Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-237/2026 01.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X4 Vəkil Bürosunun vəkili Vəkil, Şirvan şəhər Icra hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Nicat Ağabəyov) ilə ##.##.1996-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilməsi, qərarın icrasının Lənkəran rayon Icra və Probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. IŞIN HALLARI: Işə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin e-**(*- ***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən Zərərçəkmiş şəxs yetkinlik yaşma çatmayan övladı Ibrahimov Muhəmmədrza Hicran oğlu ilə ünsiyyət hüququ müəyyən edilmişdir. Icra işi aidiyyəti üzrə Lənkəran rayon üzrə Icra şöbəsinə göndərilmiş və icra məmuru Elvin Babayevin icraatındadır. Icra məmuru tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsinə əsaəsn inzibati xəta haqqında protokol tərtib edilərək iş baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il (iş № *(5-144)-262/2026) tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanm törədilməsində təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il (iş № *(5- 144)-262/2026) tarixli qərarı qanunsuzdur, o ləğv olunmalı, borclu şəxs barəsində iş üzrə icraata xitam verilməlidir. Iş materiallarından görünür ki, tərəflərin yaşma çatmayan övladı Ibrahimov Muhəmmədrza Hicran oğlu atası ilə görüşmək istəməyib yəni burda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər hansı təqsiri yoxdur. Əslində icra hərəkətlərinin gedişində Lənkəran rayon üzrə Icra şöbəsinin icra məmuru Elvin Babayev qeyd olunan nüansı gördükdən sonra Icra hqqında qanunun tələblərinə əsasən müvafiq psixoloqu cəlb etməklə ondan rəy almalı daha sonra icra vərəqəsinin icra olunub-olunmamasına qərar verməli idi. Lakin o öz vəzifəsinə etinasız yanaşaraq 20 gün ərzində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində əsassız protokol tərtib edərək məhkəməyə göndərmişdir. Ümumiyyətlə Məhkəmə qətnaməsinin real hüquqi qüvvəyə malik olması üçün onun icra oluna bilən olması ədalət mühakiməsinin əsas prinsiplərindən biridir. Lakin bizim işdə isə məhkəmə qərarının icrası mümkün deyil və bunun təqsiri məndə deyil. Bundan başqa, Lənkəran rayon üzrə Icra şöbəsinin icra məmuru Elvin Babayev yuxarıda qeyd olunan icra hərəkətini həyata keçirməli və nəticədə uşağın atası ilə görüşmək istəməməsi müəyyən edilsə bu təqdirdə icra vərəqəsini Icra haqqında qanunun 23.1.1-ci maddəsi ilə məhkəmə geri qaytarmalı idi. Lənkəran rayon üzrə Icra şöbəsinin icra məmuru Elvin Babayev tərəfindən tərtib edilmiş qanunsuz protokolla tanış olarkən, məlum olur ki, Lənkəran rayon üzrə Icra şöbəsinin icra məmuru Elvin Babayev heç bir halı araşdırmamış, yalnız və yalnız tez-bazar və qərəzli protokol tərtib etmişdir ona görə də qərəzli protokol əsasında qəbul edilmiş Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il (iş № *(5-144)-262/2026) tarixli qərarının ləğv edilməsi zərurəti meydana gəlmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasıya baxışında bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin e- **(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs övladı ##.##.2015-ci il tarixdə doğulmuş Ibrahimov Muhəmmədrza Hicran oğlu ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 17:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Yoldaşı uşaqla görüşmək üçün məhkəməyə müraciət etmişdir. O, Lənkəran rayon Icra və Probasiya şöbəsinə dəvət edilmişdir. Uşaqla atasını görüşdürmədiyi təqdirdə ona hədə-qorxu gələrək alimentinin kəsiləcəyini bildirmişlər. Onu otaqdan çıxardıb heç bir psixoloqun iştirakı olmadan uşaqla söhbət aparılmışdır. Guya o, uşağı atasına qarşı doldurmuşdur. Zərərçəkmiş şəxs dəfələrlə evə gələrək onu təhqir edib hədələmişdir. Uşağa onu polislə gəlib aparacağını bildirdiyi üçün uşaq qorxmuş və bu səbəbdən də atası ilə görüşməmişdir. Müdafiəçi Vəkil apellyasiya baxışı zamanı bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs boşanıb ailəsini dağıtmaq istəməmişdir. Hətta boşandıqdan sonra apellyasiya şikayəti vermiş və ailəsinin bərpa olunmasına can atmışdır. Uşaq ata tərəfdən psixoloji təyziqlərə məruz qaldığı üçün atası ilə görüşmək istəmir. Buna görə də apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında 10 yaşına çatdığı üçün Ibrahimov Muhəmmədrza Hicran oğlu dindirilmiş və o, bildirmişdir ki, atası hər həftənin şənbə günləri gəlir. Atası əvvəllər evə polislə gəlmiş, onları evdən çıxardacağını bildirdiyi üçün qorxur və bu səbəbdən də atası ilə görüşmək istəmir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş Şirvan şəhər Icra hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 bildirmişdir ki, uşağa hər hansı təsirin əlamətləri görünmür. Hesab edir ki, uşaq səmimi izahat verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətini işin materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlin tövsifini və işin faktiki hallarını mübahisələndirmişdir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs övladı ##.##.2015-ci il tarixdə doğulmuş Ibrahimov Muhəmmədrza Hicran oğlu ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 17:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. ## #### 2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lənkəran rayon Icra və Probasiya şöbəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli aktdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar təyin edilmiş icra borclunun qərəzli hərəkətləri üzündən baş tutmamış, borclu aktı imza etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməsə də, ona istinad olunan inzibati xətanın törədilməsi onun özünün qismən etirafedici, zərər çəkmiş şəxsin və mütəxəssisin izahatları, icra məmurunun məlumatı, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması işə əlavə olunmuş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dedikdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi başa düşülür. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, haqlı olaraq əməli icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh ilə də razılaşır. Azərbaycan Respublikası IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün beş yüz manatdan min manatadək məbləğdə cərimə tənbeh tədbiri və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati cərimə növündə tənbeh tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə təqsirli bilinən şəxsə cərimə növündə inzibati tənbeh təyin edilməsi işin faktiki hallarına, törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə tam adekvat olmuşdur. IXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Lakin məhkəmənin qənaətincə, hazırkı işin halları cərimə tədbirinin məqsədəuyğun və tərbiyəedici təsir baxımından yetərsiz olması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin zəruriliyi ilə bağlı nəticəyə gəlmək üçün əsas vermir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanın törədilməsində təqsirlidir və ona tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-237/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-237/2026
01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver