Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-206/2026 17.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlu, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi və cərimə edilməsinə dair Salyan Rayon Məhkəməsinin 3(057)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Azərbaycan Respublikasının Mərkəzi Bankı “xxxx» MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## ###### 2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərmişdir. Inzibati xəta haqqında həmin protokoldan görünür ki, “xxxx» MMC tərəfindən 11000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyuta, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3.cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 11000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə “xxxx» MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 11000 ABŞ dolları məbləğində vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2200 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatı məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 məhkəmənin həmin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan ödəniş əsasında idxal əməliyyatı 2 il müddəti başa çatmamış həyata keçirilmişdir. Həmçinin iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəfimizə qanunla nəzərdə tutulmuş qaydada hər hansı bildiriş təqdim edilməmişdir. Belə ki, poçt vasitəsilə rəsmi bildiriş göndərilməmiş, SMS məlumatlandırılması həyata keçirilməmiş, məhkəmə iclası barədə məlumat yalnız təsadüfi olaraq elektron məhkəmə sisteminə daxil olduqda aşkar edilmişdir. Məhkəmənin tərəfi lazımi qaydada xəbərdar etmədən işə baxması, müdafiə hüququnun, tərəflərin bərabərliyi və çəkişmə prinsipinin pozulmasıdır, bu hal ciddi prosessual pozuntu hesab olunur. Iş materiallarında tərəfə məhkəmə bildirişinin təqdim edilməsini təsdiq edən hər hansı rəsmi çatdırılma sənədi (poçt qəbzi, çatdırılma barədə bildiriş, SMS hesabatı və s.) mövcud deyildirsə, məhkəmə tərəfindən tərəfin lazımi qaydada məlumatlandırılması faktı sübuta yetirilmiş hesab edilə bilməz. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş bu prosessual pozuntu qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun məlumat verilməsinə baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin və Azərbaycan Respublikasının Mərkəzi Bankın səlahiyyətli nümayəndələri gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində əməlində inzibati xəta hadisəsinin olmamasını iddia edərək, tələbini Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Şikayətin məzmunundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əsas dəlili avans yolu ilə ödənilmiş vəsaitinə dair malların qaydalara əsasən müəyyən olunmuş vaxt ərzində idxal edilməsində olan gecikmənin obyektiv səbəblə bağlı olması ilə bağlıdır. Bununla əlaqədar olaraq məhkəmə aşağıdakı sübutları yenidən tədqiq etməyi zəruri hesab edir. ## ###### 2025-ci il tarixli məktub və qoşmasından görünür ki, hüquqi şəxs “xxxx» MMC tərəfindən 11000.00 ABŞ dolları məbləğində vəsait ## ###### 2023-cü tarixdə «xxxx» ASCdə olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülməsi, 11000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər təqdim edilmişdir. “xxxx”ASC-nin ##.##.2023-cü il tarixli OX* nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx» MMC-nin AZ**AIIB******G************* saylı hesabından 11000 USD ABŞ dolları NRA1562814201********** saylı hesaba köçürülmüşdür. ## ###### 2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 11000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarım bəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 11000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2025ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən «Inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar …., digər sənədlərlə, ….., inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir». Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən “Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.”. Məhkəmə qanunun qeyd olunan normalarına əsasən hesab edir ki, yuxarıda qeyd olunan sənədlər və inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş qaydada əldə edildiyindən, iş üzrə sübutlar hesab olunmalıdır. Inzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə “inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi)”, “inzibati xəta törətmiş şəxs”, “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Yuxarıda qeyd olunan, eləcə də, iş üzrə toplanmış digər sübutların məcmusu ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2023-cü il tarixdə 11000 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüş və həmin vəsait hesabına alınan mallar(xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində olan inzibati xəta haqqında qərardan ümumi əsaslarla şikayət etsə də, aşkar olunmuş inzibati xətanın törədilməsini istisna edən halla bağlı heç bir sübut təqdim etməmiş, yalnız prosessual hallarla bağlı şikayəti əsaslandırmışdır. Şikayətdə qeyd olunan hallarla bağlı qeyd edilməlidir ki, inzibati xəta hərəkətinin törədilməsi faktı mövcuddur, hal-hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, bununla da hüquqi şəxsin səlahiyyətli nümayənədəsinin məhkəmə baxışı iclasında iştirakı və müdafiə hüququ üçün şərait təmin edilmişdir. Bununla belə nümayəndə məhkəmə iclasına gəlməmiş, həmçinin inzibati xətanın törədilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli qərarında qeyd olunur ki, məhkəmələr Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hazırkı şikayətdə göstərdiyi dəlillər, yəni aldadılmağa məruz qalmaları, avans məbləğinin geri qaytarılması barədə müraciətlərinin nəticəsiz qalması ilə bağlı obyekriv əsaslar işin halları təsdiq olunmadığına görə, onu inzibati məsuliyyətdən azad edən hal sayıla bilməz. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin apellyasiya dəlilində qeyd olunan vəsait hesabına alınan malın ölkəyə gec idxal olunmasının onun təqsiri səbəbindən baş verməsini iddia etsə də, bu hal apellyasiya baxışı zamanı müəyyən olunmamışdır. Bununla da şikayətdə irəli sürülmüş iddianın əksinə olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin birinci instansiya məhkəməsinin qərarı ilə istinad edilən, ##.##.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir edilmiş inzibati xətaları törətməsi, yəni valyuta tənzimi qaydalarını pozması birinci instansiya məhkəməsində Inzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Inzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli və tənbeh olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməli düzgün olaraq Inzibati Xətalar Məcəlləsi 430.4-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, şikayət əsassız hesab olunmalıdır. Məhkəmə barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxsə təyin edilmiş inzibati tənbehlə bağlı qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «Inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmənin təyin etdiyi inzibati tənbeh tədbiri törədilmiş inzibati xətanın xarakterinə, onun təqsirinin dərəcəsinə uyğun hesab edilməlidir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında protokolun, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, IXM-in 135.1.1.-135.1.6-cı maddələrinə əsasən şikayət verilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsinin gədiyi nəticələr inzibatı tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli olan hallar sübuta yetmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdur. Ona görə də Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı qanuni hesab edilməli, verilmiş şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin olunmasın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi və cərimə edilməsinə dair Salyan Rayon Məhkəməsinin 3(057)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-206/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-206/2026
17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver