Məhkəmə qərarları › İş №3(3-9)-211/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-211/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-211/2026 27.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə. ##.##.1989-cu ildə Salyan rayonu, Marışlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olan və orada yaşayan. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Birinci instansiya məhkəməsində işə baxan hakim bu nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “İveco Euro Cargo ML170E21H yük” markalı **- KY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Barəsində tərtib olunmuş EQ 27860280 və EQ ******** saylı inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bu səbəblə DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli, İXP 7643271 və İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin, barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin qeyd olunan qərarından Şirvan Apellyasiya Məhkməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi “İVECO Euro Cargo ML 170E21H” yük markalı, **-KY-*** dövlət qeydiyyatı nişanlı avtomobillə ##.##.2025-ci il tarixdə, saat 04:54-də radələrində İXM-nin 339.1-1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edildiyi, onun qeyd edilən cərimələri vaxtında ödəmədiyi səbəbindən 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırıldığı qeyd edilmişdir. Lakin onun tərəfindən ümumiyyətlə heç bir inzibati xəta hadisəsi törədilməmiş və həmin vaxt o avtomobili idarə etməmişdir. İstifadə etdiyi “SMS Radar” tətbiqinə göndərilən görüntülərdən də görünür ki, barəsində protokol tərtib edilərkən texniki xətaya yol verilmişdir. Belə ki, görüntülərdən açıq aşkar görünür ki, görüntüdə inzibati xəta törədən avtomobil “Ford Transit” markalı avtomobildir, dövlət qeydiyyat nişanı **-KY-***-dir. Qeyd edilən avtomobilin isə ona heç bir aidiyyətı yoxdur. DİN BDYPİ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən yalnışlığa yol verilmişdir. Onun qeyd edilən protokollardan, barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarlardan, həmçinin ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasından məlumatı olmamamışdır. Bu səbəbdən də məhkəmə iclasında iştirak edərək sübutlarını təqdim edə bilməmiş. Qeyd edilən səbəblərdən də barəsində İXM 529.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə qərar qəbul edilməsi əsassızdır. Heç bir təqsirinin olmadığı halda inzibati məsuliyyətə cəlb edilməyi barədə qərar qəbul edilməsi qanunsuzdur. Qeyd edilənlərə əsasən Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026cı il tarixli qərarını ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək bildirmişdir ki, barəsində tərtib olunmuş ##.##.2025-ci il tarixli inzibati xəta haqqında qərar səhvən qəbul edildiyinə görə DYP tərəfindən ləğv edilmişdir ona görə də Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin hallarına əsasən məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin dəlillərindən göründüyü kimi, şikayət verən hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Təqdim edilmiş sənədlərdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “İveco Euro Cargo ML170E21H yük” markalı **-KY-*** qeydiyyat nişanlı avtomobili ##.##.2025-ci il tarixdə saat 04:54 radələrində idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməsi görünsə də, müəyyən olunmuşdur ki, EQ 27860280 və EQ ******** saylı inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş ## ### 2025-ci il tarixli inzibati xəta haqqında qərarlar ## ##### 2026-cı il tarixdə DYP orqanı tərəfindən ləğv olunaraq, inzibati xəta haqqında icraata xitam verilmişdir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmur, odur ki, onun barəsində İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 75.0-ci maddəsi inzibati xəta haqqında iş üzrə aşağıdakıların müəyyən edilməsini tələb edir. -75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); -75.0.2. inzibati xəta törətmiş şəxs; -75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; -75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; -75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; -75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; -75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd olunan Məcəllənin 84.1. və 84.2-ci maddələrinə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İsitnad olunmuş Məcəllənin 135.1 və 135.1.5-1-ci maddələrinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İXM-in 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında hadisə baş vermədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, İXM-in 135.1.5-1-ci maddəsinə əsasən şikayət verilmiş qərarın ləğv edilməsi üçün prosessual əsas müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində gəldiyi nəticələr inzibatı tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğun olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı qanunsuz hesab edilməli, verilmiş şikayət təmin olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Şikayət təmin edilsin. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərar elan olunduğu andan qüvvəsini alır, qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar