Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-225/2026 24.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsi ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-X3 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin tətbiq olunması haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) şikayəti üzrə Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-X3 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq olunması haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-X3 tərəfindən ##.##.2025-ci il tarixində, MN ******* nömrəli əsassız və qanunsuz olaraq protokol tərtib olunmuş, barəsində ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq olunması haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən, tərəfindən Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində təsbit olunmuş inzibati xətanın törədildiyi qeyd olunsa da, DƏMX Lənkəran-X3 bu mövqeyi hüquqi və faktiki əsaslardan məhrum olmuşdur. X2 əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2025-ci il tarixli, *** saylı əmr Əmək Məcəlləsinin 68ci, 69-cu, 70-ci və 71-ci maddələrinin tələblərinə tam riayət edilməklə qəbul edilmişdir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-X3 tərəfindən işçi G.Qasımzadənin əmək müqaviləsinə xitam verilməsinə dair yazılı ərizəsinin mövcud olmadığı iddia edilsə də, qeyd olunan sənəd faktiki olaraq mövcud olmuşdur. Lakin müvafiq qurumun inzibati xəta haqqında protokolun tərtib edilməsinə dair bildirişi və iş üzrə digər aidiyyəti sənədlər tərəfindən yalnız ##.##.2026-cı il tarixində əldə edildiyindən, inzibati icraat zamanı qanunvericiliklə nəzərdə tutulmuş mövqeyini bildirmək, aidiyyəti sübutları təqdim etmək və əsaslandırılmış izahat vermək hüquqlarının həyata keçirilməsi obyektiv şəkildə mümkünsüz olmuşdur. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-X3 vəzifəli şəxsi tərəfindən onun barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-X3 tərəfindən ##.##.2025-ci il tarixində, MN ******* nömrəli əsassız və qanunsuz olaraq protokol tərtib olunmuş, barəsində ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq olunması haqqında qərar qəbul edilmişdir. Həmin qərardan ##.##.2026-cı il tarixində Lənkəran Rayon Məhkəməsinə şikayət ünvanlanmış, şikayəti ##.##.2026-cı il tarixində əsassız və qanunsuz olaraq birinci instansiya məhkəməsi tərəfindən qaytarılmışdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin normalarında inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin baxılmadan geri qaytarılması institutu nəzərdə tutulmamış və bu prosessual hərəkətin hüquqi bazası təsbit edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat zamanı cinayətprosessual qanunvericiliyin analogiya üzrə tətbiqinə əsassız istinad olunmuşdur. Belə ki, məhkəmə aktında şikayətin geri qaytarılmasına dair Cinayət-Prosessual Məcəllənin hər hansı konkret prosessual normasına istinad edilməmiş, əksinə, bilavasitə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının ## #### 2023-cü il tarixli Qərardadında ehtiva olunan “səlahiyyəti olmayan prokuror tərəfindən verilmiş təqdimatın (onunla müşayiət olunan vəsatətin) baxılmadan geri qaytarılması”na dair müddəalar rəhbər tutulmuşdur. Lakin hüquqi təhlil nəticəsində birmənalı şəkildə müəyyən edilir ki, Konstitusiya Məhkəməsi Palatasının adıçəkilən Qərardadı məhz CPM-in spesifik normalarına, yəni prokuror tərəfindən həbsdə saxlama müddətinin uzadılması barədə təqdimatla bağlı məsələlərə aydınlıq gətirmişdir və barəsində cinayət təqibi həyata keçirilən şəxsin şikayətinin geri qaytarılması hallarını özündə əks etdirmir. Tamamilə fərqli hüquqi təbiətə və predmete malik həmin Qərardada istinad olunaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin prosessual şikayətinin geri qaytarılması məhkəmə tərəfindən normaların tətbiqi hüdudlarının aşılması olmaqla, birmənalı şəkildə Inzibati Xətalar Məcəlləsinin 61-ci və 129-cu maddələrinin imperativ tələblərinin kobud şəkildə pozulmasını təşkil edir. Əlavə olaraq, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında müddətin bərpasına dair vəsatətinə də fikir bildirilmiş, inzibati cərimənin şərti tətbiq olunması haqqında qərarın ##.##.2026-cı il tarixində əldə olunmasına dair təsdiqedici sənədlərin əlavə edilmədiyi qeyd olunmuşdur. Belə ki, inzibati xəta haqqında iş üzrə qərar əyani qaydada əldə olunduğundan, elektron qaydada göndərilmədiyindən, həmin qərarın istinad olunan tarixdə əldə olunmasına dair təsdiqedici sənəd mövcud olmamışdır. Göstərilənlərə əsasən apellyasiya məhkəməsindən Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-X3 vəzifəli şəxsi tərəfindən onun barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar mübahisələndirilsə də, mübahisələndirilən sözügedən qərar ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, şikayətdə qeyd olunur ki, müvafiq qərar şikayətçi tərəfindən ##.##.2026-cı il tarixdə əldə edilmişdir. Lakin şikayətə sözügedən qərarın həqiqətən ##.##.2026-cı il tarixdə onun tərəfindən əldə edildiyinə dair sübutlar da əlavə edilməmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-X3 vəzifəli şəxsi tərəfindən onun barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Beləliklə, işin materiallarını yuxarıda qeyd olunan qanunvericilik normaları baxımından təkrar nəzərdən keçirib təhlil edən apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, işin halları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qanuni və ədalətli olan qərarının ləğv edilməsi üçün kifayət qədər əsas vermir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarında göstərdiyi hallar əsaslıdır və məhkəmə qərarının ləğv edilməsinə əsas yoxdur. Ona görə də məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh edilənlərə və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-225/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-225/2026
24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver