Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-231/2026 04.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, icra sənədi üzrə tələbkar - Zərərçəkmiş şəxs İsa oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin # #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X2), ## #### 1982-ci il tarixdə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Ağcabədi rayonu, Qaraxanlı kəndində qeydiyyatda olmaqla yaşayan borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI: Ağcabədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş # #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ağcabədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, # ##### 2019-cu il tarixli icra sənədindəki tələbi müəyyən olunmuş müddətə icra etməmiş və hazırda onun 12.150 manat borcu vardır. Buna görə də, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Ağcabədi Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs – tələbkar Zərərçəkmiş şəxs İsa oğlu apellyasiya şikayəti verərək Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-***/**** saylı inzibati icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi, Acabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun inzibati xəta haqqında # #### 2026-cı il tarixli MN******* saylı protokoluna əsasən borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati cəza tədbiri görülməsi barədə xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağcəbədi rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-***/**** saylı Qərarının ləğv edilməsi, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin İcra Məmurunun inzibati xəta haqqında 0# #### 2026-cı il tarixli MN******* saylı protokoluna əsasən borclu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati cəza tədbiri görülməsi barədə Qərar qəbul edilməlidir. Belə ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmməd oğlunun axtarılması barədə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli Qərarları olmasına və axtarış barədə axırıncı qərar əsasında tutularaq İcra Şöbəsinə aparılmasına baxmayaraq məhkəmənin qərarında qeyd edilir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmməd oğlu icra məmurunun bütün çağırışlarına gəlmişdir. Qərarda daha sonra qeyd edilir ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ağcabədi rayon Məhkəməsinin *(***)-**/**** saylı ## #### 2021 -ci il tarixli qərardadı ilə Ağcabədi rayon Məhkəməsinin *(***)-***/**** saylı 0# ##### 2019-cu il icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmməd oğlu icra sənədi üzrə mütamadi ödənişlər etmiş və sonuncu dəfə ##.##.2026-cı il tarixdə 250 manat ödəniş etmişdir. Əgər borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmməd oğlu Ağcabədi rayon Məhkəməsinin *(***)-**/**** saylı ## #### 2021-ci il tarixli qərardadı ilə müəyyən edilmiş hər ay 1000 manat məbləği ödəyirdisə və icra məmurunun çağırışlarına gəlsəydi İcra məmuru tərəfindən onun barəsində dörd dəfə axtarış qərarı qəbul edilməzdi və onun barəsində inzibati tədbir görülməsi üçün inzibati xəta haqqında protokol tərtib edilməzdi. Əksinə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmməd oğlu 2024-cü ildə heç bir ödəniş etmədiyi üçün İcra məmuru tərəfindən ##.##.2025-ci il tarixində Axtariş qərarı qəbul edilmişdir. ##.##.2026-ci il tarixində ödədiyi 250 manatı da tutulduqdan sonra ödəmişdir. Məhkəmə Qərarında borclu icra sənədi üzrə borcunu mütamadi ödəmişdir qeyd etməsinə baxmayaraq bu barədə hər hansı sübuta əsaslanmamışdır. Göründüyü kimi İcra Məmurunun inzibati xəta haqqında 0# #### 2026-cı il tarixli MN******* saylı protokolu və ona əlavə edilmiş sənədlər borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmməd oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tədbirin görülməsinə əsas verdiyi halda məhkəmə heç bir sübutla əsaslandırılmayan qərarla başlanılmlş inzibati icraata xitam vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Zərərçəkmiş şəxs – icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs İsa oğlu apellyasiya şikayətinn dəlillərinə uyğun izahat verərək bildirdi ki, tələbkarın 12.500 borcu qalıb. Dünən də borclu 200 manat ödəmişdir. Lakin ortalama 427 manat hər ay ödəniş edir. Hissə-hissə ödənişlə ayda 1000 manat ödəniş ödəməli idi. Eminin borcu bir dəfəyə bağlamaq imkanı var. Lakin ödəmir. May ayı üçün dünən 200 manat ödəniş etmişdir. Dekabrda 700 manat ödəmişdir. Ondan əlavə 250 və 200 manat ödəniş etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və borclu barəsində inzibati qaydada sərt tədbirlərin görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdi ki, Bakı şəhərində Xəzər rayonunda kirayədə yaşayır. Bu borcundan əlavə hər ay bir uşaq üçün 310 manat aliment ödəyir. Fərdi əməklə məşğuldur. Borcun indiyə kimi hamısını o, ödəmişdir. Atası 2-ci dərəcəli əlildir. Anası da ağır xəstədir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən vəkil Vəkil izahat verərək bildirdi ki, borclu 2 uşağına da aliment ödəyir, keçmiş həyat yoldaşı onkoloji xəstədir. 8.000 manat ona birdəfəlik ödəniş edib. Rəsmi iş yeri yoxdur. Ödəniş etməkdən yayınmır. Qeyd olunanlar üzrə apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya məhkəməsi məhkəmə iclasının qeyd olunan nümayəndənin iştirakı olmadan keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli surətdə araşdıraraq apellyasiya məhkəməsi belə hesab edir ki, şikayət təmin edilməməli və Ağcabədi Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran apellyasiya məhkəməsi təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, səlahiyyətli orqan - Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 birinci instansiya məhkəməsində bildirmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, 0# ##### 2019-cu il tarixli icra sənədinə əsasən cavabdehlər X3 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödəniş gününə dolların manata olan məzənnəsi ilə 24800 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs İsa oğluna ödənilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun bütün çağırışlarına gəlmişdir. Lakin, icra sənədi üzrə borcunu tamamilə ödəmədiyindən hazırki inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edilmişdir. Hazırda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 12.150 manat borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci istansiyası məhkəməsi zamanı bildirmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, 0# ##### 2019-cu icra sənədinə əsasən X3 və ondan ödəniş gününə dolların manata olan məzənnəsi ilə 24800 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs İsa oğluna ödənilməlidir. Ağcabədi Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2021-ci il tarixli qərardadı ilə qeyd edilən icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi qərara alınmışdır. Borcundan 30.000 manata yaxın hissəsini ödəmiş, qalıq 12150 manatını da hissə-hissə ödəyəcəkdir. Borcundan sonuncu dəfə ## ###### 2026-cı il tarixdə 250 manat ödəmişdir. Maddi imkanı olmadığı üçün borcunu birdəfəyə ödəyə bilmir. İcra məmurunun bütün çağırışlarına vaxtında gəlmişdir, iki azyaşlı uşağının olmasını, onlara aliment ödəməsini və anasının da xəstə olmasının nəzərə alınmasını və məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi borclunun icra sənədinin icrasından qəsdən yayınmamasını, imkanları daxilində qismən ödənişlər etməsini və borcun tam ödənilməməsinin üzrsüz səbəbdən deyil, obyektiv maddi çətinliklərlə bağlı olmasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Hazırkı vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Bununla yanaşı, apellyasiya məhkəməsi tərəfindən iş materialları tədqiq edilərkən həmçinin aşağıdakılar müəyyən olunmuşdur. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin # ##### 2019-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi üçün hər ay borc məbləği tam ödənilənədək borclular Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X3 ayrıayrılıqda hər ay 500 manat olmaqla cəmi 1.000 manat alınıb tələbkar Zərərçəkmiş şəxs İsa oğluna verilməsi qərara alınmışdır. ##.##.2025-ci il tarixli “Milliön elektron ödəmə” terminalı vasitəsi ilə ödənilmiş ödəniş qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus 416973********** nömrəli kart hesabına 1500.00 manat ödəniş edilmişdir.. ##.##.2025-ci il tarixli, “Birbank” tətbiqi vasitəsi ilə ödənilmiş 2********** ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs məxsus *********6508 nörməli kart hesabına 300 manat ödəniş edilmişdir. ##.##.2025-ci il tarixli, “mpay” tətbiqi vasitəsi ilə ödənilmiş 2758876038 ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 416973*****6508 nörməli kart hesabına 700 manat ödəniş edilmişdir. ##.##.2025-ci il tarixli, “Birbank” tətbiqi vasitəsi ilə ödənilmiş 23682312865 ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs məxsus *********6508 nörməli kart hesabına 200 manat ödəniş edilmişdir. ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli eManat tətbiqi vasitəsi ilə ödənilmiş qəbzlərdən görünürki, Ş***** A*****N***** müştəriyə ayrı ayrılıqda 8.000 manat ödəniş etmişdir. İş materiallarına baxış zamanı müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə üzərinə düşən öhdəliklərin icrasından qərəzli şəkildə yayınmamış, əksinə mütəmadi olaraq tələbkarın xeyrinə müxtəlif məbləğlərdə (30.000 manat civarında) ödənişlər həyata keçirmişdir. Belə ki, iş üzrə təqdim edilmiş elektron ödəniş qəbzləri ilə onun ##.##.2025-ci il tarixdə 1500 manat, ##.##.2025-ci il tarixdə 300 manat və 200 manat, ##.##.2025-ci il tarixdə 700 manat, habelə digər dövrlərdə əlavə ödənişlər etdiyi müəyyən olunur. Bu ödənişlər borclunun icra prosesindən yayınmadığını və borcun hissəhissə icrası istiqamətində real və davamlı davranış sərgilədiyini təsdiq edir. Bundan əlavə, borclu tərəfindən aliment öhdəliyinin də icra edilməsi müəyyən olunmuşdur. Belə ki, onun tərəfindən başqa icra sənədi üzrə ümumilikdə 8.000 manat məbləğində aliment ödənişi həyata keçirilmişdir. Həmin ödənişlərin icra sənədinin icrası ilə eyni dövrə təsadüf etməsi borclunun ümumi maliyyə yükünü artırmış və borcun tam və birdəfəyə ödənilməsini obyektiv olaraq çətinləşdirən hal kimi çıxış etmişdir. Bununla belə, borclu bu vəziyyətə baxmayaraq icra öhdəliklərindən yayınmamış, qismən və ardıcıl ödənişlər etməyə davam etmişdir. İş materiallarından həmçinin görünür ki, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərardadı ilə borcun hissə-hissə ödənilməsi müəyyən olunarkən ödənişlərin borclu və onun atası tərəfindən müştərək qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin iş üzrə təqdim olunmuş sübutlar və həyata keçirilmiş faktiki ödənişlərdən aydın olur ki, borcun icrası faktiki olaraq yalnız Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən həyata keçirilmişdir. Atası tərəfindən həmin öhdəlik üzrə hər hansı real ödənişlərin edilməsi müəyyən edilmir. Bu hal göstərir ki, borclu üzərinə düşən öhdəliyi təkbaşına icra etmiş, qərardadda nəzərdə tutulmuş bölgüyə baxmayaraq əlavə maliyyə yükünü də özü daşımışdır. Bu isə onun icra prosesindən yayınmadığını, əksinə borcun icrasına yönəlmiş real və davamlı davranış sərgilədiyini təsdiq edir. Tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş izahatda borcun qalıq hissəsinin mövcudluğu və ödənişlərin yetərsizliyi qeyd edilsə də, iş üzrə toplanmış sübutlar borclunun sistematik şəkildə ödənişlər etdiyini və icra prosesindən yayınmadığını göstərir. Eyni zamanda borclunun sosial və ailə vəziyyəti – kirayədə yaşaması, aliment öhdəliklərinin mövcudluğu, valideynlərinin sağlamlıq vəziyyəti və qeyri-sabit gəlir mənbəyinə malik olması – onun borcu birdəfəyə ödəmək imkanlarını məhdudlaşdıran obyektiv hallar kimi qiymətləndirilir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, icra sənədinin icra edilməməsi o halda qərəzli sayılır ki, borcluya rəsmi xəbərdarlıq edildikdən sonra da icranın yerinə yetirilməsindən yayınma davam etmiş olsun. Lakin işin faktiki halları göstərir ki, borclu icraata başlama haqqında qərarı və bildirişi ## ######## 2025-ci il tarixdə almış və həmin gün borcundan 200 manat məbləğində ödəniş etmişdir. Belə olan halda, borclunun icra sənədindən məlumatlı olduğu andan dərhal qismən ödəniş etməsi onun icra prosesindən yayınmaq niyyətində olmadığını, əksinə öhdəliyin icrasına başladığını göstərir. İcra məmuru tərəfindən buna baxmayaraq inzibati xəta haqqında protokolun tərtib edilməsi isə borclunun hərəkətlərində qərəzlilik və ya üzrsüz yayınma elementinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərində icra sənədinin üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra edilməməsi, eləcə də icra sənədinin icrasını mümkünsüz etməyə yönələn hər hansı hərəkət və ya hərəkətsizlik halları müəyyən olunmadığından onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-in təqsirsizlik prezumpsiyasından bəhs edən 8-ci maddəsində aşağıdakılar göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1 və 53.1.2-ci maddələrinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranması üçün əsasların olmadığını tam araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Odur ki, apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə olan işin icraatına xitam verilməsi barədə Ağcabədi Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Həmçinin, apellyasiya məhkəməsi hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir daha «İcra haqqında» Azərbaycan Respublikası Qanununun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2018-ci il tarixli Qərarındakı mövqeyə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Odur ki, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəzərinə bir daha çatdırılmalıdır ki, icra sənədi üzrə borcunu tam şəkildə üzürsüz səbəblərdən ödəməyəcəyi təqdirdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Odur ki, apellyasiya məhkəməsi şərh olunanları və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-231/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-231/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver