Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-197/2026 02.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi ilə Saatlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Saatlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı (hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi) ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh təyin edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı (hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi) ilə, şikayət təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Barəsində inzibati tənbeh təyin edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 təkrar apellyasiya şikayəti ilə müraciət edərək Saatlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, verilmiş təkrar apellyasiya şikayətinin dəlillərini və tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət prosessual baxımdan yolverilməz olduğundan icraata qəbul edilə bilməz. İş materiallarından görünür ki, Saatlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, həmin şikayətə apellyasiya instansiyası məhkəməsində baxılaraq Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan təxminən 08 aydan sonra eyni şəxs yenidən eyni birinci instansiya məhkəməsinin eyni qərarından apellyasiya şikayəti vermiş, həmin şikayət apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, artıq apellyasiya instansiyası məhkəməsi tərəfindən eyni predmet, eyni tərəflər və eyni əsaslar üzrə mübahisəyə hüquqi qiymət verilmişdir. Hüquqi müəyyənlik prinsipinə əsasən, belə hallarda eyni iş üzrə təkrar məhkəmə baxışına yol verilmir. Əks yanaşma məhkəmə qərarlarının sonsuz şəkildə mübahisələndirilməsinə şərait yaradaraq hüquqi sabitliyi və məhkəmə qərarlarının icra olunma effektivliyini aradan qaldıra bilər. Bundan əlavə, eyni məhkəmə aktından təkrar apellyasiya şikayətinin verilməsi prosessual hüquqlardan düzgün istifadə edilməməsi kimi qiymətləndirilməli və bu cür müraciətlərə hüquqi imkan tanınmamalıdır. Çünki belə hallar məhkəmə icraatının məqsədlərinə, yəni işlərə ağlabatan müddətdə baxılması və hüquqi münasibətlərə yekun aydınlıq gətirilməsi prinsiplərinə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququnu nəzərdə tutur. Həmin norma birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında yoxlanılmasının prosessual əsasını müəyyən edir. İXM-in 130.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest on gün müddətində verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən bu müddət üzrlü səbəbdən buraxıldıqda şikayət vermək hüququ olan şəxsin ərizəsi əsasında müddət bərpa edilə bilər. Deməli, qanun eyni qərardan qeyri-məhdud sayda apellyasiya şikayəti verilməsini deyil, konkret qərarın müəyyən prosessual müddətdə apellyasiya qaydasında mübahisələndirilməsini nəzərdə tutur. Müddətin bərpası institutu da apellyasiya hüququnun ikinci dəfə deyil, vaxtında həyata keçirilməmiş eyni apellyasiya hüququnun bərpasına xidmət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı yekun xarakter daşıyır və həmin qərardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, apellyasiya instansiyası tərəfindən işə mahiyyəti üzrə baxılıb yekun hüquqi qiymət verildikdən sonra eyni iş üzrə məhkəmə baxışı mərhələsi başa çatmış hesab olunur. Bununla yanaşı, prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qərarından eyni əsaslarla təkrar qaydada apellyasiya şikayəti verilməsi imkanını nəzərdə tutmur. Apellyasiya hüququ birdəfəlik istifadə olunan prosessual hüquq olmaqla, həmin hüquq realizə edildikdən və iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra bu mərhələ tükənmiş hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 138-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin qərarının necə qüvvəyə mindiyini müəyyən edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu o deməkdir ki, həmin qərardan sonra artıq inzibati xəta haqqında iş üzrə yekun hüquqi nəticə qüvvəyə minir və həmin qərardan təkrar apellyasiya şikayəti vermək hüquqi cəhətdən nəzərdə tutulmayıb. Bu normaların sistemli təhlilindən aydın olur ki, apellyasiya baxışı yekun qərarın qəbulu ilə başa çatır və həmin qərar qanuni qüvvəyə mindikdən sonra eyni birinci instansiya qərarı üzrə yenidən apellyasiya icraatı başlanmır. Bu səbəbdən artıq apellyasiya qaydasında yoxlanılmış birinci instansiya qərarından 08 ay sonra yenidən verilmiş şikayət yeni apellyasiya predmeti yaratmır. Belə müraciət mahiyyət etibarilə artıq apellyasiya baxışından keçmiş qərarın təkrar mübahisələndirilməsinə yönəlmişdir ki, İXM belə mexanizm nəzərdə tutmur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, eyni qərar üzrə apellyasiya baxışının artıq başa çatdığı, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının mövcud olduğu və həmin qərarın qanuni qüvvəyə mindiyi nəzərə alınaraq, sonradan verilmiş təkrar apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 128, 130.1, 130.2, 138-ci maddəsini rəhbər tutaraq QƏRARA A L D İ: Saatlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh təyin edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayətin apellyasiya icraatına qəbul olunmasından imtina edilsin və material birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-197/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-197/2026
02.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver