Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-216/2026 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati tənbeh təyin edilmiş şəxs X1, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Hacıqabul Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı (hakim Bayramov Orxan Telman oğlunun sədrliyi) ilə ##.##.1993-cü ildə Hacıqabul rayonu, İkinci Udulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu, İkinci Udullu kəndində qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilməsi, həbsetmənin əvvəlinin ## ##### 2026-cı il tarixdən saat 18:45-dən hesablanması, qərarın icrasının Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunması barədə yekun qərara qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Hacıqabul rayon İcra və Probasiya Şöbəsi tərəfindən X1 barəsində Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı icra vərəqəsinin icra edilməməsi əsası ilə İXM-nin 528.1-ci maddəsi ilə ##.##.2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs X1 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, heç bir zaman icra məmurunun hər hansı qanuni göstərişlərini yerinə yetirməkdən imtina etməmiş, hər hansı bir məhkəmə qərarını icra etməkdən boyun qaçırmamışdır. Lakin buna baxmayaraq, Hacıqabul Rayon Məhkəməsi qanunsuz olaraq hazırkı qərarı qəbul etmiş və ona qanunsuz olaraq inzibati həbs vermişdir. Belə ki, ona yalnız bircə dəfə özünü polis əməkdaşı kimi təqdim edən şəxs zəng edərək barəsində məhkəmə qərarı olduğunu bildirmiş və o, həmin şifahi məlumat əsasında dərhal Hacıqabul və digər məhkəmələrdən barəsində olan qətnaməni maraqlanarkən ona məlum olmuşdur ki, barəsində Nəsimi Rayon Məhkəməsində qətnamə qəbul edilmişdir. O isə həmin qətnaməni dərhal əldə etmiş və ondan apellyasiya şikayəti vermişdir. Bunu da bildirmək istəyir ki, o, məhkəmə iclasında apellyasiya şikayətinin surətini təqdim etməyinə və şikayət müddətinin bərpası ilə bağlı ## ##### 2026-cı il tarixində Nəsimi Rayon Məhkəməsində iclası olması barəsində həm məhkəməyə, həm də icra şöbəsinə məlumat verməyinə baxmayaraq, icra şöbəsi qərəzli olaraq barəsində təqdimat tərtib etmiş və məhkəmə isə həmin təqdimatı əsassız olaraq əsaslı saymış və təmin etmişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən xəbəri olmadığından, o, qətnaməni ##.##.2026-cı il tarixində almış və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya şikayəti dövlət rüsumunun 15 manat əskik ödənilməsi əsası ilə geri qaytarıldığından, yenidən şikayət verilərkən, dövlət rüsumunun 15 manat kəsiri ödənilmiş və artıq ikinci dəfə apellyasiya şikayəti verilərkən şikayət müddəti ötdüyündan, prosessual qaydalara əməl etmək baxımından müddətin bərpası ilə bağlı ərizə vermişdir ki, həmin ərizəsinə baxış iclası isə ## ##### 2026-cı il tarixinə, Nəsimi Rayon Məhkəməsinin inzibati binasına təyin olunmuşdur. Bütün bunlara dair sübutları da icra şöbəsinə və məhkəməyə təqdim etməyinə, bildirməyinə baxmayaraq, eyni zamanda Bakı şəhərində yaşadığından, Hacıqabul rayonunda olan hər hansısa prosess və yaxud da icra tədbirləri barəsində heç bir məlumatı olmadığını və heç bir icra məmurunun ona rəsmi qaydada hansısa bir bildiriş, xəbərdarlıq, qərar göndərmədiyini bildirməyinə baxmayaraq, məhkəmə qanunsuz olaraq barəsində ədalətsiz qərar qəbul etmişdir. Əsas qeyd olunmalı məqam isə bundan ibarətdir ki, onun apellyasiya şikayəti qətnamə alındıqdan sonra verildiyindən və ilk dəfə apellyasiya şikayəti yalnız dövlət rüsumunun əskik olması səbəbindən geri qaytarıldığından, təkrar verdiyi şikayəti prosessual müddət ötürülməklə verildiyi üçün müddətin bərpası ilə bağlı ərizə verməyi prosessual qayda olduğundan və şikayət müddətini əslində ötürmədiyindən, hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin *(*-***)**- */**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanunsuz olmuşdur. Belə ki, şikayət müddəti bərpa olunduqdan və şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərildiyi təqdirdə qətnamə ona münasibətdə qanuni qüvvəsini almamış sayılacağından hazırki qərarın əsassızlığı da bir daha sübuta yetiriləcək. O, Nəsimi Rayon Məhkəməsinin qətnaməsini alarkən ona məlum olmuşdur ki, həmin qətnamədən tələbkar şikayət vermiş və Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmişdir ki, o, həmin qətnaməni də ## ###### 2026-cı ildə əldə etmişdir ki, onun həmin qətnamədən də kassasiya şikayəti hüququ olduğu halda ona qarşı belə qərəzli qərar heç bir halda qəbuledilməzdir, ədalət məhkəməsinə ləkədir. Qeyd olunanları nəzərə alaraq bildirir ki, onun şikayət hüququ olduğu və şikayət hüququ təmin olunmalı olduğu üçün və mübahisəli qətnaməyə baxılacağı və qətnamə ləğv ediləcəyi təqdirdə hazırkı qərarın daha da böyük bir qanunsuzluq olması səbəbindən, ona heç bir müddət gözləmədən və onun İXM-nin 528-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi sübuta yetirilmədən məhkəmə əsassız və qanunsuz qərar qəbul etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh təyin edilmiş şəxs X1 və müdafiəçisi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə olunan qərardan görünür ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası haqqında bildiriş, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqindən görünür ki, X1 9475 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İşdə olan ##.##.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra sənədini könüllü icra etməsi üçün borclu X1 10 gün müddətində vaxt verilmişdir. İşdə olan ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclu X1 dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə borclunun hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik laqeydlik göstərməsi və icra sənədinin icrasına səhlənkar yanaşması, beləliklə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməməklə qərəzlilik göstərməsi ilə bağlı nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Göründüyü kimi, borclu X1 icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, borclunun qərəzli olaraq tələbi icra etməməsi iş materialları ilə tam təsdiq olunur. Borclunun hərəkəti İXM-nin 528.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dedikdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya məhkəməsi hesab edir ki, X1 əməlinin tövifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, haqlı olaraq əməli icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirmişdir. Barəsində inzibati tənbeh təyin edilmiş şəxs isə apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmişdir. Məhkəmə inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Birinci instansiya məhkəməsi X1 tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün beş yüz manatdan min manatadək məbləğdə cərimə tənbeh tədbiri və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Apellyasiya instansiyas məhkəməsi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi X1 barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati tənbehin məqsədlərinə nail olmaq, Erkin Qarayevi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati həbs növündə tənbeh tətbiq etmiş və həbsin müddətini 08 gün müəyyən etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, X1 tətbiq edilmiş həbs növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh təyin edilmiş şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-216/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-216/2026
08.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver