Məhkəmə qərarları › İş №3(3-9)-200/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-200/2026

10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-200/2026 10.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətlinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X3 İdarəsinin nümayəndəsi X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və iş materialları ilə birlikdə məhkəməyə göndərilmişdir. ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ## ###### 2026-cı il tarixdə, saat 15:43 radələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətlinin nəzdində fəaliyyət göstərən “Eveko” adlı reklam yayıcısı tərəfindən Cəlilabad şəhəri, M.Hüseyn küçəsində açıq məkanda reklam yayımının həyata keçrilməsi ilə bağlı qanunvericiliyin pozulması halları barədə verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə inzibati xəta törətmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanda yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətlinin nümayəndəsi Nümayəndə Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Cəlilabad Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respulikası İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Lakin məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq mümkün deyildir. Belə ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanunsuz və əsassız qərar qəbul edilmişdir. İşin materiallarından aydın olur ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi X3 İdarəsinin ## ###### 2026-cı il tarixli protokolunun tərtibi zamanı “xxxx" MMC-nin müdafiə hüququ təmin edilməmişdir. Qərarda ##.##.2025-ci il tarixli, **-*-*/*-****/**** saylı bildirişin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərildiyi qeyd olunmuşdur. Lakin həmin bildirişin hüquqi şəxsə faktiki olaraq çatdırıldığını təsdiq edən mötəbər sübut iş materiallarında mövcud deyildir. Poçt xəbərnaməsində məhz həmin bildirişin çatdırılmasını təsdiq edən konkret məlumat yoxdur. Bildirişin göndərilməsi onun çatdırılması demək deyildir. Hazırkı işdə protokol hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş, hüquqların real izah edilməsi və izahat vermək imkanı təmin olunmamış, protokolun surətinin təqdimedilməsi məsələsi iş materialları ilə sübuta yetirilməmişdir. Bu halda qəbul edilmiş qərar qanuni və əsaslı sayıla bilməz. Eyni zamanda, məhkəmə qərarında “dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq” müvafiq icazə sənədinin alınmadığını göstərmişdir. Lakin iş materiallarında yalnız bir ədəd yazılı göstəriş mövcuddur. Bu isə “dəfələrlə xəbərdarlıq” kimi qiymətləndirilə bilməz. İş materialları onu təsdiq edir ki, göndərilmiş digər sənədlər prosessual xarakter daşıyır və pozuntunun aradan qaldırılması barədə göstəriş məzmununda olmamışdır. Qərarla tanış olarkən həmçinin aydın olur ki, məhkəmə faktiki halları sübutlarla deyil, ümumi və əsaslandırılmamış ifadə ilə qiymətləndirmişdir ki, bu da sübutların qiymətləndirilməsi meyarlarına ziddir. Ona görə ki, inzibati xətalar haqqında işlərə baxan məhkəmə sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdırılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirir. Məhkəmə yalnız qanuni yolla əldə edilmiş sübutlara əsaslana bilər. Məhkəmə protokol və digər materialların qanunvericiliyin tələblərinə uyğun tərtib olunubolunmadığını yoxlayır və yalnız bu tələblərə cavab verən sübutları əsas götürülür. Odur ki, iş üzrə sübutların kifayət qədər araşdırılmaması, müdafiə hüququnun təmin edilməməsi və inzibati icraatın prosessual tələblərinin pozulması qəbul edilmiş qərarın qanunsuz və əsassız olmasına dəlalət edir. Buna görə də məhkəmənin qərarının ləğv edilməsi zəruridir. Cəlilabad Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsinə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə və Azərbaycan Respublikası Reklam X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmişdir. İşin hallarına əsasən məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin müəllifi şikayətində təqsirinin olmadığını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 134.1.3 və 135.1.5-1-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsində qeyd olunmuşdu ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasıdır. İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inziati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan Lenkəran Reklam İdarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə ünvanladığı ##.##.2025-ci il tarixli, **-*-*/*- ****/**** saylı müraciətə baxılmasının nəticəsindən görünür ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayanaçıq məkanda reklam qyurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçrilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetrilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmasına səbəb olur və müvafiq xətanın törədilməsinə görə vəzifəli şəxs 1500 manatdan 2500 manatadak məbləğində cərimə edilir. İş materiallarında olan poçt göndərişi barədə xəbərnamədən görünür ki, Lənkəran Reklam İdarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə ünvanladığı ##.##.2025-ci il tarixli məktub ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə çatdırılmışdır. İş materiallarında olan Lənkəran Reklam İdarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə ünvanladığı ##.##.2025-ci il tarixli, **-*-*/*- ****/**** saylı bildirişin sürətindən görünür ki, Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsinə əsaəsn sizin izahat vermək, sübutlar təqdim emək, vəsatət və etirazlar vermək, həmin Məcəllənin 100.3-cü maddəsinə əsəasn imza edərək protokolun sürətini qəbul etmək hüququnun olması izah olunmuşdur. Bu məqsədlə ##.##.2026-cı il tarixdə, saat 14:50-də ünvan 1 ünvanda yerləşən “Eveko” obyektində olmağınız (səlahiyyətli nümayəndənizi göndərməyiniz) xahiş olunmuşdur. İş materiallarında olan poçt göndərişi barədə xəbərnamədən görünür ki, Lenkəran Reklam İdarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə ünvanladığı ##.##.2025-ci il tarixli məktub ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə çatdırılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi X3 İdarəsinin ## ###### 2026-cı il tarixli, ** nömrəli baxış aktının surətindən görünür ki, Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsus “Eveko” obyekti fasadlarında (divarlarında hasarlarında) dam örtüklərində, bayıra ünvanlamaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarda və yeraltı keçidlərdə, hava şarlarının aerostat və dirijablların üzərində yerləşdiyi reklamların İdarə tərəfindən 02.1.205-ci il tarixli, 11.3.6/2-1853/2025 nomrəli akt və yazılı göstərişin (müraciətə baxılmasının nəticəsi barədə) ## ###### 2025-ci il tarixdə çatmasına, imtina etməsinə (poçt qəbzi ilə təstiq olunur), şəxsən özünə təqdim edilməsinə və ya özünün imza etməsinə baxmayaraq obyektə tərəflərindən təkrar baxış keçirilərkən yuxarıda göstərilən ünvanda yerləşən obyektə reklam yayıcısı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ona təqdim edilmiş yazılı göstərişə (müraciətə baxılmasının nəticəsi barədə) icra edilməməsi fatı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixli protokolun tərtib edilməsində barəsində inzibati xəta haqqında icraatı aparılan şəxsin (nümayəndəsinin) iştrak etməməsi barədə aktın sürətindən görünür ki, Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsus “Eveko” ünvanında açıq məkanda reklam yayımının həyata keçrilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş yazılı göstərişin (müraciətə baxılmasının nəticəsi) icra edilməməsi ilə əlaqədar olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən “xxxx” MMC-nin nümayəndəsi (poçt vasitəsilə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq) iştrak etməmişdir. İş materiallarında olan fotoşəkillərdən və üzərində olan tarixdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin nəzdində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində fəaliyyət göstərən “Eveko” obyekti qanunsuz olaraq reklam yayımlamış və ##.##.2026-cı il tarixdə, saat 15:43-də qanunsuz reklam yayımlanması aradan qaldırılmaışdır. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin nəzdində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində fəaliyyət göstərən “Eveko” Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan müvafiq çıxarışdan görünür ki, ********** saylı VÖEN-lə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanda yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs kimi ƏDV qeydiyyatındadır. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin tərəfindən qanunvericiliyin tələblərinin pozulması haqqında yazılı göstəriş tam və vaxtında yerinə yetirilməməmişdir. Bu halın olması təsdiq edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində İXM-in 428.7.3-cü maddəsinin tərkib hissəsi vardır. Onun şikayətinin dəlilləri inzibati materiallarla təkzib olunmuşdur. Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində qeyd olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Bununla da şikayətdə irəli sürülmüş iddianın əksinə olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə birinci instansiya məhkəməsinin qərarı ilə istinad edilən, ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda təsvir edilmiş inzibati xətanı törətməsi, yəni reklam haqqında qanunvericiliyi pozması birinci instansiya məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsi 428.7.3-cü maddəsi ilə təqsirli və tənbeh olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsi 428.7.3-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, şikayət əsassız hesab olunmalıdır. Məhkəmə barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxsə təyin edilmiş inzibati tənbehlə bağlı qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”inin 2.9. və 2.11-ci bəndlərinə əsasən qurğunun reklam səthinin aşağı hissəsində qurğunun mülkiyyətçisi, onun əlaqə nömrəsi və qurğunun nömrəsi barədə məlumatlar yerləşdirilməlidir. Həmin məlumatlar nəqliyyat vasitələrinin ən yaxın hərəkət zolağından, yaxud səkidən oxuna biləcək ölçülərdə təqdim edilməlidir. Reklam qurğularının bərkidici hissələrinin (boltlar, dayaq hissələri və s.) üzəri dekorativ elementlərlə örtülməlidir. “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın 2.3-cü bəndinə əsasən dayanıqlılığı və bərkidilməni təmin edən konstruktiv elementlər (bolt birləşmələri, dayaq elementləri, texnoloji künclüklər və s.) dekorativ elementlərlə örtülməlidir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və şəxsiyyətini nəzərə alaraq məhkəmənin təyin etdiyi inzibati tənbeh tədbiri törədilmiş inzibati xətanın xarakterinə, inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə, onun təqsirinin dərəcəsinə uyğun hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati tənbeh edilməsinə dair hakim düzgün hüquqi nəticəyə gəlmişdir, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır, qərarın ləğv olunması və ya dəyişirilməsi üçün həmin Məcəllənin 135.1.1-135.1.6.-cı maddələrində göstərilən hallar müəyyən olunmur. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də şikayət təmin edilməməli, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə cərimə edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə cərimə edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, şikayət verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar