Məhkəmə qərarları › İş №3(3-9)-235/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-235/2026

30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-235/2026 30.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İskəndərov Vidadi Təhlət oğlunun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İskəndərov Vidadi Təhlət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İskəndərov Vidadi Təhlət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi) ilə İskəndərov Vidadi Təhlət oğlunun şikayəti təmin edilməmiş, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş ## ###### 2026 cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İskəndərov X3 şəhəri 1 May küçəsində fəaliyyət göstərən 1001 Xırdavat mağazasının qarşısında 2 ədəd Sərv ağacının (bioloji inkişafda olan) məhv edilməsi əsası ilə İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 4000 manat məbləğində inzibati cərimə edilmişdir. İskəndərov Vidadi Təhlət oğlu şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026-cı il tarixdə MN ******* saylı protokol əsasında yazılmış MN 1897545 inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan Şirvan Şəhər Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İskəndərov Vidadi Təhlət oğlu apellyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsi iş üzrə qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, məhkəmənin qərarda göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş, işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutları nəzərə almamış, əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, məhkəmə yalnız inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatına əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə onun mülkiyyətində olan Şirvan şəhəri 1 May küçəsində fəaliyyət göstərən 1001 Xırdavat mağazasının qarşısında 2 ədəd Sərv ağacının mülkiyyətində olan torpaq sahəsinin ərazisində olub-olmamasını araşdırmadan əsassız qərar qəbul etmişdir. İş materiallarında olan JN-*** nömrəli (kod:91100002) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Əli Bayramlı şəhəri, Əli Bayramlı bələdiyyəsinin ## ### 2025-ci il tarixli, ** saylı qərarı və ## ### 2025-ci il tarixli alğı-satqı aktı ilə 0.2632 hektar torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi üçün ona satılmış və hazırda da onun mülkiyyətindədir. Həmin kəsilmiş 2 ədəd Sərv ağacını o, özü mülkiyyətində olan torpaq sahəsinə əkib qulluq etmişdir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Şirvan Şəhər Məhkəməsi bu halları araşdırmadan və müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübuta yetirmədən onu təqsirli bilərək 4000 manat məbləğində cərimə etmişdir. Bundan başqa, o, fiziki şəxs olduğu təqdirdə onu vəzifəli şəxs kimi nəzərə alıb cərimə etmişlər. Əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi yoxdur. Ona görə də Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və şikayəti təmin edilməlidir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İskəndərov Vidadi Təhlət oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmamasını, Şirvan Şəhər Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## ###### 2026-cı il tarixində Şirvan şəhəri 1 May küçəsində fəaliyyət göstərən 1001 Xırdavat mağazasının qarşısında 2 ədəd Sərv ağacının (bioloji inkişafda olan) adı çəkilən obyektin sahibi İskəndərov Vidadi Təhlət oğlu tərəfindən kəsilərək məhv edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ## ###### 2026-cı il tarixində Şirvan şəhəri 1 May küçəsində fəaliyyət göstərən 1001 Xırdavat mağazasının qarşısında 2 ədəd Sərv ağacının (bioloji inkişafda olan) adı çəkilən obyektin sahibi İskəndərov Vidadi Təhlət oğlu tərəfindən kəsilərək məhv edildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 4000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026-cı il tarixli, ****** nömrəli aktından görünür ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin **** nömrəli sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarını və bu sahədə qəbul edilmiş digər normativ hüquqi aktları rəhbər tutaraq ## ###### 2026-cı il tarixində Şirvan şəhəri 1 May küçəsində fəaliyyət göstərən “1001 Xırdavat” tikinti materialları mağazasının qarşısında 2 (iki) ədəd köküstə yaş vəziyyətdə olan (d=21 sm və d=24 sm) Sərv ağacının yer səthinə yaxın hissəsindən kəsilərək gizlətmək məqsədilə, kəsilmiş kötük hissələrin torpaqla örtülməsi faktı tərəflərindən aşkar edilmişdir. Araşdırma zamanı qeyd olunan ağacların 1001 Xırdavat mağazasının sahibi İskəndərov Vidadi Təhlət oğlu tərəfindən müəyyən olunmuşdur. Vidadi İskəndərov yazılı izahatında ağacları özünün kəsdiyini, xəstə olduğu üçün gələcəkdə quruyacağını ehtimal etdiyini, ağacları özünün əkdiyini, suladığını, kəsilmiş ağacların yerinə yeni ağac tinglərinin əkiləcəyini və ağacları özü əkdiyi üçün kəsməyinin qanun pozuntusu olduğunu bilmədiyini qeyd etmişdir. Kəsilmiş ağaclar olan əraziyə Vidadi İskəndərovla birlikdə baxış keçirilən zaman ağacların yaş vəziyyətdə olduğu, kəsilmiş ağacın qol-budağını obyektin yan hissəsinə yerləşdiyi müəyyən olunmuşdur. Araşdırmanın nəticəsi olaraq vətəndaş İskəndərov Vidadi Təhlət oğlu tərəfindən “Yaşıllıqların Mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinin pozulduğu müəyyən edilmişdir. İş materiallarında olan JN-*** nömrəli (kod:91100002) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Əli Bayramlı şəhəri Əli Bayramlı bələdiyyəsinin ## ### 2025-ci il tarixli, ** saylı qərarı və ## ### 2025-ci il tarixli alğı-satqı aktı ilə 0.2632 hektar torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi üçün İskəndərov Vidadi Təhlət oğluna satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin İskəndərov Vidadi Təhlət oğluna ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, ##.##.2005-ci il tarixdən vergi orqanında vergi ödəyici kimi vergi uçotunda olması barədə məlumat aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin ## #### 2026-cı il tarixli, 3-21-2-12/2-İ-118 **/**** nömrəli məktubundan görünür ki, İskəndərov Vidadi Təhlət oğlunun (VÖEN: 2100165682) sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları hazırda dayandırılmış vəziyyətdədir. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, birinci instansiya məhkməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iş üzrə təqdim etdiyi sübutlar əsasında İskəndərov Vidadi Təhlət oğlunun sözügedən əməli törətməsinin sübuta yetirildiyini göstərib, sonuncunun İXM-nin 253.2ci maddəsi ilə təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmağı mümkün hesab etmir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallardan biri olan inzibati xəta predmeti hesab edilən yaşıllıqların yerləşdiyi torpaq sahəsinin hüquqi statusu və həmin yaşıllıqların hüquqi rejimi tam və hərtərəfli araşdırılmamışdır. İş materiallarından görünür ki, şikayətçi İskəndərov Vidadi Təhlət oğlu həm inzibati icraat zamanı verdiyi izahatında, həm də məhkəmə baxışları zamanı ardıcıl olaraq bildirmişdir ki, kəsilmiş 2 ədəd sərv ağacı onun istifadəsində və mülkiyyətində olan torpaq sahəsində yerləşmiş, bilavasitə özü tərəfindən əkilmiş, qulluq edilmiş və sonradan quruma təhlükəsi yarandığını düşündüyü üçün kəsilmişdir. Bundan başqa, iş materiallarında JN-*** nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı da mövcuddur və həmin sənəddən görünür ki, sahibkarlıq fəaliyyəti məqsədilə müəyyən torpaq sahəsi İskəndərov Vidadi Təhlət oğlunun mülkiyyətinə verilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin sənədin hüquqi və faktiki əhəmiyyətini qiymətləndirməmiş, kəsilmiş ağacların məhz həmin torpaq sahəsinin hüdudlarında yerləşib-yerləşmədiyini, həmin yaşıllıqların hüquqi baxımdan xüsusi mühafizə olunan yaşıllıq fonduna aid olub-olmadığını, yaxud şəxsin mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən salınmış yaşıllıq hesab edilibedilmədiyini araşdırmamışdır. Azərbaycan Respublikası İXM-nin 253-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi şamil edilmir. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin, habelə həmin Məcəllənin 314-cü maddəsinin və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ###### 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti yaradır. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Beləliklə, yuxarıda göstərilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların kəsilməsi (götürülməsi) Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Eyni zamanda Meşə Məcəlləsinin 12-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. Nəzərə alınmalıdır ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair dövlət aktından torpaq sahəsinin İskəndərov Vidadi Təhlət oğlunun xüsusi mülkiyyətinə verildiyi müəyyən olunsa da, birinci instansiya məhkəməsi həmin torpaq sahəsinin hüquqi təyinatını, yəni onun həyətyanı, bağ, sahibkarlıq və ya digər təyinatlı torpaq sahəsi olub-olmamasını, kəsilmiş ağacların məhz həmin torpaq sahəsinin hüdudlarında yerləşib-yerləşmədiyini, eləcə də həmin yaşıllıqların salınma əsaslarını və hüquqi mənsubiyyətini araşdırmamış, bununla da işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin tələblərinə əməl etməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, göstərilən hallar inzibati xəta hadisəsinin hüquqi qiymətləndirilməsi, şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş tərkib əlamətlərinin mövcud olub-olmamasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan yalnız inzibati orqanın tərtib etdiyi protokol və akt əsasında şəxsin təqsirli hesab edilməsi məhkəmə araşdırmasının tamlıq, obyektivlik və hərtərəflilik meyarlarına uyğun sayıla bilməz. Bundan başqa, iş materiallarından görünür ki, İskəndərov Vidadi Təhlət oğlu səlahiyyətli orqan tərəfindən vəzifəli şəxs kimi inizbati məsuliyyətə cəlb edilmiş, birinci instansiya məhkəməsi isə orqanın bu mövqeyini qanui hesab etmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xətanın subyekti məsələsi də lazımi qaydada araşdırılmamışdır. Belə ki, mübahisələndirilən məhkəmə qərarından görünür ki, birinci instansiya məhkəməsi İskəndərov Vidadi Təhlət oğlunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışlara əsaslanaraq onun vergi orqanında vergiödəyici kimi qeydiyyatda olmasını, yəni VÖEN-ə malik olmasını onun vəzifəli şəxs qismində məsuliyyət daşıması üçün yetərli hesab etmişdir. Məhkəmə bu nəticəni onunla əsaslandırmışdır ki, vergi uçotunun dayandırılması şəxsin sahibkar statusuna xitam verilməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, belə yanaşma formal xarakter daşımaqla işin hallarının tam və düzgün hüquqi qiymətləndirilməsi üçün kifayət etmir. Belə ki, şəxsin vergi orqanında sahibkarlıq subyekti kimi qeydiyyatda olması özlüyündə onun törətdiyi hər bir hərəkətin sahibkarlıq fəaliyyəti və ya vəzifə funksiyalarının icrası ilə əlaqədar baş verdiyini avtomatik olaraq təsdiq etmir. İnzibati məsuliyyətin konkret subyektə, xüsusilə də vəzifəli şəxs qismində tətbiqi zamanı yalnız həmin şəxsin formal hüquqi statusunun mövcudluğu deyil, eyni zamanda törədilmiş əməl ilə onun xidməti, təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları arasında səbəbli və funksional əlaqənin olub-olmaması da müəyyən edilməlidir. Başqa sözlə, şəxsin vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilməsi üçün müəyyən olunmalıdır ki, inzibati xətaya səbəb olan hərəkət məhz onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, idarəetmə və ya təsərrüfat səlahiyyətlərinin icrası çərçivəsində törədilmişdir. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi kəsilmiş ağacların hansı məqsədlə götürüldüyünü, həmin hərəkətin obyektin sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, abadlaşdırılması, tikinti və ya digər kommersiya məqsədləri ilə bağlı olub-olmadığını, yaxud şəxsin bu əməli sırf özünə məxsus əmlak üzərində şəxsi iradəsinə əsasən həyata keçirdiyini araşdırmamışdır. Birinci instansiya məhkəməsi bu xüsusatlara hüquqi qiymət vermədən, yalnız şəxsin VÖEN-ə malik olmasını əsas götürərək onun vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunmasını əsaslı hesab etmişdir. Halbuki, VÖEN-in mövcudluğu şəxsin sahibkarlıq subyekti kimi qeydiyyatını təsdiq etsə də, mübahisə predmeti olan konkret əməl üzrə onun məhz vəzifəli şəxs kimi çıxış etməsini və həmin hərəkətin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını sübut etmir. Beləliklə, apellasiya məhkməsi hesab edir ki, birinci instansiya məhkməsi tərəfindən sözügedən ağacların kəsildiyi torpaq sahəsinin hüquqi statusu, kəsilmiş ağacların dövlət aktında göstərilmiş şəxsə məxsus həmin torpaq sahəsinin hüdudlarında yerləşib-yerləşmədiyi, bundan asılı olaraq şəxsin hərəkətlərinin İXM-nin 253.2-ci maddəsinin təsir dairəsinə düşübdüşməməsi, habelə bəhs olunan hərəkətlərin məhz şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olub-olmaması müəyyən edilməmiş, işdə olan sübutlara kifayət qədər ciddi yanaşmadan nəticəyə gəlinmiş və beləliklə də, iş üzrə səthi qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərdən keçirən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmalı və qarşılıqlı təhlil edilməli, bundan sonra işin mahiyyəti üzrə yekun nəticəyə gəlinməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxılarkən hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan hallar tam, hərtərəfli araşdırılmalı, sübutlara obyektiv qiymət verilməli və nəticədə qanuni və əsaslı qərarın qəbul edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 135.1 və 135.1.1-ci maddələrinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar