Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-195/2026 10.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlu, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi-Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə. Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair İmişli Rayon Məhkəməsinin 3(5-131)- **/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu şikayət ilə məhkəməyə müraciət edərək, Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli, EP 0257140 və ##.##.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yaxın günlərdə şifahi mülahizələr əsasında onlara məlum olmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu Qərarından şikayət verilən orqan tərəfindən ********** nömrəli VÖEN üzrə cərimə olunması ilə bağlı qərar qəbul edilmişdir. Tərəfindən ## ###### 2025-ci il tarixli *** nömrəli vəkil sorğusu ilə Qərarından şikayət verilən orqan müraciət edilmiş və müraciət əsasında ##.##.2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tətbiqetmə haqqında qərarlar təqdim edilmişdir. Müraciətlərindən sonra Qərarından şikayət verilən orqan tərəfindən onlara təqdim edilmiş sənədlərdən aydın olmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu barəsində Qərarından şikayət verilən orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ##.##.2025- cü il tarixli, EP ******* nömrəli və ##.##.2025-ci il tarixli, EP******* nömrəli inzibati tənbeh tətbiqetmə haqqında qərarlar qəbul edilmişdir. Qərarından şikayət verilən orqan ##.##.2025-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh tətbiqetmə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 205105,00 ABŞ dollarıvalyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 20510,50 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli, EP******* nömrəli inzibati tənbeh tətbiqetmə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 77048,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 104,80 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edirlər ki, Qərarından şikayət verilən orqan tərəfindən obyektiv və hərtərəfli araşdırma aparılmadan qanunsuz və əsassız qərar qəbul edilmişdir. Ümumiyyətlə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanın törədilməsini sübuta yetirən hər hansı bir hal müəyyənləşdirilmədən Qərardan şikayət verən orqan (şəxs) barəsində ədalətsiz şəkildə inzibati tənbeh tətbiqetma haqqında qərar qəbul edilmişdir. Sözügedən qərarların hər ikisində də yeganə sübut növü protokoldur. Protokolun nə dərəcədə obyektiv olması isə sual altındadır. Belə ki, iş üzrə araşdırma başa çatdıqdan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə tanış edilməli olduğu və protokolun bir nüsxəsi təqdim edilməli olduğu halda Qərardan şikayət verən orqan (şəxs) iş materialları ilə tanış edilməmiş və protokolun nüsxəsi təqdim edilməmişdir. Qoşmaya əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, qeyd edilən məbləğdə mal ölkəyə daxil olmuş və Dövlət Gömrük Komitəsi tərəfində qanunvericilik əsasında rəsmləşdirilmişdir. Halbuki, inzibati xətalar məcəlləsində ilk sırada olan sübut barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı təşkil edir. Xüsusilə qeyd etmək lazımdır ki, qoşmaya əlavə edilmiş gümrük bəyannamələrinə əsasən göstərilən məbləğlər müqabilində mallar ölkə ərazisinə idxal edilmişdir. Belə olan halda Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibindən söhbət gedə bilməz. Sadaladıqları hallar Qərarından şikayət verilən orqan inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları tam, hərtərəfli və obyektiv araşdırmamasının bariz göstəricisidir. İmişli Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməmiş, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EP 0257140 və ##.##.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılmışdır. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəmənin həmin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yekun qərarında obyektivlik və qərəzsizlik prinsiplərini pozaraq ittiham tərəfinin mövqeyinə əsaslanmış, ümumiyyətlə şirkət tərəfindən inzibati xətanın törədilməsini sübuta yetirən hər hansı bir hal müəyyənləşdirilmədən Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu ədalətsiz şəkildə inzibatiməsuliyyətə cəlb edilmişdir. Qeyd etmək lazımdır ki, əsas məsələlər tərəfimizdən məhkəmə iclasında aydınlaşmış və birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmışdır. Belə ki, sözügedən vəsaitlər, yəni 77048 ABŞ dolları məbləğində və 205105 ABŞ dolları məbləğində pul vəsaitləri müvafiq olaraq “X2 Nakliyyat A.Ş” hesabına köçürülmüşdür. Məhkəmə iclasında ##.##.2023-cü il tarixli ***-**** saylı və ##.##.2023-cü il tarixli ***-**** saylı müqavilələrə, ##.##.2025-ci il il tarixli (2 ədəd eyni tarixli olmaqla), ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli,##.##.2025-ci il tarixli (2 ədəd eyni tarixli olmaqla) gömrük bəyannamələrinə əsasən aydın olur ki, həqiqətən də vəsaitlər hesaba köçürülmüş və mallar təhvil alınmışdır. Mübahisə məhkəmə iclasında aydınlaşdırıldığından məhkəmə iclasında vəsatətlə çıxış edərək iclasın təxirə salınmasını xahiş etdik. Lakin birinci instansiya məhkəməsi qərəzli mövqedən çıxış edərək vəsatəti təmin etməmiş və iş üzrə sübutları hər tərəfli və obyektiv qiymətləndirmədən qanunsuz və əsassız qərar qəbul etmişdir. Bütün bunlara baxmayaraq sözügedən müqavilələr və gömrük bəyannamələri dərhal sistemə yerləşdirilmişdir. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsinin şikayəti təmin etməməsi, şikayətçi barədə inzibati tənbehvermə haqqında qərarları ləğv etməməsi olduqca absurd haldır. Hesab edirik ki, məhkəmə sübutları obyektiv və tam araşdırmamış, qərəzli və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməməsini, işlərin görülməməsini və ya xidmətlərin göstərilməməsini nəzərdə tutur. Lakin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ödənişlər edilmiş və qoşmaya əlavə edilmiş və birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmış və sözügedən müqavilələr və gömrük bəyannamələrinə əsasən mallar təhvil alınmışdır. Göstərilənlərə əsasən İmişli Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli, EP 0257140 və ##.##.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini barədə qərar qəbul edilməsi xahiş olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi-Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək, İmişli Rayon Məhkəməsinin 3(5-131)- **/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun məlumat verilməsinə baxmayaraq, Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində əməlində inzibati xəta hadisəsinin olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən “bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən “bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması” inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 205105 ABŞ dolları məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu 205105 ABŞ dolları məbləğində vəsaiti ## #### 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 205105 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta ## #### 2025-ci il tarixdə törədilmişdir. İş materiallarında olan Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 77048 ABŞ dolları Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədləri Qərarından şikayət verilən orqan təqdim edilmişdir. İş materiallarında Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğluna bildirilmişdir ki, "xxxx" ASC-dəki bank hesabınızdan ## #### 2023-cü il tarixində 205105.00 ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 205105.00 ABŞ dolları hissəsi ilə əlaqədar köçürülmənin aparıldığı tarixdən 2 il ərzində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sübutlarınız (gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd, qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənəd və s.) təqdim edilmədiyindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbləri pozulmuş və barənizdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolun surəti və inzibati xəta haqqında işə baxılmasının tarixi və yeri haqqında bildiriş məktuba əlavə edilir. İş materiallarında "xxxx" ASC-nin ##.##.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə müvafiq olaraq ##.##.2023 və ##.##.2023-cü il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədləri Qərarından şikayət verilən orqan təqdim edilmişdir. İş materiallarında ##.##.2023-cü il tarixli, ***-**** nömrəli müqavilədən görünür ki, X2 Nakliyyat A.Ş-la Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu arasında malların gətirilməsi və satışı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında ##.##.2023-cü il tarixli, ***-**** nömrəli müqavilədən görünür ki, X2 Nakliyyat A.Ş-la Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu arasında malların gətirilməsi və satışı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan OX* nömrəli, ##.##.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu ##.##.2023-cü il tarixli, ***-**** nömrəli müqavilə üzrə X2 Nakliyyat A.Ş hesabına 77048 ABŞ dolları məbləğində pul köçürmüşdür. İş materiallarında olan OX* nömrəli, ##.##.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu ##.##.2023-cü il tarixli, ***-**** nömrəli müqavilə üzrə X2 Nakliyyat A.Ş hesabına 205105 ABŞ dolları məbləğində pul köçürmüşdür. İş materiallarında ##.##.2025-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, ##.##.2023-cü il tarixli, ***-**** saylı müqavilə üzrə 77048 ABŞ dolları dəyərində mal, o cümlədən ##.##.2025-ci il tarixli və 18.08ə2025-ci il tarixli gömrük bəyannamələrinin surətlərindən görünür ki, ## #### 2023-cü il tarixli, ***-**** saylı müqavilə üzrə 111042,34 ABŞ dolları dəyərində və 105991,02 ABŞ dolları dəyərində mal ölkəyə idxal edilmişdir. Göründüyü kimi, hər iki müqavilə üzrə qeyd olunan dəyərdə mallar qanunla müəyyən olunmuş 02 il müddətdən sonra daxil olmuş, bununla da Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta hərəkətini törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadıqda inzibati məsuliyyət yaranır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019cu il tarixli qərarında qeyd olunur ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən «İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar …., digər sənədlərlə, ….., inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir». Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən “Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.”. Məhkəmə qanunun qeyd olunan normalarına əsasən hesab edir ki, yuxarıda qeyd olunan sənədlər və inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş qaydada əldə edildiyindən, iş üzrə sübutlar hesab olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə “inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi)”, “inzibati xəta törətmiş şəxs”, “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında protokolun, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, İXM-in 135.1.1.-135.1.6-cı maddələrinə əsasən şikayət verilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsinin gədiyi nəticələr inzibatı tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli olan hallar sübuta yetmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı qanuni hesab edilməli, verilmiş şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayəti təmin olunmasın. Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair İmişli Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-195/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-195/2026
10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver