Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-220/2026 17.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi ilə Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə X9 Xidmətinin Qarabağ regional şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) şikayəti üzrə Füzuli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından X9 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X9 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə MN seriyalı ******* nömrəli ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, Qərardan şikayət verən orqan (şəxs) 1000 manat inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) Füzuli Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Mərkəzi Xəstəxanası X3in ##.##.2024-cü il tarixdə öz ərizəsi ilə işdən azad olmuş TTTY şöbəsinin sürücüsü olan X10 istifadə etmədiyi məzuniyyət illərinin əvəzinə son haqq-hesabın düzgün hesablanmaması tələbi ilə bağlı Əmək Müfəttişliyinə şikayət etmiş və şikayətdən sonra Əmək Müfəttişliyi tərəfindən X10 ilə bağlı müvafiq sənədlər Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən istənilib və həmin sənədlər təqdim olunmuşdur. X16 Regional şöbəsinə Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən X10 haqqında son haqq-hesaba dair bütün zəruri sənədlər göndərilməsinə baxmayaraq, ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək 1000 (min) manat məbləğində cərimə tədbiq edilmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Füzuli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı (hakim Səkinəxanım Məmmədli) ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ##.##.2025-ci il tarixli qərar ləğv edilmiş və müvafiq araşdırma aparılması üçün iş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional şöbəsinə qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X9 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** saylı qərarının ləğv edilməsi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X9 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ##.##.2025-ci il tarixli qərarın qüvvədə saxlanılması barədə qərar qəbul olunması xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin (DƏMX) Qarabağ regional şöbəsi tərəfindən vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilmiş və müvafiq araşdırma aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin (DƏMX) Qarabağ regional şöbəsinə qaytarılmışdır. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilməli və X9 Xidmətinin Qarabağ regional şöbəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Məhkəmənin sözügedən qərarında baş vermiş xətanın riyazi hesablama nəticəsində yol verilmiş nöqsan kimi qiymətləndirilməsi və bununla bağlı X9 Xidmətinin Qarabağ regional şöbəsinin inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarının qanunların təhrif edilərək ləğv edilməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) ##.##.2024-cü il tarixli, **-***/*-*-****/**** nömrəli əmrindən müəyyən olunur ki, X5 əmək müqaviləsinə ##.##.2023-cü ildə xitam verilmişdir. X10 müraciəti və “Füzuli Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən təqdim edilmiş sənədlər əsasında X9 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində aşkar olunmuşdur ki, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar X10 onun işlədiyi dövr üçün ödənilməli olan son haqq-hesab əmək müqaviləsinə xitam verilən gün tam həcmdə ödənilməmişdir. Belə olduğu halda “Füzuli Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində göstərilən inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Bu səbəbdən də Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, Füzuli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ləğv olunmalıdır. Belə ki, işin materiallarında olan: - inzibati xəta haqqında MN seriyalı ******* nömrəli ##.##.2025-ci il tarixli protokolun surətindən görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanası X3in sabiq işçisi X10 haqq hesabının əmək qanunvericiliyində uyğun olaraq tam ödənilməməsinə görə Əmək məcəlləsinin 83.4-cü maddəsinin tələbləri pozulmuşdur. Ona görə də Füzuli Rayon Mərkəzi xəstəxanası X3in direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun barəsində 1000 manat inzibati cərimə tətbiq edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Füzuli Rayon Mərkəzi Xəstəxananın Baş həkimi N.Şükürov tərəfindən qəbul edilmiş ##.##.2017-ci il tarixli ***-K nömrəli əmrdən görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təsərrüfat heyətinin sürücüsü X10 ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixə kimi əmək məzuniyyətinə buraxılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Füzuli Rayon Mərkəzi Xəstəxananın Baş həkimi N.Şükürov tərəfindən qəbul edilmiş ##.##.2018-ci il tarixli ***-K nömrəli əmrdən görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təsərrüfat heyətinin sürücüsü X10 ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixə kimi əmək məzuniyyətinə buraxılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Füzuli Rayon Mərkəzi Xəstəxananın Baş həkimi N.Şükürov tərəfindən qəbul edilmiş ##.##.2019-cu il tarixli ***-K nömrəli əmrdən görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təsərrüfat heyətinin sürücüsü X10 ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixə kimi əmək məzuniyyətinə buraxılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi” X3 “Füzuli Rayon Mərkəzi Xəstəxanası X3 tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli PHŞ-*-**/*-*-***/**** nömrəli əmrdən görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanası X3in TTTY şöbəsinin sürücüsü olan X10 qalıq olan 2022/2023-cü iş ili üzrə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə qədər 25 təqvim günü (21 əsas, 4 gün əmək stajına görə) ödənişli, 4 təqvim günü (15 iyun Milli Qurtuluş Günü, 26 Iyun Silahlı Qüvvələr günü, 28-29 Qurban bayramı) ödənişsiz əmək məzuniyyəti verilməsi, ##.##.2023-cü il tarixdən öz işində hesab edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi” X3 “Füzuli Rayon Mərkəzi Xəstəxanası X3 tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, **- *-**/*-*-***/**** nömrəli əmrdən görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanası X3in ilkin səhiyyə xidməti TTTY şöbəsinin sürücüsü X10 qalıq olan ##.##.2023-##.##.2024-cü iş ili üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər 25 təqvim günü (21 əsas, 4 gün əmək stajına görə) ödənişli, 2 təqvim günü (09 may Faşizm üzərində Qələbə Günü, 28 May Respublika günü) ödənişsiz əmək məzuniyyəti verilməsi, ##.##.2024-cü il tarixdən öz işində hesab edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi” X3 “Füzuli Rayon Mərkəzi Xəstəxanası X3in direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli 18-136/3-1- ****/**** nömrəli əmrdən görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanası” X3in TTTY şöbəsinin sürücüsü X10 ilə bağlanmış *UF*GM******* nömrəli Əmək müqaviləsinə ##.##.2024-cü il tarixindən xitam verilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 97 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesab aparılması əmr edilmişdir. Y.S. Ismayılovun son haqq-hesabının, əmək kitabçasının və həmin əmrin surətinin Əmək Məcəlləsinin 83 maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. Əsas: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə. - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Füzuli Rayon Mərkəzi Xəstəxananın direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, **-*-**/*-****/**** saylı məktubunda qeyd edilir: “Sizin ## ###### 2025-ci il tarixli *-**-*/*-******/**** saylı məktubunuza baxılmışdır və cavab olaraq bildiririk ki, Füzuli rayon Mərkəzi xəstəxanası PHŞ-nin Təcili və X15 şöbəsinin sürücüsü X10 istifadə etdiyi məzuniyyət illəri aşağıdakılardan ibarətdir: 1) ##.##.2012-ci il tarixli *** nömrəli əmr § 25-ə əsasən 21 təqvin gününə məzuniyyətə buraxılmış 101 manat məzuniyyət pulu ödənilmişdir. 2) ##.##.2013-ci il tarixli ** nömrəli əmr §53-e əsasən 21 təqvim gününə məzuniyyətə buraxılmış 116 manat məzuniyyət pulu ödənilmişdir. 3) ##.##.2015-ci il tarixli ** nömrəli əmr §6-ya əsasən məzuniyyətə buraxılmış 114 manat məzuniyyət pulu ödənilmişdir. 4) 01.04.202016-ci il tarixli ** nömrəli əmr §33-ə əsasən 21 təqvim gününə əsasən məzuniyyətə buraxılmış 119 manat məzuniyyət pulu ödənilmişdir. 5) ##.##.2017-ci il tarixli ***-K saylı əmrə əsasən 27 təqvim gününə məzunuyyətə buraxılmış 127 manat məzuniyyət pulu ödənilmişdir. 6) ##.##.2018 ci il tarixli ***-K saylı əmrə əsasən 21 təqvim gününə məzuniyyətə buraxılmış 139 manat məzuniyyət pulu ödənilmişdir. 7) ##.##.2019-cu il tarixli ***-K saylı əmrə əsasən 21 təqvim gününə məzuniyyətə buraxılmış 249 manat məzuniyyət pulu ödənilmişdir. Istifadə etmədiyi məzuniyyət illəri: 2014-2015-ci illər, 2019 – 2020-ci illər, 2020-2021- ci illər, 2021-2022-ci illər, 2022 – 2023-cü illər. X10 aid tələb olunan sənədlər qoşmada Sizə təqdim olunur. 2023-2024-ci illər # ###### 2024-ci il tarixli, **-*-**/*-*-****/**** saylı əmrə əsasən işdən azad olunan zaman qalıq olan istifadə etmədiyi 97 təqvim günü məzuniyyəti - xalis 3234,76 (üç min iki yüz otuz dörd) manat 76 qəpik tam hesablanıb işçinin plastik əmək haqqı kartına ödənilmişdir. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Füzuli Rayon Mərkəzi Xəstəxananın direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, **-*-**/*-****/**** saylı məktubunda qeyd edilir: “Sizin ## ###### 2025-ci il tarixli *-**-*/*-******/**** saylı məktubunuza baxılmışdır və cavab olaraq bildiririk ki, Füzuli rayon Mərkəzi xəstəxanası PHŞ-nin Təcili və X15 şöbəsinin sürücüsü X10 ##.##.2011-ci tarixli ** saylı əmrə əsasən Füzuli RMX-nın təsərrüfat şöbəsinə 1.0 ştat vahidi sürücü vəzifəsinə təyin edilmiş, onun istifadə etdiyi məzuniyyət illəri aşağıdakılardan ibarətdir: 1) ##.##.2012-ci il tarixli *** nömrəli əmr § 25-ə əsasən 21 təqvin gününə məzuniyyətə buraxılmış 101 manat məzuniyyət pulu ödənilmişdir. 2) ##.##.2013-ci il tarixli ** nömrəli əmr §53-e əsasən 21 təqvim gününə məzuniyyətə buraxılmış 116 manat məzuniyyət pulu ödənilmişdir. 3) ##.##.2015-ci il tarixli ** nömrəli əmr §6-ya əsasən məzuniyyətə buraxılmış 114 manat məzuniyyət pulu ödənilmişdir. 4) 01.04.202016-ci il tarixli ** nömrəli əmr §33-ə əsasən 21 təqvim gününə əsasən məzuniyyətə buraxılmış 119 manat məzuniyyət pulu ödənilmişdir. 5) ##.##.2017-ci il tarixli ***-K saylı əmrə əsasən 27 təqvim gününə məzunuyyətə buraxılmış 127 manat məzuniyyət pulu ödənilmişdir. 6) ##.##.2018 ci il tarixli ***-K saylı əmrə əsasən 21 təqvim gününə məzuniyyətə buraxılmış 139 manat məzuniyyət pulu ödənilmişdir. 7) ##.##.2019-cu il tarixli ***-K saylı əmrə əsasən 21 təqvim gününə məzuniyyətə buraxılmış 249 manat məzuniyyət pulu ödənilmişdir. Istifadə etmədiyi məzuniyyət illəri: 2014-2015-ci illər, 2019 – 2020-ci illər, 2020-2021- ci illər, 2021-2022-ci illər 21 təqvim günü olmaqla ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 7 ay 8 gün istifadə etmədiyi məzuniyyət 13 təqvim günündən ibarətdir. X10 aid tələb olunan sənədlər qoşmada Sizə təqdim olunur. ##.##.2025-ci il tarixli, **-*-**/*-****/**** saylı məktubda ##.##.2023-cü il tarixli PH-*-**/*- *-***/**** saylı əmrə əsasən 2022/2023-cü iş ili, ##.##.2024-cü il tarixli 18-1- **/*-*-***/**** saylı əmrə əsasən 2023/2024-cü iş ili üzrə məzuniyyətləri texniki səbəbdən istifadə edilməmiş məzuniyyət illəri kimi göstərilmişdir. Odur ki, həmin məktubu əsassız hesab edəsiniz. ##.##.2023-cü il tarixli PH-*-**/*-*-***/**** saylı əmrə əsasən 25 təqvim gününə məzuniyyətə buraxılmış, 657,40 manat məzuniyyət pulu ödənilmişdir. ##.##.2024-cü il tarixli **-*-**/*-*-***/**** saylı əmrə əsasən 25 təqvim gününə məzuniyyətə buraxılmış, 862,45 manat məzuniyyət pulu ödənilmişdir. “Füzuli rayon Mərkəzi xəstəxanası” tərəfindən tərtib edilmiş ##.##.2020-ci il tarixli aktda qeyd olunur: “Aşağıda akta imza edənlər: 1. X6 -Baş Mühasib müavini, 2. X4 -Kadırlar operator,
3. X11 – Mühasib, 4. X1 – Iqtisatçı, 5. X7 - TTTY-nin sürücüsü. Aktı tərtib etdik ondan ötrü ki, ## ######## 2020-ci il tarixdə 44 günlük “Vətən Müharibəsi” başlayan zaman Füzuli MRX-sı Horadiz şəhər və Zobucuq qəsəbəsində yerləşirdi. ## ######## 2020-ci il tarixdə Füzuli MRXnın binaları erməni işğalçıları tərəfindən ağır artireliya ilə vurulduqdan sonra həmin binada tibbi xidmət göstərmək mümkün olmamışdır. Bununla əlaqədar olaraq xəstəxananın Zobcuq qəsəbəsi və Horadiz şəhərində yerləşən inzibati binası tibbi və qeyri-tibbi personalı müharibə şəraiti ilə əlaqədar olaraq təcili şəkildə Prezidentin sərəncamına əsasən Bala-Bəhmənli kənd ərazisində yerləşən yeni tikilmiş lakin istifadəyə verilməmiş binaya Səhiyyə Nazirliyinin göstərişinə əsasən köçürülmüşdür. Köçürülmə zamanı bəzi sənədlər götürülə bilmədiyi üçün nəmalum şəraitdə itmişdir. Aktın doğruluğunu öz imzamızla təsdiq edirik. Imzalar var.” “xxxx” ASC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli hesabdan çıxarışdan görünür ki, ##.##.2023-cü il tarixində əmək haqqı iyun 657,40 manat; ##.##.2024-cü il tarixində əmək haqqı may 862,45 manat; ##.##.2024-cü il tarixində əmək haqqı dekabr 3234,76 manat məbləğində pul X10 məxsus əmək haqqı kartına köçürülmüşdür. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, materiala əlavə edilmiş sənədlərdən də göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli **-***/*-*-****/**** nömrəli əmrdən görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanası” X3in TTTY şöbəsinin sürücüsü X10 ilə bağlanmış *UF*GM******* nömrəli Əmək müqaviləsinə ##.##.2024-cü il tarixindən xitam verilmiş, ancaq əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməli olduğu halda “xxxx” ASC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli hesabdan çıxarışdan görünür ki, ##.##.2024-cü il tarixində əmək haqqı dekabr 3234,76 manat məbləğində pul X10 məxsus əmək haqqı kartına köçürülmüşdür. Bununla da Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi yaranmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X9 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tətbiq etməsi qanuni və əsaslıdır. Bu isə yekunda onu deməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində tətbiq edilmiş inzibati tənbeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21 və 31-ci maddəsinə uyğundur. Həmçinin, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində tutulmuş əsaslar mövcuddur. X2 Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi cərimə tətbiq edərkən öz qərarında IXM-in 116.1-ci maddəsinə istinad etsə də, qərarda cərimənin hansı müddətdə şərti icra olunması ilə bağlı heç bir qeyd yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarçıxarır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, X9 Xidmətinin Qarabağ regional şöbəsi şəxsin bir il ərzində təkrar inzibati xəta törətməsinə dair inzibati tənbeh vermə haqqında qərar təqdim etsə də, görünür ki, həmin qərar 2025-ci ilin yanvar ayında qəbul edilmişdir. Hazırkı qərar isə 2025-ci ilin noyabr ayında tərtib edilməsinə baxmayaraq, baş vermiş hadisə daha əvvələ - 2024-cü ilin dekabr ayına aiddir. Bu da şəxsin bir il ərzində təkrarən məsuliyyətə cəlb edilməsi halının olmaması qənaətinə gəlməyə əsas verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X9 Xidmətinin Hüquq Idarəsinin apellyasiya şikayətində göstərdiyi hallar əsaslıdır və məhkəmə qərarının ləğv edilməsinə əsasdır. Ona görə də məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Füzuli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ləğv olunmalı və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X9 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərar qüvvədə saxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Füzuli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ləğv olunmalı və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X9 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərar qüvvədə saxlanılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARA ALDI:
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X9 Xidməti Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) IXM-in 192.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə X9 Xidmətinin Qarabağ regional şöbəsinin ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası IXM-in 116.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) X9 Xidmətinin Qarabağ regional şöbəsinin ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə təyin edilmiş 1000 (min) manat məbləğində inzibati cərimə 1 ay müddət müəyyən edilməklə şərti hesab edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) IXM-in 116.3-cü maddəsinə uyğun olaraq 1 ay müddətində baş vermiş hüquqpozmanı aradan qaldırarsa, inzibati cəriməni ödəməkdən azad edilsin. Hazırkı qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən əldə edildiyi vaxtdan 1 ay müddətində qeyd olunan icrası məcburi olan göstəriş yerinə yetirilmədiyi halda inzibati cərimə real icraya yönəldilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.