Məhkəmə qərarları › İş №3(3-9)-196/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-196/2026

01.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-196/2026 01.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından səlahiyyətli orqan – Azərbaycan Respublikası Ekologia Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən hüquqi şəxs Şirvan- Salyan Regional Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3, 234.0.5, 271-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə hüquqi şəxs Şirvan-Salyan Regional Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3, 234.0.5 və 271-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi F.Piriyev apellyasiya qaydasında şikayət verərək, şikayətinin təmin olunmasını, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, inzibati xəta haqqında işin yenidən baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ## ###### 2026-ci il tarixli məktubla proses iştirakçılarına, o cümlədən səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevin birbaşa Salyan Rayon Məhkəməsinə ünvanlanmaqla göndərdiyi apellyasiya şikayəti isə rəsmi qaydada poçta # ###### 2026-cı il tarixdə təhvil verilmiş və ## ###### 2026-cı il tarixdə həmin məhkəmənin dəftərxanasına daxil olmuşdur. Lakin iş materialları ilə şikayət müəllifi olan səlahiyyətli orqanın Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarını hansı tarixdə rəsmi qaydada əldə etməsinə dair müvafq sənədlər (qəbz, xəbərnamə və sair) müəyyən edilmir. AR İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.1-ci maddəsinə görə hakimin qərarından apelyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qanunvericiliyin normasının məzmunundan da göründüyü kimi şikayət və ya protest verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddətin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Hazırkı halda, qərarın şikayət verən tərəfə qanunla nəzərdə tutulmuş qaydada təqdim edildiyini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud olmadığından şikayət müddətinin başlanma tarixi müəyyən edilmir, şikayətin qanunla müəyyən edilmiş müddətdə verilib-verilmədiyini qiymətləndirmək mümkün olmur və prosessual müddətlərin gözlənilməsi ilə bağlı tələblər təmin edilmir. Nəticə etibarilə, qərarın tərəfə rəsmi qaydada təqdim olunmasını təsdiq edən sübutlar olmadığından, şikayət prosessual tələblərə uyğun hesab edilə bilməz və bu hal şikayətin geri qaytarılması üçün qanuni və əsaslı hal yaradır. İş materiallarında belə sübutlar mövcud olmadığından, qərarın səlahiyyətli orqana təqdim edilməsi faktı təsdiq olunmuş hesab edilə bilməz. Apellyasiya məhkəməsi səlahiyyətli orqanın diqqətinə çatdıraraq bildirmək istəyir ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsinə vəsatət verməlidir. AR İnzibati Xətalar Məcəlləsində birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilərkən qanunla müəyyən olunmuş müddət ötürüldükdə və müddətin bərpası haqqında vəsatət verilmədikdə, apellyasiya məhkəməsi tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. AR İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Eləcə də, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qeyd olunanlara məcmu halda qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı səlahiyyətli orqan tərəfindən nə vaxt təhvil alındığı iş materialları ilə sübuta yetirilmədiyi üçün səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə baxılmadan inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılmalı, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Odur ki, apellyasiya məhkəməsi şərh olunanları, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini və qanunun analogiyası qaydasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından apellyasiya qaydasında verilmiş şikayət icraata qəbul edilmədən inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi F.Piriyevə buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad dərhal qanuni quvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar