Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-209/2026 24.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apelyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, X7 Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati tənbehvermə qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından X7 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı (hakim Xatın Kamilzadənin sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Həmin qərardan X7 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini, Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli MN ******* saylı qərarının qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin (Xidmət) Mil-Muğan regional şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ##.##.2025-ci tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqan geri qaytarılmışdır. Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində X7 Xidməti Mil-Muğan regional şöbəsi tərəfindən qəbul edilən ##.##.2025-ci tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, Beyləqan Rayon Məhkəməsi inzbiati xəta haqqında iş üzrə qərar qəbul edərkən prossesual hüquq normalarını pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin (Bolsulu hərbi şəhərçiyi üzrə) yeməkxanasında aşpaz vəzifəsində işləyən mülki işçi X4 ##.##.2025-ci il tarixdə yeməkxananın ətlərin doğranması üçün nəzərdə tutulmuş otaqda metal asılqandan asılmış dana budunu doğrayarkən, təxminən 18 kq çəkidə qalmış bud ət sağ əlində tutduğu biçaqla birlikdə sol biləyinin üzərinə düşməsi nəticəsində xəsarət almış, X3 avtomobili ilə “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə çatdırılmış və nəticədə İ.Zeynalova “sol biləyin açıq yarası” diaqnozu ilə xəstəxanaya daxil olmuş, ona bir neçə gündən sonra ##.##.2025-ci il tarixli XVB****SV* nömrəli əmək qabiliyyətinin olmaması vərəqi açılmışdır. Araşdırma zamanı N saylı hərbi hissə ilə X4 arasında bağlanılmış qüvvədə olan əmək müqaviləsinə nəzər yetirdikdə iş rejiminin 3 nöbəli olduğu, hər 3 növbənin saat 09:00-da başladığı və 09:00-da qurtardığının qeyd edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 103-cü maddəsinin 4-cü hissəsinə əsasən işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Göründüyü kimi əmək müqaviləsi bağlanan zaman işəgötürən əmək müqaviləsinin şərtlərini düzgün daxil etməmiş, işçi üçün 24 saat iş vaxtı müəyyən edilmişdir. Əmək müqaviləsinə uyğun olaraq Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işçi X4 24 saat işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün işəgötürənin əməlində Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinin tərkibi yaranmışdır. Belə olan halda, əmək müqaviləsində işçinin hüquqlarının pozulması halı öz əksini tapdığı üçün inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) təqsiri tam təsdini tapmışdır. Məhkəmə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən irəli sürülmüş mülahizələrə əsaslanaraq əsassız nəticəyə gəlmişdir. Iş materiallarında olan sənədlərə əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X13 198.1,5-ci maddəsinin tələblərinin pozulması faktı və X6 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Bu səbəbdən də Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş 28.11,2025-ci tarixli MN 1809286 qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya məhkəməsində məhkəmə iclasında çıxış edib, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Şikayətin dəlillərini işin materialları üzrə tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilməməlidir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri üzrə iş materiallarını tədqiq edərək aşağıdakıları müəyyən edir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mil-Muğan regional şöbəsinin baş əmək müfəttişi Hafiz Miriyev tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, N saylı hərbi hissənin işçisi Zeynalov Ilhamizin ##.##.2025-ci il tarixdə xəsarət alması ilə bağlı təhqiqat aparılan zamanlar ##.##.2025-ci il tarixdə xəsarət alması ilə bağlı təhqiqat aparılan zaman (##.##.2025-##.##.2025-ci il) dövrlərdə işəgötürən tərəfindən ƏMnin 215-ci maddəsinin pozulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş, N saylı hərbi hissənin komandiri Qərardan şikayət verən orqan (şəxs) işəgötürən və X4 işçi olmaqla aralarında ##.##.2025-ci il tarixdə Əmək müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən X4 N saylı hərbi hissədə aşpaz vəzifəsində işə qəbul olunmuşdur. Həmin Müqavilənin 4.21-ci bəndinə əsasən iş rejimi üç növbəlidir. Birinci növbə saat 09:00-da başlanır və saat 09:00-da qurtarır. Ikinci növbə saat 09:00-da başlanır və saat 09:00da qurtarır. Üçüncü növbə saat 09:00 başlanır və saat 09:00 qurtarır. Iş vaxtının rejimi barədə 3 növbəli iş rejimi olduğu üçün istirahət günləri tərtib olunmuş qrafik əsasında tənzimlənir, gündüz vaxtı növbədə olduğu zaman istirahəti 11:00-dan 13:00-dək, 15:00-dan 17:00-dək, gecə vaxtı istirahəti 20:00-dan 22:00-dək, 03:00-dan 05:00-dək tənzimlənir Bundan başqa, Azərbaycan Respublikası X7 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadənin apellyasiya şikayətində istinad etdiyi hallar tamamilə əsassız və absurd xarakter daşıyır. Belə ki, Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qəbul edilərkən işin bütün faktiki halları tam araşdırılmamış, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmiş və onun izahatı alınmamış, sübutlar təqdim edilməsinə şərait yaradılmamışdır. Eyni zamanda şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş ## #### 2025-ci il tarixli Əmək müqaviləsində aşpaz işləyən X4 iş rejiminin üç növbəli olduğu, birinci növbənin saat 09:00- da başlandığı və saat 09:00-da qurtardığı, ikinci növbənin saat 09:00-da başlandığı və saat 09:00-da qurtardığı, üçüncü növbənin saat 09:00-da başlandığı və saat 09:00-da qurtardığı, iş vaxtının rejimi barədə 3 növbəli iş rejimi olduğu üçün istirahət günləri tərtib olunmuş qrafik əsasında tənzimləndiyi, gündüz vaxtı növbədə olduğu zaman istirahətin 11:00-dan 13:00-dək, 15:00-dan 17:00-dək, gecə vaxtı istirahətin 20:00-dan 22:00-dək, 03:00-dan 05:00-dək tənzimləndiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, bu hallar araşdırılmalıdır. Azərbaycan Respublikası IXM-in 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Ona görə də Məhkəmə qeyd etməyi vacib hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işdə olan sübutlara əsaslanmış, qanuni və əsaslıdır. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Burada onu da nəzərə almaq lazımdır ki, subyektləri həmçinin hüquqi şəxslər olan Inzibati Xətalar Məcəlləsinin Xüsusi Hissəsi ilə nəzərdə tutulmuş əməllərin bəziləri (məsələn, Məcəllənin 388.0.4, 492-ci maddələri ilə nəzərdə tutulmuş əməllər) yalnız qəsdən törədildikdə inzibati xətanın tərkibi yaranır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Hazırda işin faktiki hallarını, tərəflərin izahatlarının qarşılıqlı təhlilini aparan məhkəmə belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırki, iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Belə ki, Məhkəmə iş materiallarının tədqiqi nəticəsində belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, hazırki iş üzrə şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş ## #### 2025-ci il tarixli Əmək müqaviləsində aşpaz işləyən X4 iş rejiminin üç növbəli olduğu, birinci növbənin saat 09:00- da başlandığı və saat 09:00-da qurtardığı, ikinci növbənin saat 09:00-da başlandığı və saat 09:00-da qurtardığı, üçüncü növbənin saat 09:00-da başlandığı və saat 09:00-da qurtardığı, iş vaxtının rejimi barədə 3 növbəli iş rejimi olduğu üçün istirahət günləri tərtib olunmuş qrafik əsasında tənzimləndiyi, gündüz vaxtı növbədə olduğu zaman istirahətin 11:00-dan 13:00-dək, 15:00-dan 17:00-dək, gecə vaxtı istirahətin 20:00-dan 22:00-dək, 03:00-dan 05:00-dək tənzimləndiyi qeyd edilmişdir. Həmçinin, məhkəmə iclasında da Qərardan şikayət verən orqan (şəxs) bildirmişdir ki, əmək müqaviləsində saatlar göstərilsə də, faktiki olaraq daxili əmrlə işçilərin istirahət vaxtı tənzimlənmişdir və onlara əmək qanunvericiliyi ilə nəzərdə tutulan istirahət vaxtları verilir. Məhkəmə hesab edir ki, bu hallar araşdırılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin olunması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına dair nəticəyə gəlinərkən iş hər tərəfli və obyektiv araşdırılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadənin apellyasiya şikayətində göstərdiyi hallar əsassızdır və məhkəmə qərarının ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Ona görə də, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh edilənlərə və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: X7 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-209/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-209/2026
24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver