Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-204/2026 17.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi X19 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Beyləqan rayon Polis şöbəsi tərəfindən ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin inzibati xəta haqqında protokola və iş üzrə toplanmış materiala görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə saat 18:48-də Z.Əliyeva küçəsində səs-küy salaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Beyləqan RPŞ-nin polis sahə rəisi, R X13 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Qeyd olunan qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında qərar ona ## #### 2026-cı il tarixində elektron qaydada çatdırılmışdır. Şikayət vermək üçün müəyyən edilmiş 10 günlük müddətin sonuncu günü ## #### 2026-cı il tarixinə təsadüf edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 20-## #### 2026-cı il tarixləri (Novruz və Ramazan bayramları ilə əlaqədar) qeyri-iş günləri elan edildiyindən, Inzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinin tələbinə əsasən (müddətin son günü qeyri-iş gününə düşdükdə, müddət növbəti ilk iş gününə keçir), şikayət vermə müddəti növbəti ilk iş günü olan ## #### 2026-cı il tarixinə keçmiş hesab olunur. Bu səbəbdən şikayət qanunla müəyyən edilmiş müddət daxilində təqdim edilir. Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası IXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilərək 150 manat cərimə və 150 manat ekspertiza xərclərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar ədalətsiz olduğundan ləğv edilməlidir. Belə ki, o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməmişdir, yəni ictimai qaydanın pozulmasına səbəb olan və polis əməkdaşının tələblərinə qəsdən tabe olmayan hər hansı qanunsuz hərəkətlərə yol verməmişdir. Beyləqan rayon Polis şöbəsindən daxil olmuş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, AZA seriyalı ****** nömrəli inzibati qaydada tutma haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları tamamilə əsassızdır. Həmçinin, hər iki protokol fərqli xətlərlə tərtib olunub. Protokolların tərtibində səlahiyyəti olmayan və ona qarşı zorakılıq etmiş şəxs Qərib Musayev şəxsən iştirak edib. Lakin, hər iki protokol ITB-nin sahə rəisi Pərviz Tarverdiyevin adından tərtib olunub. ITB-nin baş inspektoru, həmin vaxt ITB-nin rəisinin vəzifələrini müvvəqəti idarə edən Q.Musayev sahə rəisinin protokolunu “onun əvəzinə” doldura bilməz. Protokol sahə rəisinin adından yazılıbsa, mətndə ITB-nin baş inspektorunun əl xəttinin olması sənədin hüquqi bütövlüyünü pozur. Məhkəmənin qərar təfsilatlı araşdırma aparılmadan qanunvericiliyin maddi və prosessual normaları pozularaq qəbul edilmiş, qanunsuz, əsassız olduğu kimi, həm də işin hallarına, o cümlədən işdə olan sübutlara uyğun deyildir. Bu səbəblə Şirvan Apellyasiya Məhkəməsindən həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji zorakılıq, qanunsuz saxlanılma, təzyiq altında protokol və digər sənədlərin tərtib olunması, vəzifə səlahiyyətlərindən sui-istifadə və müdafiə hüquqlarının pozulması barədə dediyi sözlərə xüsusi diqqət yetirilməmiş, həmçinin, məhkəmədə şahidlərin ifadələrindəki ziddiyətlərə hüquqi qiymət verilməmiş, vəsatətləri əsassız olaraq rədd edilmiş, müdafiə hüququ təkrar məhdudlaşdırılmış, təqdim etdiyi sübutlara hüquqi qiymət verilməmiş və protokollar təhrif olunaraq səthi qərar qəbul edilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ## ###### 2025-ci il tarixində səhər saat 09:32-də polis əməkdaşı X1 ona zəng edərək, Beyləqan rayon Namiq Allahverdiyev adına 1N-li məktəbin direktoru X9 və onun tədris işləri üzrə müavini Lətafət Məmmədova barəsində DIN-in 102 qaynar xətt xidmətinə etdiyi müraciətlərlə bağlı polis rəisinin müavini X8 onunla görüşmək istədiyini bildirmişdir. Gülbəniz Cəfərova və Lətafət Məmmədovanın məktəbdəki fəaliyyəti ilə bağlı onun müraciəti əsasında Beyləqan rayon prokurorluğunda korrupsiya və rüşvətlə bağlı araşdırma gedirdi. Müraciətini elektron şəkildə göndərmiş, çağırıldığı üçün bu səbəbdən özü könüllü şəkildə Beyləqan RPŞ-yə getmişdir. Heç bir müqavimət, polisin tələbinə tabe olmama və ya inzibati xəta halı olmamışdır. Şöbəyə çatdıqdan sonra növbətçi hissədə Elşən Abuzərli onun müraciətini qəbul etməkdən imtina etmiş, o da sakitcə çıxıb getmiş, sonra telefonunu qapı postunda unutduğu üçün geri qayıtmış, bu vaxtı idman paltarında polis şöbəsinin inzibati binası qarşısında çoxlu polislər olmuş, onlardan biri ondan müraciətini kimin qəbul etmədiyini soruşmuş, o, polis əməkdaşı X2 olmuşdur. O, polisə Elşən Abuzərlinin müraciətini qəbul etməkdən imtina etdiyini, halbuki zəng edəndə nə vaxt gəlsə, problem olmayacağını bildirildiyini, dövlət qulluqçusunun hamı üçün vicdanlılıq nümunəsi olmalı olduğunu, bir rayondan başqa rayona gəldiyini, onun nə qadınlığına, nə də müəllimliyinə hörmət edilmədiyini demişdir. Bundan sonra, şöbədən təzəcə addım atıb çölə çıxarkən Qərib Musayev onun boynundan tutub fırladıb zorla onu şöbəyə tərəf aparmış, o nə üçün tutulub aparıldığını bilməmiş, bir anlıq şok keçirmişdir. Qərib Musayev gözləri bərəlmiş şəkildə ona baxaraq “sən bir də 102-yə yığsan, direktordan və müavindən şikayət etsən, sənin başına oyun açacam” deyədeyə onu şöbəyə tərəf aparmış, digər polislər də onların ətrafına toplaşmış, Emil Mustafayev onu aparmaları barədə göstəriş vermiş, sonra növbətçi hissədən içəri daxil olaraq, onu zirzəmiyə doğru saçından, şalvarın belindən, qollarından tutub sürüyüb pilləkənlərə kənarlara, divara dəyə-dəyə aşağı-yuxarı aparmış, əşyaları çantadan pilləkənlərə tökülmüşdür. O, polislərə onunla insan kimi davranmalarını demiş, sonra burnundan qan açılmış polisin biri zirzəmidə olanda salfetka ilə silmiş, ona orada oturmağını demiş, təxminən 5 dəqiqə keçəndən sonra Qərib Musayev və Rahib Bayramov adlı polislər yenidən onu zirzəmidən birinci mərtəbəyə növbətçi hissənin qarşısına tərəf eyni qaydada zorakılıqla aparmış, bu dəfə bir polisin onu telefonla videoya çəkdiyini görmüş, sonra Qərib Musayev onu dəmir qapılı saxlanma yerinə aparıb paltarını soyunmağını demiş, digər polislər onu otaqdan çıxarmış, sonra onu yuxarı mərtəbəyə aparmış, orada ITB-nin otağının yanında sağ tərəfdə Emil Mustafayevin otağı olmuşdur. Orada olarkən ürəyi bulanmış, başı gicəllənmiş, bir neçə dəfə qusmuşdur. Polislər təcili yardım çağırmış, ona ilkin yardım göstərilmiş, təzyiqi 160/100 olmuşdur. Başı və bədəni ağrılar içində qalmış, ona təcili yardım iynə vurmuş və dərman vermişdir. Orda olanda ona görə 3-4 dəfə təcili yardım gəlmişdir. Qollarında və əlinin üstündən damara vurulan iynələrin yerini məhkəmədə hakimə göstərmişdir. Sonra öz inzibati pozuntularını gizlətmək üçün Qərib Musayev protokol tərtib etmiş, Pərviz Tarverdiyev də onun yanında olmuş, tərtib etdikləri protokolu qonşu otaqda olan Emil Mustafeyevə aparıb göstərmişdilər. Daha sonra onu videoya çəkib əşyalarının hamısının orda olubolmadığını soruşmuş, o da telefonunun olmadığını demişdir. Sonra polislər ona “biz nə deyirik, onu yaz, yoxsa sənə 30 sutka verərik, ağlın başına gələr. Aşağıda bir qadın var, onunla padvalda qalarsan” demiş, ona iki dəfə təzyiq altında izahat yazdırmışlar. X14 verib polisin qanuni tələbinə niyə tabe olmadığımı soruşmuş, o da tabe olduğunu, bir neçə nəfərin onu şöbəyə apardığını demişdir. Sonra polislərin nalayiq ifadə işlətdiyini bildirib onu şöbəyə aparmalarının onların iddiası olduğunu yazmış, polislər onun başının üstündə durmuş, təzyiq altında güclə dedikləri sözlərdən yayınmağa çalışmış, Pərviz Tarverdiyev bir neçə polisə eyni məzmunlu izahatı diqtə etmiş, onlar da yazmış, öz inzibati pozuntularını gizlətmək üçün yalan protokol tərtib etmiş, o, nə bildirişə, nə də protokola imza etməmiş, məhkəmədə bu dediklərini olduğu kimi danışsa da, qərarda hüquqi qiymət verilməmiş və öz əksini tapmamışdır. Polislər tərəfindən ona fiziki zorakılıq, psixoloji təzyiq, hədə-qorxu, alçaldıcı davranış göstərilmişdir. Qollarına xəsarət yetirilmiş, bununla bağlı tibbi arayış və ekspertiza rəyi almışdır. Lakin, sorğu versə də, Beyləqan RPŞ məhkəməyə video kameraların 1-2 gündür xarab olduğunu bildirmişlər. Kameraların işlədiyindən əmindir. Növbətçi hissənin başının üstündəki monitorda video müşahidə aparıldığı, qeydiyyat getdiyi görünürdü. Müxtəlif otaqlarda insanların hərəkəti izlənilirdi. Ona qarşı tərtib olunmuş inzibati protokollar və bildirişlərdə imzalar onun olmamış, ona heç bir izahat verilməmiş, sənədlərin məzmunu ilə tanış edilməmişdir. Onların dediklərini yazmağa məcbur edilmişdir. Bu barədə məhkəmədə də rəsmi şəkildə bildirmiş, xəttşünaslıq ekspertizası keçirilməsini xahiş etmiş, hakim ondan vərəqə bir neçə imza çəkib ona verməyini istəmiş, sonra imzaların oxşamadığını bildirmiş, 17-## ###### 2025-ci il tarixdə keçirilmiş ilk məhkəmə iclasında ona vəkil təyin edilmiş Fərhad Hümbətov isə onun məhkəmədə müdafiə etməmiş, əksinə onun iradəsinə zidd olaraq saxta imzanın onun imzasına oxşadığını bildirmiş, o, vəkilə onun vəkili olduğunu bildirmiş, vəkil isə onu dövlətin təyin etdiyini, onun onu seçmədiyini demiş, beləliklə də onun müdafiə hüququ məhkəmədə də pozulmuş olmuşdur. Buna görə də o, ## ###### 2026-cı ildə keçirilən iclasda Beyləqan rayonunda olan vəkilin iştirak etməsini istəmədiyi üçün həmin iclasda vəkil istəməmişdir. Lakin, sonrakı iclaslarda vəkil müdafiəsindən istifadə edəcəyini məhkəməyə ərizə yazaraq elektron məhkəmə sistemi vasitəsi ilə bildirmişdir. Həmçinin,## #### 2026-cı il tarixindən bir gün əvvəl növbəti gün iclasın olacağı barədə SMS almış, bu zaman məhkəməyə vəsatət yazaraq müdafiə hüququnu təmin etmək üçün ona vəkil tapmağa vaxt verilməsini, Beyləqan rayonunda olan vəkillərə Beyləqan rayon RPŞ-nin təsir etdiyini, onların müdirlərinin heç onun sorğusuna cavab vermədiyini və bu səbəbdən başqa yerdən vəkil istədiyini bildirmiş, iclasda da vəkil müdafiəsindən istifadə etmək istədiyini bildirmişdir. Hakim polis Pərviz Tarverdiyevin vəsatətə münasibətini soruşdu, o da “mən yollarda qalmışam neçə aydı, işim gücüm var, bunu həbs edin” deyə ifadə vermişdir. Hakim ona “siz ancaq burdakı dövlət hesabına olan vəkilləri seçə bilərsiz, 24 saata qərar qəbul etməliyəm, siz qəsdən məhkəmənin vaxtın alırsız” demişdir. Qarşı tərəf polis olduğuna görə hakim iclasda onlara üstünlük vermiş, prosessual bərabərlik pirinsipi pozmuş, onlara telefonla gəlməyə icazə verilir onun telefonumu əlindən almışlar. Ona iclasda danışmağa imkan verməmişlər. Qarşı tərəfə isə nəzakətlə davranmış, sözlərini kəsməmişlər. Polislərin ifadə verməyə şəxsiyyət vəsiqəsi olmadan gəldiyinə etiraz etdiyi üçün “siz mənə irad bildirirsizmi” deyərək kobud davranırdı. Hətta, ifadə verən və digər şahidlərin bir-biri ilə əlaqə qurmamasına nəzarət edilməmiş onlar qapının ağzına toplaşmışdır. O, etiraz verdikdən sonra protokola guya çöldə ayrıca otaqda oturduqlarını yazıblar, amma videoya baxanda onların qapını tez-tez açıb bağladığını görmək olur. Bundan başqa orda qapının çölündə ayrıca otaq yoxdur. Iclası faktiki olaraq katibi Cəlal Muradov idarə edir və üstünə qışqırırdı. ## ###### 2026-cı il tarixində polis Qərib Musayev onu və ailə üzvlərini hakimin gözü qarşısında təhqir etmiş, hakim reaksiya vermədən iclasa davam etmiş, sonra Q.Musayev yenidən onu təhqir etmiş, həyat və sağlamlıq əleyhinə hədə-qorxularla zalda təhdid etmiş, zalda əyləşən atasına qarşı hörmətsizlik etmiş, onun üstünə hərəkət edərək fiziki zor tətbiq etməyə cəhd göstərmiş, lakin, atası məhkəmənin nüfuzuna zərər gəlməsin deyə münaqişəyə qoşulmamışdır. O, hakimdən protokol tərtib olunmasını xahiş etmiş, hakim heç bir reaksiya verməmiş, katibi isə onun üstünə qışqıraraq faktiki olaraq iclası o, idarə etmişdir. Q.Musayevi güclə katib zaldan kənarlaşdırmışdır. Bundan başqa polislərin ifadəsindəki ziddiyətləri hakimin nəzərinə çatdıranda belə mövqe bildirmişdir ki, “insandır, ola bilər qarışdırır”. Hətta polislərdən biri ifadə verərkən onlardan birinə istiqamət verir ki, “sizə şərəfsizlər deyirdi?”. Hakim polislərin dərdin çəkən, istiqamət verən, sübutlar toplayan, tərəf saxlayan şəxs yox, hakim arbitraj funksiyasını həyata keçirməlidir. Qarşı tərəf orqandır deyə onların iclasda tərəfin saxlayır, üstünlük verirdi. Buna görə də o, hakimə etiraz vermişdir. Bu tək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs deyil, polisin Azərbaycan qadınına, gənc bir müəllimə qarşı etdiyi hörmətsizlikdir. Onun yerində hər kəs ola bilərdi. Bu təkcə onun şəxsi hüquqlarının pozulması yox, ictmai etimadı zədələyir. Beyləqan RPŞ-də polislər inzibati binanın içində istədikləri qanunsuz hərəkətləri edir, insanlara işgəncə verir, pis rəftara məruz qoyur sonra isə sübutları məhv edərək məhkəmədə bir-birinin xeyrinə şahidlik edib cəzasız qalmaları nəticədə onlarda cəzasızlıq hissi yaradıb. Həmçinin polis şöbəsində olanda polis əməkdaşları açıq şəkildə “şikayət etmə, sən 2023-cü ilin iyun ayından 102-yə müraciətlər etməyə başlamısan, Beyləqanda korrupsiyadan danışmaq olmaz, səni islah edəcəyik” kimi təhdidlər səsləndirmiş və Rahib adlı polis bunları öz şəxsi telefonu ilə videoya çəkmişdir. Bu onu göstərir ki, onlar ona qarşı əvvəldən qərəzli olmuşlar. Heç bir mülki şahid, video, audio sübut Beyləqan rayon Polis şöbəsi tərəfindən təqdim edilməmiş, sadəcə polislər bir-birinə şahidlik etmişdirlər. Vəsatət verib, videogörüntülərin Beyləqan RPŞ-dən alınmasını istəmişdir. Sorğuya 2 gündür kameraların işləmədiyi cavabı verilmişdir. Bütün bunlar onun göstərir ki, öz inzibati əməllərini ört-basdır etmək üçün videogörüntüləri gizlətmişlər. Bu ittihamı məhv edir. O, orada soyuq otaqda 48 saatadək ailəsindən xəbərsiz, müdafiə hüququ pozulmuş, psixoloji sarsıntı və fiziki ağrılar içərisində qalmışdır. Ona məhkəməyə gedəndə əgər hakimə səmimi peşman olduğunu desən, həbs olunmayacağını bildirmiş, yoxsa hakimə həbs edilməyini deyəcəklərini, karyerasının üstündən xətt çəkiləcəyini, iş yerinə təqdimat göndərib işdən çıxardacaqlarını demişdilər. Lakin o, hakimə yalnız həqiqəti danışacağını demiş, məhkəmə zalında yalnız həqiqəti danışmış, ona etdiklərinin hamısını olduğu kimi demiş, qollarında olan qançırları da ilk iclasda göstərmiş, ## ###### 2026-cı il tarixli iclasda isə həmin xəsarətlərə aid ## ###### 2025-ci il tarixli DVD disk təqdim etsə də, həmin diskə baxış keçirilməmişdir. Lakin, ## #### 2026-cı il tarixli protokola DVD diskə iclas zalında baxış keçirildi yazılıb. Protokollar təhrif edilib bununla bağlı qeydlərini 18- ## #### 2026-cı il tarixində iş materialları ilə tanış olan zaman elektron şəkildə təqdim etmişdir. Gec tanış olmağının səbəbi şərait yaratmamaqları idi. Sonradan Beyləqan Rayon Məhkəməsinin sədrinə bir neçə dəfə ərizə yazandan sonra tanış ola bilmişdir. Tamerlan Islamov iclasda deyirdi ki, iş gedib Şirvana gəlib indi tanış olmaq olmaz. Lakin, bu dedikləri protokolda öz əksini tapmamışdır. Protokol deyil, videomüşahidə kameraları əsas sübut kimi götürülməlidir. Ekspertin rəyinə münasibətdə qeyd etmişdir ki, o, təkrar ekspertiza tələb etsə də, tələbi təmin olunmamışdır. O, nə bildirişə, nə də protokola imza etməmişdir. Bildirişdəki imza vizual olaraq baxıldıqda xüsusi bilik tələb etməyə ehtiyac olmadan müəyyən edilir ki, onun tərəfindən icra edilməyib. Lakin, ekspert onun adının qarşısında olmayan başqa bir bənddəki imza ilə müqayisə edərək eyni şəxs tərəfindən icra edildiyi qənaətinə gəlib. Digər protokoldakı azad olunan şəxsin imzası qrafasındakı imzanın da tamam fərqli imza olduğu aydın görünsə də, onun tərəfindən icra olunduğunu qətiyyətlə demir və müəyyən etmək mümkün olmadı yazır. Digər imzaların da uyğunluq predmenti yoxlayarkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilmişdir. Ekspertə göndərilən sənədlərin alınması üçün nə məktəbə, nə də təhsil sektoruna rəsmi sorğu verilməmişdir. O, ərizə yazsa da, iclasda xahiş etsə də, həmin sorğu ilə hakim onu tanış etməmiş, sorğu iş materiallarının içərisində yoxdur demişdir. Sorğu qaydaya görə iş materiallarının içərisində olmalı və tərəflər onunla tanış edilməlidi. ## ###### 2025-ci il tarixində Beyləqan rayon Polis şöbəsində fiziki zorakılığa (saçından, qolundan tutma, sürükləmə) məruz qalmış, psixoloji təzyiq və hədə-qorxuya məruz qalmış, izahatların təzyiq altında alınmasına məruz qalmış, sağlamlıq vəziyyəti pisləşmiş və təcili tibbi yardım çağırılmış, müdafiəçi ilə real olaraq təmin olunmamış, protokoldan göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkillə təmin olunmamış, vəkildən imtina ilə bağlı heç bir ərizə ondan alınmamışdır. Polis şöbəsi video müşahidə kameraları ilə mühafizə olunur, həmin lent yazısı onun pis rəftara məruz qaldığını sübut etmiş, lakin, Beyləqan RPŞ video kameraların bir günün içində xarab olduğunu bildirərək həmin görüntüləri təqdim etməkdən imtina etmişdir. Kameraların bir günün içində xarab olması real görünmür. 2025-ci il ## ###### saat 20:45 radələrində polis əməkdaşı şəxs barədə tutma protokolunu tərtib etmişdir. Protokolda ərizəçinin 2025-ci il ## ###### 17:00 radələrində deyil, 15 noyabr 20:45 tutulduğu göstərilmişdir. O, protokolu imzalamaqdan imtina etmişdir. Real tutulma anı daha tez olmuş, lakin onu qanunsuz olaraq artıq saxlamaq üçün protokolda real tutulma anı gec göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin “xxxx” X7 Beyləqan rayon şöbəsində ## ###### 2025-ci il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədən çıxan kimi müayinə olunmuş, ekspertə və cərrah həkimə 2025-ci il ## ###### tarixində polis tərəfindən pis rəftara məruz qaldığını, Qərib Musayev, Rahib Bayramov və adını bilmədiyi digər polis əməkdaşları tərəfindən ona işgəncə verildiyini bildirmişdir. Ona ambulator karta açılmış və xəsarətlərin ölçüsü müəyyən edilmiş, tibbi arayış verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin “xxxx” X7 Beyləqan rayon şöbəsinin ##.##.2025-ci il ***/** saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rəftar qızının hər iki yuxarı ətraflarında qançırlar olmuşdur. Qeyd olunan xəsarətlər küt əşyaların təsirindən törənmişdir. Müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Göründüyü kimi ilkin olaraq göstərilmiş 2025-ci il ## ###### tarixinə uyğundur. Beyləqan RPŞ-nin ## ###### 2025-ci il tarixli, ****** nömrəli inzibati qaydada tutma haqqında protokolda zahiri baxış zamanı bədən xəsarətləri aşkar olunmadığı qeyd edilmişdir. Bu əlamətlərin Beyləqan RPŞ-nin inzibati binasında saxlanılan zaman polisin pis rəftarı nəticəsində yarandığını sübut edir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Beyləqan RPŞ-dən birbaşa məhkəməyə aparılmış, o, bədənində olan xəsarətləri hakimə göstərmiş və polis şöbəsində başına gələnləri hakimə olduğu kimi danışmışdır. Hakim Səbuhi Səfərov polis şöbəsində saxlanılarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı polis əməkdaşı Qərib Musayev tərəfindən fiziki zorakılıq edilməsi faktının araşdırılması üçün Beyləqan rayon prokurorluğuna ## ###### 2025-ci il tarixində məktub yazmışdır. Həmin məktub və inzibati qaydada tutma haqqında protokol iş materiallarına əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim etdiyi ##.##.2025-ci il tarixli **** nömrəli tibbi arayışın sürətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə, saat 12:45 də Beyləqan RMX-də cərrahın müayinəsində olmuş və ***** nömrəli ambulator kartada diaqnozu “Hər iki bazunun qançırı” qeyd edilmişdir. ## ###### 2025-ci il tarixli bədənində polisin pis rəftarını sübut edən xəsarət izlərinin olduğu video disk ## ###### 2025-ci il tarixində Beyləqan Rayon Məhkəməsinin hakimi Tamerlan Islamova təqdim olunmuşdur. Lakin, hakim video diskə gələn dəfə baxarıq deyib baxış keçirməmişdi. ## #### 2026-cı il tarixli iclasda isə video diskə baxış keçirilməsə də, iclas protokolunda bu hal təhrif olunaraq video diskə “baxış keçirildi” yazılmışdır. Protokol ilə yalnız 18-## #### 2026 cı il tarixində bir neçə dəfə sədrin adına ərizə yazdıqdan sonra tanış olmağa şərait yaradılıb, bundan əvvəl isə Tamerlan Islamov iş materialları ilə tanış olmağına şərait yaratmamışdı. ## #### 2026-cı il tarixli iclasda hətta bildirib ki, “sən gərək Şirvan Apellyasiya Məhkəməsinə iş getməzdən öncə tanış olardın, indi tanış olmaq olmaz”. Buna səbəb hakimin ona etiraz verdiyi üçün ona qarşı qərəzli olmasıdır. Məhkəmə mərhələsində müdafiə hüququnun pozuntuları (##.##.2026) iş ekspertizadan qayıdan kimi dərhal iclasa çıxarılmışdır. Bu barədə ## #### 2026-cı il saat 16:57-də elektron kabinetə mesaj göndərilib, onda vəkillə təmin olunmağına vaxt verilməsi üçün həmin gün elektron qaydada vəsatət yerləşdirmiş, öz seçdiyi müdafiəçini tapmaq üçün vaxt verilməmişdir. Iclasda yalnız dövlət hesabına və Beyləqan rayonundakı vəkillərlə məhdud seçim təqdim olunmuşdur. O, alternativ müdafiəçi tələb etsə də, təmin olunmamışdır. Məhkəmə protokolunda isə bu vəziyyət təhrif edilmiş, guya “müdafiəçiyə ehtiyac yoxdur” kimi təhrif edilmiş qeyd yazılmışdır. Buna dair tərəfindən düzəliş qeydləri məhkəməyə təqdim olunmuşdur. Iş materiallarında olan MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və AZA seriyalı ****** nömrəli inzibati qaydada tutma haqqında protokol vizual baxış zamanı aydın görünən iki fərqli əl xətti ilə doldurulmuşdur. Hər iki sənəddə tərtib edən vəzifəli şəxs kimi ITB-nin sahə rəisi, R Pərviz Tarverdiyevin adı qeyd olunsa da, faktiki olaraq həmin sənədlərin başqa şəxs - ITB baş inspektoru, həmin vaxt ITB-nin rəis əvəzedici R Qərib Musayev tərəfindən yazıldığının şahidi olmuşdur. Vəzifəli şəxs polis Qərib Musayev birinci instansiya məhkəməsində dindirilərkən etiraf etmişdir ki, “Orada olan rəis müavininin, yəni Emil Mustafazədənin göstərişi ilə əmr verdik, saxladıq, tutduq, protokol tərtib elədik”. Bu etiraf birbaşa sübut edir ki, protokollar obyektiv araşdırma nəticəsində deyil, yuxarı rəhbərliyin qabaqcadan verdiyi qanunsuz göstərişi (əmr) əsasında, qərəzli şəkildə və səlahiyyəti olmayan şəxs tərəfindən “hazırlanmışdır”. Həmin müavin onu səhər şöbəyə zəng vasitəsi ilə çağırtdıran şəxsdir. X3 15 noyabr səhər saat 9:32-də ona zəng vuranda məhz həmin E.Mustafazadənin onu şöbəyə çağırdığını demişdir. Göstərilən faktlar sənədlərin hüquqi qüvvəsini tamamilə itirdiyini və sübutlar siyahısından çıxarılmalı olduğunu təsdiq edir. Bu cür kobud prosessual pozuntular iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və işə xitam verilməsi üçün mütləq əsasdır. Iclas protokolları onun ifadələrini tam əks etdirmir, müdafiə hüququ ilə bağlı vəsatəti yanlış əks etdirilmiş, zorakılıq və hədə-qorxu faktları protokoldan çıxarılmış, şahid ifadələri dəyişdirilərək qeyd olunmuşdur. Iş üçün mühüm vəsatətlər və izahatlar nəzərə alınmamışdır. Bu hallar sübutların etibarlılığını aradan qaldırdığını hesab edir. ## ###### 2026-cı il və ## #### 2026-cı il tarixli məhkəmə iclaslarının protokolları ilə tanış olmuş və qeydlərini protokola əlavə olunması üçün təqdim etmişdir. Hər iki protokol nömrələnməmişdir ki, bu da sənədin rəsmiliyinə xələl gətirir. ## ###### 2026-cı il tarixli iclasın protokolunda iclas zamanı polis əməkdaşı X4 tərəfindən ona qarşı işlədilən təhqiredici ifadələr qeyd olunmamışdır. ## #### 2026-cı il tarixli məhkəmə iclasının protokolunda DVD diskə baxış keçirildiyi göstərilsə də, faktiki olaraq həmin iclasda DVD disk nümayiş etdirilməmişdir. Iclas zamanı tərəfindən Beyləqan rayon Vəkil Bürosuna sorğu göndərilməsi barədə vəsatət verilmiş, lakin bu vəsatət “iş materiallarına aid olmadığı” əsası ilə rədd edilmişdir. Özü həmin Vəkil Bürosuna sorğu vermiş, ona xidməti məlumat olduğuna görə məhkəməyə müraciət etməsi cavabı verilmişdir. Halbuki, Fəxri Rüstəmovla neçə dəfə telefonla danışmış, ona mesaj yazmışdır ki, “sizə cavab göndəriləcək”. Əlbəttə, həmin gün növbətçi vəkillər var idi. Sadəcə Beyləqan rayon Polis şöbəsi ona məlumat verməyib. Lakin polislərdən çəkinərək müraciətinə cavab verməyib. Məhkəmə də vəsatətini təmin etməmişdir. ## #### 2026-cı il tarixli iclasın protokolunda müdafiə hüququ ilə bağlı hallar tam əks etdirilməmişdir. Belə ki, protokolda qeyd edilmişdir ki, sədr onun müdafiəçinin köməyindən istifadə edib-etməyi ilə bağlı fikrini soruşmuş və o, dövlət hesabına müdafiəçiyə ehtiyacı olmadığını bildirmişdir. Lakin bu, protokolda təhrif olunub. Faktiki olaraq, ## #### 2026-cı il iclasından bir gün əvvəl o, vəsatət verərək özünə müdafiəçi tapmaq üçün vaxt verilməsini xahiş etmişdir. Iclasda isə vəkil tərəfindən müdafiə olunmaq istədiyimi bildirmişdir. Hakim Tamerlan Islamov ona ## ###### 2026-cı il tarixli iclasda vəkildən imtina etdiyini bildirmiş, o isə cari iclasda müdafiəçi ilə təmin olunmaq istədiyini qeyd etmiş və Beyləqan rayonunda fəaliyyət göstərən vəkillərə etibar etmədiyi üçün başqa yerdən vəkil tapmaq məqsədilə vaxt verilməsini xahiş etmişdir. 17-## ###### 2025-ci il tarixində Beyləqan rayon Vəkil Bürosundan ayrılan vəkilə tərəfindən sual veriləndə ki, “onu niyə müdafiə etmədiniz”, cavabında bildirilmişdir ki, “onunla mən müqavilə bağlamamışam, onu dövlət təyin edib”. Bu səbəbdən artıq burdakı vəkillərə etibar etmir. Lakin vəsatəti yalnız dövlət hesabına vəkil istəsə təmin oluna biləcəyi bildirilməklə rədd edilmişdir. Bu səbəbdən müdafiə hüququ pozulmuşdur. O, vəkil istəmiş, lakin öz seçəcəyi vəkil üçün ona vaxt verilməmişdir. Bütün bunlar protokolda qeyd edilməmişdir. Tutulma vaxtı ilə bağlı mübahisə olduğu halda, telefon anten məlumatlarının çıxarılması barədə verdiyi vəsatət rədd edilmişdir. O, iclasda real tutulma vaxtının 20:45 deyil, təxminən 17:00-18:00 aralığında olduğunu bildirmiş, həmçinin 17 noyabr məhkəmə iclasından sonra saat 21:00dək polis şöbəsində olmamışdır. Vəkillə bağlı vəsatət Beyləqan rayon Vəkil Bürosuna 15, 16 və 17 noyabr tarixlərində növbətçi vəkillərin olub-olmaması barədə sorğu vermiş, məhkəmə iclasında da bu məsələ qaldırılmışdır, lakin protokolda qeyd edilməmişdir. Halbuki, o, məhkəmədə əsaslandırmışdır ki, müdafiə hüququnu polislər məhdudlaşdırıb. Eyni zamanda, ona qarşı zorakılıq edən şəxsin iştirakı ilə hadisələri sürətləndirmək, qorxu altında saxlamaqla ondan 2 dəfə izahat alınmışdır. Beyləqan rayon Polis şöbəsində zorakılıq halları saxlanıldığı zaman ona qarşı zorakılıq edilmiş, nəticədə səhhəti pisləşmişdir. Növbətçi polis bir neçə dəfə təcili yardım çağırmış, ona iynə vuraraq ilkin tibbi yardım göstərmişdir. Lakin məhkəmə tərəfindən yalnız ## ###### 2025-ci il tarixli tibbi arayış əsas götürülmüşdür. Bu arayış yalnız bədənində xəsarətlərin mövcudluğunu təsdiq edir və ona göstərilmiş təcili tibbi yardım faktını əks etdirmir. Fakt iclasda bildirilsə də, protokolda qeyd edilməmiş və vəsatəti rədd edilmişdir. ## ###### 2025-ci il tarixli iclas üzrə 11:29-cu dəqiqəsində verdiyi izahatda “vicdanlı olun”, “mənimlə polisə layiq tərzdə davranın” ifadələrini işlətmiş, lakin protokolun 28-ci səhifəsində onun guya “siz vicdansızsınız, mənim ərizəmi qəbul etmirsiniz” dediyi qeyd edilmişdir ki, bu, həqiqətə uyğun deyil. Iclasın 11:00-cı dəqiqəsindən etibarən bildirmişdir ki, o, telefonunu götürmək üçün geri qayıtmış, polis əməkdaşları ilə ünsiyyətdə təhqiredici ifadələr işlətməmiş, dövlət qulluqçularının vicdanlı davranmalı olduğunu bildirmiş, eyni iclasda açıq şəkildə qeyd etmişdir ki, Qərib Musayev tərəfindən fiziki zorakılığa məruz qalmışdır. Qollarındakı xəsarət izlərini məhkəməyə göstərmiş, saçından, qollarından və geyimindən tutularaq zor tətbiq olunmaqla hərəkət etdirilmişdir. Lakin bu hallar protokolda əks olunmamış, əksinə zorakılıq faktı inkar ediləcək formada qeyd edilmişdir. Protokolda Vəfalı adlı polis əməkdaşının onu videoya çəkməsi qeyd edilmişdir. Halbuki, bildirmişdir ki, videoya çəkilmə hadisəsi Rahib Bayramov tərəfindən baş vermişdir. X10 ifadəsi ilə bağlı iclasın 36:40-cı dəqiqəsində bildirmişdir ki, müraciəti sakit və mədəni formada etmişdir. O, müraciəti qəbul etməkdən imtina etmiş və o, normal şəkildə çıxıb getmişdir. Lakin bu ifadələr protokolda əksini tapmamışdır. ## ###### 2025-ci il tarixli iclas üzrə protokolun 38-ci səhifəsində qeyd olunmuşdur ki, guya o, şahidi təhqir etmişdir. Bu, həqiqətə uyğun deyil və qərəzli şəkildə yazılmışdır. Iclasın təxminən 9:00-cu dəqiqəsində sədr Qərib Musayevə sual verməmişdən əvvəl o, “yalan deyir” ifadəsini işlətmiş, sədr ona irad bildirərək sual verilmədən cavab verməsinin yolverilməz olduğunu qeyd etmiş, əksinə, həmin iclas zamanı şahid qismində çıxış edən Qərib Musayev tərəfindən onun ünvanına açıq şəkildə təhqiredici ifadələr işlədilmişdir. Belə ki, ona qarşı “sən müəllim adına ləkəsən”, “qardaşının yerində olsam utanaram” kimi ifadələr səsləndirmişdir. Bu ifadələr onun şərəf və ləyaqətini alçaldan açıq təhqir xarakteri daşıyır. Lakin bu faktlar protokolda ümumiyyətlə əksini tapmamışdır. O, həmin iclasda zorakılığa məruz qaldığını bir daha bildirmiş və emosional vəziyyətdə olmuş, lakin bu hallar da düzgün qeyd edilməmiş, ## ###### 2026-cı il tarixli iclas üzrə Qərib Musayev tərəfindən “tərbiyəsiz”, “anan, bacın tərbiyəsizdir”, “qanacaqsız”, “səni öldürəcəm”, “pəncərədən atacam”, “birtəhər edəcəm” kimi ifadələr uca səslə və açıq şəkildə səsləndirilmişdir. Bu ifadələr məhkəmə zalında, digər şəxslərin iştirakı ilə səsləndirilmiş və onun şərəf və ləyaqətini alçaltmışdır. Hadisə zamanı onun atasının üzərinə doğru hərəkət edilmiş, o, məhkəməyə hörmət edərək münaqişəyə qoşulmamış, iclas katibi tərəfindən Qərib Musayev məhkəmə zalından uzaqlaşdırılmışdır. Bütün hallar məhkəmənin videomüşahidə kameraları vasitəsilə qeydə alınmış, lakin protokolda öz əksini tapmamış, protokolda DVD-yə baxış keçirildiyi yazılsa da, faktiki olaraq heç bir video baxış aparılmamışdır. ## ###### 2026-cı ildə keçirilən məhkəmə iclasinda polis əməkdaşı, şahid X2 tərəfindən o və ailəsi söyülərək dəfələrlə təhqir edilmiş, fiziki zor tətbiqinə cəhd göstərilmiş, həyat və sağlamlığa qarşı hədə-qorxu səsləndirilmiş, məhkəmə katibi tərəfindən zaldan çıxarılsa da, məhkəmə onu müvafiq məsuliyyətə cəlb etməmişdir. Öz ifadəsində izahat və protokolların tərtibində iştirak etdiyini təsdiq etmişdir. ## ###### 2026-cı il tarixli iclasın 56-cı dəqiqəsindən etibarən onun ifadəsi alınmış, ifadə verərkən sualına cavab olaraq onu idman paltarında zorakılıqla polis şöbəsinə apardığını rəhbərliyin göstərişi ilə əmr verib, protokol tərtib etdiyini, saxladığını özü də təsdiq etmişdir. ## ###### 2025-cı il tarixli iclasda Qərib Musayev izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat alınarkən protokol tərtib olunarkən həmin otaqda onun yanında olduğunu bildirir. Göründüyü kimi zorakılıq edən şəxsin izahat alınmasında və protokolların tərtibində iştirak təşkil etməklə hadisələri sürətləndirmək və qorxu hissini artıraraq təzyiq altında izahatının alınmasına yönəlib. Protokolların tərtibində şəxsən zorakılıq edən şəxsin özü iştirak etməsi onun obyektivliyinə şübhə yaradır. Həmin protokollara və sənədlərə vizual olaraq baxdıqda Pərviz Tarverdiyev tərəfindən tərtib olunduğu yazılsa da, xətlərin fərqli olduğunu görmək üçün xüsusi bilik tələb olunmur. Inzibati xəta haqqında MN ******** saylı protokol və inzibati qaydada tutma haqqında AZA ****** nömrəli protokolların hər ikisinin Pərviz Tarverdiyev tərəfindən tərtib olunduğu qeyd edilsə də hər iki protokola zahiri baxış keçirdikdə eyni şəxs tərəfindən tərtib olunmadığını görmək heç də xüsusi bilik tələb etmir. Protokolları ona qarşı zorakılıq edən şəxs, yəni Qərib Musayev yazırdı. Polis şöbəsində işləyən polislərin çoxunun arvadı həmin məktəbdə işləyib, uşaqları orda oxuduğuna görə onlar direktordan aslılıq münasibətindədir. Onun direktordan prokurorluğa edilən müraciətinə görə bütün bu hadisələri onun başına qəsdən gətiriblər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs proses zamanı tutulması və polisdə saxlanılması zamanı polis tərəfindən pis rəftara məruz qalmasından orqanlara şikayət etmişdir. O, həmçinin şikayət edərək ona tərtib olunmuş inzibati xəta ilə bağlı protokolun saxta olduğunu və bunun Beyləqan rayon Polis şöbəsinin bəzi əməkdaşları ilə əvvəllər müraciətlərinə baxılmadığı, ona nəticəsi ilə bağlı məlumat verilmədiyi üçün mübahisəsinin olması ilə bağlı olduğunu bildirmişdir. Sonuncu dəfə isə məktəbdə hər sinifdən 200-300 manat pul yığıldığına görə korrupsiya faktının araşdırılması üçün məktəb direktoru Gülbəniz Cəfərovanın və onun müavini Lətafət Məmmədovanın fəaliyyətinin araşdırılması üçün Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş Idarəsinə müraciət etmiş, müraciətin araşdırılması Beyləqan rayon prokurorluğuna həvalə edilmişdir. Belə ki, məktəbdə 40-dan çox sinif var, ərizəçinin sağ qolu direktorun onu qəzalı sinifdə dərs keçməyə məcbur etməsi və sinif otağının qəzalı olması səbəbinə görə yıxılıb sındıqdan sonra dövlət tərəfindən tam əsaslı təmir olunub. Lakin, direktor yenə də müəllim və şagirdlərdən siniflərdə pul yığmaq üçün göstəriş verib. Bu barədə şagirdləri də narazılığını bildirib. Imanova şagirdlərin beyninin dərslərlə məşğul olmalı olduğu halda məktəbdə uşaqlardan bir-bir pul yığılması, onların bu işlərə cəlb olunması faktının düzgün olmadığını hesab etmiş, araşdırılması üçün orqanlara müraciət etmişdir. Həmçinin, direktor müavini Lətafət Məmmədovanın “rüşvət ver cədvəlini düzəldim” sözlərini Imanovaya deməsinə görə passiv rüşvət faktının araşdırılması üçün prokurorluğa müraciət etmişdir. Barəsində araşdırılma aparılmış L.Məmmədova həmin sözləri guya kinayə ilə Imanovaya dediyini bildirmişdir. Uşaqların valideyni isə direktordan aslılıq münasibətində olduğu üçün pulu könüllü verdiklərini izahatlarında qeyd etmişlər. Bu araşdırmanın getdiyi bir vaxtda direktor məktəbə özünə yaxın müxtəlif insanları çağıraraq müəllimə hədə-qorxu gəlmiş,onun qəsdən dərs prosesinin pozulmasına bilərəkdən şərait yaratmışdır. O isə məcbur qalıb DIN-ə müraciət etməli olmuşdur. Sonra isə məktəbə polislər gəlmiş, bir neçə gün sonra isə ona zəng edərək şöbəyə çağırmışlar. Bundan sonra isə ona qarşı qanunsuz hərəkətlərə yol vermiş, “Beyləqanda korrupsiyadan danışmaq olmaz” deyərək 102 xidmətinə etdiyi müraciətlərə görə ona işgəncə, fiziki və psixoloji zorakılıq etmiş, 30 sutka həbs olunacağı ilə hədələmiş, başının üstündə duraraq təzyiq altında iki dəfə izahat almışlar. Qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 15 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olur və onun iki iş yeri var. Bu günə kimi barəsində heç bir intizam və ya inzibati tənbeh verilməmişdir. Lakin, məktəbdə işlədiyi ilk ildən - 2020-ci ildən direktor və müavin onu incitməyə başlamış, “biz başqa adam gözləyirdik, sən təyin olundun” deyib işləməyə imkan verməmişlər. O, hazırda ikinci ali təhsil alır, təhsil haqqını ödəmək üçün məcbur onların bu dözülməz davranışlarına dözmüşdür. Ordan canını qurtarmaq üçün bir neçə yerə işlə bağlı müraciət etməli olmuşdur. Bir neçə dəfə dövlət qulluğunun müsahibə mərhələsində və direktorların işə qəbulu imtahanlarında iştirak etmiş, test mərhələsini uğurla keçsə də, direktor müsahibə mərhələsində ona maneçilik törətmişdir. Bundan başqa məktəb direktoru təhsil məzuniyyəti dövründə ## ###### 2025-ci il tarixində IXMin 510 və 535 maddələrinə görə Beyləqan RPŞ-də şənbə-bazar günü protokol tərtib olunduğu üçün izahat tələb etmişdir. Bu Polis əməkdaşlarının ona gizli malumat ötürdüyünü, direktor-polis əməkdaşları arasında əlaqə olduğunu sübuta yetirir. Belə ki, ## ###### 2025-ci il tarixində məhkəmə qərarı elektron sistemə oturmamışdı. Lakin, direktor artıq məlumatlı idi. O, təhsil məzuniyyətində olduğu dövrdə ondan izahat tələb edilmiş, işə çıxan kimi iştirakı və xəbəri olmadan formal olaraq pedaqoji şura çağırıb onu işdən azad edibdir. Halbuki, heç bir protokol məhkəmənin qərarından yüksək ola bilməz. Onun təqsirliliyi müəyyən olunmamış, məhkəmənin qərarı qüvvəyə minməmişdi. Həmçinin, əmək fəaliyyəti zamanı baş verməmişdir. Lakin bəzi məktəbdə arvadı işləyən polislərlə qurduqları planla onun əmək müqaviləsinə xitam verdi. Beyləqan rayon prokurorluğu X2 hərəkətlərini çox gec də olsa araşdırmışdır. Polis əməkdaşı olduğu üçün onun barəsində ciddi tədbir görməmiş, sadəcə təqdimat verməklə kifayətlənmişdir. Onun barəsində xidməti yoxlanılma aparılması üçün RPŞ-yə təqdimat göndərmişdir. Intizam tədbiri görülməsi məsələsini qaldırmışdır. Göründüyü kimi, X2 həm ona qarşı qanunsuz əməllər edib, həm də ona qarşı şahidlik edir. Bu qəbul edilməzdir. Bu hal onun ifadələrinin obyektivliyini ciddi şəkildə şübhə altına alır. Lakin, məhkəmə bunu nəzərə almamışdır.X2 davranışları rəsmi araşdırma predmetidir, bu onun qərəzsiz şahid olmadığını göstərir. Eyni şahidlərin 17-## ###### 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatlar ilə ##.##.2026-cı ilə tarixli məhkəmə iclasında verdiyi ifadələri fərqlidir. Bəzi şahidlər - Elşən Abuzərli ##.##.2026-cı ilə tarixli məhkəmə iclasına ümumiyyətlə gəlmədilər. ##.##.2026cı ilə tarixli məhkəmə iclasına gələn şahidlər əvvəlki ifadələrini dəyişdirmişlər. 2025-ci il ## ######da apellyasiya məhkəməsi Beyləqan Rayon Məhkəməsinin 2025-ci il tarixli 18 noyabr tarixli qərarını ləğv etmişdir. Birinci instansiya məhkəməsində ## ###### 2026-cı il və ## #### 2026-cı il tarixli proseslər zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz şikayətlərini təkrar etmiş, lakin məhkəmə təkrar bu şikayətlərə baxmamışdır. Heç bir vəsatəti təmin etməmiş, obyektiv və hərtərəfli araşdırma aparmamış qarşı tərəf polis olduğu üçün prosessual bərabərlik prinsipini iclasda dəfələrlə pozmuş, orqanın nümayəndəsinə üstünlük vermiş,barəsində inzibati icraat aparılan şəxsin hüquqlarının polis əməkdaşı tərəfindən pozulmasına reaksiya verməmiş və onun hüquqlarının məhdudlaşması ilə nəticələnən qərəzli hərəkətlərə yol verməklə səthi qərar qəbul etmişdir. Sübutların mümkünlüyü və A. Imanova barədə çıxarılmış qərarın əsası kimi dəlillərin sübut kimi əhəmiyyətinin qiymətləndirilməsi zamanı qanun pozuntularına yol verilmiş və məhkəmə onun tutulması vaxtını düzgün olaraq müəyyən etməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə polis şöbəsində pis rəftar edilməsi məsələsini və onun üzərində axtarış aparılması zamanı prosessual tələblərə əməl edilib-edilmədiyini araşdırmamışlar.Axtarış aparılmasını zəruri edən səbəblər göstərilməmiş, cəmi bir nəfər səlahiyyəti olmayan şəxs tərəfindən, yəni xadimə tərəfindən şəxsin üzərinə baxış keçirilmişdir. Cəmi bir nəfər hal şahidi iştirak etmişdir. Hal şahidi qaydaya görə ən azı iki nəfər olmalıdır. “Beyləqan rayon prokurorluğunda zorakılıq faktı araşdırılır” deyərək üzərindən səthi olaraq keçmişdir. Zorakılıq faktına xususi diqqət yetirməmiş,məhkəmə -tibbi ekspertinin rəyini almadan tələm-tələsik qərar qəbul etmişdir.2025-ci il ## ###### tarixli məhkəmə tibbi ekspertinin rəyinə görə Imanovanın bədənində döyülmə üçün xarakterik xəsarətlər vardır. Polis əməkdaşları tərəfindən imzalanmış sənədlər və ifadələr Qərib Musayev və Pərviz Tarverdiyev tərəfindən fərqli qələmdən istifadə olunmaqla eyni anda tərtib edilmişdir. Pərviz Tarverdiyev adından tərtib olunan iki sənəddə xətlər tamam fərqlidir. X5 xüsusi fəallıq göstərərək həmin sənədləri özü tərtib edib. Polis əməkdaşlarının ifadələri peşəkar polis əməkdaşı tərəfindən diktə edilmiş və onlar eyni şeyləri demişlər. Istintaq və məhkəmələrdəki proseslər zamanı bu faktlar araşdırılmamış və bununla bağlı hər hansı tədbir görülməmişdir. Inzibati xətanın törədilməsi ilə bağlı sübutların müvafiq prosessual tələblərin pozulması ilə əldə edildiyini və Imanovanın təqsirini sübuta yetirmədiyini, xüsusilə, ## ###### 2025-ci il tarixli iclasda Elşən Abuzərli və Namiq Zeynalov, Samir Abbasov, Elməddin Məmmədovun ifadələri bir-birinə ziddiyyət təşkil etmişdir. Həmçinin, bütün şahidlərin birinci instansiya məhkəməsində ## ###### 2025-ci il tarixində işə baxılan zaman verdikləri ifadələr ilkin ifadələrindən fərqli olmuşdur. ## ###### 2026-cı il tarixində keçirilmiş məhkəmə iclasında şahid kimi dindirilmiş X6 ilkin izahatından fərqli olaraq bildirir ki, “polisin ünvanına cındırlar hara baxır mənim müraciətimi götürmür” ifadəsini polis şöbəsinin binasının içərisində işlətmişdir. Bundan sonra biz onu növbətçi hissəyə təhvil vermişik”. Samir Abbasov qapı postunda olduğu halda binanın içərisində baş verənləri görə və eşidə bilməzdi. Növbətçi hissə elə özü də binanın içindədir. O, ilkin izahatında onun telefonunu alıb, şəxsiyyətini müəyyən edib içəri göndərdiklərini və sonradan adının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğunu bildikləri həmin qadının binadan narazı halda çıxıb onlara doğru gəlib qapıdan çıxıb getdiyini, telefon qapı postunda qaldığı üçün dərhal geri qayıdıb “şəxsiyyətsizlər mənim raportumu götürmür” kimi nalayiq ifadəni ünvansız yerə işlətdiyini bildirmişdr. Samir Abbasov qapı postunda idi. Inzibati binadan 80-100 metr uzaqlıqda yerləşən qapı postu binanın içərisi deyil. Şəxsiyyətini öncədən müəyyən edib, telefonunu alıb onu binanın içinə, yəni növbətçi hissəyə buraxıblarsa necə olur ki, şəxsiyyətini sonradan geri qayıdanda müəyyən edirlər. Raportu necə verə bilər ki, o, müəllimədir. Sonra da deyir ki, nalayiq ifadələri işlədəndən sonra onu binanın içində olan növbətçi hissəyə aparıb təhvil verdik. Ona qarşı heç bir təzyiq olmayıb. Göründüyü kimi yalan danışdıqlarına görə yadlarında heç nə qalmır. Ifadələr ziddiyyətlidir. ## ###### 2026-cı il şahid qismində dindirilmiş X11 ifadə verərək Samir Abbasovla qapı postunda olarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onlara yaxınlaşaraq müraciət etmək üçün gəldiyini bildirmiş, onun şəxsiyyət vəsiqəsini, mobil telefonunu alıb inzibati binanın içinə buraxmışlar və sonradan şəxsiyyəti onlara məlum olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxıb getmişdir. Telefonu qaldığı üçün geri qayıdıb “cındırlar, ləyaqətsizlər” ifadəsini binanın içərisində işlətmişdir. Onu növbətçi hissəyə təhvil vermişlər. Bu şəxs də binanın içindən onun çıxıb sakit halda getdiyini bildirir. O, telefonu götürmək üçün qapı postuna yaxınlaşmışdırsa birbaşa binanın içinə onu kim buraxdı ki, orada kimisə təhqir etsin. Axı onun sakit halda getdiyini deyirlər. Qapı postunda olan adam binanın içində olanları necə eşidə bilər. Qapı postu binanın içərisi deyil. Aralarında 80-100 metr fərq var. ## ###### 2025 ci il tarixli ifadəsində “Şərəfsizlər “ sözünü işlətdiyini demişdi. Yəni, sözləri ikinci ifadəsində işlədib əvvəlki ilə ziddiyət yaratdığını bildirəndə hakim Tamerlan Islamov şahidə istiqamət verib dedi ki, “ola bilər də, insandır”. Digər şahidlərə də hakim özü istqamətləndirici sual verirdi. Məsələn, şahidə deyir ki, “Şərəfsizlər sözun sizə dedimi?” və s. ## ###### 2026-cı il tarixində keçirilən məhkəmə iclasında Beyləqan rayon Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi X12 ifadəsində qapı postunun xanımı içəri gətirdiyini və binanın içinə girəndən sonra onun guya polisin ünvanına “biqeyrətlər, şərəfsizlər” ifadəsini dediyini şahidin adından protokola təhrif edərək yazmışlar. Şahid ilkin izahatında içəridə Elşən adı çəkib nalayiq ifadə işlətiyini demişdir. Çöldə olan səsküyü eşitmədiyini demişdir. Onun yanında olan köməkçisi Elşən Abuzərli isə o, Elşən adı çəkib təhqir etmiş olsa hər halda deyərdi ki, onu təhqir etdi. Elşən Abuzərli izahatında demişdir ki, bu xanımın başına gələnləri və onun burda olmağını həzm edə bilmir, o, savadlı və lazımlı adamdır. Əxlaqı yerindədir, ona demişdir ki, zəhmət olmasa müraciətini qəbul edin. Ona dəftərxana bağlı olduğun demişdir. 3-5 dəqiqə sonra səs-küylə onu içəri gətirdilər, qapını o, içəridən açmış, başına çoxlu polislər yığışmışdır. Ona görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu çoxlu polisin gətirdiyini deyir. Hakim ona bildirdi ki, siz öz gördüklərinizi deyin. Dedi ki, çöldə olanı eşitməmişdir, o, növbətçi hissədə idi. Binanın içində “şəxsiyyətsizlər” dedi. Göründüyü kimi ifadələr yenə ziddiyətlidir. Hətta, şahidlərdən biri Elşən Abuzərli ## ###### 2026-cı il tarixli iclasda iştirak etmədi. Qərib Musayev isə deyir ki, o, ilk dəfə müraciət etməyə gələndə müraciətini qəbul etməyiblər deyə söyüş söyə-söyə binadan çıxıb getmiş, sonra telefon qalıb geri qapı postuna qayıdıb çöldə Elşən Abuzərlini söymüşdür. Onda bəs niyə ilk dəfədən saxlamırdılar. Həm də digər şahidlər sakitcə çıxıb getdiyini deyirlər. Rəhbərliyin göstərişi ilə tutub saxlanılmış, protokol tərtib edilmiş, sistemdən sənədləri onun çıxardığını deyibdir. Lakin, ilkin izahatında ona toxunmadığını, nə üçün onun adını çəkdiyini bilmədiyini, sadəcə izahat alanda otaqda olduğunu demişdir. Qərib Musayevdən başqa heç kim onun ilk dəfə müraciət etməyə gələndə müraciəti qəbul edilmədikdə binadan çıxıb qapı postuna tərəf gedərkən söyüş söydüyünü deməmişdir. Digərləri binanın içində Q.Musayev isə binanın çölündə nalayiq ifadələr işlətdiyini bildirmişdir. Pərviz Tarverdiyev isə onun binanın çölündə Zərifə Əliyeva küçəsində və binanın içində əvvəlki izahatından fərqli olaraq “oğraşlar”, “biqeyrətlər” kimi sözləri işlətdiyini demişdir. Bu ifadələri ilkin iclasda deməmişdir. Bütün ifadələr ziddiyətlidir və məhkəmə bu ifadələrə xüsusi diqqət ayırmayıb. Həmçinin, qeyd etmişdir ki, o, əslində 2025-ci il ## ######da saat 17:00 radələrində tutulmuş qanunsuz olaraq polisdə təcridxanada saxlanmışdır. Pis rəftarla bağlı fakta gəlincə, 2025-ci il ## ###### tibbi arayış və 19 noyabr tarixli məhkəmətibb ekspertinin rəyinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, polis tərəfindən tutulan zaman və polisdə saxlandığı zaman pis rəftara məruz qalmışdır. Məhkəmə istintaqı zamanı iş materiallarında olan dəlillər nəticəsində müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutulan zamanı istintaq orqanı tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Onun tutulması dərhal sənədləşdirilməmiş, o, vəkillə təmin olunmamış, hüquq və vəzifələri barədə ona məlumat verilməmiş, o, 48 saat qanunsuz olaraq Beyləqan rayon Polis şöbəsində saxlanmışdır. Məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən edilmiş prosessual hərəkətlərin video çəkilişinin sübut kimi iş materiallarına əlavə edilmədiyini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı iddianın ittihamçı tərəfindən hər hansı mötəbər sübutla təkzib edilmədiyini nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bədəni üzərindəki xəsarətlərin polis tərəfindən tutulan zamanı yetirildiyini bir daha təsdiq edir. Məhkəmənin hazırkı işdə sübut kimi istinad etdiyi bütün sənədlər və ifadələr ziddiyyətlidir və Imanovanın iddialarını təkzib etmir. Imanovanın xəsarətinin səbəbi və onu yetirənlər araşdırılmalıdır. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi və işdə olan sübutlar əsasında yeni qərar qəbul edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X19 apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Inzibati xəta haqqında protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Beyləqan rayon Polis şöbəsi tərəfindən ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin materiallarında olan Beyləqan rayon Polis şöbəsinin PPXB-nin R Samir Abbasov tərəfindən Beyləqan rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanova ünvanlanmış ## ###### 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 18:45 radələrində post yoldaşı Elməddin Məmmədovla birlikdə Beyləqan rayon Polis şöbəsinin * saylı qapı postunda xidmətdə olduqları zaman bir nəfər şəxs Zərifə Əliyeva küçəsində ünvansız olaraq nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunan səbəblərdən sonradan adının məlum olduğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. “Inzibati qaydada tutma haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə, saat 20:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, */*** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, inzibati işin 5-ci vərəqində olan ##.##.2025-ci il tarixli bildirişdə “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs” yazıları qarşısındakı imza; 6-7-ci vərəqlərində olan ##.##.2025-ci il tarixli MN seriyalı 2403594 № li Inzibati xəta haqqında protokolun 1-ci vərəqinin aşağı hissəsində “izahatda bildirdi ki,” yazıları qarşısındakı imza və “Üzərimdə heç bir bahalı zinyət əşyası yoxdur, kartlarım yerindədir” əlyazmaları, 2-ci vərəqində “2.” rəqəmləri qarşısındakı və “imza” qrafasındakı imzalar (3 ədəd); 8-ci vərəqində olan ##.##.2025-ci il tarixli izahatda “Mənə verilən suallara cavab olaraq bildirir ki,” yazılarından sonrakı əlyazmalar (“sual” hissələrindəki əlyazmalardan başqa) və həmin izahatın üz tərəfinin aşağı hissəsindəki və arxa tərəfində “İ.Aynurə Rəftar” əlyazmaları qarşısındakı imzalar; 9-cu vərəqində olan ##.##.2025-ci il tarixli izahatda “Mənə verilən suallara cavab olaraq bildirirəm ki,” yazılarından sonrakı əlyazmalar və həmin izahatın üz tərəfinin aşağı hissəsindəki və arxa tərəfində “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs” əlyazmaları qarşısındakı imzalar; 14-cü vərəqində olan ##.##.2025-ci il tarixli AZA seriyalı 028080 № li Inzibati qaydada tutma haqqında protokolda “Inzibati qaydada tutulanın imzası:” qrafasındakı imza; 15-ci vərəqində olan ##.##.2025-ci il tarixli AZA seriyalı ****** nömrəli Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokolun arxa tərəfində “Şəxsi axtarış aparılan şəxsin imzası:” və “Təhvil aldım:” qrafalarındakı imzalar - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, inzibati işin 14-cü vərəqində olan ##.##.2025-ci il tarixli AZA seriyalı 028080 № li Inzibati qaydada tutma haqqında protokolda “Azad edilənin imzası” və “Azad edilənin” qrafalarındakı imzaların - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat müəyyən edilmişdir. Inzibati xəta haqqında protokol tərtib edildikdən sonra Inzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin məzmunu dəyişdirilmişdir və hazırda həmin maddəyə bəndlər əlavə edilmiş, şəxsi təqsirləndirildiyi məzmun 510.1-ci maddədə ehtiva olunmuşdur. Lakin birinci instansiya məhkəməsi şəxsi 510-cu maddə ilə təqsirli bilərkən, ümumiyyətlə hansı redaksiyanın nəzərə alındığını göstərməmişdir. Beyləqan RPŞ-nin ## ###### 2025-ci il tarixli, ****** nömrəli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zahiri baxış zamanı bədən xəsarətləri aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin “xxxx” X7 Beyləqan rayon şöbəsinin ##.##.2025-ci il ***/** saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rəftar qızının hər iki yuxarı ətraflarında qançırlar olmuşdur. Qeyd olunan xəsarətlər küt əşyaların təsirindən törənmişdir. Müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Həmçinin, X2 rayon prokurorluğuna verdiyi izahatında bildirmişdir ki, “izahatı alındıqdan sonra həftə sonu olduğuna görə iş günü ## ###### 2025-ci ildə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Beyləqan Rayon Məhkəməsinə aparmışlar. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularkən heç bir xəsarət olmamış, sonradan inzibati qaydada tutulmuş və tutulduğu vaxtdan onun barəsində olan inzibati xəta haqqında materiala məhkəmədə baxıldığı vaxta qədər polisin nəzarətində olmuş (Q.Musayev izahatı ilə bunu təsdiq etmişdir) və ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilən xəsarətlərin 3-5 gün əvvələ aid olması, onun Beyləqan RPŞ-nin inzibati binasında saxlanıldığı tarixlərə uyğunluq təşkil edir. Qeyd olunanlarla yanaşı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə icraat başlanıldığı ilk andan onun müdafiə hüququ pozulmuş, ona ümumiyyətlə müdafiəçi təqdim olunmamışdır. Hətta nəinki inzibati xəta haqqında iş üzrə icraat balanılmış, hətta ona inzibati qaydada tutma da tətbiq edilməsinə baxmayaraq, müdafiəçi ilə təmin edilməmişdir. Lakin məhkəmə bu qaydada əldə olunmuş sübutları mötəbər hesab etmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin III bəndinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilkin araşdırma zamanı verdiyi etirafedici izahat deyil, onun məhkəmə iclasında verdiyi izahat mötəbər hesab edilməlidir. Bundan başqa, hadisənin polis şöbəsinin daxilində baş verməsinə baxmayaraq, heç bir videogörüntü sübutlar siyahısına əlavə edilməmiş, əksinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələb etməsinə baxmayaraq, yənə də təqdim olunmasından imtina olunmuşdur. Bu da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdiklərinin həqiqət olması qənaətinə gəlməyə əsas verir. Həmçinin, inzibati xəta haqqında və inzibati qaydada tutma haqqında hər iki protokolların vizual olaraq aşkar şəkildə müxtəlif xətlərlə tərtib olunması da, onların ITB-nin sahə rəisi Pərviz Tarverdiyevin adından imzalanmasına baxmayaraq (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında protokolun Q.Musayev tərəfindən doldurdulduğunu bildirmişdir), faktiki olaraq müxtəlif şəxslər tərəfindən tərtib edilməsi barədə dəlilini də əsaslı edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (## ###### 2026-cı il tarixə qədər qüvvədə olan redaksiya) 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2004-cü il tarixli, * saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Beyləqan rayon Polis şöbəsi tərəfindən ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Beyləqan rayon Polis şöbəsinin ITB-nin sahə rəisi X13 tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-204/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-204/2026
17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver