Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-215/2026 10.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (hakim Səbuhi Səfərov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, həbsetmənin əvvəli ## #### 2026-cı il tarixdən, saat 15:45-dən hesablanmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Sonradan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə ərizə ünvanlayaraq bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ilə ona 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Cəza haqlı olmamışdır. O, icra məmurunun bütün qanuni göstərişlərini yerinə yetirmişdir. Bütün çağırışlara getmiş və tələbkara həmin tarixə 4000 manat məbləği ödəyə bildiyini həmçinin, icra məmuruna, tələbkara borc qarşılığı təklif edilməsi üçün torpaq sahəsi də verə biləcəyini bildirmişdir. Bütün bunlara baxmayaraq barəsində ədalətsiz qərar qəbul edilmişdir. Artıq ##.##.2026-cı il tarixdən etibarən barəsində tətbiq edilmiş 8 gün müddətində inzibati həbsi yekunlaşmış və azadlığa çıxmışdır. Apellyasiya şikayəti məhkəməyə gec çatmışdır. Işə mahiyyəti baxımından baxmaq mənasız olmuşdur. Odur ki, bütün bunları nəzərə alaraq müdafiəçi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmamış saxlanılmasını və geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətini və ondan imtinaya dair ərizəni işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Belə ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin baxılmamış saxlanmasını və geri qaytarılmasını xahiş etməklə, mahiyyət etibarilə öz (müdafiəçisi tərəfindən tərtib edilmiş) apellyasiya tələblərindən imtina etmişdir. Azərbaycan Respublikası IXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində apellyasiya şikayətindən imtina edilərkən, məhkəmə tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında gösrərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsinin Qərarını əsas götürərək, yuxarıda qeyd edilən məsələnin prosessual həlli üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarına istinad etmək lazımdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Beləliklə, apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizəyə əsaslanaraq, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından verilmiş həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməsini qanunauyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 128, 133 və 136-cı maddələrini, Azərbaycan Respublikası CPM-in 396-cı maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-215/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-215/2026
10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver