Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-203/2026 13.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərarından Protokolu tərtib edən orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı (hakim Yusif Zeynalovun sədrliyi) ilə ##.##.1985-ci il tarixdə Lerik rayonu, Mastail kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lerik rayonu, Mastail kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Protokolu tərtib edən orqan tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilmişdir. IŞIN HALLARI: Işə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin qərarından Protokolu tərtib edən orqan rəisi Anar Əliyev apellyasiya şikayəti verərək Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə əlaqədar qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Protokolu tərtib edən orqan icraatında olan, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə tələbkar X3 ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında Lerik Rayon VVADQ şöbəsi tərəfindən ##.##.2006-ci il tarixdə *** saylı akt qeydi ilə bağlanılmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş ##.##.2009-cu il təvəllüdlü X4 və ##.##.2021-ci il təvəllüdlü X2 tələbkar X3 himayəsində və yanında saxlanılmışdır. Tərəflərin birgə nikahından doğulmuş ##.##.2009-cu il təvəllüdlü X4 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırkı qətnamənin qəbul edildiyi ## ###### 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,61 misli miqdarında sabit pul məbləğində aliment tələbkar X3 xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədi ##.##.2025-ci il tarixdə Protokolu tərtib edən orqan icraatına daxil olmuş, həmin tarixdə icraata başlama qərarı qəbul edilərək borcluya göndərilmiş, tələbkara məlumat verilmişdir. “Elektron Icra” Informasiya Sistemindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində müvafiq sorğular edilmiş, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Icra sənədi üzrə borclu şəxsin adına olan nömrələri elektron SMS göndərilmiş, həmçinin onun istifadəsində olan 051-885-08-43 mobil nömrə ilə əlaqə saxlanılmış qeyd olunan aliment borcunu ödəməsi və icra şöbəsində olması ondan tələb edilmişdir. Lakin icra sənədi üzrə borclu şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş müəyyən məbləğdə aliment borcu yaranmış, qanuni çağırış üzrə şöbəyə gəlməmişdir. ##.##.2025-ci il tarixdə borclu şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşadığı müəyyən edilmiş və icra sənədi icra edilməsi üçün Bakı şəhər Sabunçu rayon Icra şöbəsinə göndərilmişdir. ##.##.2025ci il tarixdə Sabunçu rayon Icra şöbəsinin icra məmuru tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qərəzli şəkildə icra sənədi üzrə tələbi təmin etmədiyi üçün IXM-in 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək, baxılması üçün Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsində inzibati işə baxılan zaman borclunun təqsirli olduğu müəyyən edilərək, qərəzli şəkildə icra sənədinin icrasından yayındığı üçün borclu şəxsin 500 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. ##.##.2026-cı il tarixdə qeyd olunan icra sənədi yenidən Bakı şəhər Sabunçu rayon Icra şöbəsi tərəfindən icra edilməsi üçün Protokolu tərtib edən orqan geri qaytarılmışdır. Icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeydiyyatda olduğu Lerik rayonu, Mastail kəndində yaşamadığı və icra məmurunun çağırışına gəlmədiyi üçün eyni zamanda yenidən icra sənədi üzrə tələbi icra etməkdən yayındığı üçün onun barəsində ##.##.2026-cı il tarixdə axtarış qərarı qəbul olunaraq icra olunması üçün Lerik rayon Polis şöbəsinə göndərilmişdir. ##.##.2026-cı il tarixdə icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Protokolu tərtib edən orqan təhvil verilmiş və iş üzrə izahatı alınmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında müəyyən məbləğdə aliment borcunun yarandığını etiraf etmiş, hazırda ödəniş etmək imkanın olmadığını və gələcəkdə ödəniş edə biləcəyini qeyd etmişdir. Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı aşağıda qeyd olunanlara əsasən ləğv edilməlidir. Icra sənədi üzrə borclu şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs könüllü olaraq çağırışa icra şöbəsinə gəlməmiş, polis əməkdaşları vasitəsi ilə gətirilmişdir. Belə ki, borclu şəxs barəsində inzibati protokol tərtib edilməmişdən əvvəl onunla maarifləndirici söhbətlər aparılır, qanun tələbləri ona izah olunur və borcunun ödənilməsi ondan tələb edilir. Icra sənədi üzrə borclu ilə maarifləndirici söhbət aparılan zaman xüsusilə aliment kateqoriyalı işlər üzrə ödənilən aliment məbləğinin körpə uşaqların gündəlik qida, geyim, onların təhsili üçün nəzərdə tutulmuş xərclər və s. olduğu və ilk növbədə valideyn olaraq onun üzərinə düşən öhdəlik olduğu qeyd olunmuşdur. Lakin bütün bunlara baxmayaraq borclu şəxs rəsmi iş yeri olmadığını əsas gətirərək, aliment borcundan heç bir ödəniş etməmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respulikası IXM-in 528.1-1-ci maddəsi ilə yenidən protokol tərtib edilərək baxılması üçün Lerik Rayon Məhkəməsinə verilmişdir. Lakin Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarında icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müəyyən vaxtlarda aliment ödənişləri etdiyini əsas tutaraq borclu barəsində tərtib edilmiş protoklu xitam etmişdir. Lerik Rayon Məhkəməsi borclu şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs könüllü olaraq şöbəyə gəlməkdən yayındığını, icra məmurunun onunla dəfələrlə telefon vasitə ilə aliment borcun ödənilməsi barədə danışmasını, lakin borclunun qərəzli şəkildə icra sənədinin icrasından yayındığını, yalnız borclu şəxsin barəsində məcburi icra tədbirləri görülən zaman (axtarış, məcburi gətirmə və s.) müəyyən məbləğdə məcburiyyət qarşısında (məsuliyyətə cəlb olunmaqdan yayınmaq üçün) müəyyən məbləğdə aliment ödədiyini, icra şöbəsinə polis əməkdaşları vasitəsi ilə məcburi qaydada gətirilməsini görməzdən gəlmiş, yalnızca borclunun müəyyən məbləğdə aliment ödədiyini əsas gətirmişdir. Halbuki məhkəmə iclası zamanı obyektiv araşdırma zamanı borclu şəxsin hansı səbəbdən aliment borcunu ödəməkdən yayındığının, məhz hansı hallarda (borclu barəsində yalnız məcburi icra tədbirləri görülən zaman) məcburiyyət qarşısında aliment ödənişlərini ödədiyinin səbəblərini müəyyən etmək olardı. Hansı ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsində inzibati işə baxılan zaman qeyd olunan məsələlər ətraflı şəkildə, obyektiv olaraq araşdırılmış və borclu şəxsin təqsirli olduğu aşkar edilərək, borclu şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Borclu tərəfindən hər ay mütəmadi olaraq aylıq aliment ödənişləri olsaydı, 2228 manat kimi böyük məbləğdə aliment borcu yaranmazdı. Borclu şəxs onun barəsində məcburi icra tədbirləri aparılan zaman ödəniş etməyə qadirdirsə, deməli bundan əvvəldə hər ay müəyyən olunmuş məbləğlərdə aliment ödənişlər edilsəydi, hazırda bu qədər böyük məbləğdə aliment borcu yaranmazdı. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs X3 apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri, inzibati xəta haqqında protokollar, icra sənədləri, tələbin könüllü icrası haqqında bildirişlər, habelə işə əlavə olunmuş digər sənədləri ilə sübuta yetirilməmişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında Lerik Rayon VVADQ şöbəsi tərəfindən ##.##.2006-ci il tarixdə *** saylı akt qeydi ilə bağlanılmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2009-cu il təvəllüdlü X4 və ##.##.2021-ci il təvəllüdlü X2 iddiaçı Zərərçəkmiş şəxs himayəsində və yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2009-cu il təvəllüdlü X4 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırkı qətnamənin qəbul edildiyi ## ###### 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,61 misli miqdarında sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Protokolu tərtib edən orqan ##.##.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Sabunçu rayon Icra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi icra olunması üçün Protokolu tərtib edən orqan göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Sabunçu rayon Icra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi icra olunması üçün Protokolu tərtib edən orqan göndərilmişdir. Protokolu tərtib edən orqan ##.##.2026-cı il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs məxsus kart hesabına ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə 100 manat və ##.##.2026-cı il tarixdə 300 manat ödənişlər edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə göstərilənlərə əsasən borclu müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs məxsus kart hesabına ödənişlər etmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materiallarında olan sənədləri nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər inzibati məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsidir. Bu normanın tətbiqi üçün əsas şərt – məcburi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra olunmamasıdır. Burada “üzrsüz səbəb” anlayışı icra sənədinin yerinə yetirilməməsinin obyektiv əsaslara söykənmədiyini, borclunun icra öhdəliyini bilərəkdən, mümkün olduğu halda yerinə yetirmədiyini nəzərdə tutur. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə əsaslarından biri olan inzibati xətanın sübuta yetirilməsi yükü inzibati icraat orqanının üzərinə düşür və şəxsin təqsiri şübhə doğurmadan müəyyən edilməlidir. Inzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Mövcud iş üzrə isə, inzibati xəta tərkibinin mövcudluğu barəsində əsaslı və şübhəsiz sübutlar təqdim edilmədiyindən, yaranmış hüquqi və faktiki qeyri-müəyyənliklər barəsində icraat aparılan şəxsin xeyrinə qiymətləndirilməlidir Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində düzgün qərar qəbul etmişdir. Belə ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya məhkəməsində də bildirmişdir ki, onun sabit gəliri yoxdur. Aylıq gəliri təqribən 500-600 manat civarında olur. Həmin puldan gündəlik 4 manat yaşamaq üçün günlük kirayə evlərə və 5 manat da gündəlik qidasına xərcləyir. Ona görə də aylıq 300 manat aliment ödəyə, eyni zamanda mülkiyyətində olan evi arvadına bağışlaya bilər. Məhkəmə borclunun təklif etdiyi evi borcluya bağışlaması üçün vaxt müəyyən etməklə məhkəmə iclasını təxirə salsa da, nğvbəti iclasda müəyyən edilmişdir ki, məhz tələbkarın notariat orqanına getməməsi və qərəzli hərəkətləri nəticəsində evin bağışlanması mümkün olmamışdır. Bu da borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsinə dair inzibati xəta haqqında protokolda və apellyasiya şikayətində göstərilən halları təkzib edir. Göründüyü kimi, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə müxtəlif vaxtlarda ödənişlər etmiş, icra sənədinin təkrarən üzrsüz səbəbdən icra etməməsi hallarına yol verməmişdir. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırkı halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədindəki tələbin məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməsi ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı Protokolu tərtib edən orqan rəisi Anar Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-203/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-203/2026
13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver