Məhkəmə qərarları › İş №3(3-9)-228/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-228/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-228/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbayev Amid Zakir oğlunun iştirakı ilə, İbayev Amid Zakir oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddəsi ilə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi R X3 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, 3(5-131)-125/2026 nömrəli qərarı ilə (sədrlik edən hakim X5) barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən İbayev Amid Zakir oğlunun şikayəti təmin edilmiş, İbayev Amid Zakir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin rəisi R R.Piriyev tərəfindən qəbul edilmiş ##.##.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş icraata xitam verilmişdir. İŞİN HALLARI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs A.İbayev şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər BPİ Dövlət Yol Polis İdarəsinin rəisi R X3 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbayev Amid Zakir oğlu şikayətində göstərmişdir ki, o, İXP ******* nömrəli protokola əsasən ## ###### 2025-ci il tarixdə saat 15:57 radələrində Bakı şəhəri, Ziya Bünyadov prospektində minik markalı “**-UL-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən guya yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş qaydada 100 manat cərimə edilmişdir. Bu barədə www.asanpay.az saytı vasitəsi ilə ona sms göndərilmişdir. Əslində isə onu yol patrul xidmətinin əməkdaşı qanunsuz saxlamışdır. Belə ki, o, yolayrıcını keçmə qaydalarını pozmamışdır. Hər hansı bir inzibati xəta törətməmişdir. Törədilməsi ehtimal onun xətanın video görüntüsünü YPX əməkdaşından tələb etdikdə dövlət qeydiyyat nişanı görünməyən bir avtomobilin ban hissəsinin görüntüsünü mobil telefonundan ona göstərmişdir. Həmin vaxtdan hal-hazıra kimi idarə etdiyi avtomobil cərimə meydançasında saxlanılır. Həmin vaxt onun barəsində qanunvericiliyin tələbinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilməli idi. Lakin ## ###### 2025-ci il tarixdə saat 17:44-də, yəni hadisədən 3 gün sonra ona inzibati qaydada yuxarıda qeyd etdiyi inzibati xətaya görə 100 manat cərimə olunması barədə SMS gəlmişdir. O, YPX əməkdaşının qanunsuz hərəkətləri ilə bağlı dərhal 102 xidmətinə zəng etmişdir. 102 xidmətinə zəng etsə də, zəngi alınmamışdır. *** nömrəli qaynar xəttə də zəng etmişdir. Ona görə də, onun barəsində hadisə yerində onun iştirakı ilə deyil, sonradan iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan - Bakı Şəhər BPİ Dövlət Yol Polis İdarəsinin rəisi Rəşid Piriyev apellyasiya şikayət verərək, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsi, İbayev Amid Zakir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələrinə əsasən Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli iş *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, İbayev Amid Zakir oğlu barəsində İXM-in 327.2 və 327.7-ci maddələrinə əsasən Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab etmişdir ki, İbayev Amid Zakir oğlu tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin rəisi R X3 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən müəyyən olunur ki, Bakı şəhəri, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan “X1” minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü onun hərəkəti davam etdirməməsinə səbəb olur. Məhkəmə qeyd etmişdir ki, tədqiq edilmiş videoyazı materialı sənəd hesab olunsa da, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmədiyindən həmin videoyazı məhkəmə tərəfindən etibarlı və mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, videoyazıdan hadisənin nə zaman baş verməsi və yol ayrıcından sağda yerləşən hərəkət zolağında hansısa bir üstünlük nişanının olub-olmaması müəyyən edilmir. Birinci instansiya məhkəməsinin hakimi qərarında göstərmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Bakı şəhər BPİ Dövlət Yol Polisi idarəsi məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq İdarənin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin bildirişin qanunvericiliyə uyğun qaydada İdarəyə təqdim olunması təsdiq edilməmiş və nümayəndənin gəlməməsinin səbəbləri araşdırılmamışdır. Belə ki. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Poçt Haqqında Azərbaycan Respublikası Qanununa əsasən sifarişli qaydada göndərilməli və göndərilən səlahiyyətli orqana və ya vəzifəli şəxsə çatdırılmasını təsdiq edən xəbərnamə məhkəməyə daxil olduqdan sonra məhkəmə inzibati xəta haqqında işə mahiyyəti üzrə baxa bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ümümi hissəsi yəni IV-cü Bölmə İnzibati xəta haqqında iş üzrə icraatın mərhələləri FƏSİL 14 İnzibati xəta haqqında iş üzrə icraata başlama təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta ,hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. İşin faktiki halları ondan ibarət olmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixində, saat 15:57-radələrində Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov prospektində idarə etdiyi Mercedes-Benz E270 CDI minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət üstünlüyünə malik olan Hyundai Santa-Fe minik markalı avtomobilə yol verməyərək yol ayrıcını keçmə qaydasını pozmuşdur. Bu vaxt ərazidə xidmət aparan Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru tərəfindən sürücü saxlanılmış xətanın mahiyyəti izah edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin faktiki halına görə Mercedes-Benz E270 CDI minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə Bakı səhəri. Ziya Bünyadov prospektində idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkət üstünlüyünə malik digər nəqliyyat vasitəsinə vol verməmişdir. Bu fakt: inzibati xəta haqqında protokol vol polisi əməkdaşının müşahidəsi və əlavə təqdim edilmiş videoyazı ilə təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin l-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. İdarədə aparılan araşdırma zamanı Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Mərkəzi İnformasiya Sistemində olan məlumata əsasən sürücü Qərardan şikayət verən orqan (şəxs) tərəfindən müntəzəm olaraq yol hərəkəti qaydalarını pozduğundan 18 cərimə balı toplamış və IXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyindən nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.4-cü maddəsinə əsasən Bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Hakimin qərardakı əsaslandırılması tamamilə İnzibati Xətalar Qanunvericiliyinə ziddir. Belə ki, əlavə sübut kimi məhkəməyə təqdim edilmiş videogörüntüdən açıq şəkildə müəyyən olunur ki, Bakı şəhəri, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan Mercedes-Benz E270 CDI minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkət üstünlüyünə malik olan “X2” markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkətinə mane olmuş və onun hərəkəti davam etdirməsinə süni əngəl yaradır. Hakim məhkəməyə təqdim olunmuş videoyazını sübut kimi qəbul etməməkdə yanılmışdır. Belə ki, mövcud videomaterial iş üçün mühüm əhəmiyyət kəsb edən halları — nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını, yol şəraitini və sürücünün davranışını obyektiv şəkildə əks etdirir. Bu isə inzibati xətanın baş verməsini və həmin xətanın konkret şəxs tərəfindən törədilməsini müəyyən etməyə kifayət edir. Hakimin videoyazıda hadisənin dəqiq vaxtının və yol nişanlarının tam müəyyən olunmamasına dair istinadları əsassızdır. Çünki inzibati xəta haqqında iş üzrə sübutlar yalnız bir mənbə ilə məhdudlaşmır və videoyazıda əks olunan vizual məlumatlar digər hallarla birlikdə qiymətləndirildikdə obyektiv nəticəyə gəlmək mümkündür. Bundan əlavə, videoda əks olunan yol şəraiti və nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyəti yol hərəkəti qaydalarının pozulması faktını açıq şəkildə təsdiq edir. Beləliklə, təqdim edilmiş videoyazı: hadisənin faktiki başvermə şəraitini əks etdirir, sürücü İbayev Amid Zakir oğlunun qanunazidd davranışını sübuta yetirir, inzibati xətanın mövcudluğu barədə düzgün hüquqi nəticə çıxarmağa imkan verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddsəinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) törədilmiş inzibati xətaya görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla baqlı, hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdır, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bununla bağlı birinci instansiya məhkəməsinin hakimi iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin iş üçün əhəmiyyətli olan hallan araşdırıb hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasəninzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda, qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edir. Beləliklə də, hesab edilir ki, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, İbayev Amid Zakir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddəsinə əsasən Bakı şəhəri BPİ DYPl-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya instansiyası məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs İbayev Amid Zakir oğlu apellyasiya şikayətinə etiaz edərək, şikayətin təmin olunmamasını və İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəmə iclasının yeri və vaxtı barədə EDMS proqram təminatı üzərindən məlumat verilmiş inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya məhkəməsi səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: AR İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barədə şübhələr xeyrinə həll olunduğundan, qanunvericiliklə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan və inzibati xətanın mövcudluğu, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin təqsirini təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim olunmadığını əsas götürərək iş üzrə icraata xitam vermişdir. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, şikayətin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş üzrə yenidən inzibati araşdırma aparılması səlahiyyətli orqana həvalə edilməlidir. Belə ki, iş materiallarında olan: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs İbayev Amid Zakir oğlu şikayətinin mahiyyətinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, ##.##.2025-ci il tarixdə onu polis əməkdaşları saxlamış, maşını qanunsuz olaraq A R Daxili İşlər Nazirliyinin mühafizə olunan duracağına aparmışlar. O, “Mercedes Benz E270 CDİ” minik markalı “**-UL-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə idarə etmiş, nəqliyyat vasitəsinin mülkiyyətçisi dostu olmuşdur. Nəqliyyat vasitəsini daha sonra mülkiyyətçisi tərəfindən mühafizə olunan duracaqdan çıxarılmışdır. Həmçinin o, inzibati xəta törətməmişdir. Belə ki, onun hərəkət etdiyi yolda üstünlük nişanı olmamış, nəqliyyat vasitəsi onun sol tərəfində, eyni zamanda onun idarə etdiyi nəqliyyat vasitəsindən geridə olmuş, buna görə də, o, digər nəqliyyat vasitəsinə yol vermək öhdəliyi olmamışdır. Baş vermiş hadisə barədə kamera görüntüləri dövlət kameralarının deyil, qanunsuz olaraq şəxsi mobil telefonla çəkilmişdir. Sonda İbayev Amid Zakir oğlu barəsində qəbul edilmiş ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan həmin qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İbayev Amid Zakir oğlu ##.##.2025-ci il tarixdə saat 15:57-də Ziya Bünyadov prospekti ərazisində “Mercedes Benz E270 CDİ” minik markalı “**-UL-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələrində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. ##.##.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, İbayev Amid Zakir oğlu ##.##.2025-ci il tarixdə saat 15:57-də “Mercedes Benz E270 CDİ” minik markalı “**-UL-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən belə nəticəyə gəlmişdir ki, inzibati xəta hadisəsinin mövcudluğu və həmin xətanın məhz İbayev Amid Zakir oğlu tərəfindən törədilməsi mötəbər və kifayət edən sübutlarla təsdiq olunmur. Məhkəmə xüsusilə videoyazını etibarlı sübut kimi qəbul etməmiş, həmçinin inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın tərtibi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu (inzibati tənbeh vermə haqqında qərarın nəticə hissəsində inzibati tənbeh növü qeyd olunmamışdır) göstərmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, ümumilikdə şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün onun təqsirinin qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməsi zəruridir və sübutlar kifayət etmədikdə və ya şübhələr aradan qaldırılmadıqda iş üzrə icraata xitam verilməsi mümkündür. Bu baxımdan birinci instansiya məhkəməsinin bu hüquqi yanaşması prinsip etibarilə düzgündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verməmişdir. Xüsusilə videoyazı materialının ümumiyyətlə sübut kimi qəbul edilməməsi barədə nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, iş materiallarında olan videoyazı nəqliyyat vasitələrinin hərəkət istiqamətlərini, yol şəraitini və sürücülərin davranışını əks etdirən vizual məlumatlar təqdim edir. Bu məlumatlar təkbaşına bütün halları tam sübut etməsə də, digər sübutlarla birlikdə qiymətləndirildikdə hadisənin başvermə mexanizmini müəyyən etməyə imkan verən əhəmiyyətli sübut mənbəyidir. Birinci instansiya məhkəməsi isə bu sübutu digər materiallarla əlaqəli şəkildə təhlil etmədən onu bütövlükdə mötəbər sübut kimi rədd etmişdir ki, bu da sübutların qiymətləndirilməsi qaydalarına uyğun hesab edilə bilməz. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya məhkəməsi bildirir ki, iş materiallarında olan inzibati xəta haqqında protokol, vəzifəli şəxsin hadisəni bilavasitə müşahidə etməsi və əlavə olaraq təqdim edilmiş videoyazı birlikdə qiymətləndirildikdə inzibati xəta hadisəsinin baş verməsi barədə müəyyən nəticəyə gəlməyə əsas verir. İşin faktiki hallarından görünür ki, nəqliyyat vasitələrinin yolayrıcında qarşılıqlı hərəkəti zamanı üstünlük hüququnun pozulması ehtimalını istisna edən hallar tam aradan qaldırılmamışdır. Bu isə səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması və protokol tərtib edilməsi üçün kifayət edən ilkin əsasların mövcud olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Bununla yanaşı, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi ilə bağlı gəldiyi nəticəsini əsaslı hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda zəruri rekvizitlər tam göstərilməmiş, o cümlədən qərarın unikal nömrəsi qeyd olunmamış, tətbiq edilmiş inzibati tənbeh tədbirinin, yəni cərimənin məbləği göstərilməmiş və qərarın forması normativ qaydalara uyğun tərtib edilməmişdir. Bu cür pozuntular qərarın qanuniliyinə və icra oluna bilməsinə birbaşa təsir edən mühüm prosessual çatışmazlıqlar hesab olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 115.1.1 və 115.1.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir; 124.4-cü maddəsinə görə, inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 124.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə utulmuş qaydada tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən tələsik nəticəyə gəlmiş, sübutların məcmusunu tam araşdırmamış və onların qarşılıqlı əlaqədə qiymətləndirilməsini təmin etməmişdir. Digər tərəfdən, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərarın tərtibi zamanı yol verilmiş ciddi prosessual pozuntular həmin qərarın qüvvədə saxlanılmasını mümkünsüz edir. Bu səbəbdən iş üzrə həm inzibati xəta hadisəsinin mövcudluğu məsələsi, həm də tətbiq edilmiş inzibati tənbeh barədə qərarın qanuniliyi səlahiyyətli orqan tərəfindən yenidən, hərtərəfli və obyektiv qaydada araşdırılmalı və yenidən araşdırma zamanı qiymət verilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 135.1.1 və 135.1.6-cı maddələrinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə də, apellyasiya məhkəməsi hesab edir ki, yuxarıda göstərilən səbəblərdən şikayət qismən təmin olunmalı, İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, 3(5- 131)-125/2026 qərarı ləğv edilməli, inzibati xəta haqqında iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalı və qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan məsələlər müzakirə edilməklə iş yenidən inzibati tənbeh vermə haqqında qərar verilməsi səlahiyyətli orqan üçün əsas götürülməlidir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan - Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbayev Amid Zakir oğlunun inzibati tənbeh vermə haqqında qərardan şikayəti qismən təmin edilsin. Səlahiyyətli orqan Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən İbayev Amid Zakir oğlu barəsində İXM-in 327.2 və 327.7-ci maddəsinə əsasən qəbul olunmuş inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraat materialı İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan məsələlər müzakirə edilməklə iş üzrə yenidən inzibati tənbeh vermə haqqında qərar verilməsi səlahiyyətli orqan - Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar