Məhkəmə qərarları › İş №3(3-9)-213/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-213/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-213/2026 24.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər X1 İdarəsinin R X5 ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim X6), şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər X1 İdarəsinin R X5 ##.##.2026-cı il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ X1 İdarəsinin R X5 ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-ci il tarixdə 09:20 radələrində qeydə alıma yeri kənar dairəvi yolu qeyd olunmuşdur. Bakı şəhər Patandart maşın bazarının yanıdır. Bakı şəhər DYPİ R X5 ona məxsus olan avtomobili saxlatdırmış və demişdir ki, uzaq vuran işıqlarınız LED olduğu əsas gətirərək ondan bu məsələni yerində həll etmək üçün 100 manat pul tələb etçmiş və o da rüşvət verməkdən imtina etmişdir. Bundan sonra heç bir inzibati protokol və inizbati qərar tərtib edilmədən ona hər hansı rəsmi sənəd təqdim olunmadan avtomobili qanunsuz olaraq Bakı şəhər Yasamal rayon Yasamal qəbiristanlığı tərəfdə yerləşən cərimə meydançasına aparmışdır. Hazırda da avtomobili orada saxlalınır, lakin saxlanılmasını hüquqi əsasının təsdiq edən protokolu ona 2 gün sonra yazılıb. ##.##.2026-cı ildə İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozmusuz deyib ve görüntü göstərmədən onun maşınını protokol açılmadan Yasamal rayonu, Yasamal qəbiristanlığı tərəfdə yerləşən cərimə meydançasında saxlanılır və 2 gün sonra ##.##.2026-cı il tarixdə mobil telefonunda olan SMS RADAR tətbiqindən gələn bildirişdən ona məlum olmuşdur ki, yuxarıda qeyd inzibati xəta ilə bağlı barəsində İXM-in 342.2.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı ##.##.2026-ci il tarixdə saat 19:55:00-də (inzibati xəta törədildikdən 2 gün sonra) İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmaqla 100 manat cərimə tətbiq edilmişdir. İşə baxan Şirvan Şəhər Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli rqan - Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev apellyasiya şikayət verərək, Şirvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərar üzrə apellyasiya şikayətini qəbul edib yenidən araşdırma aparılmaqla birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli İş № *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən Bakı şəhər BPİ DYPl-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, habelə onun təqsirli olmasını sübut etmək vəzifəsi inzibati xəta haqqında iş üzrə icraata başlamış səlahiyyətli orqanın (vəzifəli) şəxsin üzərinə düşdüyündən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində - olan şübhələr onun xeyrinə həll olunduğundan, təqsirliliyi sübuta yetirilmədiyindən Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmalı, barəsində Bakı şəhər BPİ DYPl-nin R X5 ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsinin hakimi qərarında göstərmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Bakı şəhər X1 idarəsi Yol Patrul Xidmətinə məhkəmə bildirişi göndərilmiş, lakin Bakı şəhər X1 idarəsi Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İş materiallarında xəbərnamə ilə çatdırılma və ya şəxsən səlahiyyətli şəxsə və ya orqanın nümayəndəsinə bildirişin çatdırılmasına dair hər hansı sənəd mövcud deyil. İnzibati tənbeh vermə haqqında qərarlardan şikayətə baxılarkən isə İXM-nin 133.2.4cü maddəsinə əsasən prosesual hərəkətlər icra edilməlidir. Bununla da ədalətli araşdırma hüququnu pozaraq qanuni və əsaslı tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olaraq ləğv etmişdir. İkincisi hakim aidiyyət qaydalarını kobud şəkildə pozaraq şəxsin yaşayış yeri üzrə inzibati xəta haqqında işə baxaraq səhvə yol vermişdir. İşin faktiki hallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində çıxarılmış qərar xüsusi texniki vasitə ilə aşkar edilən elektron qərar deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Birincisi instansiya məhkəməsinin hakiminin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edirik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi icraata başlamağa əsas hesab edilir. İşin mahiyyəti ondan ibarətdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixində saat 09:00-radələrində Bakı şəhəri, Səbail rayonu Kənar dairəvi yolda idarə etdiyi “KIA K5” minik markalı, 77-EB- 144 dövlət qeydiyyat nişanlı avtomobilin normativ tələblərini pozmaqla avadanlıq quraşdırmışdır. Həmin vaxt ərazidə xidmət aparan YPX inspektoru R X3 qayda pozuntusunu bilavasitə aşkar edərək sürücünü saxlayaraq ona xətanın mahiyyətini izah edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Göründüyü kimi tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan inzibati xəta haqqında protokol olmuş hansı ki, bilavasitə səlahiyyətli vəzifəli şəxs olan YPX inspektoru aşkar etdiyindən xüsusi texniki vasitə ilə qeyd alınmasının vacibliyi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hazırki qayda pozuntusu işin faktiki hallarından aydın olur ki, bilavasitə Yol Patrul Xidməti inspektoru, R Azad Əsgərov tərəfindən vizual olaraq aşkar edilmiş və rəsmiləşdirilmişdir. Beləliklə də hesab edirik ki, Şirvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli İş № *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən Bakı şəhər BPİ DYPİ-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinə verdiyi şikayətin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqana EDMS infiromasiya sistemi vasitəsi ilə məlumat verilmiş, lakin səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya məhkəməsi səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb apellyasiya məhkəməsi hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmalı, iş üzrə Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. İş materiallarında olan: ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 09:00-da xətanın yeri olan Kənar dairəvi yolda “Kia K5 minik” markalı ** EB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 manat məbləğində cərimə edilmişdir. X13 verilməsinə dair 7E-19722№-li etibarnamədən görünür ki, X4 tərəfindən KIA K5 minik markalı 2015-ci buraxılış tarixli **KT*** nömrəli nəqliyyat vasitəsi Qərardan şikayət verən orqan (şəxs) etibar olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2026-cı il tarixli məhkəmə iclasında təqdim etdiyi vəsatətdən görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin ##.##.2026-cı il tarixli (TP7796136) qərarından verilmiş şikayətə Şirvan Şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir. ##.##.2026-cı il tarixli çıxarışdan görünür ki, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Elektron İnformasiya Siteminə göndərilmişdir. Birinci instansiya məhkəməsinin əsaslandırmasına görə, Azərbaycan Respublikası İXM-in 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən şəxs təqsiri sübuta yetirilmədiyi halda təqsirsiz hesab edildiyini, onun, öz təqsirsizliyini sübut etməyə borclu olmadığını və təqsirliliklə bağlı aradan qaldırılmamış şübhələr olduğu üçün onun xeyrinə həll olunmalı və bu baxımdan, məhkəmə qeyd etmişdir ki, inzibati məsuliyyətə cəlb edilən şəxsə qarşı ittiham yalnız kifayət qədər, mötəbər və qanuni yolla əldə edilmiş sübutlara əsaslana bilər. Həmçinin müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən qərarın qəbul edilməsi üçün əsas olan sübutların təqdim edilməsi məqsədilə səlahiyyətli orqana sorğu göndərilmiş, lakin həmin orqan nə nümayəndəsinin iştirakını təmin etmiş, nə də inzibati xəta hadisəsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Bu hal isə şəxsin təqsirinin sübuta yetirilməməsi kimi qiymətləndirilərək onun barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə görə, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Apellyasiya məhkəməsi şikayətin dəlilləri ilə birinci instansiya məhkəməsinin yekun qərarını qarşılıqlı formada təhlil edərək aşağıdakıları qeyd edir. İlk növbədə apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi aidiyyət (yurisdiksiya) qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında qərardan verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə məhkəmədə baxılmalıdır. Lakin məhkəmə işə şəxsin yaşayış yeri üzrə baxmış və bu səbəbdən səhv hüquqi mövqe tutmuşdur. Belə ki, İXM-in 129.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla). 129.1-1. Bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. İş materiallarından görünür ki, inzibati xəta hadisəsi Bakı şəhəri Badamdar bazar ərazisində baş verməklə mübahisələndirilən ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar da Bakı şəhər DYPİ-nin əməkdaşı R E.Qasımov tərəfindən qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məhkəməyə qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan şikayətlə yanaşı işə onun yaşadığı yer üzrə Şirvan şəhər Məhkəməsində baxılmasına dair müvafiq vəsatət də verilmişdir. İş materiallarından da göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) yaşayış yeri – Şirvan şəhəri, S.Zeynalov küçəsi ev 8, mənzil 59 ünvanıdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydalarının pozulması halına yol verilməmiş və yuxarıda isnad olunan İXM-in 129.1-1-ci maddəsinin tələbi qaydasında inzibati tənbeh vermə haqqında qərardan şikayətə barəsində qərar çıxarılmış fiziki şəxsin vəsatətinə əsasən onun yaşayış yeri üzrə Şirvan şəhər məhkəməsində baxılmışdır. Apellyasiya şikayətinin müəllifi həmçinin vurğulanmışdır ki, iş üzrə qəbul edilmiş qərar xüsusi texniki vasitələrlə (foto və ya video) aşkar edilmiş inzibati xəta ilə bağlı deyil. Əksinə, pozuntu birbaşa Yol Patrul Xidməti əməkdaşı tərəfindən vizual şəkildə aşkar edilmişdir. Bu baxımdan, əlavə foto və ya video sübutların təqdim olunmasının zəruri olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi icraata başlamağa əsas hesab edilir. İş materiallarından müəyyən olunur ki, inzibati xəta hadisəsi Yol Patrul Xidməti əməkdaşı tərəfindən bilavasitə vizual qaydada aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, belə hallarda inzibati xəta haqqında protokolun tərtib edilməsi hüquqi əsasdır və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi məcburi şərt deyildir. Bununla yanaşı, qeyd olunmalıdır ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarı prezumpsiyadır - əksi sübuta yetirilməyənədək doğru (mövcud) hesab olunmalıdır. Bu baxımdan, həmin qərarın qanunsuzluğunu iddia edən şəxs bunun əsaslarını sübut etməlidir. Lakin bu hal şəxsin təqsirsizlik prezumpsiyasını aradan qaldırmır və səlahiyyətli orqan qəbul etdiyi qərarın faktiki və hüquqi əsaslarını məhkəmə qarşısında sübuta yetirməyə borcludur. Qeyd olunmalıdır ki, inzibati icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz davranışları inzibati xəta hadisəsinin mövcudluğunu dolayı şəkildə təsdiq edir. Belə ki, araşdırma zamanı şəxsin “avtoservisdən müvafiq rəsmi sənəd təqdim edəcəyi” barədə izahat verməsi, lakin həmin sənədi təqdim etməməsi, daha sonra avtomobilin cərimə meydançasından götürülməsi zamanı LED tipli işıqlandırma sisteminin çıxarılaraq standart işıqlandırma ilə əvəz edilməsinə dair əsaslar üzrə halların məcmusu göstərir ki, Qərardan şikayət verən orqan (şəxs) onun tərəfindən İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə qəbullanmış və həmin maddə ilə barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın mahiyyətini qəbul etmiş və mövcud normativ pozuntunun aradan qaldırılması istiqamətində faktiki hərəkətlər də etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayətdə və eləcə də məhkəmə iclaslarında şikayətin dəlilləri ilə bağlı izahatlarında da Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın faktiki hallarını birbaşa mübahisələndirməmiş, əsasən prosessual pozuntulara istinad etmişdir. AR İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə də, apellyasiya məhkəməsi hesab edir ki, yuxarıda göstərilən səbəblərdən şikayət təmin olunmalı, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-160)- 163/2026 qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati tənbeh vermə haqqında qərardan şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan - Bakı şəhər BPİ X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə əsasən ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan Bakı şəhər BPİ X1 İdarəsinin inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli, TP ******* nömrəli qərarından şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar