Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-223/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Masallı Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin rəisi R Mustafayev Asəf İosif oğlu tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, ##.##.2026-cı il tarixli qərarın dəyişdirilmədən saxlanılmasına dair Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan Yol patrul xidmətinin rəisi R Mustafayev Asəf İosif oğlu tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli TP ******* saylı qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməməsi barədə yekun qərar qəbul edilmişdir. İŞIN HALLARI: Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, Masallı Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin rəisi R Mustafayev Asəf İosif oğlu tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona yazılmış qərarla razı deyildir. Qərar əsassız, qərəzli və qanunlara zidd yazılmışdır. Aşağıdakı fikirləri ilə qərarın qanunsuz olduğunu sübut edəcədir. ##.##.2026-cı il tarixdə istifadəsində olan avtomobili ilə Masallı şəhərində hərəkətdə olarkən adını bilmədiyi yol patrul xidmətinin əməkdaşları arxasıycan avtomobillə gələrək ona saxla əmri vermişdir. Oda əmrə tabe olaraq avtomobilini sağa çəkmişdir. Sənədlərini istəmiş təqdim etmişdir, sənədlərinin qaydasında olduğunu görüb, başqa bəhanə tapa bilmədiyindən ona bildirmişdir ki, guya o, 1000 metr arxada əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı yerinə yetirmişdir. O, etiraz etmiş, qaydanı pozmadığını, ötmə əməliyyatı etmədiyini bildirmişdir. Video görüntülərə baxmasını və yaxud ona göstərməsini xahiş etmişdir. Videogörüntülərin olmadığını, gözlərinin yaxşı gördüyünü, videogörüntülərə ehtiyac olmadığını bildirərək ona qanunsuz protokol yazılmışdır. O, protokolu imza etməkdən imtina etmiş və qərarın evə göndərilməsini xahiş etmişdir. İşin faktiki halı belə olmuşdur. Sübutetmə yükü polisdə olduğu halda ona əsassız bildirir ki, o, qaydanı pozmadığını sübut etməlidir. Heç bir qaydanı pozmayarq barəsində haqsız olaraq qərar qəbul edilmişdir. O, qərarki heç bir qanuna əsaslanmır. Polis qərarı yazarkən heç bir mötəbər sübuta istinad etməmişdir. Əgər onun qanunu pozması barədə hər hansı bir sübutu varsa məhkəməyə təqdim etsinlər. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Hesab edir ki, çıxarılmış qərar qanunsuz qəbul edildiyindən ləğv edilməlidir. İş üzrə Masallı Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Qərardan şikayət verən orqan (şəxs) Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, şikayətinin təmin olunaraq Qərarından şikayət verilən orqan Yol patrul xidmətinin R Mustafayev Asəf losif oğlunun tərtib etdiyi ##.##.2026-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə o, heç bir inzibati qaydanı pozmamışdır. Qaydanı pozan polis əməkdaşları özləri olmuşdur. Guya o əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı yerinə yetirmişdir. Ötmə əməliyyatını yerinə yetirməyi barədə polis əməkdaşları məhkəməyə heç bir sübut təqdim edə bilmədilər. Xidməti avtomobillərinin müşayət kamerasından görüntünü məhkəməyə təqdim etmişlər. Həmin görüntüyü məhkəmə iclasında araşdırarkən tam şəkildə sübuta yetmişdir ki, o əks istiqamətə keçmədən öz yolu ilə ötmə əməliyyatını təhlükəsiz şəkildə yerinə yetirmişdir. Yolda eyni istiqamətdə gedən nəqliyyat vasitəsinin keçməsinə qadağanedici nişan qoyulmamışdır. Yəni onun əməlində heç bir pozuntu yoxdur. Məhkəmə işi obyektiv araşdırmaq əvəzinə, ümumiyyətə araşdırma aparmadan şikayətini təmin etməmişdir. Məhkəmənin yeganə istinad etdiyi video görüntüdür. Hakim məhkəmə iclasında birtərəfliyini pozaraq polislərin vəkilliyini etmişdir. Video görüntüyə baxdıqdan sonra məhkəmə iclasında polislərə və hakimə sual edərək bildirirmişdir ki, qoşa xətti tapdalayaraq, əks istiqamətə keçərək ötmə əməliyyatını etməyini göstərin. Polislər göstərə bilmədilər, məhkəmə iclasında ehtimallarla bildirirlər ki, eninə 2 aftomobil dayanmışdı, səndə gəlib yanından keçdin. Ehtimal edirik ki, əks istiqamətə keçmisən. Bu polislərin fərziyəsi idi. Dəhşətlisi budur ki, məhkəmə bu fərziyəyə inanaraq şikayətimi təmin etməmişdir. 5 səhifəlik qərarında bir cümlə belə olsunki, şikayətini nə üçün təmin etmədiyini əsaslandıra bilməmişdir. Məhkəmə hansı hal ilə mənim inzibati xətanı törətməyimi sübuta yetirdi ki, qanunsuz qərarını çıxarmış oldu. O, inzibati xətanı törətməmişdir, polis tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməyib, videogörüntüdən tam şəkildə görsənir ki, o, əks istiqamətə keçməmişdir. Məhkəmə qanunsuzcasına ondan inzibati xətanı törətməməsi barədə sübut istəyir. Şübhələr onun xeyrinə həll olunmağından, qarşı tərəfin xeyrinə həll olunmuşdur. Məhkəmə sübutetmə yükünü qarışdıraraq qanunsuz qərarını qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, şikayətinin təmin olunaraq Qərarından şikayət verilən orqan Yol patrul xidmətinin R Mustafayev Asəf losif oğlunun tərtib etdiyi ##.##.2026-ci il tarixli TP-******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli surətdə araşdıraraq apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 17:31 radələrində İsgəndərli” dairəsi yaxınlığında H.Əliyev prospektində Mətbəənin qarşısında “ MERCEDES BENZ E320 minik” markalı, ** DH *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarının tələblərinə görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisiyasında müəyyən olunmuş inzibati xəta tərkibinin obyektiv cəhətini təşkil edən və Qərardan şikayət verən orqan (şəxs) hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməli “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən ictimai münasibətlərə qəsd edən əməldir. Apellyasiya məhkəməsi ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətin yaranması üçün əsas şərt hüquqazidd və təqsirli əməlin mövcudluğudur. İş materialları ilə müəyyən olunur ki, şikayətçi barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda onun yol hərəkəti qaydalarını pozması – konkret olaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməsi – səlahiyyətli vəzifəli şəxs tərəfindən birbaşa müşahidə olunmuş və bu hal düzgün hüquqi qiymətləndirilmişdir. Apellyasiya şikayətində göstərilən əsas arqument ondan ibarət olmuşdur ki, o, faktiki olaraq əks hərəkət zolağına çıxmadan avtomobili idarə etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və xüsusilə də maddi sübut kimi təqdim edilmiş videoyazını araşdıraraq belə qənaətə gəlir ki, şikayət əsassızdır. İş materiallarında olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş vermiş yol sahəsi əks istiqamətləri ayıran yol nişanlama xətti ilə müəyyən olunmuş, məhdud eni olan iki hərəkət istiqamətli yoldur. Mövcud yol şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti yalnız hər birinin öz hərəkət zolağı daxilində qalması ilə mümkündür. Videogörüntüdən də aydın görünür ki, hadisə zamanı yolun sağ hissəsində polis əməkdaşları tərəfindən saxlanılmış nəqliyyat vasitəsi mövcud olmuş, eyni zamanda digər nəqliyyat vasitəsi (BMW markalı avtomobil) həmin sahədən hərəkət etmişdir. Belə olan halda, şikayət verən şəxsə məxsus “Mercedes” markalı avtomobilin qeyd edilən nəqliyyat vasitəsinin yanından keçməsi yolun ayırıcı xəttinə toxunmadan və əks hərəkət zolağına çıxmadan obyektiv olaraq mümkün deyildir. Görüntülərdən açıq və birmənalı şəkildə müəyyən edilir ki, şikayət verən şəxs nəqliyyat vasitəsini yolun sağ kənarı ilə deyil, hərəkət hissəsinin ortası ilə idarə etmiş, ötmə əməliyyatını həyata keçirərkən bütöv yol nişanlama xəttini tapdalamış və bununla da yol hərəkəti qaydalarının tələblərini pozmuşdur. Mövcud şəraitdə eyni vaxtda üç nəqliyyat vasitəsinin həmin yol sahəsində xətt pozulmadan təhlükəsiz hərəkəti fiziki baxımdan mümkün olmadığından, şikayət verən şəxsin əks istiqamətə çıxmaması barədə iddiaları inandırıcı hesab edilə bilməz. Şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə istinad edərək foto və ya video qeydiyyatın olmamasını inzibati qərarın əsassızlığı kimi təqdim etməsi də əsassızdır (Apellyasiya şikayətində qeyd olunmuşdur: Ötmə əməliyyatını yerinə yetirməyi barədə polis əməkdaşları məhkəməyə heç bir sübut təqdim edə bilməməsi). Apellyasiya məhkəməsi izah edir ki, qeyd olunan norma inzibati xətaların aşkar edilməsinin mümkün üsullarından birini müəyyən edir və belə xətaların yalnız texniki vasitələrlə qeydə alınmasını məcburi şərt kimi nəzərdə tutmur. Qanunvericilik səlahiyyətli vəzifəli şəxsin birbaşa müşahidəsi əsasında da inzibati xəta haqqında qərarın qəbul edilməsini mümkün hesab edir. Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulayır ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı qəbul edilmiş qərar ilkin hüquqi presumpsiyaya malikdir və bu presumpsiyanın təkzib edilməsi üçün şikayətçi tərəfindən mötəbər, obyektiv və yoxlanıla bilən sübutlar təqdim edilməlidir. Şikayətçi isə öz iddialarını yalnız şəxsi izahatla əsaslandırmış, lakin həmin izahatı təsdiq edən hər hansı sübut – videogörüntü, fotomaterial, şahid ifadəsi və ya digər sübut vasitəsi təqdim etməmişdir. Bu səbəbdən onun mövqeyi inzibati tənbeh vemə haqqında qərarın qanuniliyini şübhə altına almaq üçün kifayət hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-in: 124.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində göstərdiyi dəlillər Masallı Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq etmişdir. Göründüyü kimi, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) təqsirli bilindiyi İXMin 327.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş mütləq-müəyyən sanksiya kimi 100 manat cərimə inzibati tənbeh tədbirinin seçilməsini məqsədəmüvafiq hesab etmişdir. Qeyd olunan maddənin sanksiyasında alternativ tənbeh və ya cərimənin aşağı həddi nəzərdə tutulmamışdır. Belə olan halda hesab olunur ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsi ədalətlilik prinsipini müəyyən edən İXM-in 9.1ci maddəsinin tələblərinə uyğun olmuşdır. Belə ki, İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmçinin Azərbaycan Respublikası İXM-in: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə də, apellyasiya məhkəməsi yuxarıda qeyd olunanları və Qərardan şikayət verən orqan (şəxs) törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq və ədalətlilik prinsipi baxımından birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ona görə də şikayət təmin edilmədən, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-223/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-223/2026
22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver