Məhkəmə qərarları › İş №3(3-9)-214/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-214/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-214/2026 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, barəsində iş üzrə icraat aparılan şəxs X1, zərərçəkmiş şəxs X8, səlahiyyətli orqan Şirvan Şəhər Polis X3 Polisi Bölməsinin baş inspektoru X4 iştirakları ilə, X1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 327.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair inzibati iş üzrə Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Polis X3 Polisi Bölməsinin baş inspektoru X4 ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli qərarına əsasən X1 IXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X1 şikayətlə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, IXM-in 327.2-ci maddəsi ilə Şirvan Şəhər Polis X3 Polisi Bölməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, X1 barəsində X4 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Sözügedən qərardan narazı qalan zərərçəkmiş şəxs X8 şikayət verərək, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və X1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN VƏ ETIRAZIN DƏLILLƏRI: Zərərçəkmiş şəxs X8 şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və şikayət təmin edilməməlidir. Hadisə zamanı mülkiyyətində olan avtomobil 30-40 km/saat surətlə asfalt örtüklü baş yolda hərəkət etmişdir. X1 isə torpaq örtüklü köməkçi yolla hərəkət etmişdir. Videogörüntüdən də görünür ki, X1 yol ayrıcına daxil olan zaman heç bir təhlükəsizlik tədbirinə riayət etməmiş, baş yolla hərəkətdə olan avtomobili gözləməmiş və nəticədə onun mülkiyyətində olan avtomobillə toqquşmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şikayətin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Şirvan Şəhər Polis X3 Polisi Bölməsinin baş inspektoru X4 şikayətin dəlillərini müdafiə edib, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, tərəfindən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb və toplanmış materialı nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. Əvvəla apellyasiya instansiyası məhkəməsi hesab edir ki, X8 verdiyi şikayət prosessual baxımdan yol veriləndir. Belə ki, o, yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs olmasa da, hadisə nəticəsində zədələnmiş “Mercedes Benz” markalı avtomobilin mülkiyyətçisi olmaqla inzibati xətanın nəticələrindən maddi zərər görmüş şəxsdir. Inzibati xəta nəticəsində maddi zərər dəymiş şəxsin zərərçəkmiş şəxs kimi tanınması və qərardan şikayət vermək hüququnun olması inzibati xətalar qanunvericiliyinin mənasına uyğundur. Mübahisələndirilən qərarın ləğv olunması və ya qüvvədə saxlanılması həmin şəxsin sığorta ödənişi almaq imkanına, əmlak zərərinin kompensasiya olunmasına və digər hüquqi maraqlarına birbaşa təsir göstərə biləcəyindən, onun şikayət verməsi əsaslı hesab edilməlidir. Iş materialında olan X2 Bölməsinin baş inspektoru X4 ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli qərarına əsasən X1 ##.##.2026-cı il tarixdə, saat 15:30-da yol ayrıcını keçmə qaydalarını pozmuş, nəticədə IXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. IXM-in 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi isə belə qənaətə gəlmişdir ki, X1 idarə etdiyi nəqliyyat vasitəsi ilə nizamlanmayan yol ayrıcına yaxınlaşarkən hərəkət sürətini azaldaraq ehtiyatlı davranmış, yol vəziyyətini qiymətləndirmiş və yalnız müəyyən qədər irəlilədikdən sonra toqquşma baş vermişdir. Bu isə onun yol hərəkəti qaydalarına münasibətdə diqqətli və ehtiyatlı davrandığını göstərir. Əksinə, videogörüntüdən görünür ki, digər nəqliyyat vasitəsi – “Mercedes Benz” markalı avtomobil yol ayrıcına sürətlə daxil olmuş, hərəkət trayektoriyası baxımından yolun sol hissəsinə meyllənmiş və yol şəraitinə uyğun təhlükəsiz sürət seçməmişdir. Bu hal isə yol-nəqliyyat hadisəsinin baş verməsində əsas risk yaradan amilin məhz həmin nəqliyyat vasitəsinin davranışı olduğunu göstərir. Xüsusilə qeyd edilməlidir ki, hadisə baş verən ərazidə yol nişanlarının və üfüqi nişanlanma xətlərinin olmaması şəraitində sürücülərin davranışı “Yol hərəkəti haqqında” qanunun ümumi ehtiyatlılıq və qarşılıqlı təhlükəsizlik prinsipləri ilə qiymətləndirilməlidir. Bu halda hər bir sürücü yol şəraitini, görünüş imkanlarını və digər iştirakçıların mümkün hərəkətlərini nəzərə alaraq hərəkət etməlidir. X1 davranışı bu prinsiplərə uyğun olduğu halda, digər nəqliyyat vasitəsinin sürücüsünün davranışı bu tələblərlə ziddiyyət təşkil etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Ilk növbədə qeyd edilməlidir ki, inzibati məsuliyyətin tətbiqi sahəsində hüquqi qiymətləndirmə aparılarkən yalnız faktiki halların müəyyən edilməsi ilə kifayətlənmək olmaz, eyni zamanda həmin halların tətbiq edilən hüquq normalarının məzmunu, məqsədi və sistem daxilindəki yeri baxımından düzgün şərhi də təmin edilməlidir. Bu tələb həm milli hüquq sistemində qəbul olunmuş hüququn aliliyi prinsipindən, həm də hüquqi müəyyənlik və ədalətli hüquqi prosedur prinsiplərindən irəli gəlir. Birinci instansiya məhkəməsi iş üzrə əsas sübut kimi təqdim olunmuş videogörüntünü qeyri-obyektiv və birtərəfli şəkildə qiymətləndirmiş, həmin sübutdan irəli gələn faktiki nəticələri düzgün hüquqi müstəviyə oturtmamışdır. Apellyasiya instansiyası iş üzrə materialları, tərəflərin izahatlarını və təqdim olunmuş videogörüntünü birgə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam açsa da, həmin hallara tətbiq edilməli olan maddi hüquq normasını düzgün seçməmişdir. Belə ki, iş üzrə mübahisə yola bitişik ərazidən yola çıxma deyil, nizamlanmayan yolayrıcında nəqliyyat vasitələrinin keçid növbəliliyinin pozulub-pozulmaması ilə bağlıdır. Bu səbəbdən hadisənin hüquqi qiymətləndirilməsi “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsi əsasında aparılmalıdır. 77-ci maddənin İ hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. 77-ci maddənin II hissəsinə görə yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını rəhbər tuturlar. 77-ci maddənin III hissəsinə görə isə eyni əhəmiyyətli yolların kəsişməsində relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməlidir. Bu normaların sistemli təhlili göstərir ki, yolayrıcında kimin üstünlüyə malik olmasının müəyyən edilməsi ümumi ehtiyatlılıq meyarı ilə deyil, ilk növbədə yolun hüquqi statusuna və tərəflərin yolayrıcına hansı istiqamətdən yaxınlaşmasına görə həll olunmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin sürət, ehtiyatlılıq və trayektoriya barədə müşahidələri ayrıca qiymətləndirmə predmeti olsa da, onlar xüsusi normanın tətbiqini əvəz edə bilməz. Videogörüntü və digər materiallar birgə qiymətləndirildikdə müəyyən olunur ki, X1 idarə etdiyi “Toyota Corolla” markalı avtomobili ilə nizamlanmayan yolayrıcına üstünlük hüququna malik istiqamətdə hərəkət edən nəqliyyat vasitəsinə yol vermədən daxil olmuş, nəticədə toqquşma baş vermişdir. Qarşı tərəfin sürəti ilə bağlı ehtimallar iş materialları ilə ölçülə bilən səviyyədə təsdiq olunmasa da, belə ehtimalın mövcudluğu belə X1 ilkin yolvermə vəzifəsini aradan qaldırmır. Birinci instansiya məhkəməsi yol nişanlarının və üfüqi nişanlanma xətlərinin olmamasını ümumi ehtiyatlılıq prinsipləri ilə kompensasiya etməyə çalışmışdır. Halbuki məhz nizamlanmayan yolayrıcında yol nişanlarının olmaması 77-ci maddənin tətbiqini zəruri edir. Buna görə də həmin məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilməli olan maddi hüquq normasına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, X1 əməlində IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş yolayrıcını keçmə qaydalarının pozulması tərkibi mövcuddur və səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli qərarı əsaslı olmuşdur. Bundan əlavə, məhkəmənin videogörüntüdən çıxardığı nəticələr də obyektivlikdən uzaqdır. Məhkəmə “Toyota Corolla” markalı nəqliyyat vasitəsinin sürücüsünün guya ehtiyatlı davranaraq sürətini azaltdığını və yol vəziyyətini qiymətləndirdiyini qeyd etsə də, bu hal onun üzərinə düşən yolvermə öhdəliyini aradan qaldırmır. Əksinə, görünüşün məhdud olduğu şəraitdə sürücü yalnız sürəti azaltmaqla kifayətlənməməli, tam təhlükəsizliyə əmin olmadan hərəkətə başlamamalıdır. Videogörüntüdən isə görünür ki, sürücü yolun hərəkət hissəsinə daxil olmuş və nəticədə hərəkətdə olan digər nəqliyyat vasitəsi ilə toqquşmaya səbəb olmuşdur ki, bu da onun qanunla müəyyən edilmiş vəzifəni yerinə yetirmədiyini təsdiq edir. Birinci instansiya məhkəməsi həmçinin inzibati orqanın qərarını formal hesab edərək onun əsaslandırılmadığını göstərmişdir. Lakin apellyasiya instansiya məhkəməsi hesab edir ki, inzibati orqanın gəldiyi nəticə işin faktiki halları və tətbiq olunan hüquq norması ilə uzlaşır. Qərarda qeyd olunan pozuntu, yəni yolayrıcını keçmə qaydalarının pozulması mahiyyət etibarilə yolvermə öhdəliyinin yerinə yetirilməməsini əhatə edir və bu da IXM-in 327.2-ci maddəsinin dispozisiyasına tam uyğun gəlir. Əlavə olaraq məhkəmə hesab edir ki, yol hərəkətinin təhlükəsizliyinə dair münasibətlərin tənzimlənməsi yalnız milli qanunvericiliyin daxili normaları ilə məhdudlaşmır, eyni zamanda bu sahədə formalaşmış beynəlxalq hüquqi yanaşmalar və ümumi qəbul olunmuş prinsiplər də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının qoşulduğu “Yol hərəkəti haqqında” Vyana Konvensiyası (1968) yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində sürücülərin davranış standartlarını müəyyən edən əsas beynəlxalq sənədlərdən biridir. Həmin Konvensiyanın müddəalarına əsasən, sürücülər yol hərəkətində elə davranmalıdırlar ki, digər hərəkət iştirakçıları üçün təhlükə və maneə yaratmasınlar və xüsusilə hərəkətə qoşularkən və ya hərəkət istiqamətini dəyişərkən artıq hərəkətdə olan nəqliyyat vasitələrinə üstünlük versinlər. Bu yanaşma bir daha təsdiq edir ki, hərəkətə kənar sahədən daxil olan şəxs artırılmış məsuliyyət daşıyır və onun üzərinə daha sərt davranış standartları qoyulur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli qərar qəbul edilərkən işin faktiki halları düzgün müəyyən edilmiş, tətbiq edilən hüquq normaları düzgün şərh olunmuş və şəxsin əməlində IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmuşdur. Birinci instansiya məhkəməsi isə iş üzrə əhəmiyyətli hüquqi halları nəzərə almamış, nəticədə maddi hüquq normasını düzgün tətbiq etməmiş və əsassız nəticəyə gəlmişdir. Məhkəmə şikayətin dəlillərini, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Amil Abbasovun IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə səlahiyyətli orqan tərəfindən barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsaslı olmuşdur. Belə ki, Amil Abbasov tərəfindən IXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında materiallarla tam təsdiq olunur. IXM-in: 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə,müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Həm qəsdən törədilən inzibati xəta, həm də ehtiyatsızlıqdan törədilən inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. IXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. IXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Qeyd olunan əsasda IXM-in 134.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş şikayət təmin edilməli, X1 IXM-in 327.2ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə olunması ilə bağlı Şirvan Şəhər Polis X3 Polisi Bölməsinin baş inspektoru X4 ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, X1 şikayəti təmin edilməməli, Şirvan Şəhər Polis X3 Polisi Bölməsinin baş inspektoru X4 ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı X1 tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və IXM-nin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş şikayət təmin edilsin. X1 IXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq olunması ilə bağlı Şirvan Şəhər Polis X3 Polisi Bölməsinin baş inspektoru X4 ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. X1 şikayəti təmin edilməsin. Şirvan Şəhər Polis X3 Polisi Bölməsinin baş inspektoru X4 ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı X1 tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar