Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-227/2026 14.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlu, Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından zərərçəkmiş şəxs X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDIM: Inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil qızı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Zərərçəkmiş Cahangirova X1 Şəhər Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** saylı qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prossesual müddətin bərpasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə, zərərçəkmiş şəxs S.Cahangirova tərəfindən Şirvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından apellyasiya qaydasında verilmiş şikayət icraata qəbul edilmədən inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılmış, zərərçəkmiş şəxs S.Cahangirovaya buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə ərizəçi X2 tərəfindən Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası qeyrimümkün hesab edilərək vəsatəti rədd edilmişdir. Ərizəçi X2 məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə zərərçəkmiş X2 tərəfindən Şirvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qərardadından vermiş olduğu şikayət prosessual müddətin ötürülməsi ilə verildiyi üçün, şikayət icraata götürülmədən birinci instansiya məhkəməsinə qaytarılmışdır. Material Şirvan Şəhər Məhkəməsinə qaytarıldıqdan sonra Sərfinaz Cahangirova yenidən prosessual müddətin bərpası ilə bağlı həmin məhkəməyə vəsatətlə müraciət etmiş, lakin Şirvan şəhər məhkəməsində onun həmin müraciətinə baxılmadan, yalnız məktubla cavab verilərək, ## #### 2025-ci il tarixli qərardan şikayət verilməsi üçün öütürlmüş müddətin bərpasının qeyri mümkün olması haqqında ona məlumat verilmişdir. Bundan sonra Sərfinaz Cahangirova şikayət ərizəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Verilmiş şikayət ərizələrini, eləcə də ötürülmüş prosessual müddətin bərpa olunması ilə bağlı vəsatətləri nəzərdə keçirərək hesab edirəm ki, birinci instansiya məhkəməsində sonuncu müraciətlə bağlı məhkəmə iclasının keçirilməməsi və müvafiq qərarın qəbul edilməməsi prosessual tələblərə ziddir. Belə ki, müddətlə bağlı sonuncu vəsatətdə ##.##.2025-ci il tarixli qərardan ötürülmüş şikayət müddətinin bərpa olunması qeyd olunsa da, aşkar haldır ki, Sərfinaz Cahangirovanın müraciəti həmin qərarın deyil, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından ötürülmüş şikayət müddətinin bərpa olunması ilə bağlıdır. Belə vəziyyətdə birinci intansiya məhkəməsi vəsatətə faktiki arzu olunan müraciətə uyğun baxaraq, müvafiq qərardad qəbul etməlidir. Hesab edirəm ki, qeyd olunan yanaşma məhkəməyə müraciət hüququnun təməl prinsiplərinə tam uyğundur. Belə ki, Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq-hüquqi aktlarda, o cümlədən Insan hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu maddələrində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində öz əksini tapmışdır. Məhkəmə müdafiəsi hüququ geniş hüquqi məzmuna malik olmaqla bir sıra elementləri əhatə edir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il ## ###, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ####, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il ## ###### tarixli Qərarları). Göstərilənlərə əsasən, hazıkı şikayətə baxılması üçün birinci instansiya məhkəməsinin müvafiq qərarı mövcud olmadığına görə, şikayətin icraata qəbul edilməkdən imtina edilməli və X2 müddətin ötürülməsinin üzürlü hesab olunması ilə bağlı ## ###### 2026-cı il tarixli vəsatətinə baxılması üçün materiallar birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130 və 132-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından ərizəçi X2 tərəfindən verilmiş şikayətin icraata qəbulundan imtina edilsin. Materiallar X2 müddətin ötürülməsinin üzürlü hesab olunması ilə bağlı ## ###### 2026-cı il tarixli vəsatətinə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-227/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-227/2026
14.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver