Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-207/2026 24.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, icra sənədi üzrə tələbkar-zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim X1) ilə, ##.##.1977-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Salyan şəh, X.R.Ulutürk küçəsində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞIN HALLARI: Şirvan Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Salyan Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə Salyan Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, təqdim edilmiş *(*-***)-***/**** saylı qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun qərəzli olmasını, məhkəməni və icra məmurunu aldatmağa yönəlmiş hərəkətlərini, şəxsiyyətini nəzərə alaraq ona bir ayadək müddətə inzibati həbs cəzası tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin *-*(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 30.000 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) məbləğində pul və ödənilmiş 240 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya, yəni ona Zərərçəkmiş şəxs ödənilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ###### 2026-cı il tarixli, MN 2323318 inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121 )-***/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi ödənilməli olan 30.000 ABŞ dolları və 240 manat borcdan 50520 manat hissəsini tam qaydada ödəməkdən imtina edir. Səlyan rayon məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 528-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərar alınmışdır. Hesab edir ki, tətbiq edilən inzibati tənbeh işin icra edilməsinə birbaşa maneə olmaqla məhkəmə nəzarəti funksiyasından kənara çıxmaqla ədalətsiz nəticənin, icrası mümkünsüz qərarların çıxarılmasına səbəb olmaqdadır. Bu “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”nun onsuzda ona olan borcunu ödəməkdən imtina edir. Üstəlik məhkəmənin mövcud qərarı ona dəlalət edəcəkdir ki, borclu ödənişlərdən yayınsın. Məhkəmə qərarının icrasını təmin etmək üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək maddənin dispozisiyasında olan daha ağır inzibati cəza təyin edilməlidir (fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir). Yəni maddədə göstərilənlər bir başa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aid etməklə cəza ağırlaşdırılmalıdır. Belə ki, - cəza təyin edilərkən “pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla” qeyd edilir ki, məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, - özü vəzifəli şəxs olmuş (sahibkar olmuş və Kommersiya məhkəməsində işə baxılmış) və cəza təyin edilərkən nəzərə alınmamış, - məhkəmə qətnaməsi ilə ödənilməli olan borcun qərəzli şəkildə ödəmədiyi aşkar məhkəməyə məlum olmuşdur, - təqdim etdiyi iş yeri bir başa məhkəmə qətnaməsindən sonra işi uzatmaq xatirinə yaradılması həm icra məmuruna, həmdə məhkəməyə məlum olmuşdur, - sözügedən iş yerinin başqasının adına devirməklə faktiki olan və mübahisənin predmeti olmuş sahibkarlıq obyektinin formal olaraq başqasının işlətməsi kimi göstərməsinin aşkar ortada olması bildirilsədə məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 500 manat cərimə ilə bütün məsuliyyətdən azad olmağa nail olmuşdir. PROSES İŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsinin iclasında: İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarını dəyişdirilib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil hər biri ayrı-ayrılıqda tələbkar tərəfindən verilmiş şikayətin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini, iş üzrə Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Apellyasiya məhkəməsi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və tələbkar Zərərçəkmiş şəxs dinləyib, inzibati xəta haqqında iş üzrə materialları və şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilməlidir. Belə ki, apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə şikayətin dəlillərini əsaslı sayır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – icra sənədi, inzibati xəta haqqında protokol, inzibati xəta törədən şəxsin özünün, tələbkarın izahatları və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan: Şirvan Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 30.000 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) məbləğində pul və ödənilmiş 240 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. “İcraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmış, həmin tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. ##.##.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirvan Kommersiya Məhkəməsinin *- *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra etməyi xahiş olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixli izahatında görünür ki, icra sənədi barədə xəbərdardır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi hal-hazırda işsizdir. İşlədiyi mağaza 4 il əvvəl bağlanıb. Ona görə də, gəliri yoxdur. İcra sənədi üzrə bu günədək heç bir ödəniş etməmişdir. Borcunu ödəməkdən imtina etmir. İşsiz olduğu üçün borcunu tam qaydada ödəyə bilmir. Borcunu hissə-hissə ödəyə bilər. ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirvan Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi və ##.##.2025-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməyi tələb olunmuşdur. Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, borclu ##.##.1977-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixli izahatında görünür ki, icra sənədi barədə xəbərdardır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi imkansız olmağı və işsiz olduğu üçün verə bilməmişdir. İcra sənədi üzrə bu günədək heç bir ödəniş etməmişdir. Bu gün borcunu tam şəkildə ödəyə bilmir. Hər ay maaşından tutulmasını xahiş etmişdir. ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirvan Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi və ##.##.2025-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməyi tələb olunmuşdur. ##.##.2026-cı il tarixli “borclunun axtarışı haqqında” qərarından görünür ki, borclu, ##.##.1977-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixli izahatında görünür ki, borcunu ödəməkdən imtina etmir. O, fərdi sahibkarın yanında xəzinədar işləyir. Hər ay 450 manat əmək haqqı alır. Əmək haqqının hər ay 50%-i tutularaq tələbkar Zərərçəkmiş şəxs bank hesabına ödənilir. O həmin məbləği tam qaydada maddi imkanı olmadığı üçün ödəyə bilmir. ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirvan Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi həmin Məcəllənin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin hakimi tənbeh edilən şəxsin inzibati qaydada tənbeh edilməsi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmiş, qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün qiymətləndirmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsi tələbkar Zərərçəkmiş şəxs şikayətinin dəlillərində borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbirinin mübahisələndirilməsini nəzərə alıb aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanskiyasında fiziki şəxslər üçün beş yüz manatdan min manatadək məbləğdə cərimə cəzası və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. İş materiallarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə nəticəyə gələrkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini nəzərə alaraq, inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından sonuncu barəsində İnzibati Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbehin ən aşağı həddinin tətbiq olunmasını qanunamüvafiq hesab etmişdir. Lakin apellyasiya məhkəməsi tətbiq olunmuş tənbeh tədbiri ilə razılaşmayaraq, eləcə də məhkəmə qərarlarının icrasının təmin edilməsini konstitusiya dəyərləri baxımından vacib hesab edərək aşağıdakıları qeyd edir. Konstitusiyanın 129-cu maddəsinin İ və II hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Apellyasiya məhkəməsi qeyd edir ki, dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlara baxmayaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə borcun ödənilməsi üçün real və səmərəli addımlar atmadığına və qəsdən icradan yayındığına görə (cəmi 500 manat civarında ödəniş olub) hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda bu qənaətə gəlinir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbsə nisbətən daha yüngül tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı inzibati xəta törətmiş şəxsdə törətmiş olduğu əmələ laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Belə ki, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə növündə inzibati tənbehi əsassız olaraq tətbiq etməklə, Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədən şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasına dair qanunla müəyyən edilmiş inzibati tənbehin məqsədini nəzərə almamışdır. Odur ki, apellyasiya məhkəməsi göstərilənlərə əsasən hesab edir ki, tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilməli, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. 135.1.2-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya məhkəməsi şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9, 21, 33-34, 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: İcra sənədi üzrə tələbkar - zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin olunsun. Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilsin. ##.##.1977-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Salyan şəh, X.R.Ulutürk küçəsində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə 15 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalından həbs olunsun. Həbsə almanın əvvəli ## ##### 2026-cı il tarixdən saat 10:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nin Şirvan Şəhər və Salyan Rayon Polis Şöbələrinə həvalə edilsin. Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-207/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-207/2026
24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver