Məhkəmə qərarları › İş №3(3-9)-198/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-198/2026

10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-198/2026 10.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, “xxxx” MMC-nin qanuni təmsilçisi X2 iştirakı ilə “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Bakı şəhəri DƏMX-nin BŞI-nin məsləhətçi-əmək müfəttişi X1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən vəzifəli şəxs X2 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X4 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2024-cü il tarixli *-**-*/*-*****/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmiş, nəticədə X2 tərəfindən Azərbaycan Respubikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC haqqında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin qanuni təmsilçisi X2 izahatında bildirdi ki, X4 Xidməti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində olan 4500 manat cəriməni ödəmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, X4 Xidməti tərəfindən “xxxx" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Məcəllənin 529-cu maddəsinin qeyd hissəsində qeyd olunur ki, 529.1-ci və ya 529,2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətam törətmiş (şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi məcəllənin qeyd hissəsində 529-cu maddə ilə məsuliyyətdən azad edilmənin əsaslan açıq-aşkar göstərilmişdir. Həmin maddənin qeyd hissəsinin Məcəllənin 529.1-1-ci maddəsinə tətbiq edilməsi nəzərdə tutulmamışdır. Dolayısı ilə cərimə məbləğinin sonradan ödənilməsi Məcəllənin 529.1-1-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətaya görə məsuliyyətdən azad edilmə əsası ola bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddədinə əsasən Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmədən Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və Xidmət tərəfindən “xxxx” MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışında “xxxx” MMC-nin qanuni təmsilçisi X2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətini işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, işin materiallarında olan X4 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2024-cü il tarixli MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 “xxxx” MMCnin direktoru, yəni vəzifəli şəxs kimi IXM-in 192.1-ci maddəsi ilə barəsində 4500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X3 tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, E.X.Hüseynov tərəfindən ##.##.2025-ci il tarixdə MN ******* saylı protokol üzrə barəsində tərtib edilmiş 4500 manat cəriməni ödəmişdir. Hazırkı işin araşdırılan hallarından məlum olur ki, X4 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2024-cü il tarixli *-**-*/*-*****/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər, yəni ##.##.2024-cü il tarixli MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icrası ##.##.2025-ci il tarixdə X2 tərəfindən icra edilmişdir (ödəniş tarixçəsi işə əlavə edilmişdir). Işin materiallarında olan ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 tərəfindən Azərbaycan Respubikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC haqqında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Göründüyü kimi Bakı şəhəri DƏMX-nin BŞI-nin məsləhətçi-əmək müfəttişi X1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən vəzifəli şəxs X2 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X4 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2024-cü il tarixli *-**-*/*-*****/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmiş, nəticədə X2 tərəfindən Azərbaycan Respubikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirləndirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi “xxxx” MMC haqqında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam vermişdir. Halbuki, inzibati xəta haqqında protokol ümumiyyətlə “xxxx” MMC barəsində tərtib edilməmişdir. Beləliklə, məhkəmə nəinki yekun nəticədə düzgün olmayaraq hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam vermiş, hətta inzibati xəta haqqında işə baxılarkən protokolun vəzifəli şəxs barəsində olmasına baxmayaraq, ümumiyyətlə onun təqsirliliyini araşdırmamış və hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Inzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Inzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə göndərilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddəsinə əsasən hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması materialların hakimə qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh edilənlərə və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş yenidən baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar