Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-229/2026 27.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi ilə, MÜƏYYƏN E T D İ: * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 234.0.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) * saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarına əsasən şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası ETSN-nin * saylı Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarından narazı qalan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi şikayət verərək, Salyan Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı qərarının ləğv edilərək, Salyan rayon Çuxanlı kənd məktəbinin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci il tarixli MN******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Şikayətdə göstərilmişdir ki, Idarənin əməkdaşları tərəfindən Salyan rayonu, Çuxanlı kəndində yerləşən Z.Həmidov adına tam orta məktəbin ərazisində “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun icra vəziyyətinin yoxlanılması məqsədilə keçirilmiş nəzarət tədbirləri zamanı məktəbin həyətində, tədris aparılan inzibati binanın yaxınlığında tullantıların müvəqqəti toplanması üçün nəzərdə tutulmuş tutumlardan kənarda tullantıların qalaqlanması və onların yandırılması faktı aşkar edilmişdir. Şikayət müəllifi hesab etmişdir ki, ## ####### 2025-ci il tarixli, ***** nömrəli akt, inzibati araşdırma materialları, məktəbin ərazisində tullantıların toplanması üçün tutumların yerləşdirilməməsi, tullantıların daşınması və zərərsizləşdirilməsi üçün müvafiq müqavilənin təqdim olunmaması, habelə foto və video materiallar birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, müdafiə tərəfinin tullantıların məktəbdə aparılmış təmir işlərini icra edən podratçı şirkət tərəfindən yaradılması barədə dəlili iş üzrə toplanmış sübutlar əsasında tam yoxlanılmamış, məktəbin fəaliyyəti nəticəsində formalaşan tullantıların hansı qaydada idarə edilməsi məsələsi aydınlaşdırılmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikası ETSN-nin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam və hərtərəfli araşdırılmadığından inzibati xəta materialı yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli, yəni hərəkət və ya hərəkətsizliyi törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 8.1-ci və 8.2-ci maddələrinə əsasən şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. IXM-in 12.1-ci maddəsinə görə inzibati xəta hüquqazidd, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl hesab edilir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspert rəyi ilə, inzibati xəta haqqında protokolla və bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 234.0.5-ci maddəsinin məzmunundan görünür ki, həmin norma sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanılması və tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Deməli, bu maddənin tətbiqi üçün yalnız tullantının mövcudluğu və ya onun yandırılması faktı deyil, həm də həmin hərəkətin atmosfer havasının çirklənməsi ilə nəticələnməsi, həmin nəticə ilə barəsində icraat aparılan şəxsin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqə və şəxsin təqsiri müəyyən edilməlidir. Hazırkı işdə birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarı ləğv edib iş üzrə icraata xitam versə də, IXM-in 234.0.5-ci maddəsinin yuxarıda göstərilən tərkib əlamətlərini ardıcıl və tam şəkildə yoxlamamışdır. Məhkəmə tullantıların mənbəyinin, onların məktəbin gündəlik fəaliyyəti nəticəsində, yoxsa məktəbdə aparılmış təmir-bərpa işləri ilə əlaqədar podratçı təşkilatın fəaliyyəti nəticəsində yaranmasının, həmin tullantıların yandırılması nəticəsində atmosfer havasının çirklənməsinin mövcud olub-olmamasının, bu halın hansı sübutlarla təsdiq edildiyinin və təqsirin konkret olaraq hansı hərəkət və ya hərəkətsizlikdə ifadə olunmasının aydınlaşdırılmasını təmin etməmişdir. Iş materiallarından görünür ki, müdafiə tərəfi tullantıların məktəbdə aparılmış təmir işlərini icra edən podratçı şirkətin fəaliyyəti nəticəsində yarandığını bildirmişdir. Belə olan halda, məktəbin təmir-bərpa işlərini aparan podratçı şirkətlə bağlanmış müqavilə, həmin müqaviləyə əlavələr, podratçı təşkilatın tullantıların daşınması, toplanması və zərərsizləşdirilməsi üzrə öhdəlikləri, təmir işlərinin faktiki icra müddəti, tullantıların hansı dövrdə və kim tərəfindən yaradılması işin düzgün həlli üçün mühüm əhəmiyyət daşıyan hallar kimi mütləq araşdırılmalı idi. Birinci instansiya məhkəməsi həmin müqavilənin və ona aid sənədlərin təqdim edilməsini gözləmədən, yaxud həmin sənədləri tələb edib tədqiq etmədən yekun nəticəyə gəlmişdir. Halbuki həmin sənədlər tullantıların mənşəyinin, məsuliyyət daşımalı olan subyektin və təqsirin konkret məzmununun müəyyən edilməsi baxımından həlledici əhəmiyyət daşıyırdı. Bu sübutlar tədqiq edilmədən inzibati məsuliyyətin ya mövcudluğu, ya da istisna olunması barədə qəti nəticəyə gəlmək mümkün deyildi. Məhkəmə yalnız yazılı müqavilənin mövcud olub-olmamasını müəyyən etməklə kifayətlənməməli, zərurət yarandığı halda podratçı təşkilatın nümayəndəsini, məktəbin təsərrüfat işlərinə məsul şəxslərini və hadisə yerində olmuş Idarə əməkdaşlarını məhkəmə iclasında dindirməli, onların izahatlarını digər sübutlarla müqayisəli şəkildə qiymətləndirməli idi. Çünki yazılı müqavilə hüquqi çərçivəni müəyyən etsə də, tullantıların faktiki olaraq kim tərəfindən yaradılması, kim tərəfindən yandırılması və həmin hərəkətə kimin nəzarət etməli olması yalnız bütün sübutların məcmu şəkildə araşdırılması ilə müəyyən edilə bilər. Bundan başqa, iş üzrə foto və video materialların mövcudluğu və məhkəmə iclasında bilavasitə tədqiq edilib-edilməməsi məsələsi də tam aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsinin qərarında foto və video materiallara istinad edilməsi həmin materialların həqiqətən iş materiallarına əlavə edildiyini, məhkəmə iclasında nümayiş etdirildiyini və tərəflərin həmin sübutlara münasibət bildirmək imkanına malik olduğunu öz-özlüyündə təsdiq etmir. Foto və video materiallar inzibati xəta hadisəsinin baş verməsini, tullantıların yerləşdiyi yeri, onların xarakterini, yandırılma faktını, hadisə yerində kimlərin olduğunu və barəsində icraat aparılan şəxsin həmin hadisə ilə əlaqəsini müəyyən etmək baxımından mühüm əhəmiyyət daşıya bilər. Buna görə də həmin materiallar inzibati xəta işinin materiallarına əlavə edilməli, məhkəmə iclasında bilavasitə tədqiq olunmalı, tədqiqin nəticəsi məhkəmə iclas protokolunda əks etdirilməli və tərəflərə həmin sübutlara münasibət bildirmək imkanı yaradılmalıdır. Əgər foto və video materiallar iş materiallarında faktiki olaraq mövcud deyildirsə, məhkəmə onlara əsaslana bilməz. Əgər həmin materiallar mövcuddursa, onların məzmunu, çəkilmə vaxtı, çəkilişi aparan şəxs, görüntülərin kəsilməzliyi və hadisənin hansı hissəsini əhatə etməsi aydınlaşdırılmalıdır. Bu tələblərə əməl edilmədən belə sübutlara ümumi və formal istinad edilməsi sübutların bilavasitə və hərtərəfli araşdırılması prinsipinə uyğun sayıla bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması xahiş edilsə də, apellyasiya instansiyası məhkəməsi mövcud natamam araşdırma şəraitində iş üzrə mahiyyəti üzrə yeni qərar qəbul edilməsini mümkün hesab etmir. Çünki yuxarıda göstərilən hallar tam araşdırılmadan nə inzibati tənbeh qərarının qanuniliyini təsdiq etmək, nə də icraata xitam verilməsini əsaslı hesab etmək mümkündür. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə həlledici əhəmiyyət daşıyan sübutları tam tədqiq etməmiş, tullantıların mənşəyini və məsuliyyət subyektini aydınlaşdırmamış, IXMin 234.0.5-ci maddəsinin tərkib əlamətlərini, o cümlədən atmosfer havasının çirklənməsi nəticəsini və səbəbli əlaqəni ayrıca yoxlamamış, foto və video materialların iş materiallarında mövcudluğu və bilavasitə tədqiqi məsələsini tam müəyyən etməmiş, habelə tətbiq olunmuş cərimə məbləğinin sanksiya hədlərinə uyğunluğunu qiymətləndirməmişdir. IXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana və ya vəzifəli şəxsə göndərilməsi haqqında qərar qəbul edilir. IXM-in 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın və ya vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı qanuni və əsaslı hesab edilə bilməz. Qərar ləğv edilməli, iş materialı yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yeni baxış zamanı birinci instansiya məhkəməsi podrat müqaviləsini və ona aid sənədləri tədqiq etməli, zərurət olduqda podratçı təşkilatın nümayəndəsini, məktəbin təsərrüfat işlərinə məsul şəxslərini və hadisə yerində olmuş Idarə əməkdaşlarını dindirməli, foto və video materialların işə əlavə olunmasını və məhkəmə iclasında bilavasitə tədqiqini təmin etməli, IXMin 234.0.5-ci maddəsinin bütün tərkib əlamətlərinin mövcudluğunu, məsuliyyət subyektini, sanksiya hədlərini və tətbiq olunmuş cərimə məbləğinin qanuniliyini yoxlamalı, bundan sonra toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək qanuni və əsaslı qərar qəbul etməlidir. Şərh olunanları və IXM-in 134.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması və inzibati xəta materialına yenidən baxılması üçün iş Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-229/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-229/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver