Məhkəmə qərarları › İş №3(3-9)-221/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-221/2026

23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-221/2026 23.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Zeynalov Musa Həsən oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi) ilə ##.##.1997-ci il tarixdə Ağcabədi rayonu, Afşar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Füzuli rayon İcra və Probasiya Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Yardımlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### **** saylı icra vərəqəsinin icra edilməməsi əsası ilə İXM-nin 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Yardımlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı icra sənədinə əsasən tərəflərin birgə nigahmdan doğulmuş ##.##.2021-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatnadək saxlanılmaları üçün ##.##.2024-cü il tarixdən başlayaraq, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sonrakı artımalar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının, 045 misli (400* 0,45=180 manat) hər ay hər uşaq üçün olmaqla, cəmi 360 manat aliment aliment pulu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi icraata qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəsmən təqdim edilmişdir.Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbkar X3 hesabına bu günədək 3542 manat aliment pulu ödəmiş, hazırda 1498 (min dörd yüz doxsan səkkiz) manat ödənilməmiş aliment borcu vardır.İcra sənədinin icrası ilə əlaqədar borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınmış izahatda o, aliment borcundan heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də, icra sənədinə əsasən yaranmış aliment borcunu ödətdirmək mümkün olmamış, aliment borcunun ödənilməməsi tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İzahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. İcra vərəqəsi üzrə 1498 manat pul borcunun tələbkar xeyrinə ödənilməsi üçün Füzuli RİPŞ-nə çağırılmış, ona rəsmi xəbərdarlıq edilmiş və borcun ödənilməsi ondan tələb edilmişdir. O, borcunu tam şəkildə ödəyə bilmir. Eyni zamanda qeyd etmişdir ki, Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin vaxtdan sonra o, icra sənədi üzrə borcundan ##.##.2025- ci ildə 150 manat (gün ərzində 50 manat olmaqla 3 dəfə ödəniş edib), ##.##.2025- ci ildə 50 manat, ##.##.2025-ci ildə 50 manat, ##.##.2025-ci ildə 100 manat (gün ərzində 100 və 50 manat olmaqla 2 dəfə ödəniş edib) ##.##.2025-ci ildə 50 manat, ##.##.2025-ci ildə 60 manat, ##.##.2025-ci ildə 200 manat (gün ərzində 100 manat olmaqla 2 dəfə ödəniş edib), ##.##.2025-ci ildə 160 manat (gün ərzində 100 və 60 manat olmaqla 2 dəfə ödəniş edib), ##.##.2025-ci ildə 200 manat (gün ərzində 100 manat olmaqla 2 dəfə ödəniş edib), ##.##.2026-cı ildə 100 manat, ##.##.2026-cı ildə 50 manat, ##.##.2026-cı ildə 100 manat, ##.##.2026-cı ildə 50 manat, ##.##.2026-cı ildə 50 manat, ##.##.2026-cı ildə 150 manat (gün ərzində 100 və 50 manat olmaqla 2 dəfə ödəniş edib) ödəniş etmişdir. Hazırda heç bir yerdə işləmir və fəhləliklə məşğul olur, qazanc əldə edən kimi ay ərzində bir neçə dəfə icra sənədi üzrə aliment borcunu tələbkarın kart hesabına köçürür. Bəzi dövrlərdə onun səhhətində yaranmış problemlərlə əlaqədar olaraq əmək fəaliyyəti ilə tam həcmdə məşğul ola bilməmiş, bu səbəbdən də həmin dövrlərdə aliment üzrə ödənişləri daha az məbləğdə həyata keçirmişdir. Həmçinin ikinci dəfə nikaha daxil olmuş, həmin nikahdan da 1 yaşlı uşağı var. Onun da tələbatlarını ödəməlidir. Hazırda ümumi borcundan heç bir ödəniş edə bilməyəcəyini qeyd etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, ona bu ay ərzində vaxt verilsə ödəniş edəcək. Əməlindən səmimi peşmandır. Bunları nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Hazırda həmin qərardan narazıdır. PROSESSUAL MƏSƏLƏLƏR Barəsində inzibati tənbeh təyin edilmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası haqqında bildiriş, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin ## ###### **** saylı, *(***)-***/**** saylı icra vərəqindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəflərin birgə nigahından doğulmuş ##.##.2021-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ##.##.2024-cü il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının, 045 misli (400* 0,45=180 manat) hər ay hər uşaq üçün olmaqla, cəmi 360 manat aliment aliment pulu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İşdə olan ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İşdə olan ##.##.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra sənədini könüllü icra etməsi üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün müddətində vaxt verilmişdir. İşdə olan ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədində olan tələbin könüllü olaraq icra edilməməsi, borcun 985 manat təşkil etməsi bildirilərək, ona tələbin icra edilməyəcəyi halda qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İşdə olan ##.##.2026-cı il tarixli xəbərdarlıqdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədində olan tələbin könüllü olaraq icra edilməməsi, borcun 1660 manat təşkil etməsi bildirilərək, ona tələbin icra edilməyəcəyi halda qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İşdə olan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Yardımlı Rayon Məhkəməsinin ## ###### **** saylı, *(***)-***/**** saylı icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Bundan başqa, iş materialları ilə o da müəyyən olunur ki, Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə borcundan ##.##.2025-ci ildə 150 manat (gün ərzində 50 manat olmaqla 3 dəfə ödəniş edib), ##.##.2025-ci ildə 50 manat, ##.##.2025-ci ildə 50 manat, ##.##.2025-ci ildə 100 manat (gün ərzində 100 və 50 manat olmaqla 2 dəfə ödəniş edib) ##.##.2025-ci ildə 50 manat, ##.##.2025-ci ildə 60 manat, ##.##.2025-ci ildə 200 manat (gün ərzində 100 manat olmaqla 2 dəfə ödəniş edib), ##.##.2025-ci ildə 160 manat (gün ərzində 100 və 60 manat olmaqla 2 dəfə ödəniş edib), ##.##.2025-ci ildə 200 manat (gün ərzində 100 manat olmaqla 2 dəfə ödəniş edib), ##.##.2026-cı ildə 100 manat, ##.##.2026-cı ildə 50 manat, ##.##.2026-cı ildə 100 manat, ##.##.2026-cı ildə 50 manat, ##.##.2026-cı ildə 50 manat, ##.##.2026-cı ildə 150 manat (gün ərzində 100 və 50 manat olmaqla 2 dəfə ödəniş edib) ödəniş etmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə icra sənədi üzrə ##.##.2025-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş, bir neçə dəfə yazılı xəbərdarlıqların borcluya rəsmən təqdim edilməsinə baxmayaraq, onun icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməməsi, beləliklə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməməklə qərəzlilik göstərməsi ilə bağlı nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Göründüyü kimi, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbi vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, borclunun qərəzli olaraq tələbi icra etməməsi iş materialları ilə tam təsdiq olunur. Borclunun hərəkəti İXM-nin 528.1-ci maddəsinin təsiri altına düşür. Məhkəmə, eyni zamanda qeyd edir ki, şəxs hər ay müəyyən məbləğdə ödəniş etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq, bu ödənişlərin məhkəmə qərarında nəzərdə tutulmuş aliment öhdəliyinin tam və vaxtında icra edilməsini təmin etməməsi ilə bağlı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dedikdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, haqlı olaraq əməli icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirmişdir. Barəsində inzibati tənbeh təyin edilmiş şəxs isə apellyasiya şikayətində iş üzrə icraata xitam verilməsini tələb etsə də, bunu şərtləndirən hər hansı mötəbər və əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun əməlindən peşman olmasını Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almış, məsuliyyətini yüngülləşdirən ağırlaşdıran halları isə müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün beş yüz manatdan min manatadək məbləğdə cərimə tənbeh tədbiri və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Apellyasiya instansiyas məhkəməsi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, azyaşlı uşaqlarının mənafelərini, məsuliyyəti yüngülləşdirən halı, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati cərimə növündə tənbeh tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar