Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-230/2026 17.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs edilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Muxtar Muxtarovun sədrliyi) ilə ##.##.1983-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir Pirili kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati həbs edilməsi, inzibati həbs etmənin əvvəlinin ## ##### 2026-cı il tarixdən saat 17:00-dan hesablanması barədə yekun qərar qəbul edilmişdir. IŞIN HALLARI: Işə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə razı deyildir. Bu səbəbdən də Kürdəmir Rayon Məhkəməsinin onun barəsində verdiyi qərara yenidən baxılıb yeni qərar qəbul edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş icra məmuru və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati həbsin müddəti azaldılmalıdır. Belə ki, mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokol, habelə işin digər materialları əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olmasının sübuta yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, tətbiq edilmiş inzibati tənbeh onun şəxsiyyətinə uyğun olmamışdır. Işin materiallarında olan Kürdəmir regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin ##.##.2025-ci il tarixli, *İ-**** saylı icra qeydinə əsasən, 5025 manat pul Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq X3 ödənilməlidir. Işin materiallarında olan icraata başlama haqqında ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Kürdəmir regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin ##.##.2025-ci il tarixli, *İ**** saylı icra qeydinə əsasən iş üzrə icraat başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmiş və o, bildirişi ##.##.2025-ci il tarixdə almışdır. Işin materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün inzibati həbs edilmişdir. Işin materiallarında olan ##.##.2026-cı il tarixli izahatın surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə 5025 manat borcu olduğunu etiraf etmiş, imkanı olmadığı üçün borcu ödəməmişdir, borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə, fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göründüyü kimi işin materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirləndirildiyi maddə üzrə təqsiri təsdiq olunsa da, təyin edilmiş inzibati tənbeh onun şəxsiyyətinə uyğun olmamışdır. Elektron Məhkəmə Informasiya Sistemindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində X1 (##.##.2013) və X2 (##.##.2013) adlı övladları vardır. Birinci instansiya məhkəməsi isə şəxsin himayəsində 2 azyaşlı övladının olmasını nəzərə almamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tətbiq edilmiş inzibati tənbehin müddəti hissəsində dəyişdirilməli, onun barəsində seçilmiş 20 (iyirmi) gün müddətində inzibati həbsin müddəti azaldılaraq 15 (on beş) günə endirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdən saat 17:00-dan həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsi ilə təyin edilmiş inzibati tənbehin həddi dəyişdirilərək, onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tətbiq edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-230/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-230/2026
17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver