Məhkəmə qərarları › İş №3(3-9)-226/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-226/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-226/2026 24.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Zeynalov Musa Həsən oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs “AL İBRAHİM” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Fətullayev İbrahim Əşrəf oğlu və nümayəndə2 iştirakı ilə, “AL İBRAHİM” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından “AL İBRAHİM” MMC-nin direktoru Fətullayev İbrahim Əşrəf oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı (hakim Murquzov Elmir İlqar oğlunun sədrliyi) ilə Lənkəran Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-***/**** nömrəli qərarından buraxılmış müddətin bərpa edilməsinə dair “AL İBRAHİM” MMC–nin direktoru Fətullayev İbrahim Əşrəf oğlu tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, “AL İBRAHİM” MMC 15120.00 ABŞ dollar məbləğində vəsaiti ## ###### 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15120.00 ABŞ dollar məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta ## ###### 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, “AL İBRAHİM” MMC İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən, Protokol tərtib edən orqanlar tərəfindən “AL İBRAHİM” MMC-nin barəsində İXM-nin 430.4-cü maddəsi ilə ## ###### 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə “AL İBRAHİM” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olmuş 15120.00 ABŞ dollar məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni 4536 (dörd min beş yüz otuz altı) ABŞ dolları məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs “AL İBRAHİM” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fətullayev İbrahim Əşrəf oğlu Lənkəran Rayon Məhkəməsinə vəsatət ünvanlayaraq, qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. İşə baxan Lənkəran Rayon Məhkəməsi vəsatəti yuxarıda göstərilən qaydada həll etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs “AL İBRAHİM” MMC-nin direktoru Fətullayev İbrahim Əşrəf oğlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cü il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından buraxılmış müddətin bərpası edilməsinə dair “AL İBRAHİM” MMC-nin direktoru, yəni Fətullayev İbrahim Əşrəf oğlu tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Həmin qərarla razı deyil. Belə ki, Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** saylı qərarındadan xəbərsiz olmuşdur. Məhkəmənin həmin qərardadından narazıdır və aşağıdakı əsaslara görə həmin qərardadın ləğv edilməsini xahiş edir. Məhkəmənin həmin qərardadı əsassız və qanunsuzdur. Həmin qərardad çıxarılarkən hakim yalnız öz şəxsi mülahizələrinə əsaslanmış, verdiyi vəsatəti tam, obyektiv, hərtərəfli araşdırmadan, həmin qərardadı çıxarmışdır. Bundan əlavə birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Həmin qərar “AL İBRAHİM” MMC-nin hüquqi qeydiyyatda olduğu ünvana xxxx vasitəsi ilə göndərilmişdir. Məktubdan görünür ki, “bildiriş” məktubu guya ünvan tapılmadığından geri qaytarılmışdır. Lənkəran ŞHİHB-nin Lənkəran şəhər * nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən “AL İBRAHİM” MMC-nin ünvan 1 ünvanda hal-hazırda fəaliyyət göstərməməsi barədə 12-*/*** №-li ##.##.2024-cü il tarixli məktub verilmişdir. Məhkəmədən məlumatı olmadığndan məhkəmə iclasından xəbərsiz olmuşdur. Ünvanı ünvan 1 hüquqi ünvanı olan və Lənkəran * saylı Ərazi Vergi İdarəsində qeydiyyatda olan ”AL İBRAHİM” MMC ##.##.2016-cı il tarixindən “davamlı vergi ödəyicisi” kimi (vöen N:**********) fəaliyyət göstərir. Bu qərardan icra probasiya şöbəsi vasitəsilə məlumatları olmuşdur. Qərarın surətinin verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Lənkəran Regional poçt filialının ##.##.2026-ci il tarixli *-*/*-* saylı məktubundan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən ünvanlanmış SS90872972AZ seriyalı poçt göndərişinin göndəriciyə geri qaytarıldığı müəyyə edilmişdir. Belə ki, SS90872972 AZ seyralı məktubda qeyd olunmuş ünvanda xidmət göstərən sahə poçtalyonu Mehman Bəhmanovdan məktubun geri qaytarılma səbəbi ilə bağlı tərəflərindən yazılı izahat alınmışdır. Poçtalyon yazılı izahatında bildirmişdir ki, 21-ci məhəllə ərazisi bir neçə küçə və döngədən ibarət olmaqla, ərazidə qapı nömrələri də mövcüd deyil. Bu səbəbdən qeyd olunan ünvana ünvanlanmış poçt göndərişlərinin çatdırılmasında çətinliklər yaranır. Onun elektron kabinetinə də həmin qərar yüklənməmişdir. Bu səbəbdən də ümumiyyətlə həmin qərarın mövcud olmasından məlumatsız olmuşdurYuxarıda qeyd olunanlara baxmayaraq, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə qanunsuz, əsassız qərardad qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs “AL İBRAHİM” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Fətullayev İbrahim Əşrəf oğlu və nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Protokol tərtib edən orqanlar tərəfindən tərtib edilmiş ## ###### 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “AL İBRAHİM” MMC 15120.00 ABŞ dollar məbləğində vəsaiti ## ###### 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15120.00 ABŞ dollar məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta ## ###### 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, “AL İBRAHİM” MMC İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, “AL İBRAHİM” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olmuş 15120.00 ABŞ dollar məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni 4536 (dörd min beş yüz otuz altı) ABŞ dolları məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarından görünür ki, vəsatət verən şəxs tərəfindən Lənkəran Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmiş, məhkəmə qərarının surətinin təqdim olunması və iş materialları ilə tanış olmaq üçün şərait yaradılması xahiş edilmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli qəbzdən görünür ki, “AL İBRAHİM” MMC–nin etibarnamə üzrə nümayəndəsi nümayəndə2 məhkəmənin qərarı və digər sənədlər təqdim olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini yoxlayaraq, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin prosessual müddətin bərpasından imtina etməsi barədə mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apelyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İşdən göründüyü kimi, Lənkəran Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli qərarı qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi şəxsin dövlət qeydiyyatında olan rəsmi ünvanına göndərilmişdir. Məhkəmə sənədlərinin məhz hüquqi şəxsin qeydiyyat ünvanına yönləndirilməsi həmin sənədlərin lazımi qaydada çatdırılması üçün lazımi hərəkətlərin icra edildiyini göstərir. Bundan əlavə, iş materialları ilə müəyyən edilir ki, məhkəmə sənədləri poçt vasitəsilə təqdim edilə bilmədikdə, onlar qanunvericiliyə uyğun olaraq hüquqi şəxsin qeydiyyatda olduğu inzibati ərazi üzrə nümayəndəliyə göndərilmiş, lakin həmin sənədlərin də təqdim edilməsi mümkün olmamış və nəticədə sənədlər nümayəndəlikdə saxlanılmışdır. Qanunvericiliyin tələblərinə görə, bu cür hallarda məhkəmə sənədlərinin qeyd olunan üsullarla göndərilməsi onların rəsmi qaydada təqdim edilməsi kimi qiymətləndirilməlidir. Beləliklə, hüquqi şəxs məhkəmə qərarının mövcudluğundan xəbərdar olmaq və ona münasibətdə qanunla nəzərdə tutulmuş prosessual hüquqlarını vaxtında həyata keçirmək imkanına malik olmuşdur. Digər tərəfdən, iş materiallarından aydın olur ki, “AL İBRAHİM” MMC-nin nümayəndəsinə ##.##.2024 cü il tarixli məhkəmə qərarının surəti və digər sənədlər ## ###### 2025-ci il tarixdə təqdim edilmişdir. Həmin tarixdən etibarən hüquqi şəxsin apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuşdur. Lakin buna baxmayaraq, apellyasiya şikayəti yalnız ## #### 2026cı il tarixdə məhkəməyə təqdim edilmişdir ki, bu da qanunvericiliklə müəyyən edilmiş 10 günlük müddətin açıq-aşkar ötürüldüyünü göstərir. Məhkəmə qeyd edir ki, prosessual müddətin bərpası yalnız onun ötürülməsinin üzrlü səbəblərdən irəli gəldiyi hallarda mümkündür. Bu isə vəsatət verən şəxs tərəfindən həmin səbəblərin mövcudluğunu təsdiq edən konkret və inandırıcı sübutların təqdim edilməsini tələb edir. Prosessual hüququn ümumi prinsiplərinə görə, müddətin bərpası istisna xarakter daşıyır və bu institutdan sui-istifadəyə yol verilməməlidir. Bu baxımdan, müddətin buraxılmasının səbəbləri formal şəkildə deyil, konkret və inandırıcı sübutlarla təsdiq olunmalıdır. Hazırkı iş üzrə isə hüquqi şəxs tərəfindən müddətin ötürülməsinin obyektiv və aradan qaldırılması mümkün olmayan hallarla bağlı olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, müəyyən olunur ki, hüquqi şəxs uzun müddət ərzində passiv davranış nümayiş etdirmiş, öz hüquqlarının həyata keçirilməsi üçün lazımi diqqəti göstərməmişdir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, uzun müddət keçdikdən sonra prosessual və ya maddi hüquqi müddətin bərpa edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyi prinsipinin tərkib hissəsi olmaqla, hüquq münasibətlərinin sabitliyini, yekunluğunu və proqnozlaşdırıla bilməsini təmin etməyə xidmət edir. Şəxslər müəyyən edilmiş müddətlər başa çatdıqdan sonra hüquqi vəziyyətlərinin dəyişməz qalacağına əsaslı ümid bəsləmək hüququna malikdirlər. Müddətin başa çatması ilə hüquqi münasibət üzrə vəziyyət sabitləşir və tərəflərdə “legitim gözlənti” formalaşır ki, artıq həmin məsələ yenidən qaldırılmayacaq və ya məsuliyyət tətbiq edilməyəcəkdir. Uzun zaman intervalından sonra müddətin bərpası bu sabitliyi pozur, hüquq münasibətlərini qeyri-müəyyən vəziyyətə salır və şəxsin hüquqi təhlükəsizlik hüququnu zəiflədir. Bundan əlavə, müddətlər institutunun mövcudluğu təsadüfi deyil. Onların əsas məqsədi sübutların etibarlılığının qorunması, müdafiə hüququnun səmərəli həyata keçirilməsi və hüquqi münasibətlərin sonsuz müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınmasıdır. Uzun müddət keçdikdən sonra müddətin bərpası isə bu məqsədləri faktiki olaraq aradan qaldırır və hüququn sabitlik funksiyasını zəiflədir. Xüsusilə cinayət və ya inzibati məsuliyyət sahəsində müddətin əsassız və gecikmiş şəkildə bərpası şəxsin hüquqi vəziyyətinin gözlənilməz və geriyə təsir edən qaydada ağırlaşdırılmasına səbəb ola bilər ki, bu da hüquqi müəyyənlik və ədalətli məhkəmə araşdırması prinsipləri ilə uzlaşmır. Beləliklə, uzun müddət keçdikdən sonra müddətin bərpa edilməsi yalnız müstəsna, üzrlü və obyektiv əsaslar olduqda mümkün sayıla bilər, əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozuntusu kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi üzrlü səbəblərlə bağlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən vəsatətin təmin edilməməsi qanuni olmuşdur. Beləliklə də, apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar