Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-199/2026 10.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Zeynalov Musa Həsən oğlunun katibliyi ilə, Nəbiyev Əli Mircəfər oğlunun Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Qərarından şikayət verilən orqan 1 X3 və Təbii Sərvətlər Idarəsinin ## #### 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadından Nəbiyev Əli Mircəfər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadı (hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi) ilə Nəbiyev Əli Mircəfər oğlunun Qərarından şikayət verilən orqan 1 X3 və Təbii Sərvətlər Idarəsinin ## #### 2022-ci il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti rədd edilmişdir. IŞIN HALLARI Inzibati xəta haqqında işin materiallarından görünür ki, Qərarından şikayət verilən orqan 1 X3 və Təbii Sərvətlər Idarəsinin ##.##.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Nəbiyev Əli Mircəfər oğlu Azərbaycan Respublikasının IXM-nin 253.3.1-ci maddəsi ilə təqsirli bilinib 10000 manat məbləğdə cərimə edilmişdir. Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli qərarı ilə Nəbiyev Əli Mircəfər oğlunun şikayəti təmin edilməmiş, Nəbiyev Əli Mircəfər oğlu barəsində Qərarından şikayət verilən orqan 1 X3 və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi X1 tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Nəbiyev Əli Mircəfər oğlunun şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin şikayətin baxılmağa hazırlanması haqqında ## ### 2023-cü il tarixli, *(***)-*/**** nömrəli qərardadı və şikayətin təmin olunmaması haqqında ## ######## 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qərarı ləğv olunaraq, inzibati xəta haqqında materiallar Astara Rayon Məhkəməsinə şikayətə baxılmağa hazırlıq mərhələsinə qaytarılmışdır. Astara Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından görünür ki, Nəbiyev Əli Mircəfər oğlunun Qərarından şikayət verilən orqan 1 X3 və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ## #### 2022- ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin icraata qəbulundan imtina olunmuş, şikayət və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Nəbiyev Əli Mircəfər oğlu ##.##.2026-cı il tarixdə Astara Rayon Məhkəməsinə vəsatət ünvanlayaraq, qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Işə baxan Astara Rayon Məhkəməsi vəsatəti yuxarıda göstərilən qaydada həll etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından Nəbiyev Əli Mircəfər oğlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilib, inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün işin aidiyyəti üzrə geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərarından şikayət verilən orqan 1 X3 və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ## #### 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından heç bir zaman xəbəri olmamışdır. Lakin ##.##.2023-cü il tarixdə Abşeron rayon Icra və probasiya şöbəsindən daxil olmuş elektron bildiriş əsasında həmin şöbənin icra məmuru X2 tərəfindən idarəyə dəvət olunmuşdur. Icra məmurunun qəbulu zamanı icra məmuru tərəfindən ona tanış olmağı üçün təqdim olunan *****/****-**-** saylı iş materialından müəyyən etmişdir ki, onun iştirakı olmadan və ondan xəbərsiz barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyının müvafiq qurumu tərəfindən MN******* saylı protokol tərtib edilərək MN ******* saylı qərar qəbul edilmişdir. Tərəfindən dərhal sənədlər toplanaraq ##.##.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət edərək şikayətini bildirmişdir. Abşeron Rayon Məhkəməsi ##.##.2023-cü il tarixdə *(***)-***/**** saylı iş üzrə şikayətinə baxaraq Nəbiyev Əli Mircəfər oğlunun Azərbaycan Respublikası ETSN * saylı RETSŞ-İ tərəfindən ##.##.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinin baxılması üçün aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul etmişdir. Astara Rayon Məhkəməsi öz növbəsində ##.##.2023-cü il tarixdə 3(018)-381/2023 iş nömrəsi ilə Qərarından şikayət verilən orqan inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətin məhkəmə icraatına qəbul edilməsi haqqında qərardad qəbul etmişdir. Daha sonra tərəfindən ##.##.2023-cü il tarixdə və ##.##.2023-cü il tarixdə Astara Rayon Məhkəməsinə 2 dəfə yazılı vəsatət verərək icraatlarında olan işin qeydiyyatda olduğu ünvan üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsini tələb etmiş, tərəfindən verilmiş vəsatətlərə ümumiyyətlə məhkəmə tərəfindən heç bir hüquqi addım atılmamışdır. ##.##.2023-cü il tarixdə məhkəmənin növbəti iclasında hakim Mübariz Məmmədov tərəfindən inzibati tənbeh vermə haqqında qərar çıxarılmş Nəbiyev Əli Mircəfər oğlunun Qərarından şikayət verilən orqan 1 X3 və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ## #### 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətə dair inzibti iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Ekspertin qarşısına aşağadakı suallar qoyulmuşdur.
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 801013062534, qeydiyyat nömrəsi 2220003738, qeydiyyat tarixi ## ### 2020-ci il olan Çıxarışdan məlum olur ki, Nəbiyev Əli Mircəfər oğlunun mülkiyyətində Astara şəhəri Mirzə Rəhimov küçəsində yaşayış məntəqələri torpaqları koteqoriyasına aid olan 0,5440 hektar torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilsin.
2. Astara şəhəri 28 may küçəsində (keçmiş Mirzə Rəhimov küçəsində) lahiyələndirilən 1ci mərtəbəsi qeyri-yaşayış, 2-ci, 3-cü və 4-cü mərtəbəlri yaşayış binasının tikintisi aparılan ərazidə, kök boğazlarından kəsilmiş, diametrləri 12 sm və 24 sm olan 2 ədəd qızılağac cinsli ağaclar, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 801013062534, qeydiyyat nömrəsi 2220003738, qeydiyyat tarixi ## ### 2020-ci il olan Çıxarışda qeyd edilən Nəbiyev Əli Mircəfər oğlunun mülkiyyətində olan Astara şəhəri Mirzə Rəhimov küçəsində yaşayış məntəqələri torpaqları koteqoriyasına aid olan 0,5440 hektar torpaq sahəsinin sərhədləri daxilindədirmi? Bundan sonra, ##.##.2025-ci il tarixdə, daha dəqiq desək, 27 ay sonra işə yeni təyin olunmuş hakim Ilqar Məmmədov tərəfindən Nəbiyev Əli Mircəfər oğlunun Azərbaycan Respublikası ETSN * saylı RESŞ-nin ##.##.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti üzrə icraatın təzələnməsi və məhkəmə baxış iclasının 12 setyabr 2025-ci il tarixə, saat 12:20-ə təyin edilməsi haqqında qərardad qəbul olunmuşdur. ##.##.2025-ci il tarixdə hakim Ilqar Məmmədov tərəfindən heç bir sübut olmadan, təyin etmiş olduğu ekspertiza rəyini almadan Nəbiyev Əli Mircəfər oğlunun şikayəti təmin edilməmiş, onun barəsində Qərarından şikayət verilən orqan 1 X3 və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi X1 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ##.##.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdırsın. Tərəfindən bundan sonra ##.##.2025-ci il tarixdə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. ##.##.2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Habil Bəhmənov tərəfindən 3(106)-624/2025 iş üzrə şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin şikayətin baxılmağa hazırlanması haqqında *(***)- */**** nömrəli, ## ### 2023-cü il tarixli qərardadı və şikayətin təmin olunmaması haqqında *(***)-*/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ləğv olunaraq, inzibati xəta haqqında materiallar Astara Rayon Məhkəməsinə şikayətə baxılmağa hazırlanması mərhələsinə qaytarılmışdır. Lakin məhkəməyə sədrlik edən hakim Bəxtiyar Məmmədov tərəfindən ##.##.2026-cı il tarixdən qərəzli qərar qəbul olunaraq Nəbiyev Əli Mircəfər oğlunun Qərarından şikayət verilən orqan 1 X3 və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən qəbuledilmiş ## #### 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin icraata qəbulundan imtina olunması, şikayət və əlavə olunmuş sənədlərin geri qaytarılması, Nəbiyev Əli Mircəfər oğluna qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun izah olunması haqqında qərardad qəbul etmişdir. Bundan sonra tərəfindən Astara Rayon Məhkəməsinə işin icraata qəbul olunmasına dair 2 dəfə müraciət ünvanlasa da, ərizəsinin müxtəlif bəhanələrlə telefon vasitəsi zəng olunaraq gəlib götürüb dəyişdirilməsi tələb olunmuşdur. O da öz növbəsində məhkəməyə hörmətlə yanaşaraq deyilənləri etməyə davam etmiş, ##.##.2026-cı il tarixdə ərizəsi qəbul olunaraq məhkəmə baxışı təyin olunmuşdur. Lakin sonradan başa düşmüşdür ki, bütün bu dəyişdirilən şikayət ərizələri müddətin ötürülməsinə qulluq edilməsindən başqa bir şey deyilmiş. Hakim Bəxtiyar Məmmədov onun barəsində ##.##.2026-cı il tarixdə şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və icraata qəbul olunmasına dair ərizənin rədd edilməsi haqqında qərardad qəbul etmişdir. Hesab edir ki, bu günə kimi yuxarıda qeyd olunan işlər üzrə çıxarılmış qərardadlar Azərbaycan Respublikası Konstitusiyasına, Inzibati Xətalar Məcəlləsinə və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına ziddir. Aşağıdakı hüquqi əsaslara görə qərardad ləğv edilməlidir: Məhkəməyə müraciətin həddindən artıq məhdudlaşdırılması: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa Insan Hüquqları Məhkəməsinin (AIHM) presedent hüququna görə (X6rşı, Bellet Fransaya qarşı), məhkəməyə müraciət hüququ mütləq deyil, lakin tətbiq edilən məhdudiyyətlər (məsələn, müddətlər) şəxsin məhkəməyə çatımlılığını elə dərəcədə məhdudlaşdırmamalıdır ki, hüququn mahiyyəti zədələnsin. Hazırkı işdə birinci instansiya məhkəməsi sırf formal səbəblərlə (müddət) işin mahiyyətinə baxmaqdan imtina etmişdir. Ona qarşı tətbiq edilən 10.000 (on min) manat məbləğində cərimə onun mülkiyyət hüququna (Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi) ciddi müdaxilədir. Belə bir ağır sanksiyanın qanuniliyinin yoxlanılmasından imtina edilməsi “mütənasiblik” (proportionality) prinsipinə ziddir. IXM-nin 130.2-ci maddəsinə əsasən, şikayət vermə müddəti üzrlü səbəbdən buraxıldıqda, bu müddət hakim tərəfindən bərpa edilir. Məhkəmə qərardadında onun iştirak etməməyini əsas gətirərək vəsatəti rədd etmişdir. Lakin məhkəmə aşağıdakı halları nəzərə almamışdır: Hüquqi yardım almaq imkanının olmaması: o, hüquqşünas deyil. Işin mürəkkəbliyi və cərimənin ağırlığı peşəkar hüquqi yardım tələb edirdi, lakin maddi çətinliklər səbəbindən o, bunu dərhal təmin edə bilməmişdir (AIHM, Airey Irlandiyaya qarşı – effektiv hüquqi yardım). Sübutetmə yükü: IXM-nin tələblərinə görə, inzibati xəta törədilməsini sübut etmək yükü inzibati orqanın üzərinə düşür. Məhkəmə isə faktiki olaraq sübutetmə yükünü onu üzərinə qoyaraq, prosessual passivlik nümayiş etdirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında (məsələn, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373- cü maddəsinin şərhlərinə dair” və s.) vurğulanır ki, məhkəmələr prosessual müddətlərin tətbiqi zamanı ifrat formalizmə yol verməməlidirlər. Məqsəd ədalət mühakiməsinin həyata keçirilməsidir, onun qarşısının alınması deyil. Birinci instansiya məhkəməsi isə formal yanaşaraq, işin mahiyyətinə (yəni cərimənin qanuni olub-olmamasına) qiymət verməkdən yayınmışdır. Məhkəmə qərardadında “res judicata” (hüquqi müəyyənlik) prinsipinə istinad etmişdir. Lakin AIHM-in Perez Fransaya qarşı qərarında göstərilir ki, hüquqi müəyyənlik prinsipi ədalətli məhkəmə araşdırılması hüququnu tamamilə istisna etmir. Onun vəziyyətində söhbət illər əvvəl bitmiş bir işin yenidən açılmasından yox, hələ mahiyyəti üzrə heç vaxt baxılmamış və ona lazımi qaydada izah edilməmiş bir qərarın şikayətindən gedir. Məhkəmənin istinad etdiyi prinsip burada tətbiq edilə bilməz, çünki onaə qarşı çıxarılan qərarın ədalətli olub-olmadığı hələ müəyyən edilməyib.
PROSESSUAL MƏSƏLƏLƏR
Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə ərziə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin gəlməməsinin üzrlü səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
HÜQUQI MƏSƏLƏLƏR
Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qərarından şikayət verilən orqan 1 X3 və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi X1 qəbul etdiyi ##.##.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Nəbiyev Əli Mircəfər oğlu Azərbaycan Respublikasının IXM-nin 253.3.1-ci maddəsi ilə təqsirli bilinib 10000 manat məbləğdə cərimə edilmişdir. Iş materiallarında olan Astara Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli ##.##.2025-ci il tarixli qərardan görünür ki, Nəbiyev Əli Mircəfər oğlunun şikayəti təmin edilməmiş, Nəbiyev Əli Mircəfər oğlu barəsində Qərarından şikayət verilən orqan 1 X3 və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi X1 tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli, MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Iş materiallarından görünür ki, Nəbiyev Əli Mircəfər oğlu Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli qərarının ləğv olunması barədə apellyasiya şikayəti vermişdir. Iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin şikayətin baxılmağa hazırlanması haqqında ## ### 2023-cü il tarixli, *(***)-*/**** nömrəli qərardadı və şikayətin təmin olunmaması haqqında ## ######## 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qərarı ləğv olunaraq, inzibati xəta haqqında materiallar Astara Rayon Məhkəməsinə şikayətə baxılmağa hazırlıq mərhələsinə qaytarılmışdır. Iş materiallarında olan Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadından görünür ki, Nəbiyev Əli Mircəfər oğlunun Qərarından şikayət verilən orqan 1 X3 və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ## #### 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin icraata qəbulundan imtina olunmuş, şikayət və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Iş materiallarında olan bildirişlərdən görünür ki, Nəbiyev Əli Mircəfər oğlunun qeydiyyatda olduğu ünvana poçt vasitəsilə bildirişlər göndərilmişdir. Iş materiallarından görünür ki, Nəbiyev Əli Mircəfər oğlu tərəfindən verilmiş şikayət ərizəsi ##.##.2023-cü il tarixdə Astara Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Mübahisə olunan məhkəmə qərardadından görünür ki, birinci instansiya məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab etmişdir ki, “Nəbiyev Əli Mircəfər oğlu şikayət verilməsi müddətini üzrlü səbəblər olmadan buraxdığından onun ərizəsi təmin edilməməlidir. Belə ki, iş ##.##.2023-cü il tarixdə Astara Rayon Məhkəməsinin icraatına daxil olmuşdur, ## ###### 2026cı il tarixdə Nəbiyev Əli Mircəfər oğlunun şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və icraata qəbul olunmasına dair ərizə ilə müraciət etmişdir. Ərizəyə baxış ##.##.2026-cı il tarixə təyin olunmasına baxmayaraq Nəbiyev Əli Mircəfər oğlu məhkəməyə ərizə ilə müraciət edərək təyin olunmuş iş üzrə məhkəmə prosesinə əlavə sübutların toplanmasına ehtiyac olduğundan iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclası ##.##.2026-cı il tarixə təxirə salınmasına baxmayaraq Nəbiyev Əli Mircəfər oğlu yenidən məhkəməyə ərizə ilə müraciət edərək təyin olunmuş iş üzrə məhkəmə prosesinə əlavə sübutların toplanmasına ehtiyac olduğundan iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Göründüyü kimi işin məhkəməyə daxil olmasından bugünədək 3 il müddət keçmişdir. Bütün bunlar Nəbiyev Əli Mircəfər oğlunun sübutları olmadığını təsdiq edir”. Apellyasiya instansiyası məhkəməsi şikayəti işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib aşağıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarında olan ## ###### 2021-ci il tarixli ***** nömrəli AKT-ın surətindən görünür ki, Nəbiyev Əli Mircəfər oğlu aparılan araşdırmada iştirak etməkdən imtina etmişdir. Iş materiallarında olan ## ###### 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Nəbiyev Əli Mircəfər oğlu mobil telefon vasitəsilə əlaqə zamanı ekspertiza rəyinin olduğunu bildirmiş, lakin onu təqdim etməmişdir. Həmçinin iş materiallarında olan xəbərnamələrin surətindən görünür ki, iş üzrə icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ünvanına müvafiq bildirşlər göndərilmişdir. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, mübahisələndirilən qərar səlahiyyətli orqan tərəfindən ##.##.2026-cı il tarixində qəbul olunmuş, Nəbiyev Əli Mircəfər oğlu tərəfindən isə həmin qərardan məhkəməyə ## #### 2023-cü il tarixdə verilmiş, şikayət ##.##.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya instansiyasında araşdırılmış materialların məcmusu göstərir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ə.Nəbiyev səlahiyyətli orqan tərəfindən aparılan araşdırma barədə məlumatlı olmuşdur. Doğrudur, xəbərnamələr müvafiq sənədlərin şəxsin ünvanına göndərilməsini göstərir və təkcə reyestr faktı qərarın faktiki təqdim olunmasını tam sübut edən mütləq dəlil kimi qiymətləndirilə bilməz. Lakin iş materiallarının məcmu şəkildə qiymətləndirilməsi göstərir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati icraatın başlanmasından etibarən səlahiyyətli orqan tərəfindən aparılmış müvafiq prosesdən xəbərdar olmuşdur və hüquqi nəticələrin yaranacağını bilməli idi. Prosessual hüquqda sənədlərin qiymətləndirilməsi ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi və məcmusu əsasında aparılır. Mövcud halda akt, protokol və sonradan qəbul edilmiş qərar bir-birini tamamlayan ardıcıl sənədlər zəncirini təşkil edir. Bu sənədlərdən aydın olur ki, şəxs barəsində inzibati icraat aparıldığını bilmişdir. Belə şəraitdə uzun müddət keçdikdən sonra qərarın çatdırılmamasını mübahisələndirməklə icraatın mövcudluğunu və nəticələrini inkar etmək hüquqi müəyyənlik və vicdanlı prosessual davranış prinsipləri ilə uzlaşmır. Buna görə də qərarın formal olaraq təqdim edilməsinin sübuta yetirilib-yetirilməməsi məsələsi konkret işin hallarından təcrid olunmuş şəkildə deyil, bütün sübutların məcmusu fonunda qiymətləndirilməlidir. Mövcud sənədlər isə göstərir ki, şəxs inzibati məsuliyyətə cəlb edilməsi faktından və bunun hüquqi nəticələrindən məlumatlı olmuşdur və uzun müddət sonra bu faktı mübahisələndirməsi əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, uzun müddət (1 il) keçdikdən sonra prosessual və ya maddi hüquqi müddətin bərpa edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyi prinsipinin tərkib hissəsi olmaqla, hüquq münasibətlərinin sabitliyini, yekunluğunu və proqnozlaşdırıla bilməsini təmin etməyə xidmət edir. Şəxslər müəyyən edilmiş müddətlər başa çatdıqdan sonra hüquqi vəziyyətlərinin dəyişməz qalacağına əsaslı ümid bəsləmək hüququna malikdirlər. Müddətin başa çatması ilə hüquqi münasibət üzrə vəziyyət sabitləşir və tərəflərdə “legitim gözlənti” formalaşır ki, artıq həmin məsələ yenidən qaldırılmayacaq və ya məsuliyyət tətbiq edilməyəcəkdir. Uzun zaman intervalından sonra müddətin bərpası bu sabitliyi pozur, hüquq münasibətlərini qeyri-müəyyən vəziyyətə salır və şəxsin hüquqi təhlükəsizlik hüququnu zəiflədir. Bundan əlavə, müddətlər institutunun mövcudluğu təsadüfi deyil. Onların əsas məqsədi sübutların etibarlılığının qorunması, müdafiə hüququnun səmərəli həyata keçirilməsi və hüquqi münasibətlərin sonsuz müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınmasıdır. Uzun müddət keçdikdən sonra müddətin bərpası isə bu məqsədləri faktiki olaraq aradan qaldırır və hüququn sabitlik funksiyasını zəiflədir. Xüsusilə cinayət və ya inzibati məsuliyyət sahəsində müddətin əsassız və gecikmiş şəkildə bərpası şəxsin hüquqi vəziyyətinin gözlənilməz və geriyə təsir edən qaydada ağırlaşdırılmasına səbəb ola bilər ki, bu da hüquqi müəyyənlik və ədalətli məhkəmə araşdırması prinsipləri ilə uzlaşmır. Beləliklə, uzun müddət keçdikdən sonra müddətin bərpa edilməsi yalnız müstəsna, üzrlü və obyektiv əsaslar olduqda mümkün sayıla bilər, əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozuntusu kimi qiymətləndirilməlidir. Eyni zamanda, qeyd olunan hallar ərizəçi tərəfindən sübuta yetirilməlidir. Prosessual hüququn ümumi prinsiplərinə görə, müddətin bərpası istisna xarakter daşıyır və bu institutdan sui-istifadəyə yol verilməməlidir. Bu baxımdan, müddətin buraxılmasının səbəbləri formal şəkildə deyil, konkret və inandırıcı sübutlarla təsdiq olunmalıdır. Iş materiallarından göründüyü kimi, inzibati orqanın qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət bir il ərzində buraxılmış, Nəbiyev Əli Mircəfər oğlu isə yalnız ## ###### 2026-cı il tarixdə müddətin bərpası barədə vəsatət təqdim etmiş, lakin uzun müddət ərzində şikayət verməməsinin səbəblərini əsaslandıran hər hansı obyektiv və üzrlü halı məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi hesab edir ki, ərizəçinin davranışı da onun mövqeyinin qeyri-ciddi və əsaslandırılmamış olduğunu göstərir. Belə ki, məhkəmə iclaslarının təyin olunmasına baxmayaraq, o, ardıcıl olaraq “əlavə sübutların toplanması zərurəti” kimi ümumi və konkretləşdirilməmiş səbəblərə istinad edərək məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmiş, lakin həmin sübutların nədən ibarət olduğunu, niyə əvvəlki uzun müddət ərzində təqdim edilmədiyini və ümumiyyətlə iş üçün hansı əhəmiyyət kəsb etdiyini əsaslandırmamışdır. Bu isə göstərir ki, ərizəçinin müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasına dair arqumentləri formal xarakter daşıyır və real sübutlarla təsdiqlənmir. Eyni zamanda nəzərə alınmalıdır ki, işin məhkəmənin icraatına daxil olduğu vaxtdan etibarən də ərizəçi kifayət qədər imkanlara malik olmuş, lakin o, prosessual hüquqlarından lazımi qaydada və vaxtında istifadə etməmişdir. Bu cür passiv davranışın nəticələri isə prosessual hüquq normalarına uyğun olaraq həmin şəxsin üzərinə düşür və sonradan müddətin bərpası üçün əsas kimi qəbul edilə bilməz. Beləliklə də, apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz.
Hakim: Pərviz Hacıyev