona istinad edilən inzibati xətanı törətməsi ilə bağlı halları göstərsə də, bu halları sübuta yetirən hər hansı mötəbər dəlil irəli sürə bilməmiş, həmin hallar formal olaraq qeyd edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, işin halları onu deməyə əsas verir ki, Hümmətov Aqil Habil oğlunun ona istinad edilən inzibati xəta hadisəsini törətməsi sübuta yetmir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qanuni və ədalətli olan qərarının ləğv edilməsi üçün kifayət qədər əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar