Məhkəmə qərarları › İş №3(3-9)-201/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-201/2026

08.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qərar Şirvanşəhəri İş№3(3-9)-201/2026 08.04.2026 ŞIRVANAPELLYASIYAMƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, GülüşovİsmayılCəbrayıloğlununkatibliyiilə, Hüquqi şəxs "Lans" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Hacıqabul Rayon Məhkəməsinin 24 fevral 2026-cı il tarixli, 3(5-125)-35/2026 nömrəli qərarından səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Hüquq İdarəsinin rəisi YYYY tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan Regional Şöbəsi tərəfindən hüquqi şəxs XXXX barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə 5 fevral 2026-cı il tarixli, MN seriyalı, 2409728 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinəgöndərilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 24 fevral 2026-cı il tarixli, 3(5-125)-35/2026 nömrəli qərarı (hakim: xxxx) ilə hüquqi şəxs XXXX barəsində Azərbaycan Respublikası İXM-in 539.1- 1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarqəbuledilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Hüquq İdarəsinin rəisi YYYY apellyasiya şikayəti verərək, Hacıqabul Rayon Məhkəməsinin 24.02.2026-cı il tarixli, 3(5-125)-35/2026 nömrəli qərarının ləğv edilməsini və Xidmətin Şirvan-Salyan regional şöbəsi tərəfindən XXXX barəsində tərtib edilmiş 05.02.2026-cı il tarixli, MN 2409728 nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətəcəlbedilməsibarədəqərarqəbuledilməsinixahişetmişdir. İ.Həsənzadə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 24.02.2026-cı il tarixli, 3(5-125)-35/2026 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsi (bundan sorıra - Xidmət) tərəfindən XXXX barəsində tərtib edilmiş 05.02.2026-cı il tarixli, MN 2409728 nömrəliinzibati xətahaqqındaprotokol üzrəinzibati məsuliyyətəcəlbedilməlidir. Məhkəmə tərəfindən inzibati orqanın protokoluna sübut kimi düzgün hüquqi qiymət verilməmiş,qanunvericilik normasıdüzgüntətbiqedilməmişdir. Belə ki, vəzifəli şəxsin hüquq pozuntusu törədildikdən sonra vəfat etməsi hüquqi şəxs barəsindəinzibati xətahaqqındaişüzrəicraata xitam verilməsiüçünəsasola bilməz. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən Əmək və Məşğulluq Altsistemindən əldə olunmuş 05.02.2026-cı il tarixli məlumat əsasında XXXXdə işçilərin əmək müqaviləsinin elektron senəd formasına keçirilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında" 17 sentyabr 2024-cü il tarixli 425 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsimərhələsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlərüçün01 iyul 2025-ci il tarixədəkmüəyyənedilmişdir. Odur ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan Regional Şöbəsi tərəfindən sözügedən pozuntunun 10 iş günü müddətində aradan qaldırılıb Xidmətin Şirvan- Salyan regional şöbəsinə məlumat verilməsi üçün XXXX-yə 3-17-5/2-117579/2025 nömrəli, 16.12.2025-ci il tarixli icrası məcburi göstəriş məktubu ünvanlanmış və həmin gün Əmək və MəşğulluqAlt sistemindəişəgötürəninelektron kabinetinəyerləşdirilmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxsin təsisçi-direktoru Kərimov Fəxrəddin Həsən oğlu 01.01.2026-cı il tarixdə vəfat etdiyi üçün hüquqi şəxsin rəhbərinin vəfat etməsi, rəhbərin səlahiyyətlərini icra edən şəxsin müəyyən olunmaması, göstərişin icrasına məsul konkret şəxsin müəyyən edilməsinin mümkün olmaması, habelə hüquqi şəxsin təqsirinin sübuta yetirilməməsi birlikdə qiymətləndirildikdə hüquqi şəxs "Lans" MMC-nin hərəkətlərində inzibati xətatərkibiyoxdur. Bildirir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən ünvanlanan 3-17-5/2-117579/2025 nömrəli, 16.12.2025-ci il tarixli icrası məcburi göstəriş Lans MMC-yə - yəni hüquqi şəxsə ünvanlanmışdır. Belə olan halda təsisçidirektorun vəfat etməsi icra məcburi olan göstərişin MMC-nin digər vəzifəli şəxsləri tərəfindən icra edilməsini istisna etmir. Odur ki, rəhbərin səlahiyyətlərini icra edən şəxsin müəyyən olunmaması və göstərişin icrasına məsul konkret şəxsin müəyyən edilməsinin mümkün olmaması müəssisənin daxili məsələsi hesab edilir və törədilən hüquq pozuntusuna görəXXXX-nin məsuliyyətdənazad edilməküçünəsashesab ediləbilməz. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, Hacıqabul Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassıznəticəyəgəlinmişvənəticədəəsassızqərarqəbuledilmişdir. Xidmətin Şirvan-Salyan regional şöbəsi tərəfindən İXM-in 539.1-1 -ci maddəsi ilə XXXX barəsindəqəbuledilmişinzibati xətahaqqındaprotokol tam qanuni vəəsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxsinzibati məsuliyyətəcəlbolunur. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1 -1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. XXXX-in təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni vəetibarlısübutlarınbirlikdəqiymətləndirilməsinəticəsindəsübutolunmuşdur. Eyni zamanda, hüquqi şəxs Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən)olmasısübutedlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarınınləğvedilməsiüçünəsasdırvəməhkəməqərarıləğvedilməlidir. İş materiallarında olan sənədlərə əsasən XXXX tərəfindən İXM-in 539.1-1-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmət tərəfindən qanunvericiliyin tələblərinə tam riayətolunmasıöztəsdiqinitapır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "Lans" MMC-nin nümayəndəsi və səlahiyyətli orqan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan Regional Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrininsəbəbləribarədəməhkəməyəməlumatverməmişlər. Apellyasiya məhkəməsi proses iştirakçılarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsinimümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığıişüzrəolan vəəlavətəqdimolunmuşmateriallar əsasındayoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 24 fevral 2026-cı il tarixli, 3(5-125)-35/2026 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan Regional Şöbəsinin XXXX-yə ünvanlanan 16.12.2025-ci il və 01.01.2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında" 17 sentyabr 2024-cü il tarixli 425 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlərüçün1 iyul 2025-ci il tarixədəkmüəyyənedilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə (bundan sonra-“ƏMAS”) baxış zamanı elektron sənəd formasına keçirilməyən əmək müqavilələrininolduğuaşkaraçıxarılmışdır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan Regional Şöbəsinin 16.12.2025-ci il tarixli 3-17-5/2-117379/2025 nömrəli göstəriş məktubu ilə XXXX-dən 10 (on) iş günü müddətində işçilərin qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsini təmin edib, nəticəsi barədə Dövlət Əmək Müfəttişliyi XidmətininŞirvan-Salyan regional şöbəsinəməlumatverilməsitələbolunmuşdur. Həmin göstəriş məktubu elektron sənəd qismində Nazirliyə məxsus "Avtomatlaşdırılmış Sosial İnformasiya Sistemi” (ASIS) üzərindən “ƏMAS”dakı şəxsi kabinetə də göndərilmişdir. Lakin, bununla bağlı XXXX tərəfindən heç bir tədbir görülməmiş vəXidmətinŞirvan-Salyan Regional Şöbəsinəmüvafiqməlumat verilməmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən “Lans” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi-direktoru Kərimov Fəxrəddin Həsən oğlunun fərdi məlumatları sorğulanan zaman müəyyən edilmişdir ki, o, 01.01.2026-cı il tarixdə vəfat etmişdir. Hazıradək“Lans”MəhdudMəsuliyyətliCəmiyyətinəyeni rəhbərişçitəyinedilməmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən 24 fevral 2026-cı il tarixli, 3(5-125)-35/2026 nömrəli qərarının əsaslandırılmasından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. İş materialları ilə müəyyən olunur ki, hüquqi şəxsə verilmiş göstərişin icra olunmaması faktı mövcud olsa da, həmin göstərişin icrasına məsul olan konkret vəzifəli şəxsin kimliyi müəyyən edilməmişdir. Hüquqi şəxsin təsisçi-direktorunun vəfat etməsi və onun səlahiyyətlərini həyata keçirən hər hansı digər şəxsin təyin olunmaması cəmiyyətin idarə olunmasında obyektiv çətinliklər yaratmış, dövlət orqanının göstərişinin icrasını faktiki olaraq mümkünsüzvəya əhəmiyyətlidərəcədəçətinləşdirmişdir. Bundan başqa, iş materialları hüquqi şəxsin dövlət orqanının göstərişini qəsdən və ya ehtiyatsızlıqdan icra etmədiyini təsdiq edən mötəbər sübutları ehtiva etmir. Eyni zamanda, göstərişin hüquqi şəxsin rəhbəri tərəfindən faktiki qəbul edilib-edilmədiyi və onun icrası istiqamətində tədbirlər görülüb-görülmədiyi də müəyyən olunmamışdır. Belə olan halda, inzibati məsuliyyət üçün zəruri olan təqsir elementi sübuta yetirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinin tələblərinə əsasən hüquqi şəxsin inzibati məsuliyyəti yalnız onu təmsil edən, onun adından qərar qəbul edən və ya fəaliyyətinə nəzarət edən vəzifəli şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi ilə bağlı yarana bilər. Hazırkı iş üzrə isə belə vəzifəli şəxsin mövcudluğu, onun konkret hərəkət və ya hərəkətsizliyi, eləcə də təqsiri müəyyən edilməmişdir. Bu isə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasını istisna edir. Hüquqi şəxsin əməlində inzibati xəta tərkibi mövcud olmadığı üçün Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibiolmadığındanxitam verilməsibarədəqərarqəbuledilmişdir. Apellyasiya məhkəməsi Hacıqabul Rayon Məhkəməsinin 24.02.2026-cı il tarixli, 3(5-125)-35/2026 nömrəli qərarını və səlahiyyətli orqan tərəfindən verilmiş apellyasiya şikayətini qarşılıqlı surətdə araşdıraraq belə qərara gəlir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən hüquqi şəxs XXXX-yə işçilərin qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi barədə göstəriş verilmiş və onun icrası üçün 10 iş günü müddət təyin edilmişdir. Göstəriş hüquqi şəxsə, yəni MMC-yə ünvanlanmış və Əmək və Məşğulluq Alt sistemində yerləşdirilmişdir. Lakin hüquqi şəxsin təsisçi-direktoru, vəzifəli şəxs Kərimov Fəxrəddin Həsən oğlu 16.12.2025-ci il tarixli 3-17- 5/2-117379/2025 nömrəli göstərişin icra müddəti başa çatmamış, 01.01.2026-cı il tarixdə vəfat etmişdir. Bundan sonra isə hüquqi şəxsin rəhbərinin səlahiyyətlərini icra edən digər vəzifəlişəxsintəyinolunmasıbarədəməlumatişmateriallarındamövcuddeyil. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, vəzifəli şəxsin vəfat etməsi nəticəsində hüquqi şəxsin göstərişi vaxtında yerinə yetirməsi faktiki olaraq mümkün olmamışdır. Bu vəziyyət hüquqi şəxsin təqsirli hərəkətindən irəli gələn məsuliyyəti istisna edir, çünki vəzifəli şəxsin göstəriş müddəti bitməmiş vəfat etməsi ilə əlaqədar göstərişin icrasının təmin olunması faktiki olaraq mümkün olmamışdır. Əks halda, əgər vəzifəli şəxs göstərişin icra müddəti bitdikdən sonra vəfat etsəydi, onda göstərişin icrasının təmin olunmaması onun təqsirindən irəli gəlmiş olardı və hüquqi şəxsin məsuliyyəti mübahisələndiriləbilərdi. Bundan əlavə, hüquqi şəxsin rəhbərinin vəfatından sonra onun səlahiyyətlərini icra edən digər vəzifəli şəxsin təyin olunmaması hüquqi şəxsin idarə edilməsində faktiki çətinlik yaratmış və Dövlət Əmək Müfəttişliyi Xidmətinin verdiyi göstərişin icrasının təmin edilməsini faktiki olaraq mümkünsüz etmişdir. Bu vəziyyət, hüquqi şəxsin təqsirli hərəkətindən irəli gələninzibati məsuliyyətintətbiqolunmasınaəsasyarada bilməz. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hüquqi şəxsin vəfat etmiş rəhbərinin səlahiyyətlərini icra edən digər vəzifəli şəxsin müəyyən olunmaması, göstərişin icrasına cavabdeh konkret şəxsin müəyyən edilməsinin mümkün olmaması və hüquqi şəxsin təqsirinin sübuta yetirilməməsi birlikdə qiymətləndirildikdə, hüquqi şəxs XXXX-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyil. İşin bütün halları və sübutları birlikdə qiymətləndirildikdə, hüquqi şəxsin təqsirini sübuta yetirmək mümkün olmadığıüçüninzibati məsuliyyətintətbiqiüçünəsasyoxdur. Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbehedilir. 75.0.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xətatörədilmişdirmi)müəyyənedilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyənedilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasınaəsaslananözdaxili inamıiləsübutlarıqiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqındaqərarçıxarılır. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18- dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyətmüəyyənedilmişdir. Beləliklə də, apellyasiya məhkəməsi iş üzrə toplanmış bütün sübutları və faktiki halları məcmu şəkildə qiymətləndirərək hesab edir ki, hüquqi şəxsin inzibati xəta törətməkdə təqsirli olması etibarlı və kifayət qədər sübutlarla təsdiq olunmur. İnzibati məsuliyyətin tətbiqi üçün zəruri olan əsas şərtlərdən biri şəxsin (hazırkı halda hüquqişəxsin)təqsirinin sübuta yetirilməsidir. Lakin mövcudişmateriallarında:  hüquqi şəxsin qanunvericiliyin tələblərini pozduğunu birbaşa təsdiq edən sübutlar yoxdur,  təqdimolunmuşsübutlararasındaziddiyyətlərmövcuddurvəya onlar natamamdır,  təqsirişübhəsizşəkildəmüəyyənetməyəimkan verənfaktiki əsaslaryetərlideyil. Hüququn ümumi prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına əsasən, şəxsin təqsiri sübuta yetirilmədikdə onun məsuliyyətə cəlb olunması yolverilməzdir və yaranmışşübhələrşəxsinxeyrinəşərholunmalıdır. Beləliklə, hüquqi şəxs XXXX-nin İXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi üçünhüquqi əsaslar mövcud deyil. Odur ki, iş üzrə yuxarıda qeyd edilən hallara obyektiv hüquqi qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, səlahiyyətli orqan tərəfindən verilmiş şikayət təmin edilmədən, Hacıqabul Rayon Məhkəməsinin 24 fevral 2026-cı il tarixli, 3(5-125)-35/2026 nömrəliqərarıisədəyişdirilmədənsaxlanılmalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədənsaxlanılmasıhaqqındaqərarqəbuledilir. Odur ki, apellyasiya məhkəməsi şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və136-cımaddələrinirəhbərtutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin rəisi YYYY tərəfindənverilmişapellyasiya şikayəti təminedilməsin. Hacıqabul Rayon Məhkəməsinin 24 fevral 2026-cı il tarixli, 3(5-125)-35/2026 nömrəli qərarıhəminşikayətəmünasibətdədəyişdirilmədənsaxlanılsın. Qərarelan olunduğuandan dərhalsonra qanuni qüvvəyəminir. Qərardanşikayətvəya protest veriləbilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar