Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-236/2026 05.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi, hakim Xasməmmədov Elçin Isgəndər oğlunun sədrliyi X3 oğlunun katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X1 iştirakı ilə MÜƏYYƏN ETDI: ##.##.1985-ci il tarixdə Lerik rayonunun Şingədulan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lerik rayonunun Şingədulan kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Işin halları Iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli e-*(***)-***/****-*** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10000 (on min) manat məbləğində pul vəsaiti və 120 (yüz iyirmi) manat dövlət rüsumu tutularaq tələbkar zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** saylı icra sənədinə əsasən borclular "xxxx" MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birgə qaydada ## ###### 2023-cü il tarixli, **/****P saylı saylı icarə müqaviləsi üzrə yaranmış 7921,53 (yeddi min doqquz yüz iyirmi bir manat əlli üç qəpik) manat əsas borc, 1425,87 (min dörd yüz iyirmi beş manat səksən yeddi qəpik) manat ƏDV məbləği, 400 (dörd yüz) manat cərimə olmaqla, ümumilikdə 9747,4 (doqquz min yeddi yüz qırx yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı zərərçəkmiş şəxs1 MMC-yə ödənilməli, 3,85 metr ölçüdə olan 320 ədəd dəmir dirək və 0,8 metr ölçülü 11 ədəd uzun qol iskələ borclulardan alınaraq zərərçəkmiş şəxs1 MMC-yə geri qaytarılmalı, borclular "xxxx" MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birgə qaydada 600 (altı yüz) manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat məbləğində pul vəsaiti tələbkar zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə tutulmalıdır. Işə baxan Lerik Rayon Məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan hərəkətləri ilə IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş hüquqi şəxs (tələbkar) zərərçəkmiş şəxs1 MMC-nin direktoru X2 Apellyasiya Məhkəməsinə şikayət verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 1 ay müddətə inzibati həbs növündə tənbeh tətbiq olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iş materiallarında ola elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Lerik rayon Icra və Probasiya Şöbəsinin ##.##.2025- ci il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunvericiliyin tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədlərini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və axtarışla gətirilmişdir. Borcluya ödəniş edilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, üzrsüz səbəbdən öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında 2 aya yaxındır ki, Qarabağ zonasında tikinti işi ilə məşğul olduğunu, ona iki gün möhlət verilərsə borcunu tam ödəyəcəyini, himayəsində xəstə uşağının olduğunu bildirərək ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, borclu məhkəmə iclasında məhkəməyə verdiyi sözə də əməl etməyərək bu günədək borcunu ödəməmişdir. Ona görə də hesab edirlər ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin olunan inzibati tənbeh növü çox yüngül olmuşdur. Prosessual məsələlər Apellyasiya baxışı zamanı inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi X1 apellyasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmədilər, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmamasını, Lerik Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb və proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərarı inzibati tənbehə aid hissəsində dəyişdirilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, zərərçəkmiş hüquqi şəxsin apellyasiya şikayətində işin halları və ya əməlin hüquqi tövsifi mübahisələndirilməmiş, yalnız inzibati tənbeh məsələsinə toxunulmuşdur. Apellyasiya müraciətində mübahisələndirilməsə də, məhkəmə tövsifin düzgünlüyünü araşdırmışdır. Belə ki, mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, icra sənədləri, tələbin könüllü icrası haqqında bildirişlər, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e- *(***)-***/****-*** saylı icra sənədindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10000 (on min) manat məbləğində pul vəsaiti və 120 (yüz iyirmi) manat dövlət rüsumu tutularaq tələbkar zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** saylı icra sənədindən görünür ki, borclular "xxxx" MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birgə qaydada ## ###### 2023-cü il tarixli, **/****P saylı saylı icarə müqaviləsi üzrə yaranmış 7921,53 (yeddi min doqquz yüz iyirmi bir manat əlli üç qəpik) manat əsas borc, 1425,87 (min dörd yüz iyirmi beş manat səksən yeddi qəpik) manat ƏDV məbləği, 400 (dörd yüz) manat cərimə olmaqla, ümumilikdə 9747,4 (doqquz min yeddi yüz qırx yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı zərərçəkmiş şəxs1 MMC-yə ödənilməli, 3,85 metr ölçüdə olan 320 ədəd dəmir dirək və 0,8 metr ölçülü 11 ədəd uzun qol iskələ borclulardan alınaraq zərərçəkmiş şəxs1 MMC-yə geri qaytarılmalı, borclular "xxxx" MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birgə qaydada 600 (altı yüz) manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat məbləğində pul vəsaiti tələbkar zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə tutulmalıdır. Iş materiallarından görünür ki, icra sənədləri icraya yönəldildikdən sonra icra məmuru tərəfindən borcun ödənilməsi üçün lazım olan bütün tədbirlər görülmüşdür. Bu məqsədlə icra məmuru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası haqqında bildiriş verməklə icra sənədində göstərilən tələbin könüllü icra olunması üçün 10 gün vaxt vermiş, tələb üzrsüz səbəbdən icra edilmədikdə icranın məcburi qaydada təmin ediləcəyini bildirmiş, eyni zamanda məsuliyyəti barədə xəbərdar etmiş, bütün icra tədbirləri nəticə vermədiyindən, yəni borclu tələbi qərəzli olaraq icra etmədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Göründüyü kimi, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Həmçinin qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin əvvəlki iclaslarına gəlməyən və məhkəmədən gizlənən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmiş və o, polis əməkdaşları tərəfindən tutularaq məhkəmə iclasına gətirilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, borclunun qərəzli olaraq tələbi icra etməməsi iş materialları ilə tam təsdiq olunur. Borclunun hərəkəti IXM-in 528.1-ci maddəsinin təsiri altına düşür. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dedikdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, haqlı olaraq əməli icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövsifi ilə razılaşsa da, inzibati tənbehlə bağlı daha düzgün qərar qəbul edilməsinin zəruriliyinə diqqəti yönəltməyi məqsədəuyğun hesab edir. IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Iş materiallarından müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Hazırkı inzibati xətanın törənməsi pul məbləği ilə bağlı olduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədəmüvafiq deyil. IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə növündə inzibati tənbehi əsassız olaraq tətbiq etməklə, IXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədən şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasına dair qanunla müəyyən edilmiş inzibati tənbehin məqsədini nəzərə almamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı inzibati tənbehə aid hissədə dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-in 528.1ci maddəsi ilə 12 gün müddətə inzibati həbs tənbehi təyin olunmalıdır. IXM-in 135.1.5-ci maddəsinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı inzibati tənbeh hissəsində dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə 12 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsetmənin əvvəli ## ######## 2026-cı il tarixdən hesablansın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Lerik Rayon Polis Şöbəsinə tapşırılsın. Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-236/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-236/2026
05.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver