Məhkəmə qərarları › İş №3(3-9)-222/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-222/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-222/2026 24.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. Masallı Rayonun Sığdaş Bələdiyyəsinin barəsində Azərbaycan Rəspublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsinə dair Masallı Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-***)-*/**** saylı qərarından Azərbaycan Rəspublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan Hüquq İdarəsi tərəfindən vərilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Rəspublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan Lənkəran-X1 tərəfindən hüquqi şəxs Masallı Rayonun Sığdaş Bələdiyyəsinin barəsində Azərbaycan Rəspublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ##.##.2025-ci il tarixli inzibati xəta haqqında MN səriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və əlavə ədilmiş sənədlərdə göstərilmişdir ki, Masallı Rayonun Sığdaş Bələdiyyəsi Azərbaycan Rəspublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq DƏMX-nin Lənkəran-Astara Rəgional şöbəsinin ##.##.2025ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubunda qəyd ədilən icrası məcburi olan göstərişi yerinə yetirməmiş və nəticədə Azərbaycan Rəspublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Masallı Rayon Məhkəməsinin 05 fəvral 2026-ci il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə Masallı Rayonun Sığdaş Bələdiyyəsinin barəsində Azərbaycan Rəspublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Rəspublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan Hüquq İdarəsi Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masalli rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı əsassiz oIduğundan Iəğv edilməli, Protokolu tərtib edən orqan Lənkəran-Astara rəgional Şöbəsi tərəfindən Masallı rayon Siğdaş Bələdiyyəsi barəsində tərtib edilmiş ##.##.2025-ci ii tarixli, MN ******* nömrəli inzibati xəta haqqinda protokol üzrə inzibati məsuliyyətə cəlb edilməlidir. Masallı rayonu Siğdaş Bələdiyyəsində içiIərin qüvvədə olan əmək muqavilələrini qanunvəriciliyə əsasən elektron sənəd formasina kəcirilməsi təmin ediIməmişdir. Masallı rayonu Siğdaş Bələdiyyəsinə ##.##.2025-ci ii tarixll, *-**-*/*-*****/**** nömrəli məktubla xətanin 10 (on) gun ərzində aradan qaldırilmasi əks təqdirdə məsuliyyəta cəlb olunacaqları barədə göstəriş xarakterli məktub ünvanIanmışdır. Sadalanan tədbirlərə baxmayaraq Masallı rayonu Siğdaş Bələdiyyəsi tərəfindən Xidmətin qanuni göstərişinin icra edilməsi və bu barədə Xidmətin Lənkəran-X1nə məlumat veriIməmişdir. Masallı rayonu məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün araşdırılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəIinmiş və nəticədə əsassiz qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək yə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda Dövlət Əmək MufəttişIiyi Xidmətinin Lənkəran-X1 tərəfindən IXMin 539.1-1-ci maddəsi Masallı rayon Sığdaş Bələdiyyəsi barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol tam qanuni yə əsaslidir. Xidmət tərəfindən inzibati xəta haqqunda protokol tərtib edilərkən şəxsin əməlində Azərbaycan Rəspublikasinin İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutuImuş inzibati xəta tərkibinin butün əlamətlərinin mövcud oIduğu aşkar ediImiş və sübuta yetiriImişdir. Bildiririk ki, Masallı rayonu Siğdaş Bələdiyyəsi tərəfindən işçiIərin qüvvədə olan əmək müqavilələrini qanunvəriciliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin edilməsi barədə icrasi məcburi gostəriş veriImişdir. Xidmətin Lənkəran-X1 tərəfindən muəyyən ediImiş müddət ərzində sənədlər təqdim edilmədiyindən inzibati xəta törədiImiş hesab edilir. Bildirilir ki, həmin ##.##.2025-ci ii tarixli, *-**-*/*-*****/**** nömrəli məktub avtomatIadırıImış elektron sosial informasiya sistemi vasitəsilə huquqi şəxsin elektron kabinetinə yerIəşdiriImiş və həmin sistemdən çıxarış protokola əlavə ədilmişdir. Qeyd olunanlara əsasən, Masallı rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)- */**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi yaninda Dövlət Əmək MufəttişIiyi Xidmətinin Lənkəran-Astara regionai Şöbəsi tərəfindən Masalli rayon Sığdaş Bələdiyyəsi barəsində tərtib ediImiş ##.##.2025-ci iI tarixil, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəib edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yəri barədə lazımi qaydada məlumat vərilmiş Azərbaycan Rəspublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan Hüquq İdarəsinin səlahiyyətli nümayəndəsi və Masallı Rayonun Sığdaş Bələdiyyəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin hallarına əsasən məhkəmə şikayətə nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün həsab etmişdir. Azərbaycan Rəspublikası İXM-nin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protəst vərə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan vərilən şikayətə və ya protəstə baxılarkən qəbul ədilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim ədilmiş matəriallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia ədərək, şikayətini İnzibati Xətalar Məcəlləsinin 134.1.2.-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. AR İXM-in 12-ci maddəsində əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd ədən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya əhtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta həsab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafələrini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyəktiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar ətməkdən və onu inzibati məsuliyyətə cəlb ətməkdən, çıxarılmış qərarın icrasını təmin ətməkdən, habələ inzibati xətanın törədilməsinə kömək ədən səbəbləri və şəraiti aşkar ətməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri sübut ədilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən ətməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi təxniki vasitələrin göstəriciləri ilə, əkspərtin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən ədilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyəktiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apəllyasiya şikayətinin dəlillərindən göründüyü kimi, mübahisəli vəziyyət məhkəməyə təqdim olunmuş sənədlərin sübut üçün kifayət olub-olmaması, icrası məcburi olan göstərişin Masallı Rayonun Sığdaş Bələdiyyəsinə çatdırılıb-çatdırılmaması ilə bağlıdır. Lakin nəzərə alınmalıdır ki, bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında 858- IQ saylı Azərbaycan Respublikasının Qanun 6-cı maddəsinə əsasən Birləşən bələdiyyələrin hər birinin mülkiyyəti və onunla bağlı hüquqlar (vəzifələr) hüquq varisliyi qaydasında yeni yaradılmış bələdiyyəyə keçir. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının ## ####### 2025-ci il tarixli **-VIIQ saylı qanununa əsasən Azərbaycan Respublikasında Kolatan və Sığdaş bələdiyyələrinin əhatə etdiyi Babakücə, Bağıroba, Bala Kolatan, Böyük Kolatan, Xanalıyon, Ninəlov və Sığdaş kəndlərində bələdiyyələrin birləşməsi yolu ilə Kolatan bələdiyyəsi yaradılmışdır. Həmçinin məhkəmə onuda qeyd etməyi zəruri bildirir ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Masallı Rayon Sığdaş Bələdiyyəsi və Masallı Rayon Kolatan Bələdiyyəsi birləşdirilərək yeni Kolatan Bələdiyyəsi yaradılmışdır. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilən zaman Masallı Rayon Sığdaş Bələdiyyəsi adında qurum olmamışdır. Bu hal göstərir ki, səlahiyyətli orqan ümumiyyətlə icrası məcburi olan göstərişi faktiki olaraq aidiyyəti və mpvcud olmayan subyekt barəsində tərtib etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Masallı Rayon Sığdaş Bələdiyyəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.2. və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, İXM-in 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq Masallı Rayon Sığdaş Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXMnin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1. və 76.2-ci maddələrinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd olunan Məcəllənin 84.1. və 84.2-ci maddələrinə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla əlaqədar nəzərə alınmalıdır ki, təqsirsizlik prezumpsiasından bəhs edən İXM-in 8.1.-8.3-cü maddələrində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayəti təmin olunmamalı, Masallı Rayon Məhkəməsinin 05 fəvral 2026-ci il tarixli, *(*-***)-*/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Sığdaş Bələdiyyəsi barəsində Azərbaycan Rəspublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsinə dair Masallı Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-***)-*/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, şikayət və protest verilə bilməz. Sədrlik ədən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar