Məhkəmə qərarları › İş №3(3-9)-233/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-233/2026

01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-233/2026 01.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən hakim Bəhmənov Habil Xanoğlan oğlunun, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərardadından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin rəisi Elməddin Süleymanov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən,## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərinin dəyişdirilməsi ilə bağlı əmr ##.##.2025-ci ildə qəbul edilmiş və 15 iş günü müddətində təqdim edilməmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə X1” MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinə geri qaytarılmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin rəisi X2 Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin qərardadı qanunvericiliyə zidd olduğu üçün ləğv edilməlidir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: ********** ##.##.2026-cı il tarixdə dövlət qeydiyyatı məlumatıarının (rəhbərin) dəyişdirilməsi ilə əlaqədar “Hüquqi şəxsin (xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının) dövlət qeydiyyatı haqqında ərizə” və ərizəyə əlavə olunmuş sənədlərlə qeydiyyat orqanı olan * saylı Ərazi Vergilər İdarəsinə müraciət edilmişdir. Lakin, ərizəyə əlavə olunmuş əmrdə müvafiq dəyişikliyin baş verdiyi tarix ##.##.2025-ci il olaraq qeyd edilmişdir. Bununla da, cavabdeh tərəfindən hüquqi şəxsin təsis sənədlərində edilmiş dəyişikliklərin və dövlət reyestrində qeydə alınmış məlumatların sonrakı dəyişikliklərinin qanunvericiliklə müəyyən edilmiş müddətdə qeydiyyat orqanında qeydiyyata alınması təmin edilməmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə əməl olunmamışdır. Həmin qanunun və inzibati məsuliyyət normalarının tələblərinə əsasən, hüquqi şəxslərin və onların vəzifəli şəxslərinin bu öhdəliyi yerinə yetirməməsi inzibati məsuliyyət yaradır və müvafiq cərimələrə səbəb olur. Göstərilənlərə əsasən, cavabdehin hərəkətləri (və ya hərəkətsizliyi) qanunvericiliyin tələblərinə zidd olmaqla hüquqi nəticələr doğurmuşdur və bu hal iddia tələblərinin əsaslılığını təsdiq edir. Bundan sonra İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinin tələblərinin pozulması üzrə * saylı Ərazi Vergilər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib olunmuşdur. Qeyd edilənlərdən göründüyü kimi, * saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin baş hüquqşünasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə protokol tərtib etməsi “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il # ### tarixli **** nömrəli Fərmanı ilə birbaşa nəzərdə tutulmuşdur. Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. 2. * saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol təmin edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. İşin hallarına əsasən məhkəmə şikayətə nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətdə hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edilərək, əsaslar İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Barəsində şikayət verilmiş qərardadı nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edirəm ki, İXM-in 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materialın geri qaytarılması haqqında qərardaddan şikayət nəzərdə tutulmasa da, hazırkı vəziyyətə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təminatı olaraq hazırkı şikayətə baxılması məqsədəuyğundur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki Qərarlarında da qeyd etmişdir ki, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli Qərar). Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Qanunun 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən, hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Şikayət verilmiş qərardaddan görünür ki, hakim Azərbaycan Respublikası Prezidentinin 2017-ci il tarixli 23 fevral tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na əsaslanaraq bu qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin müvafiq şöbəsinin baş hüquqşunası tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq səlahiyyəti nəzərdə tutulmamışdır. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsinə görə materiallar geri qaytarılmışdır. Şikayətin dəlilləri araşdırılarkən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin rəisi “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il # ### tarixli **** nömrəli Fərmanına istinad etmişdir. Lakin qeyd olunmalıdır ki, həmin Fərman baxılmasının aidiyyəti yalnız məhkəmələrə aid olan inzibati xəta haqqında icraatlara aiddir və həmin Fərmanda İXM-in 405-ci maddəsi üzrə Dövlət Vergi Xidməti adından protokol tərtib etmək səlahiyyəti ilə əlaqədar heç bir qeyd yoxdur. Həmin Fərmanın qeyd hissəsində göstərilmişdir:

1. Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na uyğun olaraq, həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan həmin Siyahıda göstərilən vəzifəli şəxslər Məcəllənin 43.3-cü maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Göründüyü kimi, İXM-in 405-ci maddəsinə baxmaq səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6.0-cı bəndinə əsasən Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə aiddir. Hal-hazırda inzibati xəta haqqında icraat məhz hüquqi şəxs barəsində başlanıldığına görə, vergi orqanı İXM-in 18-ci maddəsinə əsasən materialları aidiyyəti üzrə baxılması üçün Şirvan şəhər məhkəməsinə göndərmişdir. Lakin bu hal əsas vermir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6.0-cı bəndində qeyd olunan səlahiyyətli şəxslərdən başqa digər vəzifəli şəxsin həmin inzibati xəta haqqında protokolu tərtib etsin. Bununla belə hesab edirəm ki, hüquqi müəyyənlik prinsipi baxımından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin müvafiq şöbəsinin baş hüquqşunasının inzibati xəta haqqında icraatın başlanılması üçün əsas olan inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün səlahiyyətli şəxs olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il tarixli 23 fevral tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6 və 6.0-cı bəndində qeyd olunmuşdur ki, Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından İXM-in ... 405 (kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə)..... nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə- Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin strukturuna daxil olan ərazi vergilər idarələrinin rəisləri, onların müavinləridir. Nəzərə alınmalıdır ki, hüquq şöbəsi Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumlarında fəaliyyət göstərir. Ona görə də hazırkı protokoli tərtib edən baş hüquqşünas vəzifəsinin struktur bölməsinə daxil olan rəis vəzifəsi hesab olunubolunmaması aydınlaşdırılmalı, bunun nəticəsindən asılı olaraq İXM-in 109-cu maddəsində qeyd olunan qərarlardan biri qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İsitnad olunmuş Məcəllənin 135.1 və 135.1.1-ci maddələrinə uyğun olaraq hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, İXM-in 135.1.1-ci maddəsinə əsasən şikayət verilmiş qərarın ləğv edilməsi üçün prosessual əsaslar müəyyən olunmuş, hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də qərardad ləğv olunmalı və şikayətə əsasən inzibati xəta üzrə materiallar yenidən baxılması üçün hakimə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq

QƏRAR VERDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin rəisi Elməddin Süleymanov tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv olunaraq, inzibati xəta haqqında materiallar yenidən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində baxılması üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət verilə bilməz.

Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar